Məhkəmə qərarları › İş №2(102)-7398/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7398/2019

29.11.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7398/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Mirzəyev Ruslan Soltanğa oğlunun, Cavabdeh vəkili Hənifəli Elman Tahir oğlunun və nümayəndəsi X1 iştirakları ilə, Cavabdehin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Şirvan Apelyasiya Məhkəməsinin çıxartdığı 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il (qətnamədə səhvən 2015-ci il kimi qeyd olunmuşdur) tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(032)-1454/2016) İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov(sədrlik edən və məruzəçi), N.Mirzəyev və Z.Babayev, iş № 2(106)-32/2018) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.Babayev və Q.Kərimov, iş № 2(106)-32/2018) Cavabdeh tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdehkassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, Şirvan Apelyasiya Məhkəməsinin çıxartdığı 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Hənifəli Elman Tahir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessu al qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili Mirzəyev Ruslan Soltanğa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməmiş, onun kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi aşağıdakılara istinad etmişdir: “Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(106)32/2018 saylı qətnaməsini kassasiya qaydasında mübahisələndirməsi üçün şikayət vermə müddətini 10 aydan artıq müddəti ötürməklə vermişdir. Bu əsasla da məhkəmə kollegiyası ilk öncə müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, Cavabdeh verdiyi ərizəsində mübahisə edilən qətnamənin surətinin ona rəsmi qaydada təqdim edilmədiyini göstərsə də, işdə olan “xxxx” MMC-nin Şirvan Regional Poçt filialının 23 avqust 2019-cu il tarixli arayışından görünür ki, SS536511115AZ saylı 04.08.2018-ci il tarixdə qəbul edilmiş Neyranxanım küçəsi 11-də yaşayan Cavabdeh adına olan sifar işli məktub 06.10.2018-ci il tarixdə poçtalyonun F- 8-nə imza edilməklə ünvançı ünvanda olmadığı üçün bacısı X2 verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.” Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Qətnamənin surəti də mənə bu günə kimi rəsmi göndərilməmiş və təqdim edilməmişdir. Müvafiq qətnaməni mən əldə bilməmişəm. Mən faktiki olaraq Şirvan şəhəri, X11 küçəsi ev 28 ünvanda qeydiyyatdayam və orada yaşayıram. Həmin ünvana mənə heç bir rəsmi qətnamə göndərilməmişdir. Mən qətnamədən rəsmi olaraq təqdim edilmədiyi üçün bugünə kimi kassasiya şik ayəti verə bilməmişəm. Qətnamədən razı olmadığıma görə kassasiya şikayəti vermək istəyirəm. 2 ay kassasiya şikayətinin vaxtı keçdiyi üçün müddətin bərpsı barədə ərizədə təqdim edirəm. Amma ərizəm təmin edilməmişdir ki, bununlada prosessual pozuntuya yol verilmişdir. Qərardaddan göründüyü kimi həqiqətəndə Qətnamə mənə deyil digər şəxsə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələbi pozulmuşdur.” Mülki işin materialları ilə müəyyən edilir ki, iddia ərizəsində Cavabdeh yaşadığı və qeydiyyatda olduğu ünvan “ünvan 3atda olduğu ünvan “ünvan 4arında da Cavabdeh yaşadığı ünvan “ünvan 5 apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh ünvanlanmış qətnamənin surətinin onun qeydiyyatda olduğu və yaşadığı ünvana deyil, digər ünvana göndərilməsi pros essual qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həmin prosessual pozuntu düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixl i qərardadının ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. Mülki iş apelyasiya qaydasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar