Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-740/2019 30 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)-9929/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-2370/2018) İddiaçı iddiası təmin edilərək c avabdeh X1 onun xeyrinə 9500 ABŞ dollarının ödəniş gününə mövcud olan məzənnəyə uyğun olaraq manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 mart 2016-cı il tarixdə İlqar Mustafayevin ondan atasının dəfni ilə əlaqədar 9500 ABŞ dolları məbləğində borc almasını, borcun qaytarılması barədə dəfələrlə ona müraciət etməsinə baxm ayaraq bundan boyun qaçırmasını əsas göstərməklə İlqar Mustafayevdən onun xeyrinə 9500 ABŞ dollarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayəti verərək tələb etdiyi məbləğin cavabdeh tərəfindən bir neçə dəfəyə alınmasını, cavabdehlə dostluq münasibətində olmasını və borcun məbləğini ona verdiyi kağız parçasında təsdiq etməklə onu imzalamasını, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxaraq iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən tərəflər arasın da notariatda təsdiq olunmuş borc müqaviləsinin bağlanmamasını, cavabdehin isə onunla iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanmasını inkar etməsini, işdə olan əlyazma şəklində yazılmış kağızın 03 mart 2016-cı il tarixdə imzalanmasına baxmayaraq, iddia ərizəsində borcun 25 mart 2016-cı il tarixdə verilməsinin qeyd olunmasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilmədən, qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadan çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünü r ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərkən tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi işin 26-cı səhifəsində olan cavabdeh tərəfindən imzalanmış və ağ kağız parçası üzərində yazılmış məlumata əsaslanmışdır. Həmin sənədin bir tərəfində “Ağadadaşa çatacaq pullar” sözləri və “03.03.16-cı il” tarixi, digər tərəfdə isə “25 mart 2016”-cı il tarixi və 8 dəfəyə verilmiş pul məbləğlərinin cəmi kimi 9500 ABŞ dolları” göstərilmişdir. İddiaçıya görə o, cavabdehə bir neçə dəfəyə cəmi 9500 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh isə həmin sənədin onun tərəfindən yazılmasını və imzalanmasını təsdiq etsə də, göstərmişdir ki, iddiaçı tərəfindən “xxxx” MMC-nin direktoruna onun vasitəsi ilə 35.000 ABŞ dolları məbləğində borc verilməsini və həmin borcun da MMC-nin direktoru tərəf indən onun vasitəsi ilə iddiaçıya verilməsini, ödənilməmiş 9500 ABŞ dolları məbləğində borcun ona aid olmamasını göstərməklə iddianı qəbul etməmişdir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunun 740-cı maddəsi borc müqaviləsinin şifahi surətdə bağlanması imkanın nəzərdə tutduğundan tərəflər arasında notariatda bağlanmış yazılı müqavilənin olmamasına dair məhkəmə kollegiyasının nəticəsi kollegiyaya görə, iddianın rədd edilməsi üçün əsas verməmişdir. İddiaçı tərəfindən cavabdehə 9500 ABŞ dolları məbləğində borcun şifahi müqavilə əsasında verilməsi iddia olunmaqla bunu təsdiq edən sübut kimi cavabdeh tərəfindən yazılmış və imzalanmış müva fiq sənəd təqdim edildiyindən, cavabdehin isə heç bir mötəbər sübut təqdim etmədən borcun verilməsini sadəcə inkar etməsi də iddianın rədd edilməsi üçün əsas verməmişdir. İddiaçının izahatından görünür ki, onun tərəfindən borc məbləği cavabdehə bir neçə dəfəyə verilmişdir və bu barədə məhkəməyə təqdim olunmuş sənəd də bunu təsdiq edir. Belə ki, həmin sənəddə hər dəfə verilmiş pul məbləği ayrılıqda qeyd edilmişdir. Belə olduqda həmin sənədin bir tərəfdə 03 mart, digər tərəfdə isə 25 mart 2016-cı il tarixlərinin göstərilməsi borcun verilməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlə r üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia rədd edilərkən işin yuxarıda göstərilən hallarına müvafiq hüquqi qiymət verilməmiş, qətnamə Azərbaycan Resp ublikası MPM-nin 88, 217-ci maddələrinə və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının göstərişlərinə əməl edilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışıdr. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-740/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-740/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver