Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7397/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-129/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsi (hakim F.Pənahov) ilə, iddianın təmin edilməsi, Cavabdeh1 satılmış mal a görə ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 36173 (otuz altı min yüz yetmiş üç) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli, 2(106)2392/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi T.Heydərov, hakimlər F.Abbasov və T.Kərimov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-129/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən satılmış mala görə öhdəliyinin icra sı ilə əlaqədar ödənilməmiş qalmış 36173 (otuz altı min yüz yetmiş üç) ABŞ dolları məbləğinin pulun icra prosesində Azərbaycan Respublikası manatı ilə müəyyən edilmiş kursa bərabər hesablanmaqla ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, cəmi 36173 (otuz altı min yüz yetmiş üç) ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməklə və kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Ona görə də Şirvan Apellyasiya Məhk əməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın qismən 2583 manat hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 405.1, 529.1, 529.3, 567, 600.1, 600.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasın a uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarına istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı cavabdehə qarşı iddia tələbində haqlı olmuş, cavabdehin iddia tələbinə etirazı (apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla) tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış ha lları ilə müəyyən etdiyi kimi, iddiaçı Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən qızıl zinət əşyaları satışı ilə məşğul olan mağazada işləməklə cavabdehlər ilə 2010-cu ildən işgüzar münasibətləri yaranmasını, cavabdehlərin ondan qızıl əşyaları götürərək pulunu hissəhissə ödəmələrini, lakin sonradan yaranmış öhdəliyi icra etməmələri nəticəsində 36733 ABŞ dollar borcu yaranmasını iddia edərkən həmin borcun təsdiqi kimi də Cavabdeh1 yazmış olduğu qəbzə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı n alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını işin müəyyən edilmiş halları üzrə tətbiq etməklə iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin ya ranmasının işin mübahisəsiz halını təşkil etməsinə dair düzgün qənaətə gəlmişdir. İşin materiallarından görünür ki, işin mübahisələndirilən halını borc məbləği kimi göstərilən məbləğ təşkil edir. İddiaçı borc məbləğinin onun tələbində olmasının təsdiqi kimi cavabdehin iradə ifadəsi ilə yazmış olduğu qəbzə istinad edir. Həmin qəbz məhkəmədə mübahisələndirilərək etibarsız hesab edilməmiş və hazırda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icran ı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağ a əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını müqayisəli təhlili əsasında düzgün olaraq bu qənaətə gəlmişdir ki, nisyə alqı-satqı müqaviləsindən yaranan öhdəlik münasibətlərində əgər şəxs digər şəxsə borclu olması barədə müvafiq qəbz verirsə, borcunun ödənilən za man kreditor, yəni borc verən şəxs borclu şəxs tərəfindən götürülmüş məbləğin geri qaytarılmasına dair müvafiq borcun ödənilməsinə dair etirafını təsdiq edən sənəd, qəbz verməlidir. Belə olan halda borclu olan şəxsin borcunun ödənildiyi təsdiq edilə bilər. Lakin işin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilməsinə dair müvafiq sənəd və ya əsaslı şübhə yaradan hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı da cavabdehin borcunun ödənilməsini etiraf etməmişdir. Belə olan halda kollegiya iddiaçının həmin qəbzə istinad edərək, pulunu geri tələb edilməsinin əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini qanuni və əsaslı sayır. Belə ki, kollegiyanın qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi iddiaçının irə li sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaya olan etirazının əsası kimi (həm də apelyasiya şikayətinin dəlili kimi) iddiaçı ilə nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərini inkar etməyərək, onlar arasında alış-veriş xarici valtuya ilə deyil, milli valyuta olan manat ilə aparılmasını və həmin borc məbləğini mübahisələndirməsi, cavabdehə 2583 manat məbləğində borcu olmasını, həmin borc məbləğini təzyiq altında verdiyini göstərməsi ilə bağlı gəldiyi hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən hər kəsin müqavilə bağlamaqda müstəqil olması və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərin dən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanı lması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı. Apellyasiya instansiyas ı məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı mübahisə üzrə cavabdeh iddiaçıdan qızıl-zinət əşyaları almış, həmin əşyaların dəyərinə görə yaranmış borc məbləği üzrə ödənişin xarici valyuta ilə ödənilməli olmasına dair iradə ifadəsi ilə vermiş olduğu qəbz vermişdir. Məhkəmə kollegiyası sözügedən qəbzin təzyiq altında verdiyinin iddia edilməsi, məcburi yazdırılması kimi dəlillərinə, eləcə də, iddiaçının cavabdehə hədə-qorxu gəlməsinə dair hüquq mühahizə orqanlarına hər hansı bir şikayətin edilməməsi, həmçinin qəbzin iradə ifadəsi ilə və qanunvericiliyə zidd olmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə etibarsızlığını tələb etməməsi kimi işin müəyyən edilmiş hallarına qiymət verərək həmin qəbzin cavabdehin iradə ifadəsi ilə verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini işin araşdırılmış hallarına uyğun nəticə kimi qiymətləndirərək qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikası MPMnin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının cavabdehə qarşı iddia tələbində haqlı olmamaqla, cavabdehin iddia tələbinə etirazı (apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla) tələbin rədd edilməsi üçün əsas olmaması kimi nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 09 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7397/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7397/2019
18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver