Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-74/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X8 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-338/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 6 dekabr 2012-ci il tarixdə 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38-də yerləşən 38 nömrəli mənzili X3- X6 vəsiyyət etmişdir;
3. X10 27 iyun 2016-cı ildə vəfat etmişdir;
4. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-178/2021 saylı qətnaməsi ilə Elvira Aksyanovanın iddiası rədd edilmiş, onun qarşılıqlı iddiası təmin edilərək X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haq qında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı ünvan 2 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, bu qətnamənin Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin 16 saylı ünvan 2 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsas olması və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsin ə həvalə edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1481/2021 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-166/2022 saylı qərarı) təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu, Ü.Hacıbəyov küçəsi, ev 38-də qeydiyyatda olan X4 adına verilmiş və Göyçay Rayonu Notariat Kontorunun notariusu X15 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-li reyestrdə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mərhum əri X9 ilə 03 dekabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və onunla birgə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilində ər-arvad kimi ümumi təsərrüfat aparmaqla yaşamışdır. Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmiş və bu vəsiyyətnamə Göyçay Rayonu Notariat Kontorunun notariusu X15 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-İi Reyestrdə qeyd edilmişdir. Əri, Vyaçeslav Aksyanov 27 iyun 2016cı ildə vəfat etmişdir. Onun 1-ci nikahdan olan həyat yoldaşı X13 ilə olan nikahı 27 iyun 2008-ci il tarixdə ləğv edilmişdir. Qeyd etmək istəyir ki, əri, Vyaçeslav Aksyanovun sağlığında birgə nikah dövrü ndə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 38-ci evin 38 nömrəli mənzilinin divarları suvanmış, mənzilin mətbəxi təmir olunmuş, hamam tikilmiş, otaqlar təmir olunmuş, mənzilin elektrik naqilləri sökülüb yenisi ilə əvəz edilmiş, kanalizasiya sistemi, su xətti çəkilmiş və mənzildə yenidənqurma işləri aparılmışdır. Bundan əlavə X9 vəfat etdikdən sonra da həmin mənzildə yaşamış və bu günədək yaşayır, mənzilin kommunal xərcləri (su, qaz və elektrik enerjisi) onun tərəfindən ödənilir. Mərhum əri X5 Bakı şəhərində yaşayan qızları o vəfat etdikdən sonra onunla əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə etməmişlər. Lakin X1 şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 nömrəli evin 38 nömrəli mənzilinə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş və miras əmlakı qəbul etmişdir. Aksyanova Elvira isə 4 ay 28 gün sonra notariat kontoruna vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etmişdir. Elvira Aksyanova qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra bu şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mənzilə adına RX seriyalı ******* №-li, xx.xx.2017-ci il qeydiyyat tarixli dövlət reyestrindən cıxarış almış və bundan sonra tam mülkiyyətçi kimi ona qarşı mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Elvira Ak syanovaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adına verilmiş vəsiyyətnamə üzrə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38, mənzil 38 ünvanında yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı ünvan 2 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* №-li, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-178/2021 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir və qarşı tərəfin çıxarışı ləğv edilmişdir. Həmçinin üçüncü şəxs X17 Rayon Məhkəməsində ona qarşı “vəsiyyət üzrə vərəsə kimi mübahisəli mənzilə 5/6 hissədə vərəsəlik hüququnun tanınması haqqında” iddia qaldırmış və həmin iş (iş № 2(046)1498/2022) Göyçay Rayon Məhkəməsinin icraatındadır.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının 4/717 nömrəli 1 iyun 2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imzai X9 tərəfindən icra edilmişdir.
8. Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ekspertiza xərci olan 126 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mə rkəzinin hesabına keçirilməsi qət etmişdir (hakim İ.Fəttahov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən hal məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır.
10. Eləcə də birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı İddiaçı tərəfindən iddianın əsaslı olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən Vəsiyyətnamədə imza yerində qeyd olunan Аksənоv “V” yazı xətti və onun qarşısındakı imza mərhum əri Aksyanov Vyaçeslav tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasına şüb həsi vardır. Odur ki, məhkəmə-xətşünaslıq ekspertizasına təqdim edilməsi məqsədilə Vyaçeslav Aksyanovun nikahın bağlanması barədə ərizəsinin və nikah akt qeydinin məhkəməyə təqdim edilməsi üçün Göyçay Rayon Qedyiyyat Şöbəsinə sorğu verilməsini məhkəmədən xahiş etmişdir.
14. Apellyasiya instansiya məhkəməsi 8 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə verilmiş 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/807 nömrəli rəyə əsasən 2V-1714 nömrəli notariat işində olan 06 dekabr 2012-ci il tarixli Vəsiyyətnamədə “İMZA:” qrfasındakı imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 00217 nömrəli 2V reyestr jurnalının 62-ci vərəqində “1714” sırada “X9” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - X9 tərəfindən icra olunmuşdur.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)338/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(046)-177/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisi tərəfindən X5 adından X4 adına xx.xx.2012ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyest rdə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakimlər Əsədli Mahir sədrlik edən və məruzəçi, Mehdiyev Elçin və Kərimov Əyyub).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmır sa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Bu mənada kollegiya hesab etmişdir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəsiyyətnaməyə dair normaları nəzərdən keçirilə bilərdi.
20. Kollegiya hesab etmişdir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri əsassızdır.
21. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 38-də yerləşən 38 nömrəli mənzili X3, X6 vəsiyyət etmişdir. İdd iaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədəki imza X7 məxsus olmamışdır.
22. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imza X9 tərəfindən icra edilmişdir.
23. Eyni zamanda məhkəmə kollegiyasının 8 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/807 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 2V-1714 nömrəli notariat işində olan 06 dekabr 2012-ci il tarixli Vəsiyyətnamədə “İMZA:” qrfasındakı imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 00217 nömrəli 2V reyestr jurnalının 62-ci vərəqində “1714” sırada “X9” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - X9 tərəfindən icra olunmuşdur.
24. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla mü qayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən hal, məhkəmə kollegiyasının baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır.
25. Ona görə də kollegiya hesab etmişdir ki, şikayətin dəlili əsassızdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Həmin Məcəllənin 1166-cı maddəsinə görə, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun b ir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər
28. Şikayətin digər dəlili ondan ibarətdir ki, həyat yoldaşı Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və məlumatı, eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmişdir. Kollegiya qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır.
29. Göründüyü kimi, qanunverici mülkiyyətçinin öz əmlakını vəsiyyət etməsi üçün digər şəxslərin razılığından asılı etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1,1166, 1167, 1179.1, 1179.2, 1180.1, 1225.1, 1225.3-cü və MPM -nin 14, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhum əri sağlığında, yəni 06 dekabr 2012-ci il tarixdə Göyçay Notariat Kontorunda mülkiyyətində olan mübahisələndirilən mənzilə dair vəsiyyətnamə verərkən ailə üzvü – həyat yoldaşı kimi yazılı qaydada onun razılığını alınması tələb olunduğu halda razılığı alınmamış, bununla da mülki qanunvericiliyin və “Mənzil fondunun özə lləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmasına diqqət yetirməmişdir.Həmçinin, apellyasiya şikayətimin dəlillərində vəsiyyətində təkcə mərhumun imzasını deyil, həm də imza yerində qeyd olunan Aksyanov B. yazı xəttini mübahisələndirmiş və onun sağlığında sərbəst xətt nümunələri olan rəsmi müqavilələri, vergi qəbulu üçün qəbz və sair sənədləri məhkəməyə təqdim etmişdi. Lakin məhkəmə işin bu əhəmiyyətli hallarına qiymət verməyərək yalnız ekspertin təqdim etdiyi natamam rəylə kifayətlənmiş, eləcə də işi digər hallarını nəzərə almamışdır.
33. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 6, 6.1, 6.1.1,6.1.8, 6.1.9-cu, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1-ci maddələrinə isitinadlə əsasl andırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qon şuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
37. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
38. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
39. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan vəsiyyətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının dəlillərinə ayrı-ayrılıqda və qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətb iq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-338/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.