Məhkəmə qərarları › İş №2(102)-7421/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7421/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7421/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili X4, Cavabdeh nümayəndəsi X1 və vəkili Əliyeva Sevda Rufulla qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)2138/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Мəhkəməsinə müraci ət edərək, Cavabdeh 20.000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və 300 manat hüquqi yardım üçün ödənilmiş pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Мəhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(076)-1064/2018 saylı qətnaməsi ilə (hakim K.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Q.Rzaquliyev, R.Ş.Muradov və N.N.Quliyev) 31.08.2018-ci il tarixli, 2(104)-2788/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Мəhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(076)1064/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilmiş, iddia qismən təm in edilmiş, Cavabdeh 11.210 manat nisyə aldığı məhsula görə,, 30 (otuz) manat iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu əvəzi və 300 (üç yüz) manat vəkilə hüquqi yardım üçün ödənilən xərc əvəzi alınıb İddiaçı verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.A.Qoldman, Ə.A.Mirzəliyev və G.A.Quliyev) 2(102)-1142/2019 saylı 14.02.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2018-ci il tarixli, 2(104)-2788/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)213 8/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Мəhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(076)-1064/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul, 30 (otuz) manat iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu əvəzi və 300 (üç yüz) manat vəkilə hüquqi yardım üçün ödənilən xərc əvəzi alınıb İddiaçı verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.06.2019-cu il tarixli, 2(104)2138/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Əliyeva Rufulla Sevda qızı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 26.06.2019-cu il tarixli, 2(104)-2138/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Belə ki, cavabdehin iddiaçı ilə aralarında hər hansı münasibət olmamış, o, iddiaçının oğlu Əliyev Tofiqdən bir neçə adda mal almış, malların dəyərini ödəmiş, hələ Əliyev Tofiqin ona borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara birtərəfli yanaşmış, iddiaçının təqdim etdiyi dəftərdəki məlumatları mötəbər hesab etmiş, cavabdehin təqdim etdiy i məlumatları nəzərə almamış, iddianın buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmasına qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X2 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.06.2019-cu il tarixli, 2(104)-2138/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 və vəkili Əliyeva X5 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.06.2019-cu il tarixli, 2(104)-2138/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Şəmkir Rayon Мəhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(076)-1064/2018 saylı qətnaməsini ləğv edib, iddianı qismən təmin edib, Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul, 30 (otuz) manat iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu əvəzi və 300 (üç yüz) manat vəkilə hüquqi yardım üçün ödənilən xərc əvəzi alıb İddiaçı verərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh həmkəndli olmaq la, yaxın münasibətləri olmuş və onların arasında kənd təsərrüfatı məhsullarının alış-verişi münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəfin alış-veriş münasibətlərinin guya iddiaçının oğlu Tofiq ilə aralarında olmasına dair izahatı səmimi xarakter daşımır və bu hal iddianın rədd edilməsi əsası kimi qəbul edilə bilməz. Kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə bağlı razılaşma məhz iddiaçı ilə Cavabdeh arasında olmuş, iddiaçının oğlu Tofiq Əliyev atasının tapşırığı ilə müəyyən işlərdə ona köməklik etmişdir. Əks halda məhkəməyə müvafiq iddia ilə iddiaçının oğlu müraciət etmiş olardı. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qərarında ifadə etdiyi hüquqi möbqeyinə görə də, tərəflər arasında kənd təsərrüfatı məhsullarının alış-verişi münasibət ləri mövcud olması istisna edilmir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında kənd təsərrüfatı məhsullarının nisyə alış-verişi münasibətləri mövcud olmuş, razılaşmaya görə, İddiaçı yaşadığı Şəmkir rayonunun Keçili kəndində şəxsi təsərrüfatında yetişdiridiyi və niysə aldığı kənd təsərrüfatı məhsullarını maşına yükləyib, Sumqayıt şəhərinə göndərməli, cavabdeh isə hər mal aldıqca hissə-hissə pulunu ödəməli idi. Onların hər biri göndərlən malların miqdarı, həmçinin alınan və göndərilən pulların məbləğini öz dəftərində qeyd etməli idi. Hər iki tərəf öz qeydiyyat dəftərini əvvəlki məhkəmə kollegiyasında işə baxılarkən təqdim etmiş və dəftərlər iş materiallarına əlavə edilmişdir. İddiaçının məhkəmə kollegiyasının iclasında təqdim etdiyi müxtəlif növ kənd təsərrüfatı məhsullarının göndərilməsi və h əmin məhsullara görə qəbul edilmiş pul vəsaitinin qeydiyyatının aparıldığı dəftərdəki qeydlərdən görünür ki, həmin dəftərdə 13.04.2016-cı il tarixdən 01.08.2016cı il tarixədək cəmi 87 dəfə müxtəlif növdə 242.258 manat dəyərində məhsulların göndərildiyi və 82 dəfəyə cəmi 233.690 manat pulun qəbul edilməsi barədə qeydlər aparılmışdır. Cavabdehin məhkəmə kollegiyasının iclasına təqdim etdiyi onun malların qəbul edilməsi və həmin mallara görə göndərilmiş pulların qeydiyyatının aparıldığı dəftərdəki qeydlərə görə cavabdeh 149.582 manat miqdarında mal qəbul etmiş, əvəzində 244.900 manat pul göndərmişdir. İddia ərizəsindən görünür ki, cavabdehin ona 11.000 manat almış olduğu kənd təsərrüfatı məhsullarından, 9.000 manat isə şəriklikdən borcu qalmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmi şdir ki, iddiaçının təqdim etdiyi qeydlərə görə onun cavabdehə 242.583 manat dəyərində məhsul göndərdiyi və əvəzində 233.690 manat pul qəbul etdiyi təsdiqini tapsa da, cavabdeh tərəfindən 244.900 manat miqdarında pulun göndərildiyi təsdiqini tapmır. Cavabdehin məhkəməyə təqdim etdiyi bank sənədləri ilə isə Əliyev Tofiqin (iddiaçının oğlunun) adına cəmi 55.697 manat göndərildiyi təsdiqini tapmış olsa da, iddiaçı 233.690 manat pul qəbul etdiyini etiraf edir. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən göndərilmiş pulun 233.690 manat olduğunu qəbul edir və hesab edir ki, cavabdeh qəbul etdiyi məhsula görə çəkilmiş xərclə birlikdə qazanc da hesablanmaqla iddiaçıya 244.900 manat miqdarında pul göndərdiyini bildirsə də, həmin xüsusat iş materialları ilə sübuta yetmir. Odur ki, məhkəmə kolle giyası hesab edir ki, cavabdehin iddiaçıya ödənilməmiş 11.210 (on bir min iki yüz on) manat məbləğində (244.900 – 233.690 = 11.210) borcu qalmışdır. Apellyasiya instansiya məhkəməsi Cavabdeh nümayəndəsi X1 təqdim etdiyi dəfərdə olan qeydləri mötəbər sübut növü kimi qəbul etməyərək qeyd etmişdir ki, əvvala həmin dəftər iddiadan yayınmaq üçün sonradan tərtib edilmiş dəftərdir. Digər tərəfdən, onun Zaura ümumilikdə 238.068 manat dəyərində mal göndərilsə də, Zaurun Tofiqə daha artıq məbləğ, yəni 257.350 manat göndərməsinə dair izahatı səmimi görünmür. Maddi hüquq normalar yoxlanılarkən kasssasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.1-ci maddəsinə ə sasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqav ilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarına isti nad edərək haqlı olaraq qeyd etmişdir ki,cavabdehin iddiaçıya ödənilməmiş 11.210 manat məbləğində borcu qalsa da, iddia tələbi 11.000 manat məbləği olduğu üçün, iddia tələbi həmin məbləğdə təmin edilməli və 11.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Həmçinin, işdən görünür ki, iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu və 145103 saylı 30.01.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı fərdi qaydada fəaliyyət göstərən vəkil Xalidə İsayevanın hesabına göstərdiyi hüquqi xidmətə görə 300 (üç yüz) manat miqdarında pul ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhk əməsi düzgün olaraq yuxarıda istinad edilən prosessual hüquq normasına istinad edərək haqlı olaraq qeyd etmişdir ki, məhkəməyə müraciət edilməsi üçün iddiçının çəkdiyi xərc -30 manat dövlər rüsumu və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində lə ğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)2138/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar