Məhkəmə qərarları › İş №2(102)-7406/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7406/2019

19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7406/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2283/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimov) 23 aprel 2019-cu il tаrixli, 2(019)-67/20 19 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, cаvаbdeh Cavabdeh torpaq sahəsinin alınması üçün ödədiyi 1900 manat, yaxşılaşdırma-abadlaşdırma işlərinə görə çəkilmiş 2729 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 20,10 manatı, cəmi 4649,10 manat alınıb iddiаçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və 160 manat ekspertiza xərcinin 107,20 manatı cаvаbdeh Cavabdeh, 52,80 manatı isə iddiаçı İddiaçı alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 23 aprel 2019-cu il tаrixli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət edərək Balakən rayonu Xalatala kənd sakini Cavabdeh torpaq sahəsinin alınması üçün ödədiyi 1900 manatın, ona dəymiş ziyan olan 5000 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkə məsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Torpaq sahəsi şifahi razılaşmaya əsasən icarəyə verilmişdir. 1900 manat pul icarə haqqı olmuşdur. Məhkəmə bu hallara əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissəsi iddaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin apellyasiya şikayət inə əsasən ona münasibətdə apellyasiya qaydasında yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bаlаkən rаyоnu Xalatala kəndində yerləşən 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Soltan oğlunun, X2, X4 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. 2014-cü ilin sonunda Cavabdeh dövlət tərəfindən ailəsinin mülkiyyətinə JN- 354 KOD 40115018 saylı Dövlət Aktına əsasən verilmiş pay torpaq sahəsindən 0,81 ha hissəsini və mərhum qardaşı Rasul Şabanova məxsus 0,20 hektar torpaq sahəsini İddiaçı 1900 manata satmış, pulu alıb torpaq sahəsini və torpağa mülkiyyət hüququna dair Dövlət Aktını ona vermişdir. Lakin tərəflər arasında alqı-satqı rəsmiləşdirilməmişdir. İddiaçı 2014-cü ildən 2018-ci ilə kimi olan dövrdə həmin torpaq sahəs ində yaxşılaşdırma işləri görmüş, ağaclar əkmiş, torpaq sahəsinə gübrə, peyin vermiş və digər işlər görmüşdür. 2018-ci ildə tərəflər arasında narazılıq olmuş və cavabdeh torpaq sahəsini geri almışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinin alınması üçün ödədiyi 1900 manatın, ona dəymiş ziyana görə 5000 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 1,00 ha fındıq bağına çəkilən xərclərin cəmi dəyəri təxminən 2729manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. İddiaçı qudasıdır. Tərəflər arasında torpaq sahəsi nin alqısatqısına dair razılaşma olmuşdur. Cavabdeh özünə məxsus pay torpaq sahəsinin bir hissəsini satmaq istədiyini bildirmişdir. O torpaq sahəsini 2000 manata satdığını bildirsə də, 1900 manata İddiaçı satmışdır. İddiaçı, sabahı günü onun yanında 1900 manat pulu sayıb Cavabdeh yoldaşına vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qonşularıdır. İddiaçı, Cavabdeh ona məxsus pay torpaq sahəsinin bir hissəsini almışdır, iddiaçı torpaq sahəsini aldıqda torpaq sahəsi boş olmuşdur. İddiaçı oranı aldıqdan sonra ağaclar əkmiş, torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün işlər görmüşdür. O isə həmin torpağa yonca əkilməsində və fındıq əkilməsində iştirak etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1091.1-1 092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Sadalanan normalara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2014-cü ildən 2018-ci ilə kimi olan dövrdə həmin torpaq sahəsində yaxşılaşdırma işləri görmüş, ağaclar əkmiş, torpaq sahəsinə gübrə, peyin vermiş və digər işlər görmüşdür. 2018-ci ildə tərəflər arasında narazılıq olmuş və cavabdeh torpaq sahəsini geri almışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsinin alınması üçün ödədiyi 1900 manatın, ona dəymiş ziyana pulun verilməsini tələb etməkdə haqlı olmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 1,00 ha fındıq bağına çəkilən xərclərin cəmi dəyəri təxminən 2729 manat təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə fındıq ağacları əkməsi, torpaq sahəsinin kənarındakı kanalı doldurması, orada torpaq sahəsinin yaxşılaşdırması üçün işlər görməsini, bu işlərin görülməsi üçün 2729 manat xərc çəkməsi ilə sübut olunmuşdur ki, iddiaçı həmin torpaq sahəsi ni faktiki olaraq alqı-satqı etdiklərinə görə bu işləri görmüşdür. Fındıq ağacı 3-4 ildən sonra məhsul verdiyindən iddiaçının 4 il müddətə icarəyə götürdüyü torpaq sahəsinə xərc çəkərək bir neçə ildən sonra məhsul verərək fındıq ağaclarını əkməsi, xərc çəkərək abadlaşdırma işləri görməsi inandırıcı deyildir. Ona görə də, cavabdehin qeyd etdiyi torpaq sahəsinin iddiaçıya icarəyə verməsi barədə şifahi razılaşmaları barədə dəlili əsassızdır. Cavabdeh tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apelyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərin ə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2283/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi, cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar