Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7394/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili ** qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(106)1931/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin (hakim N.Əliyev) 12.11.2018-ci il tarixli, 2(020)-2174/2018 nömrəli qətnaməsi ilə İ ddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 7910 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın 400 manat kirayə haqqı, kommunal xidmətlərə görə 500 manat və yeməkxanada nisyə yediyi yeməklərə görə 600 manat məbləğində yemək pulu hissəsində təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) 16.07.2019-cu il tarixli, 2(106)-1931/2019 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli, 2(020)-2174/2018 qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli qətnaməsindən kassas iya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7910 manat borc pulun, 400 manat kirayə haqqının, kommunal xərclərə görə 500 manatın və ona məxsus yeməkxanada nisyə yediyi yeməklərə görə 600 manat məbləğində yemək pulunun, cəmi 9410 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili ** qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İşin həqiqi və faktiki halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 03.07.2018-ci il tarixdə 7910 manat pulu 30 faizlə almış, bu barədə iddiaç ının tələbi ilə ona qəbz yazıb vermiş, 3 ay müddətində hissə-hissə olmaqla 3 dəfəyə faizləri ilə birlikdə 11000 manat pulu iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya borcu qalmamışdır. Sadəcə olaraq borcunu qaytaranda iddiaçı ona bu barədə qəbz verməmişdir. Cavabdeh borcunu tam ödədikdən sonra özü tərəfindən yazılmış qəbzi iddiaçıdan istəmiş, iddiaçı isə həmin qəbzi itirdiyini bildirmişdir. İddia tələbində qeyd edilən digər məbləğlər isə iddiaçı tərəfindən uydurulmuşdur. Hazırda iddiaçı özündə saxladığı qəbzdən istifadə edərək cavabdehin ödəmiş olduğu pulu ondan ikinci dəfə tələb edir. İddiaçının oğlu X2 19.07.2018-ci il tarixdə, saat 18:01 radələrində istifadəsində olan ***-***-**** nömrəli mobil telefondan cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona yazdığı mesajd a qeyd etmişdir ki, “Sabah şöbəyə mırta Sevdaya demişəm şikayət etsin. Nə itirirəm ki?”. Bu mesajın mətni apellyasiya şikayətinə əlavə edilsə də, apellyasiya kollegiyası bu barədə araşdırma aparmamış, iddiaçının oğlunun şahid qismində dindirilməsi tələb edilsə də, buna məhəl qoymamışdır. Apellyasiya kollegiyası yalnız qəbzə və iddiaçının yaxın qohumları olan şəxslərin ifadələrini birtərəfli qaydada qəbul etməklə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(106)-1931/2019 nömrəli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxt ı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(106)1931/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili ** qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı X1 rayonunda məcburi köçkün olmaqla Beyləqan rayonunda məskunlaşıb yaşayır, kiçik sahibkarlıqla məşğul olur. İddiaçı 04.07.2018-ci il tarixdə Beyləqan rayonunda yaşayan tanışı Cavabdeh xəstə uşağını müalicəsi üçün onun xahişinə əsasən 7910 manat borc pul vermişdir. Cavabdeh iddiaçıya öz xətti ilə 03.07.2018-ci il tarixdə qəbz yazıb verərək, 17.07.2018-ci il tarixdə borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlnması b arədə qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh apellyasiya şikayətində İddiaçı 7910 manat borc pul almasını və bu barədə iddiaçıya qəbz verməsini etiraf etsə də, həmin pulu 30 faizə almasını və 3 ay müddətinə faizləri ilə birlikdə iddiaçıya 11000 manat qaytarmasını, iddiaçıya hazırda borcunun olmadığını bildirsə də, istinad etdiyi hallarla bağlı apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsində iştirak etməmiş və şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik tə şkil etmiş, apellyasiya kollegiyası qətnamənin dəyişdirilmədən saxlanması barədə qənaətini cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Bundan əlavə, cavabdeh apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi qeyd etsə də, həmin dəlili ilə bağlı hər hansı hala istinad edə bilməmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(106)1931/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7394/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7394/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver