Məhkəmə qərarları › İş №2(102)-740/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-740/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-740/2025 (Açar sözlər: Pul tələbi, əsassız varlanma, iddia müddətinin tətbiqi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 2(105)-1647/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı Ramin Əhmədovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında 2014-cü ilin yay aylarında həyat yoldaşının onkoloji xəstə olduğu üçün onun müalicəsinə pul lazım olduğunu həmin ərəfələrdə Sumqayıt Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşmış Şura adlı tanış bir qadının onu faizə pul verən Suqra ilə tanış etdiyini, s onuncunun ilkin olaraq Şuranın yaşadığı mənzildə ona aylıq 10% olmaqla 5.000 manat faizə pul verdiyini bildirmişdir. O, ilk iki ay Suqraya hər ay 500 manat olmaqla iki ay müddətinə 1.000 manat pul verdiyini, bundan üç ay sonra yenə pul lazım olduğu üçün Suqradan aylıq 10% olmaqla əlavə 6.000 manat da faizə pul aldığını və ümumilikdə Suqraya 11.000 manat borcu yarandığını bildirmişdir. O, faizləri ödəyə bilmədiyindən Suqradan xahiş edərək ayda 700 manat ödəməklə əsas borcundan silməsini xahiş etdiyini və Suqranın da razılaşdığını demişdir. O, 15 ay müddətinə hər ay 700 manat olmaqla Suqraya pul verdiyini demişdir. O, Suqradan pulu iş görmək adı ilə deyil, faizə aldığını, Suqradan aldığı 11.000 manat pulu 500 manat əlavə olmaqla ümumilikdə 11.500 manat qaytardığını, Şuranın dediklərinin həqi qətə uyğun olmadığını bildirmişdir.

2. İddiaçı Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2017-ci il tarixdə işlədiyi Polimer zavodu ərazisində məcburi köçkün kimi məskunlaşıb yaşayan Şura adlı tanışıgilə getdikdə Şura qonşuluqda yaşayan Arif adlı şəxsin pula ehtiyacı olduğunu deyib ona köməklik göstərməyini xahiş etdi, o, ilk öncə Arifi tanımadığıma görə köməklik edə bilməyəcəyini dedi, daha sonra evdə olan zaman Şura ilə Arif onlara gəldilər, Arif qızının xəsdə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyib ondan ona borca 5.000 manat pul verməyimi xahiş etdi, onun Arifə yazığı gəldiyinə görə yaşadığı evdə Şuranın yanında ona 5.000 manat pul verdi, Arif pulu götürüb bir iki aya qaytaracağını dedi, pulu verməyindən 6 ay keçməsinə baxmayaraq, Arifin pulu qaytarmadığını görüb ona zəng etdikdə Arif hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırdı, daha sonra o, Arif ilə qardaşı Məcnun yaxın münasibətləri olduğunu bildi, Arif qardaşı Məcnunla onlara gələrək pulu qaytara bilməsi üçün yaxşı iş olduğunu beləki, plastik qapı pəncərə sexi açacağını, oğlununda həmin sexi işlədəcəyini, sexdən gələn gəlirdən hər ikisinin ailəsinin dolanacağını deyib bunun üçün ilkin olaraq 6.000 manat pul lazım olduğunu dedi, həmin ərəfələrdə oğlu vəfat etdiyindən, fikirlərinin dağınıq olduğu vaxt olduğundan Arifə inanaraq əlavə olaraq yaşadığı evdə qardaşı Məcnunun yanında Arifə 6.000 manat pul verdi, bir müddət sonra Arifdən işlərin nə yerdə olduğunu soruşduqda, Arif narahat olmamasını, işlərin qaydasında getdiyini deyirdi, o, ona sexi görmək istədi yini dedikdə isə Arif hər dəfə bəhanə gətirib onu sexə aparmırdı, daha sonra isə o, ondan işlə bağlı maraqlandıqda Arif oğlunun sexdə istifadə etmək üçün gətirdiyi şüşələri avtoqəza keçirdiyinə görə şüşələrin qırılıb yarasız hala düşdüyündən ziyana getdiklərini bildirdi. O aldadıldığını başa düşüb Arifdən ona verdiyi ümumilikdə 11.000 manat pulu qaytarmasını tələb etdi, Arif ilk öncə bəhanələr gətirib onu aldatdı, daha sonra isə ondan pulunu tələb etdiyi halda onun ona pulu faizlə verdiyini deyərək onu şərləyəcəyini bildirdi.

3. İş materiallarında olan X2 Sumqayıt ŞPİ-nin 5-ci PB-də verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2012-ci ildən İddiaçı tanımış, onların yaxşı münasibəti olub, Suqra ayrı-ayrı şəxslərə aylıq 10 faizdən olmaqla pul verirdi, on özü də pul lazım olduqda ondan faizə pul alıb sonra qaytarmışdır. 2014-cü ildə tanışının vasitəsi ilə Cavabdeh onlara gələrək onun tanışının faizə pul verdiyini dediyini ona pul lazım olduğunu dedi, onlar olan zaman Suqra da bizə gəldi, Arif ilkin olaraq Suqraya 5.000 manat pul lazım olduğunu dedi, onlar Arifə verilən pula görə zamin dayandığını bildirdikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən onlarda görüşdükdə Suqra onların iştirakı ilə Arifə 5.000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, onlar bir müddət sonra Arif ona zəng edib razılıq edərək Suqranın pulunu tam olaraq qaytardığını dedi, o, Suqraya zəng etdikdə Suqra pulunu tam olaraq Arifdən aldığını bildirdi, Bundan sonra on un onlarla heç bir ünsiyyəti olmayıb və bir-birlərinə pul alıb vermələrini bilmir. İş materiallarında olan X3 Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Cavabdeh onun qohumumdur, 2014-cü ildə Arif ilə görüşdükdə Arif yoldaşının onkoloji xəsdə olduğuna görə müalicəsi üçün pul lazım olduğunu dedi, o, Arifə pulu olmadığını dedikdə Arif faizə də olsa pulun tapılmasının vacib olduğunu bildirdi. O maraqlandıqda həmin ərəfədə Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşaraq yaşayan Şura adlı tanışı onun Suqra adlı tanışının faizə pul verdiyini dedi, o, Arif ilə Şuragilə getdi, Şuragildə olan zaman Şuranın tanışı Suqra da oraya gəldi, Arif ilkin olaraq Suqaraya 5.000 manat pul lazım olduğunu dedi, o və Şura Arifə verilən pula görə zamin dayandığını dedikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən Şuragildə görüşdükdə Suqra onun və Şuranın iştirakı ilə Arifə 5.000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, pulu bir neçə gün gecikdirdikdə isə Suqra Şuraya zəng edir, eləcə də Şura ona deyirdi, o da Arifə dedikdən sonra Arif aparıb pulu ödəyirdi. 3 ay sonra yenidən Arifin yoldaşının müalicəsi üçün pul lazım olduğundan Arif ilə birlikdə Suqragilə gedib əlavə 6.000 manatda pul lazım olduğunu dedi, Suqra Şuraya zəng edərək ona onların yenə də faizə pul götürmək üçün gəldiyini deyib pulu verib verməyəcəyini soruşduqda Şura verməsini dedi, bundan sonra Suqra yaşadığı evdə onun və qardaşı Məcnunun yanında aylıq 10 fa iz olmaqla Arifə 6.000 manat pul verdi. Arif bir müddət pulu versə də, daha sonra maddi vəziyyətinin pişləsməsi ilə əlaqədar Suqraya faizi verə bilməyəcəyini, aylıq 700 manat ödəməyə ümumi borcundan çıxmasını dedi, Suqra da razılaşdıqdan sonra Arif 15 ay müddətində Suqraya 700 manat pul vermişdir, Arif pulu onun yanında verməsə də, ona Şura tərəfindən zəng gəlmədiyinə görə pulun ödənildiyini bilirdi, eləcədə Arif hər ödədikcə ona deyirdi. Arif Suqaradan 11.000 manat pulu iş görmək adı ilə deyil, aylıq 10 faiz ödəməklə borca götürmüşdür və bu günə kimi götürdüyü 11.000 manat pula görə 500 manat artıq olmaqla (11.500 manat) tam olaraq qaytarmışdır. Suqranın dedikləri həqiqətə uyğun deyil və onun üstündən 9 il keçdikdən sonra nə səbəbdən şikayət etməsini bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, cavabvdehdən 11.000 manat məbləğində pulun və 123 manat məhkəmə xərcinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 11.000 manat məbləğində borc pul vermişdir. Lakin o, borcunu bu günə kimi qaytarmamışdır. İddiaçı bu səbəbdən polisə şikayət etmiş, şikayət ilə əlaqədar araşdırma aparılmış, iş mülki xarakterli olduğundan cinayət işinin başlanlmasının rədd olunması haqqında qərar qəbul olunmuş və həmin qərarla ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin iş üzrə Cavabdeh polisdə verdiyi izahatında ondan 11.000 manat aldığın ı etiraf etmiş, eyni zamanda bildirmişdir ki, guya aldığı pul vəsaitini geri qaytarıb. Lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.

6. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi zərərə - hüquqi xidmət xərcinə görə 300 manat və mənəvi zərərə görə 5.000 manat olmaqla, ümumilikdə 5.300 manat pulun tutularaq ona ödənilməsi, eyni zamanda ilk iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə ona aylıq faizlə iki dəfəyə 11.000 manat borc vermiş və o, Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11.500 manat pul qaytarm ışdır. Qeyd edilənlər, Sumqayıt ŞP-nin 5-ci PB tərəfindən aparılan araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin, İddiaçı hər dəfə əsassız olaraq onu borcu qaytarmamaqda ittiham edir. Cavabdeh hazırkı mülki iş üzrə hüquqlarının müdafiə olunması məqsədilə 300 manat vəkilə pul ödəmişdir. Həmçinin o, şəkər xəstəsidir və əsassız şikayət nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Davam edən əsassız iddia və məhkəmə mübahisəsi onun davamlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur.

8. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iclasınd a iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, İddiaçı Cavabdeh 11.000 manat məbləğində borc pul vermişdir. Lakin o, borcunu bu günə kimi qaytarmamışdır. Ona görə onun barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq araşdırma aparılmış, iş mülki xarakterli olduğundan cinayət işinin başlanlmasının rədd olunması haqqında qərar qəbul olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin vaxt Cavabdeh izahatı alınmışdır. O, izahatında Suqradan 11.000 manat aldığını etiraf etmişdir. Lakin bildirmişdir ki, guya aldığı pul vəsaitini geri qaytarıb. Lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Hazırda İddiaçı Cavabdeh pulunu tələb edir. Lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə və ilkin iddianı rədd edərək bildirdi ki, iddia tələbi tamamilə əsassız sayır. Belə ki, İddiaçı 2014-cü il tarixdə Cavabdeh aylıq faizlə və hissələrlə (iki dəfəyə) 11.000 manat borc vermiş və o, Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11.500 manat pul qaytarmışdır. Qeyd edilənlər Sumqayıt ŞPİ 5-ci PB tərəfindən aparılan araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq İddiaçı hər dəfə əsassız o laraq onu borcu qaytarmamaqda ittiham edir, bununla bağlı Sumqayıt ŞPİ 5-ci PB-nə əsassız şikayət etmiş və hal-hazırda məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırki mülki iş üzrə hüquqlarının müdafiə olunması məqsədilə “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə 239 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmaqla 300 manat ödəniş edilmişdir. Bu xərci İddiaçı əsassız iddiasından müdafiə olunmaq üçün çəkmiş və maddi zərərə məruz qalmışdır. Qeyd edilən zərəri tələb etmək hüququ həm mülki, həm də mülki prosessual qanunvericiliklə tanınmaqdadır. Həmçinin Arif şəkər xəstəsidir və Suqranın əsassız şikayəti nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Davam edən əsassız iddia və məhkəmə mübahisəsi də onun dav amlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin təhqir olunmasına səbəb olmuşdur. Suqranın qeyd edilən hərəkətləri nəticəsində Arifə mənəvi zərər vurulmuşdur və vurulmuş mənəvi zərəri o, 5.000 manat məbləğində qiymətləndirir. Eyni zamanda ilkin iddia tələbinə münasibətdə iddia müddəti tətbiq olunmalı və iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbi tamamilə əsassız olduğundan və borc müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan tərəflərindən qəbul edilmir. Hər bir halda hesab edirlər ki, ilkin iddia tələbinə münasibətdə iddia müddəti də ötürülmüşdür. Belə ki, İddiaçı 2014-cü ilin yay və payız aylarında Cavabdeh aylıq faizlə və hissələrlə (5.000 manat və 6.000 manat olmaqla iki dəfəyə) cəmi 11.000 manat borc vermiş və sonuncu tərəfindən Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11.500 manat pul qaytarılmışdır. Həmçinin İddiaçı da Sumqayıt ŞPİ 5-ci PB-nə verdiyi izahatda 2017-ci il tarixdə Cavabdeh 2 aylığına 5.000 manat, ondan 6 ay keçdikdən sonra təkrar 6.000 manat borc verdiyini və bir müddət sonra aldadıldığını bilərək borcu geri tələb etdiyini, lakin cavabdehin borcu qaytarmaqdan imtina etdiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olmuş 739-740-cı maddələrinə uyğun olaraq şifahi borc müqaviləsi bağlanmışdır. Əgər cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş idisə, izahatlara əsasən ən geci 2018-ci ilin sonlarında hüquqlarının pozulması Suqraya məlum olmuşdur. Belə olan halda Piriyeva ən geci 2021ci ilin sonuna kimi məhkəmədə iddia qaldırma lı və öhdəliyin icrasını Arifdən tələb etməli idi. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı 3 illik iddia müddətini ən azı 2 il 3 ay müddətinə ötürmüşdür və məhkəməyə 15 aprel 2024-cü il tarixdə müraciət etmişdir.

11. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(028)-248/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) hər iki iddia ərizəsi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı hesab etmişdir ki, tərəflər arasındakı borc münasibətləri təxminən 2014-2017-ci illərdə yaranmışdır. Bu səbəbdən, Cavabdeh həmin münasibətlərə iddia müddəti tətbiq edilməsi tələbi əsaslıdır. Belə ki, İddiaçı hüquqlarının pozulmasını bilməsindən üç ildən də artıq bir müddət keçmişdir.

13. Qarşılıqlı iddia tələb inə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı hərəkəti nəticəsində mənəvi ziyana düşməsini göstərsə də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, Cavabdeh iddiası təmin edilmədiyinə görə nümayəndə və vəkilinə göstərdiyi yardıma görə xərclərin verilməsi hissəsində də tələbi təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 373.2, 373.3, 739, 740-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermişlər

16. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edərək, iş üzrə ilkin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbinə dair hissədə isə qətnaməni ndəyişdirmədən saxlanılmasını xahiş etm işdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə istinad edərək ilk iddia tələbini rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasındakı borc münasibətlərinin təxminən 2014-2017-ci illərdə yaranması barədə qənaətə gələrkən iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanmışdır. Halbuki, o, cavabdehə pul vəsaitlərini 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində vermişdir. Məhkəmə iclasında nümayəndə-vəkili də bunu təsdiq etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən pulun hansı tarixdə qaytarılması ilə bağlı müddət qeyd olunmadığından iddia tələbinə iddia müddəti tətbiq oluna bilməzdi. İddiaçı cavabdehə iki dəfə pul vermişdir. İlk dəfə 5.0 00 manat, daha sonra isə 6.000 manat pul vermişdir. İzahatdan görünür ki, Arif 5.000 pulu götürüb bir iki aya qaytaracağını demişdir. Hətta məhkəmənin gəldiyi nəticə ilə razılaşsalar belə, o zaman 5.000 manata münasibətdə iddia müddəti tətbiq oluna bilərdi, 6.000 manata münasibətdə isə iddia müddətinin tətbiq olunması yolverilməzdir. Çünki həmin pulun nə zamana qaytarılması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda tərəflərin hər hansı bir qeydi yoxdur. Bundan əlavə işə əlavə etdiyi cavabdehin əlyazmasında da, pulun hansı tarixdə verilməsi və qaytarılması ilə bağlı hər hansı bir qeyd yoxdur. Belə olan halda iddia müddətinin tətbiqi barədə mövqe düzgün olmamışdır. Onun, 2014-cü ildə cavabdehə pul verib, qaytarmadığı halda 2023-cü ildə polisə şikayət etməsi mənt iqli deyil. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda tarix texniki səhv olaraq 2014-cü il qeyd edilmişdir.

18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə ləğv edilməsini və iş üzrə qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını, məhkəmə qətnaməsinin ilkin iddianın rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə 5.000 manat mənəvi zərər tələbinin təmin edilməməsi əsası kimi həmin zərərin sübut edilməməsinə istinad etmişdir. Halbuki, iş materiallarından göründüy ü kimi iddiaçı hər dəfə əsassız olaraq onu borcu qaytarmamaqda ittiham edir, bununla bağlı Sumqayıt ŞPİ 5-ci PB-nə əsassız şikayət etmiş və həmçinin məhkəməyə müraciət etmişdir. O, şəkər xəstəsidir və iddiaçının əsassız şikayəti nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Həmçinin, davam edən əsassız iddia və məhkəmə mübahisəsi də onun davamlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin təhqir olunmasına səbəb olub. Mənəvi zərərin sübut edilməli olmaması və sübutunun qeyri-maddi xarakter daşımasından tələb edilməməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında öz əksini tapmışdır. Bundan əlavə məhkəmə qətnaməsi qarşılıqlı iddianın 300 manat vəkil xərcinin ödənilməsi hissəsinin təmin edilməməsində də əsassız olmuşdur. Belə ki, məhkəmə vəkil xərcinin təmin edilməməsi əsası kimi, vəkilin qarşılıqlı iddianın verilməsi ilə bağlı tutulduğunu və bu səbəbdən həmin tələb rədd edildiyindən vəkil xərcinin də rədd edilməli olduğunu qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, müqavilə qarşılıqlı iddia verilməmişdən əvvəl ilk iddianın qaldırılması ilə bağlı bağlanmışdır. İşə baxan məhkəmə qeyd olunan halları lazımı qaydada araşdırmadığından iş üzrə qanunsuz və əsassız qətn amə qəbul etmişdir.

20. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1n apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia müddətinin tətbiqindən yayınmaq üçün pulu guya 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində verdiyini bildirsə də, bu faktın doğruluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı polisə verdiyi izahatında da, sözügedən münasibətlərin 2014-2017-ci illərdə baş verdiyini bildirmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1647/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq H üseynzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, həmin hissə üzrə ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan - qarşılıqlı iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında hər hansı yazılı borc münasibətini təsdiq edən sənəd olmamışdır. Bu halda mübahisəni borc münasibəti kimi şərh etmək və həllinə Mülki Məcəllənin 739 və 740-cı maddələrini tətbiq etməklə işə baxan məhkəm ə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdə keçirilməli, işdə iddianın əsaslı sayılması üçün cavabdehlərin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. Lakin işə baxmış birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır.

23. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı Cavabdeh özünün dediyinə görə 2017-ci il tarixdə, sonuncunun bildirdiyinə görə isə 2014-cü il tarixdə bir neçə aya qaytarmaq şərtilə, birinci dəfə 5.000, ikinci dəfə isə 6.000 manat olmaqla, ümumilikdə 11.000 manat pul vermişdir. Belə ki, İddiaçı həmin pulu 2017-ci ildə bir neçə aya qaytarmaq şərtilə borc olaraq verdiyini, Cavabdeh isə əksinə, 2014-cü ildə iki ay müddətinə aldığını və artıqlaması ilə qaytardığını bildirir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəsiz halıdır. Lakin, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir. Hazırkı işin hallarından göründüyü kimi mübahisələndirilən pul məbləği Cavabdeh deməsinə görə 2014-cü ildə, İddiaçı bildirdiyinə görə isə 2017-ci ilə verilmişdir. Bundan əlavə, pulun cavabdehə bir neçə aylığa verildiyi görünür. Cavabdeh mübahisələndirilən pulu deyilən aylar çərçivəsində qaytarmadığı halda, artıq iddiaçı hüququnun pozulmasını həmin vaxdan bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Yalnız üstündən xeyli illər keçdikdən sonra iddiaçı 2023-cü il tarixdə polis orqanına, 2024cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı istər 2014-cü ildən, istərsə də 2017-ci ildən hesablandıqda iddia müddətini ötürmüşdür. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər təxminən 2014-2017-ci illərdə yarandığından Cavabdeh həmin münasibətlərə iddia müddəti tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Çünki, İddiaçı hüquqlarının pozulmasını bilməsindən iki ildən də artıq bir müddət keçmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər (borc münasibətlərin 2021-2022-ci illərə təsadüf etməsi) məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağlabatan görünmür.

26. Məhkəmə kollegiyası qarşılıqlı idd ia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.2, 372, 373, 375, 377, 380, 381,386, 560.1, 1091, 1092, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2, 385.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, həmin hissədə ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinə dair hissədə isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan apellyasiya məhkəməsi iş materiallarındakı “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərara istinad edərək tərəflər arasındakı borc münasibətlərinin 2014-2017-ci illərdə yarandığını qeyd etsə də, İddiaçı nümayəndəsinin pulun 2021-2022-ci illərdə verilməsi barədə məhkəmə iclasında verdiyi izahatını nəzərə almamışdır. Halbuki, İddiaçı xx.xx.2023-cü ildə DİN-in 102 Çağrı Mərkəzinə etdiyi müraciətində də, Arif adlı şəxsə 3-4 il qabaq 11.000 manat pul verdiyini bildirmişdir. Ola bilsin ki, sözügedən qərarda tarix texniki olaraq səhv qeyd edilib. Buna baxmayaraq işə baxan məhkəmə həmin tarixi yox, məhkəmə iclasında verilən izahata istinad etməli idi.

30. Həmçinin İddiaçı Cavabdeh iki dəfə - 5.000 manat və 6.000 manat olmaqla pul vermişdir. Hətta, 5.000 manata münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsalar da, digər hissədə iddia müddətinin tətbiq edilməsi barədə mövqe ilə razı deyillər. Belə ki, 5.000 manat pul borca verilərkən, bir-iki aya qaytarılması nəzərdə tutulsa da, digər məbləğ veriləndə qaytarılması üçün hər hansı müddət nəzərdə tutulmamışdı. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Cavabdeh məxsus əlyazmada da, pulun hansı tarixdə verilməsi və qaytarılacağı barədə qeyd yoxdur. Bu səbəbdən, İddiaçı hüququnun pozulduğunu bildiyi an 2023-cü ildən hesablanmalıdır. Belə olduğu təqdirdə isə, iddia müddətinin tətbiqi barədə məhkəmə kollegiyasının mövqeyi Mülki Məcəllənin 377.1-ci maddəsinə zidd olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəl məsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

34. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

37. Maddə 372.2. Hüququ p ozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

38. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolveri lməzdir.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin qeyd olunan hissədə yoxlanılması təşkil edir. Kasasiya i nstansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin, cavabdehlə şərikli münasibətlərinin olması, borc münasibətlərinin olmaması cavabdehin onun qarşısında öhdəliyinin olması, həmin öhdəliyin ona vurduğu ziyan nəticəsində yaranması və mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq oluna bilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.

61. Belə ki, iddiaçının iddia tələbinin mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq oluna bilməməsi barədə dəlilinin maddi əsası olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir.

62. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləği əsassız varlanma ilə bağlı yaranan tələb olduğuna görə həmin tələbə Mülki Məcəllənin 1095-ci mad dəsində nəzərdə tutulan iki illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da əsassız varlanma ilə bağlı yaranan tələbləri ehtiva edə bilməz.

63. Həmçinin qeyd olunmalıdır ki, bəzi maddi nemətlər, o cümlədən pul məbləği əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.

64. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi hazırkı iş üzrə tərəflər arasında hər hansı yazılı borc münasibətini təsdiq edən sənəd olmamışdır. Hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdə keçirilməli, işdə iddianın əsaslı sayılması üçün cavabdehlərin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi mübahisələndirilən pul məbləği Cavabdeh deməsinə görə 2014-cü ildə, İddiaçı bildirdiyinə görə isə 2017-ci ilə verilmişdir. Pulun cavabdehə bir neçə aylığa verildiyi görünür. Cavabdeh mübahisələndirilən pulu deyilən aylar çərçivəsində qaytarmadığı halda, artıq iddiaçı hüququnun pozulmasını həmin vaxdan bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Yalnız üstündən xeyli illər keçdikdən sonra iddiaçı 2023-cü il tarixdə polis orqanına, 2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı istər 2014-cü ildən, istərsə də 2017-ci ildən hesablandıqda iddia müddətini ötürmüşdür.

65. Diqqətə çatdırılmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci i l, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

66. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

67. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qər arında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

68. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilm əsini nəzərə almalıdırlar.

69. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

70. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

71. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetə rlidir.

72. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

74. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məh kəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

76. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1647/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar