Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-742/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı 01.01.2004-cü il tarixdə "xxxx" Əməliyyat Şirkətinin texniki təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 20.02.2006-cı il tarixdə tikinti şöbəsində tikinti və boru kəməri üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, 01.01.2008-ci il tarixdə Tikinti quraşdırma sexində Tikinti-quraşdırma sexinin rəis müavini vəzifəsinə keçirilmiş, 01.06.2010-cu il tarixdə tikinti-quraşdırma sexinin rəisi vəzifəsinə keçirilmişdir. "xxxx" Operating Company» şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32X-OK nömrəli əmrin surətindən görünür ki, qəsdən və ya səhlənkarlıqla özünün əmək funksiyasının yerinə yet irməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Təmirquraşdırma sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 noyabr 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: F.Əliyev, Ə.Vəliyev və YYYun 05.11.2020-ci il tarixli xidməti yazısı, İddiaçı izahat verməkdən imtina etməsi barədə akt. X4, X2, X3 və qeyrilərinin yazılı izahatlardan görünür ki, 04.11.2020-ci il tarixdə «X15» Şirkətinin təmir-quraşdırma sexinin bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzində Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmiş, işçilərin toplanmasında səbəblər iş qrafiklərinin bəzilərini qane etməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışları n qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra şirkətin təmir-quraşdırma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamış, işçiləri qızışdırmağa davam etmişdir. İşçilərələ özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və bir müddət sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. 05.11.2020-ci il tarixdə müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi YYY və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılov xidməti yazı ilə müraciət edərək 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. Xidməti y azıda göstərilir ki, işçilərlə yerində aparılan söhbətdən məlum olmuşdur ki, işçilərin toplanmasında səbəblər hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsidir. Onlar tərəfindən işçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Xidməti yazıda göstərilir ki, İddiaçı emosional şəkildə söhbətə qoyulmuş və müxtəlif fikirlər söyləmişdir. «X15 Ltd» şirkətinin Kadrlar şöbəsinin rəisi X11, Əsəyin təşkili və planlaşdırılması şöbəsinin rəisi X7, təhlükəsizlik xidmətinin rəis müavini X8 tərəfindən tərtib edilmiş 06.11.2020-ci il taricxli aktdan görünür ki, Tikinti-quraşdırma sexinin rəisi İddiaçı YYYoğlu barəsində yazılmış 05.11.2020ci il tarixli xidm əti məktubun araşdırılması məqsədilə əlaqədar İddiaçı 06.11.2020-ci il tarixdə Şirkətin ünvan 1 ünvanda yerləşən idarəsinə dəvət olunmuş, İddiaçı xidməti məktubla tanış olmuş, lakin izahat verməkdən imtina etmişdir. "xxxx" Əməliyyat Şirkətinin 78 nəfər işçisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, şirkətin Tikinti-quraşdırma sexinin rəisi İddiaçı qanunsuz və qərəzli işdən azad olunmuşdur. X16 Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, «X15» Azərbaycan Respublikasındakı filialının rəhbəri X9 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə X9 tərəfindən Azərbaycan Respublikası İX Mnin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli 32 X-0k nömrəli əmrinin ləğv edilməsi, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətində «Tikinti Quraşdırma sexində «Tikinti quraşdırma sexin rəisi» vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.01.2004-cü ildə "xxxx" Əməliyyat Şirkətində texniki təmir üzrə mühəndis vəzifəsinə qəbul edilərək həmin müəssisədə əmək fəaliyyətinə başlamışdır. 20.02.1996-cı ildə Tikinti Şöbəsində Tikinti və boru kəməri üzrə nəzarətçi, 01.01.2009-cu ildə Tikinti Quraşdırma sexində tikinti quraşdırma sexinin rəis müavini, 01.06.2010cu ildən 27.11.2020-ci ilədək isə tikinti quraşdırma sexinin rəisi vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-c l tarixli 32 X-0k nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli 32 X-0k nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsi üçün əsas F.Əliyev, Ə.Vəliyev və YYYun 05.11.2020- ci il tarixli xidməti yaxıları və akta istinad edilir. X6 70-ci maddəsinin «ç» b əndinə əsasən işçinin əmək müqaviləsinin ləğv olunması üçün X1 (Komissiya) iclası, həmin iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı müzakirəsi və s. kimi əsasları özündə ehtiva edir. Əmrdə yazılan hallar həqiqəti əks etdirmir. İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. Toplaşmaq və ya işəgötürəndən müəyyən tələblər etmək isə Əmək Məcəlləsində işçinin təsbit edilmiş hüquqlarıdır. Buna baxmayaraq, iddiaçı orada 2 dəqiqədən az dayanmamışdır və işçilərin də bununla bağlı müraciətləri var. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı əvvəlcədən aksiyanın keçiriləcəyi barədə məlumatlı olmuş, lakin bu barədə rəhbərliyinə heç bir rəsmi məlumat verməyərək askiyada iştirak etmişdir. Odur ki, iddianın rədd olun ması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. 000buna icazə verməmiş, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda 000gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, 000onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxmi nən səhər saat 09 radəlrində baş tutmuşdur. 000axırda aksiya olan yerə gəlmişdir. O, 000 işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. 000aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı «dağıtmışdır». Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-1705/2021 saylı 29.03.2021-ci il tarixli qətnaməsi ilə (hakim-Xəlilov Ramin) İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 270-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüqu qu vardır. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün yuxarıda göstərilən prosedurları müəyyən etmişdir. Qeyd olunan prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürənin məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmə k funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklər ini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, “X15» Şirkətinin Filialının Təmirquraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahəngin in pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olmuşdur. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər şirkətin Təmir-quraşdırma sexinin işçiləri tətilin keçirilməsi ilə bağlı ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, iddiaçı 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan iş çiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissəsində qeyd etmişdir ki, iddia tələbi işə bərpa h issəsində təmin olunmadığından prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Nəsimi rayon məhkəməsinin 2(006)-1705/2021 saylı 29.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunmuşdur ki, sözü gedən əmrdə əsas kimi F.Əliyev, Ə.Vəliyev və YYYun 05.11.2020- ci il tarixli xidməti yazısına və izahat verməkdən imtina barədə akta istinad edilib. Lakin birincisi, iddiaçının aksiyanın keçirilməsi və ya təşkil etməsi barədə heç bir sübut yoxdur. Yəni işçilərin toplanmağı ilə əlaqədar onun bağlılığı yoxdur. Bu barədə hər hansı bir rəsmi məlumat yoxdur. ikincisi, cavabdeh təşkilat tərəfindən belə b ir aksiyanın keçirilməsi barədə video kameralar vasitəsilə qeydə alınmamışdır. Bu barədə məhkəməyə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin, cavabdeh məhkəmənin sorğusuna cavab verməmişdir. üçüncüsü, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması xidməti yazıda öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntilərdən məhrum olduğunu əsaslandırılmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci inst ansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı əksinə aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir. Cavabdeh "xxxx"Əməliyyat Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, Kayman adalarının Cavabdehın rəhbərinə 05.11.2020-ci il tarixdə müvafiq şöbə rəhbərləri tərəfindən xidməti yazı ünvanlanaraq bildirilmişdir ki, Cavabdehda Tikinti quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı Cılovxan oğlu 04.11.2020-ci il tarixdə əmək funksiyalarım kobud surətdə pozaraq iş vaxtı ərzində işçilərin qanunsuz toplaşmalarına yol verərək özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və m əişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Əməliyyat şirkətinin filialının rəhbərini məlumatlandırmamış, Şirkətin filialının rəhbərinin 175-AZ saylı, 12 iyun 2020-ci il tarixli əmrinin tələblərinə riayət etməmiş, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər” barədə 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə işçi İddiaçı və Şirkət arasında bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd olunan əsaslarla 27 noyabr 2020-ci il tarixində 32XOK saylı əmr ilə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsi ilə (X5 oğlu (sədrlik edən və məruzəçi) X18 və X12) apellyasiya şikayəti təmin edilmədən, Nəsimi rayon məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, X16 Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən “X15” Azərbaycan Respublikasındakı filialının rəhbəri X9 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməməsi və son haqq-hesab və əmək haqqından tutulmanın düzgün aparılmaması ilə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 3(006)-589/2021 saylı qərarına əsasən Cavabdehın nümayəndəsi X13 tərəf indən verilmiş şikayət təmin edilərək, X16 Xidmətinin Salyan Regional Şöbəsinin rəisi X14 qəbul etdiyi MN seriyalı, ******* saylı 01 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. İşin araşdırılmış halları və şahid ifadəsi ilə müəyyən olunur ki, iddiaçının keçirələcək aksiyadan dolayısı yolla olsa da, xəbəri olmuşdur. Həmçinin onun aksiyada iştirakı şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Keçirilən aksiya qanunsuz təşkil olunmuş və nəticədə işə götürənin iş ahəngini pozmuşdur. Araşdırılmış sübutlarla müəyyən olunur ki, işçilər və iddiaçı tərəfindən keçirilmiş tətilin səbəbi təhlükəsiz əmək şəraitinin təmin edilməməsi deyil, iş qrafikinin dəyişdirilməsi olmuşdur. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Cavabdeh ın Təmir-quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olmuşdur. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər şirkətin Təmir-quraşdırma sexinin işçiləri tətilin keçirilməsi ilə bağlı ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmir-quraşdırma sexini n bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd etmişdir ki, iddiaçı 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmək əvəzinə özü də, daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcə lləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək kollegiya hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edillməmişdir. Həmçinin məhkəmə iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissəsində qeyd etmişdir ki, iddia tələbi işə bərpa hissəsində təmin olunmadığından prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 70, 71, 72, 270, 271, 272, MPM-nin 1 4, 88-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilərərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən işdən çıxarılmağıma əsas kimi göstərilmiş sənədlər mübahisələndirilən əmrdə öz əksini tapmışdır ki, həmin sənədlər içərisində də iddiaçının Əmək Məcəlləsinin 71.2-ci maddəsini pozmağımı təsdiq edən hər hansı bir sübut yoxdur. Bu baxımdan cavabdeh şirkət öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həm Nəsimi rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi məhkəmədə dindirilmiş şahid ifadələrini yalnız qətnaməyə köçürməklə kifayətlənmiş, həmin ifadələrə heç bir hüquqi qiymət verilməmişdir. Halbuki birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə təsdiq olunur ki, əksinə iddiaçı aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir. Onun aksiyanın keçirilməsi və ya təşkil etməsi barədə heç bir sübut yoxdur. Yəni işçilərin toplanması ilə onun bağlılığı yoxdur. Bu barədə hər hansı bir rəsmi məlumat belə yoxdur. Cavabdeh təşkilat tərəfindən belə bir aksiyanın keçirilməsi video kameralar v asitəsilə qeydə alınmamışdır, bu barədə məhkəmədə vəsatət qaldırılsa da, məhkəmənin sorğusuna belə cavabdeh cavab verilməmişdir. Kassator qeyd etmişdir ki, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması heç bir təsdiqedici sənədlə öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntilərdən məhrum olmuşdur, əsaslandırılmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şah id ifadələri ilə də təsdiq olunur ki, əksinə iddiaçıaksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir. Kassator kassasiya şikayətini əsaslandırarkən Əmək Məcəlləsinin 71, MPM-nin 77,88-ci maddələrinə istinad etmişdir. İddiaçı Kayman Adalarının Cavabdehın nümayəndəsi Nümayəndə yazılı etiraz verərək, qeyd etmişdir ki, cavabdeh İddiaçı Cılovxan oğlunun Kayman Adalarının Cavabdeha qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iş üzrə Bakı apellyasiya məhkəməsinin qətnaməsi əsaslı olduğu üçün kassasiya şikayəti təmin edilməməlidir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. 71-ci maddənin 2-ci hissəsi. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbu l edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş int izam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymi ş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunve rici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 m üstəqil şərtdən asılı etmişdir. Lakin nə əmrdə, nə də həmin əmri qanuni hesab edən məhkəmə qətnaməsində məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi göstərilməmiş və əsaslandırılmamışır. Hazırki iş üzrə iddiaçının işdən çıxarılmasına yeganə əsas işəgötürən müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi YYY və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılovun 05.11.2020-ci il tarixli xidməti yazısı olmuşdur. Lakin həmin xidməti yazıda qanunsuz aksiyanın məhz iddiaçı tərəfindən təşkil edilməsi və ya bu tədbirin keçirilməsinə şərait yaradılması, aksiyanın müddətinin uzanmasına səbəb olduğunu təsdiq edən hər ha nsı konkret fakta istinad edilməmiş, qeyri-müəyyən şəkildə iddiaçının qarışıq və əsassız fikirlr səsləndirməklə aksiya iştirakçılarını qızışdırdığı göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindidirlmiş həmin aksiyada iştirak edən 2 işçinin məhkəmə iclas protokolundakı ifadələrində də iddiaçının aksiyanın təşkilatçısı olması, ondan məlumatlı olması və aksiyada iştirakçı olması barədə heç nə deyilməmiş, əksinə onun aksiya keçirilməsinə icazə vermədiyini, aksiya zamanı sonradan gəlib işçilərdən aksiyanı dayandırmağı tələb etdiyini və işçlərin onun sözündən sonra dağılışdığını göstərmişdirlər. Apellyasiya məhkəməsi isə Cavabdehın Təmir-quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeli yində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olması qənaətinə gələrkən hansı sübutlara əsaslandığını qətnamədə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi hesab etmişdir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Lakin başqa işçilərin hərəkətlərinə görə iddiaçının məsuliyyət daşımasının əsasları qətnamədə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, A zərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üç ün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında gö stərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərli yinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.