Məhkəmə qərarları › İş №2(102)-742/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-742/2024

21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-742/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və maraqlı şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və maraqlı şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon Notariat ofisinə qarşı “ərinin vərəsəsi kimi tanınmağına və ərinə düşən mirasdan payının müəyy ən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-33/2023 nömrəli, 31 avqust 2023- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 ilə İddiaçı 10 avqust 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmamışdır.

2. X6 11 noyabr 2013-cü ildə vəfat etmişdir.

3. Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi 02 oktyabr 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində X3 və X1 adına qeydə alınmışdır. 4. 0008754 saylı çıxarışdan görünür ki, X6 və X1 adına 0,091805 ha torpaq sahəsi daşınm az əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. 5. 0008755 saylı çıxarışdan görünür ki, X6 və X1 adına 0,083267 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 6. 0008756 saylı çıxarışdan görünür ki, X6 və X1 adına 0,1502 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. 7. 0008757 saylı çıxarışdan görünür ki, X6 və X1 adına 0,036998 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8. 0008758 saylı çıxarışdan görünür ki, X6 və X1 adına 0,03705 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Tovuz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(062)-1197/2019 saylı qətnaməsinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-654A saylı şəhadətnamə xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X4 məxsus (aid) olması, həmin şəhadətnamədə yanlışlığa yol verilərək X3 ata adının "Nağı" kimi səhv yazılması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir

10. Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, X3 13 noyabr 2013-cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X6 ilə X1 birgə mülkiyyətlərində olmuş 0,1502 ha, 0,083267 ha, 0, 036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X3 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh (hər birisinin payı ümumi əmlakın ¼ hissəsindən ibarət olmaqla) vərəsəliyi müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 may 2017-ci il tarixli qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh və maraqlı şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz rayon Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X4 məxsus MH seriyalı ******* saylı AR DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışla 0,3705 ha torpaq sahəsindən JN-186 KOD 50300188 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,44 ha torpaq sahəsindən, o cümlədən orada yerləşən 0,1140 ha torpaq sahəsindən və JN-654A KOD 50300188 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında DƏDRX- nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsindən ərinin vərəsəsi kimi tanınmağına və ərinə düşən mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi işin hallarına uyğun əsasladırılmaqla qeyd etmişdir ki, əri Ş.Həsənovla evləndikdən sonra ərinə məxsus Tovuz rayonu Xatınlı kəndində yerləşən evdə yaşamışlar. Ərinin ölümündən sonra da həmin evdə yaşayır. Əri vəfat etdikdən sonra qeyd etdiyi yaşayış evini və yerləşdiyi həyətyanı torpaq sahəsinin ona aid hissəsinin, eləcə də mərhum ərinin adına DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı 008758 nömrəli, 16 dekabr 2008-ci il tarixli dövlət reyestrindən çıxarışla ailə üzvləri ilə birgə mülkiyyət kimi dövlət qeydiyyatına alınmış 0,03705 ha torpaq sahəsinin ərinə aid hissəsini o və mərhum ərinin oğlu Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Mərhum ərinə məxsus olmuş Tovuz rayonu Xatınlı kəndində yerləşən evə və digər daşınmaz əmlaklara miras payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə mərhum ərindən miras qalmış digər 0,1502 ha, 0,083267 ha, 0,036998 ha və 0,091805 ha torpaq sahələrinə mərhum ərinə düşən ½ hissəsinin ¼ hissəsinə payı müəyyən edilmişdir. Odur ki, MH seriyalı ******* N-li AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mərhum ərinə məxsus 0,3705 ha torpaq sahəsindən, JN-186 KOD 50300188 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,44 ha torpaq sahəsindən, o cümlədən orada yerləşən 0,1140 ha torpaq sahəsindən və JN-654A KOD 50300188 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsindən ərinin vərəsəsi kimi tanınmağına və ərinə düşən mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs DƏDRX-nin 15 saylı Tovu z Ərazi İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi JN 186 KOD 50300188 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,44 ha 0, 1140 ha torpaq sahələrindən məhkəmə qaydasında paylar müəyyən edilmişdir. 02 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********78 saylı çıxarışla müəyyən olunur ki, 0,13 ha torpaq sahəsi Tovuz rayonu, Xatınlı kəndində yerləşməklə daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. Həmin çıxarışda X6 və onun və X1 adları göstərilmişdir. 0,13 ha torpaq sahəsi Şükür Həsənovun və Səkinə Həsənovanın ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsində onların bərabər payları vardır.

15. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 mart 202 0-ci il tarixli, 2(062)-545 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia tələbi qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********78 reyestr nömrəli çıxarışa əsasən qeydə alınmış 0,13 ha torpaq sahəsindən X3 payına düşən hissədən İddiaçı 1/2 hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli əlavə qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışda göstərilən 0,03705 ha torpaq sahəsindən X3 payına düşən hissədən İddiaçı ½ hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilm əməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, miras mülkün kütləsinə reyestr nömrəsi **********78 saylı çıxarışda göstərilən 0,13 ha torpaq sahəsinin hissəsi və 0,03705 ha torpaq sahəsinin ½ hissəsi daxildir. Tərəflərin izahatları və işə əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, mərhumun vərəsələri yalnız İddiaçı və Cavabdehdur. Vəsiyyətnamə olmadığından mirasdan qanun üzrə vərəsələr arasında paylar müəyyən olunmalıdır. Eyni zamanda vərəsələrin dairəsi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında müəyyən edildiyindən məhkəmə bu halı müzakirə etmir.

18. Göstərilənlərə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********78 reyestr nömrəli Çıxarışa əsasən qeydə alınmış 0,13 ha to rpaq sahəsindən və **********47 reyestr nömrəli Çıxarışa əsasən qeydə alınmış 0,03705 ha torpaq sahəsindən X3 payına düşən hissədən İddiaçı 1/2 hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payı müəyyən edilməlidir.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159.1.1, 1243.2 və 1291-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mərhum əri X3 adına şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 144 nömrəli çıxarışda qeyd olunan 0,13 ha torpaq sahəsinə vərəsə tanınması və mirasın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmış dır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən iddia ərizəsində göstərilənlər barədə tam araşdırma aparmamış, prosessual qaydaları pozmuş, iş üzrə ekspertiza keçirməmiş, torpaq sahəsində qanuna müvafiq yerində baxış keçirməmiş, cavabdehə məxsus özünün başqa yerdə torpaq sahəsi var. həmin torpaq sahəsində onun özünün yaşayışı vardır. İddiaçının əri X6 ilə 2004-cü ildə evlənib ailə qurmuşlar, rəsmi nikahları 10 avqust 2012-ci ildə rəsmiləşdirmişlər. Onlar birgə təsərrüfatı idarə etmişlər, cavabdeh özü ailəsi ilə birlikdə başqa yerdə yaşayıblar, iddiaçı isə əri ilə birgə ikisi həmin 0,13 ha torpaq sahəsini evdə özləri əkib becərmişlər, Cavabdeh ailəsi ilə birlikdə başqa yerdə yaşamışlar, əri X6 11 noyabr 2013-cü ildə vəfat et miş, ərinin mərasimi həmin evdə keçirilmişdir. İddiaçının məhrum əri X3 adına Şəhadətnamə əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsində ərinin vərəsəsi kimi tanınıb və mirası iddiaçı tərəfində qəbul edilməli, ona görə ki, həmin torpaq sahəsini məhrum əri ilə iddiaçı idarə etmişlər. Belə hesab edir ki, Tovuz Rayon Məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməyib, prosessual qaydaları pozub, ona görə ki, əsas vərəsə iddiaçı özüdür, məhrum əri ilə birgə həmin 0,13 ha torpaq sahəsini istifadə etmişlər, cavabdeh özü ayrı yerdə yaşayırdı ancaq Tovuz Rayon Məhkəməsi tam əsassız olaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarmış, həmin qətnamə qanunsuz və əsasız çıxarıl dığı üçün ləğv olunmalıdır.

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-33/2023 nömrəli iş üzrə 31 avqust 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərov və Akif Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə və mübahisənin həlli zamanı tətbiq etdiyi normalar işin həqiqi hallarına uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübаhisəli və mirаs qаlmış tоrpаq sаhəsi yəni 0.3705 və 0.44 hа tоrpаq sаhəsi mirаs əmlаk kütləsinə dахil оlmаsınа bахmаyаrаq mərhum ərindən mirаs qаlmış tоrpаq sаhələri üzrə pаyın müəyyən еdilməsində hər iki instаnsiyа məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, vərəsəlik hüququ bаrədə vеrilmiş şəhаdətnаmə üzrə pаylаr düzgün müəyyən еdilməmişdir. Mübаhisə prеdmеti оlаn və Həsənоv Şükür Hüsеyn оğlunun mirаs qаlmış kütləsinin qеyd оlunаn tоrpаq sаhələri ilə bаğlı məhkəmə gəldiyi nəticə işdə оlаn sübutlаrа və işin hаllаrınа uyğun dеyildir. Bu bахımdаn iş üzrə pаylаrın müəyyən еdilməsi zаmаnı ¼ hissədən dеyil, bütün tоrpаq sаhəsi üzrə pаy müəyyən еdilməlidir. İş üzrə kеçirilmiş еkspеrtizа zаmаnı dа 0.44 hа tоrpаq sаhəsinin bölgüsündə səhvə yоl vеrildiyi müəyyən еdilmişdir.

26. Kassator hesab edir ki, məhkəmələr qətnamə qəbul edərkən işdə olan sübutlara düzgün qiymət verilməmişdir. 27. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1134.1. qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

30. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1159.1.1. birinci növbədə-ölənin uşaqları, uşaq, arvad (ər) valideynlər(övladlığa miras qoyanın ölümündən sonra doğulmuş götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

32. Maddə 1243.2. vərəsə mirasın azıldığı yer ğzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ə traflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-33/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar