Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7393/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2324/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Kürdəmir rayon məhkəməsinin (hakim Müseyib Bayramov) 12 mart 2019-cu il tarixli 2(041)-01/2019 saylı qət naməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən 2,55 ha və 1,277 ha torpaq sahələrindən cavabdehin öz vəsaiti hesabına əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və ərazinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Fehruz Abbasov) 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Kürdəmir rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi Cavabdeh (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "iddiaçı lara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və yetirilən zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət edərək cavabdehin onlara məxsus pay torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və dəymiş 63000 manat maddi zərərin əvəzinin alınıb onlar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcmini artıraraq, Cavabdeh onların mülkiyyətində olan və Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən 2,55 ha və 1,277 ha torpaq sahələrindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması, onlara dəymiş 63000 manat maddi zərərin əvəzinin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmşdır ki, Kürdəmir rayon Aqrar İsahat Komissiyasının 1998-ci il 17 iyul tarixli 06 nömrəli qərarı ilə onlara 2,55 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi 06 oktyabr 1999-cu ildə dövlət aktı qeydi kitabında 453 nömrə ilə qeydiyyata alınaraq, onlara JN 0462 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onlar həmin pay torpaq sahəsində taxıl və yonca əkmişlər. Həmin sahədən əldə etdikləri məhsulun bir hissəsini satmış digər hissəsini isə mal-qaraları üçün istifadə etmişlər. Həmin sahədə taxıl əkərkən, hər il 5 ton taxıl məhsulu əldə etmişlər. Yonca əkdikləri dövrdə isə hər il 1500 ədəd yonca otu əldə etmişlər. Sonradan həmin sahənin çox hissəsini cavabdeh zəbt etmiş və onlara əkin əkməyə imkan verməmişdir. Cavabdeh onun baldızı Lalənin əri olduğu üçün, ona bu hərəkətlərin ə görə heç bir söz deyə bilməmişlər. Belə ki, qaynanasından, digər iddiaçı olan Mərdan isə anasından və bacısından çəkinərək cavabdehi torpaq sahəsindən çıxara bilməmişlər. Cavabdeh artıq 14 ildir ki, onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə edərək həmin torpağa qanunsuz sahiblik edir. Onlara məxsus yonca sahəsini şumlayıb məhv edərək yerində nar bağı salmışdır. Cavabdeh həmin sahədə təxminən 1500 ədəd nar ağacı əkmişdir. Onlar hazırda cavabdehin qanunsuz sahibliyində olan, özlərinə məxsus torpaq sahəsinə cavabdehin təqsiri və müdaxiləsinə görə girə bilmədiklərindən, həmin nar ağaclarının dəqiq sayını bilmirlər. Cavabdeh 14 il ərzində həmin nar ağaclarından xeyli miqdarda gəlir əldə edib. Cavabdeh hər mövsüm orta hesabla hər bir nar ağacından 100 kiloqram nar dərir. Cavabdeh qanun la onlara məxsus torpaq sahəsində əkdikləri yonca sahəsini şumlayıb məhv etmiş, öz maddi marağı üçün həmin sahədə nar bağı salmışdır. Onlar həmin yonca sahəsindən hər il 1500 ədəd yonca tayından məhrum olmuşlar və cavbadeh onlara 63000 manat maddi ziyan vurmuşdur. Cavabdehdən torpaq sahələrindən çıxmasını tələb etsələr də o, torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavbdehin onların torpaq sahələrini qanunsuz olaraq zəbt etməsi, onların qanunla qorunan hüquqlarını kobudcasına pozur. Cavabdehi başqa yolla öz mülkiyyətlərində olan torpaq sahəsindən çıxara bilmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyu l 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiya sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara v ə hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh və onun vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Kürdəmir rayon Aqrar İslahat komissiyasının 17 iyul 1998-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı2 Mirkamıl oğlunun 04 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə kənd təsərrüfat məhsulları istehsalı üçün 2,55 ha torpaq sahəsi verilmişdir. Kürdəmir rayon notariat kontorunda 3 fevral 2018-ci il tarixdə təsdiq edilərək AN-İ ******* saylı reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 və X1 rayonu, Sığırlı kəndinə yerləşən ümumi sahəsi 1,277 ha torpaq sahəsini İddiaçı2 satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 01 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 1,277 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 Mirkamıl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrin də 35 nömrəli reystr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-X8 Layihə-Tədqiqat İdarəsinin tərtib etdiyi 19 fevral 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (JN 460 saylı Dövlət Aktı və RX ******* saylı çıxarış) koordinatları yerində müəyyən olunmuşdur. Cavabdeh naturada iddiaçılara JN 460 nömrəli Dövlət Aktı ilə verilmiş 0,2755 ha və RX ******* nömrəli çıxarışla verilmiş 0,2947 ha torpaq sahəsindən istifadə edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə edərək iddiaçıların mülkiyyət hüquqlarını pozur. İddiaçıların tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsindən qanunsuz istifadəyə son verməmişdir. Ona görə də, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və aşağıdakı normalara istinad edərək iddia tələbin qismən təmin etmiş, iddia tələbi maddi ziyanın ödənilməsi hissədə rədd edilmişdir. İddiaçılar rədd edilən hissədə qətnaməni mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsas ən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsində göstərilir ki, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı, o cümlədən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinin qanuni olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2324/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hak
Məhkəmə qərarları › İş №2(102)-7393/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7393/2019
09.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver