Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1804/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı1 Cavabdehlə nikahı qeydiyyat orqanlarında qeyd etdirmədən el adəti ilə toy edərək 2000-ci ilin avqust ayında ailə həyatı qurmuşdur. Ailə həyartı qurduqdan sonra cavabdehin atası X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçmüşdür. Onların faktiki nikahından xx.xx.2001-ci il tarixdə Əmiraslan və xx.xx.2002-ci il tarixdə X adlı uşaqları anadan olmuşdur. ünvan 2 ünvanında yerləşən (2 mərtəbəli, 3 yaşayış otağı, ümumi sahəsi 153.1 kv.m, yaşayış sahəsi 46.4 kv.m) fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. X4 xx.xx.2020ci il tarixdə Qusar şəhərində ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqları nın tanınması və yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə faktiki nikahda olduqları dövrdə yəni 2000-ci ildən 2019-cu ilə kimi həmin evdə yaşamışlar, qeyd olunan ünvanda qeydiyyata alınmışlar. Bir ildən çoxdur ki, cavabdeh onları qeyd edilən evdən qovmuş və hazırda Bakı şəhərində kirayədə yaşamaq məcburiyyətindədirlər. Bütün əmlakları həmin evdə qalmışdır. Yuxarıda qeyd edilən kimi, cavabdehlə evləndikdən dərhal sonra, yəni 2000-ci ildən bəri ünvan 3 ünvanında yerləşən, mərhum X3 adına qeydə alınmış 2 mərtəbəli üç otaqlı y aşayış evində yaşamışlar. Ona görə də həmin yaşayış evindən istifadə ilə əlaqədar aralarında yaranmış hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikasının 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan da cavabdeh atasından miras qalmış qeyd olunan fərdi yaşayış evində yaşamaqda davam edir və bununla da həmin miras əmlakı faktiki qəbul edərək idarə edir. Ona görə də, hesab edir ki, cavabdehin atası X1 miras qalmış əmlakı faktiki qəbul etdiyinə görə ona qarşı yaşayış sahəsindən istifadə hüquqları tanınmalı və yaşayış evinə köçürülməsi tələbinə dair iddiaları əsaslı olduğundan təmin edilməlidir. Qusar Rayon Məhkəməsinin 2(029)-420/2022 nömrəli, 18 may 202 2-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia təmin edilmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 2000-ci ilin avqust ayından ünvan 1 ünvanda yerləşən evə, evin mülkiyyətçisi X iradəsi və razılığı ilə gəlin köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmiş, həmin evə daimi qeydiyyata alınmışdır. Həmçinin, İddiaçı2 doğulduğu 2001-ci ildən, İddiaçı3 isə doğulduğu 2002-ci ildən həmin evə istifadə hüquqları əmələ gəlmişdir. Odur ki, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçıların istifadə hüquqları istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olun malı, cavabdeh tərəfindən həmin hüquqlara edilən müdaxiləyə son qoyulmalı, iddiaçıların həmin evə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Məhkəmə iş üzrə gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri, Mülki Məcəllənin 158.1, 158.1.2, 158.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şika yəti belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisinin Cavabdeh olmamasına və iddia tələbinin rəsmi qeydiyyata alınmış nikah qeydinə deyil, faktiki nikah münasibətlərinə istinad olunmaqla əsaslandırılmasına, tərəflər arasında faktiki nikah münasibətinin 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmasına, evin mülkiyyətçisi X4 03 dekabr 2020-ci il tarixdə vəfat etdiyindən, mübahisəli evin hüquq varislərinin müəyyən edilmədən iş üzrə iddianın təmin olunmasına dair yekun qərar qəbul edilmiş, iddia ərizəsində istinad olunan halların təsdiqinə dair sübutların natamam olmasına hüquqi qiymət verilməmişdir. Bununla yanaşı yaşayış evinin mülkiyyətçisinin vəfat etməsi və mübahisə predmeti olan evə vərəsə lik və miras hüquqlarının yaranması açıq-aşkar olduğu halda qəbul ediləcək qətnamənin mənafeylərinə toxunacaq şəxslərin dairəsi, mərhum mülkiyyətçinin cavabdeh ola biləcək hüquqi varisləri müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmiş və mübahisəyə tətbiq olunmalı normaları səhv tətbiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1804/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev sədrlik edən, məruzəçi, L.Məmmədova və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfə müraciət edib, tərəflə r arasındakı mübahisənin könüllü qaydada 15.000 manat kompensasiya verilməklə məhkəmədənkənar həlli üçün razı olduqlarını təklif etmiş, lakin iddiaçı hazırda cavabdehin təklifi ilə razı olmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi ilə qəbul edilməsi barədə ş ikayətin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar bi rlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qüvvədə olan Mənzil M əcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 158.1, 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhk əməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehlə nikahı qeydiyyat orqanlarında qeyd etdirmədən el adəti ilə toy edərək 2000-ci ilin avqust ayında ailə həyatı qurmuşdur. Ailə həyartı qurduqdan sonra cavabdehin atası X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçmüşdür. Onların faktiki nikahından xx.xx.2001-ci il tarixdə Əmiraslan və xx.xx.2002-ci il tarixdə X adlı uşaqları anadan olmuşdur. 10 dekabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən (2 mərtəbəli, 3 yaşayış otağı, ümumi sahəsi 153.1 kv.m, yaşayış sahəsi 46.4 kv.m) fərdi yaşayış evi X adına qeydiyyata alınmış və sonuncu xx.xx.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Apellyasiya instansiyası məhkəməsi, birinci instansi ya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 2000-ci ilin avqust ayından ünvan 1 ünvanda yerləşən evə, evin mülkiyyətçisi X iradəsi və razılığı ilə gəlin köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmiş və həmin evə daimi qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb həmçinin qeyd etmişdir ki, İddiaçı2 doğulduğu 2001-ci ildən, İddiaçı3 isə doğulduğu 2002-ci ildən həmin evə istifadə hüquqları əməl ə gəlmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçıların iddia tələbləri ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçıların istifadə hüquqları istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olunmalı, cavabdeh tərəfindən həmin hüquqlara edilən müdaxiləyə son qoyulmalı, iddiaçıların həmin evə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işin hallarını nəzərə alıb hesab edir ki, iddiaçı mübahisəli evə 2000-ci ilin avqust ayında gəlin köçərkən onunla mübahisəli evin sahibi olmuş X arasında hər hansı başqa qeyd-şərt olmadığından v ə apellyasiya icraatı mərhələsində cavabdeh nümayəndəsi vasitəsilə iddiaçıya 15.000 manat kompensasiya təklif etdiyindən, başqa sözlə cavabdeh də iddiaçıların evdə istifadə hüquqlarının olduğunu inkar etmədiyindən, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən sazlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidi rlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(105)-1804/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.