Məhkəmə qərarları › İş №2(102)-7416/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7416/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7416/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı Zirəddin oğlunun və vəkili X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsindən və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(021)-1045/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia təmin edilmiş,ndan 385.000 ( üç yüz səksən beş min) rus rublu öhdəlik icra olunan zaman üçün Azərbayjan Respublikası Mərkəzi Bankının Azərbayjan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(104)-2581/2019 saylı qətnaməsi ilə (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi) Ə.Abdullayev və Ş.Rzaquliyev) E.Yusifzadənin apellyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin 04 mart 2019-ju il tarixli 2(021)-1045/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,dən 9700 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməs inə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərəkndan 385.000 rus rublunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə çıxararkən işin faktiki hallarını nəzərə almamış, yəni göyərtinin yarasız halda olmasını, iddia müddətinin keçməsini nəzərə almamış, maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2581 saylı 07.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında və vəkili X3 Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 07 iyun 2019-cu il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq he sab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bərdə Rayon Polis Şöbəsində İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, İddiaçı 17.12.2018-ci il tarixdə Bərdə RPŞ-yə müraciət edərək Bərdə rayonu Mollalı kənd sakinina 400.000 rus pulu verərək ala bilmədiyini bildirmiş, müraciət Polis Şöbəsinin icraatına 20.12.2018-ci il tar ixdə daxil olmuşdur. Məsələ ilə bağlı araşdırma aparılmış, İddiaçı izahatında göstərdiyi faktların mülki tələb olduğu müəyyən edilmişdir. Mülki xarakterli işlərə baxmaq isə məhkəmənin səlahiyyətinə daxil olduğundan ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı tərəfindən Bərdə RPŞyə verilmiş izahatda qeyd edilmişdir ki, X2 2014-2015-ci ildə Nijni-Novroqodda ondan 440.000 rus rublu dəyərində göy-göyərti almış, sonradan həmin pulu qaytarmamışdır. Həmin puldan cəmi 300 manatı onun atası qaytarıb. Qalan borcu isə X2 qaytarmır. tərəfindən Bərdə RPŞ-yə verilmiş izahatda qeyd edilmişdir ki, o, X3 Rusiyanın Çuvaşiya vilayətində tanış olub. X3 ona göyərti verib, lakin mal xarab çıxdığından satmaq mümkün olmayıb. O, həmin malların bir qisminin pulunu qaytarıb, qalanını da X3 aralarınd a gəldikləri razılığa görə X3 ona təzə mal verəndən sonra o malları satıb ziyanı ödəyəcək. Lakin X3 sözündə durmayıb. O da həmin vaxt xəstələnib Azərbaycana qayıdıb. Odur ki, X3ə heç bir pul borcu yoxdur. Onun dediklərinin hamısı şər-böhtandır. Hətta X3 onun xəbəri olmadan atasını aldadaraq ondan 300 manat pul alıb. O, X3i dəfələrlə bu hərəkətlərindən çəkinməsi, ailəsini narahat etməməsi barədə xəbərdar etsə də X3 bunlara məhəl qoymur. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, X4 iddiaçıdan 400000 rubl dəyərində göyərti aldığını etiraf etsə də, sonradan aldığı göyərtinin xarab olmasını və ona görə həmin məhsulu zibilliyə atmasını bildirmiş, lakin bu halı əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı nə birinci instansiya məhkəməsinə nə də a pelyyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasıin apellyasiya şikayətində qeyd etdiyi digər hala, yəni qeyd olunan borcun üstündən 6 ildən artıq vaxt keçməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasına münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin X4 birinci instansiya məhkəməsində iştirak etmiş, həmin vaxt iddia müddətinin tətbiqi ilə bağlı vəsatət vermək hüququ olduğu halda bunu etməmişdir. Buna görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasıin həmin dəlilini əsassız hesab etmişdir. Apelly asiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur, bundan başqa, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbayjan Respublikası Mülki Məjəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmla k verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borjludur. Borjlunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi b ütün hallar üçündir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alqı-satqısı müqavilələrinə, o jümlədən alıjı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası X2 kassa siya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlili ilə əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, X4 birinci instansiya məhkəməsində iştirak etsə də, həmin vaxt iddia müddətinin tətbiqi ilə bağlı vəsatət vermək hüququ olduğu halda bunu etmədiyindən qeyd edilən dəlil əsassızdır. Cavabdeh X2 kassasiya şikayətinin digər dəlilləri ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respu blikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 07 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar