Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2351/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakıları müəyyəyn etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzil iddiaçının atası X2 mülkiyyətində olmuş, mülkiyyətçisi xx.xx.2021-ci il tarixdə öldükdən sonra mənzilin 1/3 hissəsi iddiaçının mülkiyyətinə vərəsəlik qaydasında, qalan 2/3 hissəsi isə bağışlama müqaviləsi əsasında keçmişdir.
2. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)3355/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015- ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən uşaqlarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2009-cu ildə rəsmi nikaha girərək ailə həyatı qur muşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adında uşaqları doğulmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da, son vaxtlar ailə münasibətləri pozulmuş və iddiaçının müraciəti əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş övladları cavabdehin, yəni ananın yanında qalmış və hər uşağın saxlanılması üçün, hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 772 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Onu da qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 1, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mül kiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kodastrı və Reyestri Publik Hüqiqi Şəxsi tərəfindən ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzil iddiaçıya mərhum atasından vərəsəlik yolu ilə keçmişdir. Göstərilən mübahisəli mənzilin ½ hissəsinə pay hüququ qardaşına, qalan ½ hissəsinə isə pay hüququ iddiaçıya məxsusdur. Qardaşı mülkiyyət hüququ haqqında çıxarışın tam olaraq onun adına verilməsinə etiraz etməmiş, lakin daşınmaz əmlakın satılaraq yarı bölünməsi aralarında razılaşdırılmışdır. Bu səbəbdən də mənzili satmaq məcburiyyətində qalmışdır, çünki qardaşına düşən payın pulunu on a verməlidir, lakin mənzilin satılmasına cavabdeh razılıq vermir, iddiaçının da qardaşına düşən payın pulunu vermək üçün vəsaiti yoxdur. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdeh keçmiş ailə üzvü olsa da, onun həmin mənzilə istifadə hüququ yoxdur və o, mübahisəli mənzildən çıxarılmalıdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehə mübahisəli mənzili satdıqdan sonra əldə olunan vəsaitdən ona və uşaqlarına şəhərin istənilən yerindən ən azı 3 otaqlı mənzil alacağını dəfələrlə bildirsə də, cavabdeh buna razılaşmamış, sadəcə olaraq mənzilin satılmasına heç bir əsas göstərmədən razılıq verməmişdir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğundan bu hüququndan sui-istifadə etməklə mənzilin satılmasına razılıq vermir və nə ticədə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Əlavə olaraq bildirir ki, tərəflər 2009-cu ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar və bir gün sonra yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Hazırkı mübahisə Mənzil Məcəlləsi ilə deyil, Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir.
7. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində boşadılmasını tələb etdiyi fərdi yaşayış evinin yaşayış sahəsi 48,8 kv metr, ümumi sahəsi 31,54 kv metr olan 2 otaqdan ibarətdir. Birgə nikah dövründə tərəflərin ümumi qazancı hesabına əldə etdikləri vəsait hesabına həmin mənzili ayrıca fərdi yaşayış evinə çevirmiş, mənzilin yerində 2 mərtəbəli, 6 otaqlı ev inşa etmişlər. Əlavə tikililər daşınmaz əmlakın d övlət reyestrində qeydə alınmamışdır. Birgə nikah dövründə həmin evdə yaşamış və cavabdeh hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh tərəfindən həmin evdə böyük təmir tikinti işləri aparılmış, evin sahəsi genişləndirilmiş, əlavə tikililər inşa edilmişdir. Digər tərəfdən, evin yerləşdiyi torpaq sahəsində (həyətdə) ikinci ev mövcuddur, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin evdən də istifadə edirlər. Onun və onunla birlikdə yaşayan uşaqlarının həmin yaşayış evinə istifadə hüququ vardır və həmin hüquq heç kim tərəfindən məhdudlaşdırıla bilməz. Mübahisəli mənzilin mülkiyyətçi olan iddiaçı ilə birgə yaşadığı və onun ailə üzvü olduğu üçün həmin mənzildən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilənin deyil, yalnız onun la etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Ona görə də onu mübahisli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hissəsindən adi qaydada çıxarılması tələb oluna bilməz.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, Mənzil Məcəlləsi hazırkı münasibətlərə tətbiq edilə bilməz. Bu barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı vardır. Cavabdeh həmin mənzilə razılıqla köçmüşdür. Ailə münasibətlərinə xitam verilməsi yaşayış sahəsindən istifadə edilməsinə xitam verilməsinə səbəb olmur. Hesab edir ki, cavabdehin istifadə hüququ vardır. İddia əsassızdır, cavabdehin yaşayış sahəsindən çıxarılması yolverilməzdir. 48 kv metr mənzil isə ümumiyyətlə mövcud deyildir. Həmin evin ye rində ikimərtəbəli ev tikilmişdir. Suala cavab olaraq bildirmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməlidir. İddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)4689/2022 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlanılması, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə ailə qurmuşlar. Həmin dövrdə mübahisə predmeti olan mənzil iddiaçının atasının mülkiyyətində olmuşdur. Cavabdeh gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, xx.xx.2009-cu il tarixdə mübahisə predmeti olan mənzilə gəlin gəlsə də, bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzə rdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, Cavabdeh mərhum X2 ailə üzvü deyildir. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə ü zvlərinə şamil olunmur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Göründüyü k imi mübahisəli ev Cavabdeh qayınatasına məxsus olmuşdur və sonuncu ilə Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. O, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.
11. Daha sonra mənzilin mülkiyyətçisi dəyişmişdir. Belə ki, mənzilin mülkiyyətçisi X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və mənzil xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, mənzilin mülkiyy ətçisi 2021-ci ildə vəfat edəndən sonra mənzilin mülkiyyətçisi dəyişdiyindən və cavabdeh sözügedən mənzildə yaşamağa davam etdiyindən artıq mülkiyyətçi dəyişən zaman xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2022-ci il tarixdə ləğv olunduğundan və onlar arasında başqa razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmır. Lakin qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbindən də göründüyü kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər.
13. Məhkəmə birgə nikahdan olan 4 azyaşlı uşaqların cavabdehin himayəsində olmasını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə alaraq hesab etmişdir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1 il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1. və 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, N.S.Cəbrayılova nın şikayəti üzrə xx.xx.2010-cu il tarixli qərarına, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin cavabdehə vaxtın verilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi isə xx.xx.2009-cu ildən qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3 0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il qərarının tələbindən də açıq şəkildə görünür ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir.
17. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə ümumi qazancla əldə etdikləri vəsait hesabına həmin mənzili sökərək iki mərtəbəli 6 otaqlı ayrıca fərdi yaşayış evinə çevirmişlər. Əlavə tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birgə nikah dövr ündə həmin evdə yaşamışlar və o hazırda da uşaqlarıyla birlikdə həmin evdə yaşayır. Tərəfindən həmin evdə böyük təmirtikinti işləri aparılmış, evin sahəsi genişləndirilmiş, əlavə tikililər inşa edilmişdir. Digər tərəfdən evin yerləşdiyi torpaq sahəsində (həyətdə) ikinci ev mövcuddur, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin evdən də istifadə edirlər. Cavabdehin və onunla birlikdə yaşayan uşaqlarının həmin yaşayış evinə istifadə hüququ vardır və həmin hüquq heç kim tərəfindən məhdudlaşdırıla bilməz. İddiaçı ilə nikah pozulsa da, cavabdehin və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının həmin evdən istifadə hüququna xitam verilə bilməz. O, mübahisəli mənzil mərhum qayınatası Zülfi Babayevin adına olanda onun oğlu iddiaçının ailə üzvü kimi həmin evə köçmüşd ür, iddiaçının onu həmin evə köçürmək hüququ var idi. Hazırda mübahisəli mənzil Məmmədli Babayevin adına olsa da və o, həmin mənzili bağışlama əsasında əldə etsə də, onun azyaşlı uşaqlarıyla birlikdə adi qaydada həmin mənzildən çıxarılmağını tələb edə bilməz. Mənzil Məcəlləsinin 30.4-cü maddasinin müddəaları hazırkı mübahisəyə tətbiq oluna bilməz, çünki tərəflər arasındakı hüquq münasibətləri həmin Məcəllə qəbul edilənədək yaranmışdır. İddiaçı ilə o xx.xx.2009-cu il tarixdə nikaha girdikləri üçün hazırkı mübahisə MM-nin 228.5-ci maddəsi tətbiq edilməklə həll edilməlidir. Bu münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq oluna bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. İddiaçı hazırda mövcud olmayan sahəsi 48 kv metr olan mənzilin ilk mülkiyyətçisi Zülfi Babayevin oğlu olmaqla onunla birgə yaşamışdır. İddiaçının Zülfi Babayevlə birlikdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmuşdur. Onun sökülmüş mənzildən istifadə hüququ vardır və iddiaçı ilə nikahları pozulduqdan sonra da saxlanılır. Cavabdehin və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının hazırda mövcud olmayan mənzildən iddiaçı ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranmışdır və cavabdehin uşaqlarıyla birlikdə başqa yaşayış yeri yoxdur. Ona görə də yaşayış sahəsinə olan ehtiyacı bu evdən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən yaşayış sahəsi 48,8 kv metr, ümumi sahəsi 31,54 kv metr olan 2 otaqdan ibarət mə nzil mövcud deyildir, həmin mənzil sökülmüş və yerində 2 mərtəbəli 6 otaqlı ev inşa edilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, evin yerləşdiyi torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. İddiaçının hazırda mövcud olan 2 mərtəbəli evə dair sərəncam vermək hüququ yoxdur. İşə baxan hakim mübahisəli mənzilin mövcud olub-olmamasını araşdırmamışdır, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evinə yerində müayinə və tədqiq edilməsi barədə vəsatət versə də, vəsatəti müzakirə olunmamışdır. Əgər qeyd edilən evə yerində müayinə və tədqiq olunsaydı, belə bir mənzilin mövcud olmadığı yəqin edilərdi və düzgün olmayan qətnamə qəbul edilməzdi.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü i l tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2949 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair tərtib olunmuş texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti müqayisə olduğu zaman, yaşayış evinin 1,2,3,4 və 5 saylı tikililərin texniki pasportun məlumatlarına uyğun gəldiyi, lakin birinci mərtəbədə yerləşən 6 və 7 saylı tikililər və yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən 8,9,10,11 və 12 saylı tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmayan tikililərin olduğu müəyyən edilmişdir. Təmir-tikinti, quraşdırma və s. işlərin hansı dövrdə (müddətdə) aparılmasının müəyyən edilməsinə dair metodika ol madığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2351/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.Ə.İsgəndərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olarkən mənzil cavabdehin qayınatasına məxsus olmuş və qayınata ilə cavabdeh arasında sonuncunun mənzildən istifadə hüququ ilə bağlı yazılı bağlanan notariat qaydasında təsdiqlənən razıl aşma olmamışdır. Odur ki, cavabdehin həmin vaxt mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, qeyd olunan münasibətlər 2009-cu il oktyabrın 1-dək yaranmışdır və ona görə də münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
22. İddiaçı xx.xx.2022-ci il tarixdən mənzilin mülkiyyətçisi olmuş və cavabdeh ailə üzvü kimi mənzildə birlikdə yaşamışdır. Belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tərəflər arasında ailə münasibətlərinə məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanılmır.
23. Həmin maddənin tələbindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
24. Bu mənada, birgə nikahdan olan dörd uşağın cavabdehin himayəsində olmasını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmadığını nəzərə almaqla birinci instansiya məhkəməsinin mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1 il müddətə istifadə hüququ saxlanmaqla iddianın qismən təmin olunması barədə qənaəti düzgün olmuşdur.
25. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 27, 139, 152, 225, 228-ci maddələrinə, Ailə Məcəlləsinin 32 və 35-ci maddələrinə, Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən yaşayış sahəsi 48,8 kv metr, ümumi sahəsi 31,54 kv metr olan 2 otaqdan ibarət mənzil mövcud deyildir, həmin mənzil sökülmüş və yerində 2 mərtəbəli 6 otaqlı ev inşa edilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, evin yerləşdiyi torpaq sahəsi Bələdiyyə mülkiyyətin dədir. İddiaçının hazırda mövcud olan 2 mərtəbəli evə dair sərəncam vermək hüququ yoxdur. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evi birgə nikah dövründə ümumi qazanc hesabına genişləndirilmişdir, Artıq mənzil deyil, ev vardır, həmin evə cavabdehin istifadə hüququ vardır. İddiaçı cavabdehin və onunla birlikdə yaşayan uşaqlarını həmin evdən çıxarda bilməz və onların çıxarılması barədə sərəncam verə bilməz. Cavabdehin istifadə hüququ dövlət tərəfindən tanınır və qorunur. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha girdiyi üçün hazırkı mübahisə MM-nin 228.5-ci maddəsi tətbiq edilməklə həll edilməlidir. Hazırki münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq oluna bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. İddiaçı hazırda mövcud olmayan sahəsi 48 kv metr olan mənzilin ilk mülkiyyətçisi Zülfi Babayevin oğlu olmaqla onunla birgə yaşamışdır. İddiaçı Zülfi Babayevlə birlikdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmuşdur. Cavabdeh və uşaqlarının sökülmüş mənzildən istifadə hüququ vardır və İddiaçılə nikah pozulduqdan sonra da saxlanılır. Cavabdehin və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının hazırda mövcud olmayan mənzildən iddiaçı ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranmışdır və cavabdehin uşaqlarla birlikdə başqa yaşayış yerləri yoxdur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə mül ki qanunvericiliyin həmin müddəalarına istinad etməsi və mübahisəni həmin normalara istinadən əsaslandırması maddi hüquq normalarının pozulmasıdır. Cavabdeh və uşaqları uzun illərdir həmin evdə yaşayır, evə evin mülkiyyətçi tərəfindən köçürülmüşlər, bu müddət ərzində yaşadıqları sahədən maneəsiz istifadə və sahiblik etmişlər, cavabdeh və uşaqları mülkiyyətçi olmasa da, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həmin evdən istifadə hüquqları vardır. İşə baxan məhkəmələr mübahisəli mənzilin mövcud olub-olmamasını araşdırmamışlar, tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520ci məhəllədə yerləşən 1 saylı fərdi yaşayış evinə yerində müayinə və tədqiq edilməsi barədə vəsatət verilsə də, vəsatət müzakirə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdək i sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Mübahisə predmeti olan evin cavabdehin istifadə və sahibliyində olması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin formal, mülahizə xarakterli olduğunu əsas göstərərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-2351/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
32. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyy ətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Ailə Məcəlləsi
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mənzil Məcəlləsi
35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
37. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olma dıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Res publikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:
39. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şik ayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2351/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.