Məhkəmə qərarları › İş №2(102)-7396/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7396/2019

10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7396/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2(106)2454/2019 saylı qətnaməsindən iddiaçı Quliyev Rahman Şükür X kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(073)-2466/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Q.H.P aşayev) İddiaçı cavabdeh X1 və digərlərinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2(106)2454/2019 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, T.S.Kərimov və F.N.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Cəlilabad rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edil məsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 1981-ci ildə Əhaliyə Məişət Xidmətinin şifahi razılığına əsasən, ona verilmiş Cəlilabad rayonu, Alar kəndində yerləşən 2x2,5 kv.metr torpaq sahəsinə dəmir köşk yerləşdirərək orada ayaqqabı təmiri ilə məşğul olub. Ayaqqabı təmiri köşkü ailəsinin yeganə dolanışıq yeri olmaqla buradan qazandığı pul da ailəsinin yeganə gəlir mənbəyi olub. Son 37 il müddət ərzində həmin torpaq sahəsi heç kimin mülkiyyətində olmadığı üçün həmin torpaq sahəsində yerləşən ayaqqabı təmiri üçün nəzərdə tutulan dəmir köşkdən və köşkün altında yerləşən torpaq sahəsindən maneəsiz istifadə edib. Lakin, 2017-ci ilin sentyabr ayında ona məlum olub ki, dəmir köşkün yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 26 kv.metr torpaq sahəsi kommersiya məqsədilə Cavab deh3 tərəfindən 01 oktyabr 2016-cı il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən X1nın icarəsinə verilib və sonuncu həmin torpaq sahəsinə 05 aprel 2017-ci il tarixli “torpaq sahəsinin planı, ölçüsü” sənədi və 08 aprel 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış alıb. Mübahisəli torpaq sahəsi son 37 il müddət ərzində onun faktiki sahibliyində və istifadəsində olduğu halda cavabdeh tərəf onu hər hansı formada məlumatlandırmadan torpaq sahəsini X1nın icarəsinə verib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər X1, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 08 saylı Ərazi İdarəsi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM -nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən qanuni əsaslarla X1nın icarəsinə verilməsinə, məhkəmə araşdırması zamanı icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin çıxarışın ləğv edilməsi üçün əsasların müəyyən edilməməsinə, iddiaçının həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış icarə müqaviləsini və Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışı mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 18-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəti cə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmayıb. Belə ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən 2x2,5 kv.metr torpaq sahəsinin Əhaliyə Məişət Xidməti Kombinatının şifahi razılaşmasına əsasən 1981-ci ildən iddiaçının faktiki sahibliyində olması və sonuncunun həmin torpaq sahəsinə dəmir köşk qoyub son 37 il müddət ərzində orada ayaqqabı təmiri ilə məşğul olması işin mübahisə olunmayan hallarıdır. Bu hallar işə əlavə edilmiş işəgötürənin 01 mart 1985-ci il tarixli, 18 saylı əmri ilə İddiaçı Cəlilabad Əhaliyə Məişət Xidməti Kombinatına ayaqqabı təmiri ustası vəzifəsinə işə qəbul edilməsi, həmçinin X1, X2, X3, X4, X5un yazılı ərizələri, eləcə də Cəlilabad rayonu, Alar kəndində yerləşən ticarət xidmətinə sayğacın quraşdırılması və təhvil verilməsinə dair 01 aprel 2013-cü il tarixli aktla da təsdiq olunur (iş vərəq 50-61). Daha sonra, işdən görünür ki, Cəlilabad rayonu, Alar kənd sakini X1 ərizə ilə Cavabdeh3nə müraciət edərək, Alar kəndində kommersiya obyekti inşa etmək üçün icarəsinə torpaq sahəsinin verilməsini xahiş etmiş və Cəlilabad rayon İHB-nın 02 sentyabr 2016-cı il tarixli, 121 saylı Sərəncamı ilə Cəlilabad rayonu, Alar kəndində yerləşən 26 kv.metr torpaq sahəsinin kommersiya məqsədlə X1nın icarəsinə verilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh3 ilə X1 arasında həmin torpaq sahəsinin icarəyə verilməsinə dair 01 oktyabr 2016-cı il tarixli, 09 saylı icarə müqaviləsi bağlanmış və 26 kv.metr torpaq s ahəsi 15 il müddətinə Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsi Reyestr Xidməti tərəfindən qeydiyyata alınmaqla X1nın adına 08 aprel 2017-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı, mübahisəli torpaq sahəsinin X1nın icarəsinə qanuni əsaslar olmadan verilməsini əsas gətirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan 2x2,5 kv.metr torpaq sahəsi, həmçinin kommersiya obyektinin inşa edilməsi üçün X1nın icarəsinə verilmiş 26 kv.metr torpaq sahəsi Cəlilabad rayonu, Alar kəndində yerləşməklə yaşayış məntəqəsinin torpaqlarına aiddir və bu, işin mübahisə olunmayan halıdır. Tərəflər özləri də bu halı inkar etmirlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi ə saslandırma ilə razılaşarkən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq mübahisəli torpaq sahəsinin hansı kateqoriyaya aid olmasını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri fərqləndirilir. Həmin Məcəllənin 9-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlara; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarına və sair. Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci hissəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torp aqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Maddənin 2-ci hissəsində isə göstərilir ki, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəniməişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri və sair. Eləcə də həmin Məcəllənin 46-cı maddəsində dövlət mülkiyyətində olan torpaqların, həmçinin həmin Məcəllənin 47-ci maddəsində bələdiyyə mülkiyyətinə aid olan torpaqların tərkibi müəyyən edilib göstərilmişdir. Həmin maddələrdə ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilmişdir. Ümumi istifadədə olan torpaqlara isə, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin...torpaqları aiddir. Ape llyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, kənd yaşayış məntəqələrinin torpaqlarının ümumi istifadədə olan torpaqlara aid olmaqla, bu torpaqların dövlətin deyil, bilavasitə bələdiyyənin mülkiyyətində olmasını nəzərə almadan, mübahisəli torpaq sahəsinin də Cəlilabad rayonu, Alar kəndində yerləşməklə, ümumi istifadədə olan kənd yaşayış məntəqəsinin torpaqlarına aid olmasına əhəmiyyət vermədən, zərurət yarandığı halda həmin torpaq sahəsinin dövlət və ya bələdiyyənin mülkiyyətində olubolmamasını aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan və ümumiyyətlə Cavabdeh3 Alar kənd yaşayış məntəqəsinə aid sözügedən torpaq sahəsini icarəyə vermək hüququnun olub-olmamasını aydınlaşdırmadan, eləcə də mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına veri lmiş hüquqmüəyyənedici sənədlərin qanuniliyini yoxlamadan, yalnız iddiaçının həmin sənədləri mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasını əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Ümumiyyətlə işdə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq mübahisəli torpaq sahəsinin hansı kateqoriyaya aid olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilmə sini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunverciliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissəsinə görə, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən X1ya i crayə verilərkən, sadalanan maddələrdə nəzərdə tutulan ümumi qaydalara əməl edilib-edilməməsini araşdırmadan, Azərbaycan Respublikasında torpaqların yalnız mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilməsini, mübahisəli 2x2,5 kv.metr torpaq sahəsinin son 37 il müddət ərzində faktiki istifadəçisi kimi iddiaçının da torpaq müsabiqələrində və ya hərraclarında iştirak edib həmin torpaq sahəsini icarəyə götürmək hüququnun olmasını və Cavabdeh3 tərəfindən mübahisəli torpaq sahəsinin də daxil olduğu 26 kv.metr torpaq sahəsi X1nın icarəsinə verilərkən onun bu hüquqdan da məhrum olduğunu nəzərə almadan, iddiaçının mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış ica rə müqaviləsini və Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışı mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən a pellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Xnun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2(106)-2454/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar