Məhkəmə qərarları › İş №2(102)-7402/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7402/2019

05.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7402/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, Cavabdeh, vəkili X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(016)105/2018, hakim T.A.İsmayılov) İddiaçı Cavabdeh qarşı idd iası təmin edilmiş, mərhum Vəliyev Qasım Abbas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum X9 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinin Cavabdeh 1/5 hissəsinə, X1 1/5 hissəsinə, X6 1/5 hissəsinə, X7 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsiilə (iş № 2(107)-2028/2019, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnаmə ləvğ edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamə dən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 15 noyabr 2017-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Ağsu şəhərində 29 oktyabr 1970-ci ildə ölmüş atası X8 miras qalmış və ünvan 2 ünvanda yerləşən 0.1299 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145 kv metr, yaşayış sahəsi 84.9 kv metr, köməkçi sahəsi 60.1 kv metr olan fərdi yaşayış evindən və əlavə tikililərdən ibarət daşınmaz əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edil mişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmiş, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-c ı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını Ağsu şəhərində 29 oktyabr 1970-ci ildə ölmüş atası X8 miras qalmış və ünvan 2 ünvanda yerləşən 0.1299 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145 kv metr, yaşayış sahəsi 84.9 kv metr, köməkçi sahəsi 60.1 kv metr olan fərdi yaşayış evindən və əlavə tikililərdən ibarət daşınmaz əmlakdan payın müəyyən edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mərhum Vəliyev Qasım Ab bas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum X10 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsinə, X2 1/5 hissəsinə, X6 1/5 hissəsinə, X7 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququnun tanınmasını qət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras əmlak yalnız 2 otaqlı 1 mərtəbəli, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 13,22 kv.m ümumi sahəsi 50,02 kv.m-dən, torpaq sahəsi isə 0,10 ha-dan ibarət olmuş, qalan yardımçı tikililər onun şəxsi vəsaiti hesabına tikilmiş, məhkəm ə qeyd edilən halları araşdırmadan qanunsuz olaraq daşınmaz əmlakı bütün əsas və yardımçı tikililərlə bərabər miras əmlak hesab edərək paylara bölmüşdür. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib mübahisəli fərdi yaşayış evinin 6, 7, 8 saylı otaqlarının miras əmlaka daxil edilməməsini, 1, 2, 3, 4 və 5 saylı otaqların isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən mirasa daxil edilməklə tərəflər arasında bölünməsi, real bölgünün aparılması və payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianı bütünlükdə rədd etmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, i ddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, bununla da mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətini ötürmüş və həmin ötürülmüş müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia tələbinin əsasını 29 oktyabr 1970-ci il tarixdə vəfat etmiş və 23 sentyabr 2015- ci il tarixdə məhkumun adına qeydə alınmış miras əmlaka vərəsələr arasında payların müəyyən edi lməsi təşkil edir. Bu halda tərəflər arasında hüquq münasibəti 29.10.1970-ci il tarixdə yarandığından mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli olduğu halda apellyasiya məhkəməsi tərəfindən 01.09.2000-ci tarixdən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilmişdir. Bununla bərabər 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 528, 532, 552-ci maddələrinin tələblərinə görə iddiaçı mərhumun birinci növbə vərəsəsi olmaqla, vərəsəlik açıldıqdan sonra 1998-ci ilə kimi miras evdə yaşamaqla mirası faktiki qəbul qəbul etmiş hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda göstərildiyi kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli fərdi yaşayış evinin 6, 7, 8 saylı otaqlarının miras əmlaka daxil edilməsi hissəsində mübahisələndirmiş, qalan hissədə isə qətnamə ilə razılaşaraq daşınmaz əmlakın 1, 2, 3, 4, 5 saylı otaqlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193- cü maddəsinə əsasən mirasa daxil edilməklə tərəflər arasında bölünməsi, real bölgünün aparılması və payların naturada ayrılması ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 20 may 2011 -ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin po zulması kimi qiymətləndirilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Bu halda kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar