Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7392/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı Cümşüd oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(106)2400/2018 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yardımlı rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(038)-57/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.E.Həsənquliyev) İddiaçı ca vabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, Cavabdeh1 1992-ci il buraxılışlı, mühərrik nömrəsi 974006, zavod nömrəsi 355363 olan, “MTZ-82 L” markalı traktorun qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərclərə görə 2.200 manat, həmçinin nümayəndənin göstərdiyi hüquqi yardıma görə 150 manat, cəmi 2.350 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(106)2400/2018 saylı qətnaməsi ilə (hakimlər K.S.Bəşirov sədrlik edən, məruzəçi, K.H.Əkbərov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yardımlı rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamə dən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən traktorda olan qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərə görə 2.200 manat, nümayəndənin göstərdiyi hüquqi yardıma görə ödədiyi 150 manat, cəmi 2.350 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil ib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1 və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, X2 məxsus olan mübahisəli traktoru 5.600 manata Cavabdeh1 satın aldığını iddia etməsinə, traktoru satın aldıqdan bir həftə sonra onun həmin traktorda bəzi ciddi qüsurların olduğunu aşkar etməsinə, əvvəl Cavabdeh1 aşkar edilmiş qüsurları aradan qaldıracağına söz versə də, sonradan vədinə əməl etməməsinə, mütəxəssisin iştirakı ilə traktora baxış keçirilərkən onun mühərrikinin blokunda bir neçə çatların, qalovkasında isə yamağın aşkar edilməsinə və beləliklə də mühərrikin istifadəyə tam yararsız olmasının müəyyən edilməsinə, traktorda aşkar edilmiş qüsurları aradan qaldırmaq üçün iddiaçının mühərrikin blokuna 1.150 manat, qalovkasına 550 manat, təmir etmək üçün ustaya 450 manat və ümimilikdə 2.150 manat xərc çəkməsinə və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 587, 588.1, 589.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbl əri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 24 oktyabr 2002-ci il tarixli “qeydiyyat şəhadətnaməsi”nə əsasən MTZ-821 markalı, mühərrikin markası D-240, nömrəsi 974006, zavod nömrəsi 355263 olan traktor Cavabdeh2 mülkiyyətindədir və sonuncu, həmin traktoru 27 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, sürücülük hüququ olduğu halda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək və digər hərəkətləri etməyə dair 21 iyul 2018-ci il tarixəd ək qüvvədə olmaqla İddiaçı adına etibarnamə verib. Hazırda iddiaçı, Cavabdeh2 mülkiyyətində olan sözügedən traktoru 2017-ci il may ayında Cavabdeh1 5.600 manata satın aldığını, lakin bir həftə sonra tarktorda ciddi qüsurların olduğunu aşkar etdiyini, əvvəl Cavabdeh1 traktorda aşkar edilən qüsurları aradan qaldıracağına söz versə də, sonradan vədinə əməl etmədiyini, mütəxəssisin iştirakı ilə traktora baxış keçirilərkən onun mühərrikinin blokunda bir neçə çatların, qolovkasında isə üç yamağın aşkar edildiyini, traktorun işlək vəziyyətə gətirilməsi üçün onun blokunun təmirinə 1.150 manat, qolovkasının təmirinə 550 manat, ustaya əmək haqqına görə 450 manat, nümayəndənin ona göstərdiyi hüquqi yardıma görə 150 manat olmaqla, bütövlükdə 2.350 manat vəsait xərclədiyini göstərib, həmin vəsaitin c avabdehlərdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh1 isə mübahisəli traktorun Cavabdeh2 mülkiyyətində olduğunu, İddiaçı həmin traktorda aşkar edilən qüsurlara görə hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, sonuncunun traktoru Yardımlı rayonundan Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərciyə sürərək apardığını, iddia olunan qüsurların traktorun İddiaçı tərəfindən istismar olunduğu müddətdə yarandığını göstərib, iddia tələbinə etiraz edir. Göründüyü kimi iddiaçı, traktorda aşkar edilən qüsurların alıcı kimi onun faktiki sahibliyinə verilməzdən əvvəl mövcud olduğunu iddia edir, Cavabdeh1 isə traktorun qüsurlarının trakator iddiaçıya verildikdən sonra sonuncu tərəfindən ondan istifadə və istismar qaydalarının pozulması nəticəsində əmələ gəldiyini göstərib iddia tələbinə etiraz edir. Əvvəla, mülki qanunvericiliyə görə, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Satıcı bu qaydaları pozmaqla alıcıya qüsurlu əşya verərsə, şübhəsiz ki, məsuliyyət daşımalıdır. Buna görə də Mülki Məcəllənin 588-ci maddəsində belə qüsurların əmələ gəlməsi səbəbləri əsas götürülməklə, satıcının cavabdeh olduğu qüsurlar müəyyən edilib göstərilib. Mülki Məcəllənin 582-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya, alıcıya verildiyi məqamda qanunda və müqavilədə müəyyən edilmiş bütün tələblərə uyğun gəlməli və öz təyinatı üzrə istifadə üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Qanunun bu ümumi müddəasına əsasən, şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, əşyanın qüsurları alıcıya verilənədək mövcud olduqda və ya bu məqamdan əvvəlki səbəblərdən əmələ gəldikdə həmin qüsurlar üçün satıcı cavabdehdir. Beləliklə, sadalanan maddələrin mənasına görə, əşya alıcıya verilən məqamadək onun qüsurları üçün satıcı məsuliyyət daşıyır. Aydındır ki, alıcı belə qüsurları əşyanı satıcıdan aldıqdan sonra və ondan qanunda müəyyən edilmiş ağlabatan müddətdə istifadə edərkən aşkar edə bilər. Məhz buna görə də şərh olunan maddədə aşkar olunmuş qüsurların əşyada onun alıcıya verildiyi məqamadək mövcud olmasını sübut etmək vəzifəsi alıcının üzərinə qoyulmuşdur. Çünki, əşya alıcıya verildikdən sonra qüsurlar başqa səbəblərdən də əmələ gələ bilər. Eyni zamanda həmin Mə cəllənin 582.2-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsi nəzərdə tutulmuşdur. Bu halda satıcı qarantiya müddəti adlanan müqavilədə müəyyən edilmiş vaxt ərzində əşyanın qanunda və müqavilədə müəyyən edilmiş bütün şərtlərə və tələblərə uyğun olan əşya verməlidir və satıcı müqavilə ilə müəyyən edilmiş qarantiya müddəti ərzində əşyada əşyada aşkar edilmiş qüsurlar üçün cavabdehdir. Lakin şərh olunmuş maddədə bu ümumi qaydadan belə bir istisna nəzərdə tutulmuşdur ki, həmin müddət ərzində aşağıda göstərilən səbəblərdən əşyada əmələ gəlmiş qüsurlar üçün satacı cavabdeh deyildir: 1) qüsurlar, əşya alıcıya verildikdən sonra, alıcı tərəfindən onun istismarı və ya saxlanması qaydalarının pozulması nəticəsindən əmələ gəldikdə; 2) qüsurlar üçüncü şəxslərin hərəkətləri nəticəsində əmələ gəldikdə; 3) qüsurlar qarşısı alınmaz qüvvənin təsiri ilə əmələ gəldikdə. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, idiaçının mübahisəli traktoru faktiki olaraq 2017-ci ilin may ayında satın almasına, həmin traktoru Yardımlı rayonundan bilavasitə sürərək idarə etməklə Biləsuvar rayonuna, yəni həmin rayonda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsinə aparmasına diqqət yetirmədən, tərəflər arasında traktorun faktiki alqı-satqasına dair əldə edilmiş razılaşmaya görə Cavabdeh1 traktorun keyfiyyəti üçün İddiaçı hər hansı qarantiya veribverməməsini, veribsə hansı müddət üçün verməsini və sair aydınlaşdırmadan, eləcə də aşkar edilən qüsurların traktorun iddiaçının faktiki sahbliyinə verilənədək mövcud olub-olmamasını, həmin qüsurların traktor iddiaçıya verildikdən sonra, onun tərəfindən traktorun istismarı və ya saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəlib-gəlməməsini araşdırmadan və xüsusi bilik tələb edən bu kimi sualların aydınlaşdırılması üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, yalnız iddiaçının irəli sürdüyü arqumentləri əsas tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 588.1-ci maddəsinin mənasına görə, əşyanın qüsurları üçün satıcı o, vaxt cavabdehlik daşıyır ki, alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən traktorun qüsurları nın iddiaçıya verilməzdən əvvəl, yəni 2017-ci ilin may ayınadək və ya həmin tarixədək yaranan səbəblərdən əmələ gəlməsi mülki iş materialları ilə təsdiq edilmədiyi və iddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etmədiyi üçün, traktor faktiki iddiaçının sabiliyinə verildikdən sonra ondan aşkar edilən hər hansı qüsurlara görə Cavabdeh1 cavabdehlik daşıya bilməz. Digər tərəfdən mübahisəli traktora dair faktiki alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 traktorun keyfiyyəti üçün iddiaçıya qarantiya verməsi və bunun hər hansı müddətdlə şərtləndirilməsi mülki iş materialları sübuta yetmir. Əksinə, işdən görünür ki, iddiaçı mübahisəli traktoru Yardımlı rayonundan Biləsuvar rayo nu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərciyə sürərək aparmış, 15 iyun 2017-ci il tarixdək tarktor onun sahibliyində, istifadəsində olsa da, traktorda hər hansı qüsurların olmasını bildirməmişdir. Bundan başqa, işdə, sözügedən traktorun işlək vəziyyətə gətirilməsi üçün iddiaçının həqiqətən onun blokunun təmirinə 1.150 manat, qolovkasının təmirinə 550 manat xərc çəkməsini, eləcə də ustaya əmək haqqı şəklində 450 manat ödəməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübutlar- mütəxəssis, ekspert rəyləri yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş Cəbrayıl rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyinin 10 iyul 2017-ci il tarixli, eləcə də “xxxx” Firmasının 25 iyul 2017-ci il tarixli arayışları ilə əsaslandır mağa çalışsa da, həmin arayışlarda da traktorun blokunda çatların nə vaxtdan əmələ gəlməsini, qalovkadakı yamaqların nə vaxtdan vurulmasını müəyyən etmək mümkün deyil. Eləcə də iddiaçının həmin traktorun təmirinə həqiqətən 2.150 manat xərc çəkməsi sözügedən arayışlarla təsdiq olunmur və həmin arayışlarda sadəcə olaraq ehtiyat hissələrinin qiymətləri göstərilmişdir. Həmin ehtiyat hissələrinin iddiaçı tərəfindən dəyişdirilib-dəyişdirilməməsi isə mülki iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi sözügedən sübutlara obyektiv baxıb onları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbər liyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiy a şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(106)-2400/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7392/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7392/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver