Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12293/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yasamal rayon məhkəməsinin (hakim Rəşad Cavadzadə) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı nun cavabdehlər Cavabd eh2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı nun Bak ı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi və ona əlavə edilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı nun cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının verdiyi iddiadan imtina ərizəsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə tərəfindən qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməs i ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir, eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. İddiaçı qeyd edilən qərardaddan kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi ilə (kassasiya şikayəti əlavə edilmiş) apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həmi n normanı düzgün tətbiq etməmiş, yanlış şərh edərək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, həmin normada açıq-aydın nəzərdə tutulmuşdur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsi ilə 261.0.1-261.0.3, 261.0.5-261.0.9-cu maddələrini qarışdırmış, qərardadında həmin normalara tamamilə yanlış kontekstlərdən yanaşmışdır ki, bu da qanunsuz və əsassız qərardadın qəbul edilməsi, bu isə öz növbəsində iddiaçının qanunla nəzərdə tutulmuş kassasiya şikayəti verə bilmək hüququndan qanunsuz və əsassız olaraq məhrum edilməsi ilə nəticələnmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsində iş üzrə icraata xitam verilməsi ba rədə qərardadlardan kassasiya şikayəti verilməsi hüququ konkret olaraq nəzərdə tutulduğu halda, apellyasiya instansiyası məhkəməsinin icraata xitam verilməsi ilə bağlı qərardadında həmin normanın tələblərini açıq-aşkar pozaraq qərardadın qəti olması və şikayət verilməyən qərardad olmasını göstərmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barəd ə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı iddia tələbindən imtina etmiş və məhkəmə tərəfindən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilm işdir. Sonradan iddiaçı həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin ərizəni və kassasiya şikayətini geri qaytarmışdır. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulsa da, iddiaçının mübahisələndiriyi qərardad həmin Məcəllənin 402-ci maddəsinin təsiri altına düşmür, həmin norma icraata xitam verilməsinin digər əsasları olduqda tətbiq edilir. (Məsələn: MPM-in 261.0.1-261.0.3, 261.0.5-261.0.9). Mülki iş materiallarından da görünür ki, iddiaçı öz iradəsinə uyğun olaraq könüllü iddiadan imtina etmiş, ərizəsinə əsasən icraata xitam verilmişdir. İddiaçı in mübahisələndirdiyi xx xxxxxxx 2019-cu il tarixli qərardadda həmin qərardadın qəti olduğu və şikayət verilə bilməyəcəyi göstərilsə də, iddiaçı qeyd edilən qərardaddan kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair ərizə vermişdir. İddiaçının mübahisələndirdiyi qərardad prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə şikayət verilə bilən qərardad hesab olunmadığından və həmin qərardaddan kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə və ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənatə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuş, prosessual normanı yanlış şərh etmiş, həmçinin iş üzrə tərəf in məhkəmə qərardadından şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Normanın məzmunundan göründüyü kimi, məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmuş, buna görə icraata xitam verilmə əsasları fərqləndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini və müddətin bərpası barədə ərizəni geri qaytarar kən Mülki Prosessual Məcəllənin 402-ci maddəsini təfsir edərək iddiaçının iddiadan imtina etməsi və həmin imtinanın məhkəmə tərəfindən qəbul edilməsi əsası ilə (Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsi) iş üzrə icraata xitam verilməsi barədə qərardadın həmin maddənin təsiri altına düşməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qənaəti qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmuş 402-ci maddəsində icraata xitam verilməsi ilə bağlı qərardadın məhz hansı hallarla bağlı olması qeyd edilməmiş, ümumilikdə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilmə imkanı nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin heç bir qanuni əsas və ya rəsmi şərh olmadan öz qənaəti əsasında həmin halın iddiadan imtina edilməsi bağlı qərardada aid olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuş, iddiaçının məhkəmə qərarını mübahisələndirmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəx slər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İddiaçı tərəfindən kassasiya şikayəti ilə yanaşı kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə də verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, mülki iş həmin ərizə ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12293/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-740/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-740/2020
03.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver