Məhkəmə qərarları › İş №2(102)-7401/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7401/2019

17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7401/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(107)629/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(033)-983/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.İsmayılov) İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin və icarə müqaviləsinə dəyişiklik edilməsinə dair müqavilənin vaxtından əvvəl ləğv edilməsi, qeyri-yaşayış binasının boşaldılması və təhvil verilməsi” barədə ilk iddianın təmin, Cavabdeh İddiaçı və X2 qarşı “icarəsində olan qeyri-yaşayış binasının zirzəmi hissəsindən istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması və oradan çıxarılması” barədə qarşılıqlı iddiasının rədd edilərək, tərəflər arasında bağlanmış 23 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin, eləcə də həmin müqaviləyə dəyişiklik edilməsinə dair 06 aprel 2017-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, qeyri yaşayış binasının boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019 -cu il tarixli, 2(107)629/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, İ.F.Quliyev məruzəçi və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı “icarə müqaviləsinin və icarə müqaviləsinə dəyişiklik edilməsinə dair müqavilənin vaxtından əvvəl ləğv edilməsi, qeyriyaşayış binasının boşaldılması və təhvil verilməsi” barədə ilk iddia qaldırıb. Cavabdeh isə məhkəmədə İddiaçı və Eldar Atayevə qarşı “icarəsində olan qeyri-yaşayış binasının zirzəmi hissəsindən istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması və oradan çıx arılması” barədə qarşılıqlı iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Eldar Atayev, Cavabdeh, vəkili Samir Şərifov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh münasibətdə dəyişdirilmən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, sonuncunun icarə müqaviləsindən irəli gələn öhdəliklərini pozmasına, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 700.1, 700.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxar kən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 24 yanvar 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən ünvan 1 ünvanda, 0,008 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.8 kv.metr olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. 23 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı sözügedən qeyri-yaşayış binasını 23 yanvar 2024-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh icarəsinə verib və sonuncu İddia çı hər ay 600 manat icarə haqqı olmaqla, 07 il müddətinə birdəfəlik 51.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürüb. İcarə müqaviləsinin şərtlərinə görə devalvasiya olarsa, devalvasiyaya uyğun olaraq icarə haqqına yenidən baxıla bilər, eləcə də icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər. İkinci mərtəbənin tikilməsi üçün lazımi sənədlər alınarsa, icarəçi bir ay ərzində tikilinin tikilib başa çatması üçün icazə verilməsini öz öhdəsinə götürür. İcarə müqaviləsi 29 mart 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən reyestr xidmətində Cavabdeh adına qeydə alınıb. Daha sonra işdən görünür ki, tərəflər arasında sözügedən icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 06 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, İddiaçı sözügedən qeyriyaşayış binasını Cavabdeh icarəyə verir və icarə müqaviləsinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir və həmin bəndə dəyişiklik edilərək, müqavilənin müddəti 06 aprel 2029-cu il tarixədək uzadılıb. Müqavilənin şərtlərinə görə, Cavabdeh İddiaçı hər ay 600 manat icarə haqqı olmaqla, 07 il müddətinə birdəfəlik 51.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. İcarəyə götürən aylıq 600 manat icarə haqqı olmaqla, 05 il müddətinə birdəfəlik 06 oktyabr 2018-ci il tarixə daha 36.000 manat ödəməyi öhdəsinə götürür. İcarəçi 36.000 manat icarə haqqını 06 oktyabr 2018-ci il tarixədək ödəmədiyi halda, icarə müqaviləsi qüvvədən düşür və icarəçi icarəyə göt ürdüyü əmlakı icarəyə verənə geri qaytarır. Devalvasiya olarsa, devalvasiyaya uyğun olaraq icarə haqqına yenidən baxıla bilər. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Belə qarşılıqlı razılıq olmadıqda, müqavilə pozula bilməz. Əgər aralarında mübahisə olarsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. İcarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər. İkinci mərtəbənin tikilməsi üçün lazımi sənədləri alarsa, icarəçi bir ay ərzində tikilinin tikilib başa çatması üçün icazə verilməsini öz öhdəsinə götürür. İşdən görünür ki, Zaqatala rayon İHB-nın 10 aprel 2017-ci il tarixli, 70 saylı sərəncamına əsasən, İddiaçı İcra Hakimiyyətinə müraciət edərək, şəhərin Zərifə Əliyeva (keçmiş Vida di) küçəsi 13 “q” saylı ünvanda mülkiyyətində olan mağaza binasının 2-ci mərtəbəsinin tikintisinə icazə verilməsini xahiş etmiş və müraciət Memarlıq və Tikinti Şöbəsi tərəfindən araşdırılmış və İddiaçı şəhərin Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 “q” saylı ünvanda əlaqədar təşkilatların rəyləri nəzərə alınaraq, razılaşdırılmış memarlıq planlaşdırma layihəsi əsasında mülkiyyətində olan mağaza binasının 2-ci mərtəbəsinin tikintisinə icazə verilməsi mümkün hesab edilmişdir. Ona görə də İddiaçı şəhərin Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 “q” saylı ünvanda əlaqədar təşkilatların rəyləri nəzərə alınmaqla, Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış memarlıq planlaşdırma layihəsi əsasında mülkiyyətində olan bir mərtəbəli mağaza binasının 2-ci mərtəbəsinin tikintisinə icazə verilmiş və İddiaçı tapşırılmışdır ki, tikinti işlərini mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində layihəyə uyğun aparılmasını təmin etsin. Aparılacaq tikintinin sərəncam imzalandığı tarixdən etibarən bir ildən gec olmayaraq başlanılması və üzrlü səbəb olmadan üç ildən gec olmayaraq, başa çatdırılması nəzərdə tutulmuşdur. Bundan sonra, 12 dekabr 2017-ci il və 01 iyun 2018-ci il tarixli bildirişlərə əsasən, İddiaçı 20 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsaslanaraq, icarəyə verdiyi qeyri-yaşayış binasının ikincı mərtəbəsinın tikilməsı üçün lazimi sənədləri alarsa, icarəçinin 1 ay ərzində tikintinin tikilib başa çatması üçün icazə verməsini öhdəsinə götürdüyünü bildirərək, 12 dekabr 2017-ci il tarixdə ikinci mərtəbənin tikilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16217 saylı işçi layihəsinin gəldiyini, tikintinin aparılması ilə bağlı Zaqatala rayon İHB-nın 10 aprel 2017-ci il tarixli sərəncamının olduğunu qeyd edərək, icarəyə götürdüyü sahəni boşaltmasını və ona bir ay ərzində tikinti işlərinin aparılması üçün şəraitin yaradılmasını xahiş etmişdir. Bildirişdə tikinti işlərinə 1 iyul 2018-ci il tarixdən başlanacağı göstərilmişdir. Xəbərnaməli poçt qəbzlərindən görünür ki, həmin bildirişlər Cavabdeh çatdırılmışdır. Həmçinin işə əlavə edilmiş İddiaçı ilə Çingiz Heydərov arasında 20 iyun 2018-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, tikinti üçün sifarişçi olan İddiaçı sifarişi əsasında tikinti üçün fərdi podratçı olan X3 şəhəri, Vidadi küçəsi 13 “q” saylı ünvanda yerləşən ümumi sahəsi 69,8 kv.metr olan qeyri-yaşayış bina sında aparılacaq təmir, tikinti işlərinə lazım olan tikinti materialları ilə vaxtında təmin edilərsə, nəzərdə tutulan işləri 01 iyul 2018-ci ildən 01 avqust 2018-ci il tarixədək yəni, bir ay müddətində başa çatdırmağı öhdəsinə götürmüşdür. Eləcə də İddiaçı 20 iyun 2018-ci il tarixli ərizəsindən görünür ki, o qeyri-yaşayış binasının ikinci mərtəbənin tikintisinə 01 iyul 2018-ci il tarixdə başlayıb, 01 avqust 2018-ci il tarixdə başa çatdırmağı öz öhdəsinə götürmüşdür. 28 iyun 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı icarəçi Cavabdeh icarə müqaviləsinin 9-cu bəndinə əsasən 01 iyul 2018-ci il tarixdə ikinci mərtəbənin tikintisinə başlayacağını və icarəyə verdiyi obyekti boşaltmasını xahiş etmişdir. İşə əlavə edilmiş 24 may 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünv an 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ikinci mərtəbənin inşa olunması və bununla əlaqədar binanın birinci mərtəbəsinin daxilində ikinci mərtəbəyə qalxmaq üçün pilləkən qəfəsəsinin quraşdırılması ilə, Cavabdeh icarəsinə verilmiş 69,8 kv.metrlik sahəsinin 2,29 kv.metrinin azalaraq 67,57 kv.metr təşkil etdiyi müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış binasının zirzəmisinə giriş-çıxış üçün faktiki olaraq pilləkən qəfəsi mövcud olduğundan və tikinti-texniki baxımından yararlı vəziyyətdə olduğundan, işçi layihəsində, Cavabdeh faktiki icarəsində olan binanın birinci mərtəbəsinin daxilindən zirzəmiyə eniş üçün quraşdırılması nəzərdə tutulmuş bir marşlı pilləkən qəfəsinin yaradılmasına zəruri yoxdur. Rəyin tədqiqat hissəsində qeyd olunanları o, cümlədən tədqiq olunan qeyri-yaşayış binas ının üzərində ikinci mərtəbəsinin inşa olunmasına dair rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncamın və Fövqəladə Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyinin verilməsini, inşası nəzərdə tutulmuş mərtəbənin işçi layihəsinin tərtib olunmasını, layihədə mərtəbənin texniki xüsusiyyətlərin əks olunmasını, eləcədə tikinti işlərinin aparılmasına dair podrat müqaviləsində işlərin 1 ay müddətinə başa çatdırılmasına podratçı öz öhdəsinə götürdüyünü nəzərə alaraq, obyektin layihə-smeta sənədlərinə əsasən, inşası nəzərdə tutulmuş ikinci mərtəbənin 1 ay ərzində tikilib başa çatdırılması və istismara verilməsi, tədqiqat hissəsində göstərilən şərtlər daxilində, texniki baxımından mümkün ola bilər. Mülki iş mat erialında olan məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Zaqatala rayon İHB-nın 10 aprel 2017-ci il tarixli, 70 saylı sərəncamında tikintisinə icazə verilmiş qeyri-yaşayış binasının müvafiq işçi layihə əsasında ikinci mərtəbəsinin, mövcud qeyriyaşayış binasının birinci mərtəbəsinin və zirzəmisinin sökülüb yenidən qurulmadan inşa edilməsinin texniki baxımından mümkün olduğu müəyyən edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə göt ürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir ki, icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış istər 23 yanvar 2017-ci il tarixli icarə müqaviləsində, istərsə də 06 aprel 2017-ci il tarixdə icarə müqaviləsinə dəyişiklik edilməsinə dair müqavilədə ünvan 2 ünvanda yerləş ən qeyri-yaşayış binasının zirzəmi hissəsinin də Cavabdeh icarəyə verilməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan su i-istifadə olmasın. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi v ə ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərə rin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, haqlı olaraq qeyd etmişdir ki, 23 yanvar 2017-ci il tarixli icarə müqaviləsində və 06 aprel 2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair müqavilədə şərtləndirilməsinə baxmayaraq mübahisəli qeyri-yaşayış binasının ikinci mərtəbəsinin tikintisi üçün lazımi sənədlərin alınmasına baxmayaraq icarəçi Cavabdeh bir ay ərzində tikilinin tikilib başa çatdırılması üçün icazə verməsi öhdəliyini yerinə yetirməsinə dair İddiaçı 12 dekabr 2017-ci il tarixdən indiyədək çoxsaylı yazılı və şifahi müraciətlərinə məhəl qoymamış, icarəyə götürdüyü sahəni boşaldıb və bir ay ərzində tikinti işlərinin aparılması üçü n müxtəlif bəhanələrlə şərait yaratmamaqla, o, həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Halbuki, zəruri olan bütün sənədlərin hazır olmasından əlavə, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən bir mərtəbəli mağaza binasının 2-ci mərtəbəsinin tikintisinə icazə verildiyi Zaqatala rayon İHB-nın 10 aprel 2017-ci il tarixli, 70 saylı sərəncamında aparılacaq tikintinin sərəncam imzalandığı tarixdən etibarən bir ildən gec olmayaraq başlanılması bildirilmişdir. Cavabdeh isə heç bir əsas olmadan göstərir ki, birinci mərtəbə və zirzəmi sökülüb, yenidən tikilmədən binanın ikinci mərtəbəsini tikmək mümkün deyil. Ancaq işdə olan mütəxəssis rəylərindən, tikintinin layihə-smeta sənədlərindən də görünür ki, ikinci mərtəbənin tikilməsi üçün binanın sökülü b yenidən tikilməsinə ehtiyac yoxdur. Hazirda mövcud olan binanın üstündən ikinci mərtəbəni tikmək mümkündür. Bundan əlavə, icarəyə götürülən sahə ikinci mərtəbənin tikilməsi ilə bağlı heç də 1520 kv.metr deyil, 2.29 kv.metr azalır. Belə vəziyyətdə, eləcə də tikintinin bir aydan çox müddətə çəkəcəyi halda Cavabdeh ona dəymiş ziyanla bağlı mübahisə aca bilərdi. Ancaq bunları etməyərək müqavilə şərtini pozaraq mülkiyyətciyə binanın ikinci mərtəbəsini tikməyə uzun müddət imkan verməməklə onun hüquqlarını pozmuşdur. Ona görə də icarə müqaviləsinin şərtlərinin Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması tərəflər arasında bağlanmış həmin müqavilələrin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi üçün əsasdır. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 05 iyul 2019-cu il tarixli, 2(107)-629/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar