Məhkəmə qərarları › İş №2(102)-743/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-743/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-743/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)7888/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1nömrəli fərdi yaşayış evi Cavabdeh istifadəsindədir və həmin ev “Azəriqaz” İB tərəfindən təbii qazla təchiz olunur. “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSQ-nin nümayəndələri tərəfindən qaz sayğacına müdaxilə və istehlakçı tərəfindən sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edildiyinə görə tərtib edilmiş Təbii X9nın pozulması haqqında 23 oktyabr 2017-ci il tarixli, ******* nömrəli akt əsasında 1169,10 manat, 06 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt əsasında 671,30 manat, 19 yanvar 2018-ci il tarixli, ******* nömrəli akt əsasında 370 manat, 11 mart 2018-ci il tarixli, ******* nö mrəli akt əsasında 350,50 manat, 10 aprel 2018-ci il tarixli, 58/1642 nömrəli akt əsasında 97,20 manat, 21 may 2018-ci il tarixli, ******* nömrəli akt əsasında 71,50 manat, 13 iyun 2018-ci il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 15 noyabr 2018-ci il tarixli, ******* nömrəli akt əsasında 165,60 manat, 28 dekabr 2018-ci il tarixli, ******* nömrəli akt əsasında 57,60 manat, 31 yanvar 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 142,20 manat, 28 fevral 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 100,80 manat, 29 mart 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 197,70 manat, 30 may 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat, 28 iyun 2019-cu il tarixli, ******* nömrəli akt əsasın da 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 252 manat, 23 yanvar 2020-ci il tarixli, ******* nömrəli akt əsasında 1024,10 manat zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 9660 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 9690 manat pulun “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavadehə məxsus fərdi yaşayış evi iddiaçı tərəfdən təbii qazla təchiz edilmişdir. “Azəriqaz” İB-nin əm əkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlar Birliyin əməkdaşları tərəfindən foto və videoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X9nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) 9660 manat təşkil edir. Bakı şəhəri Sabunçu rayon Мəhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(008)510/2021 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh təbbi qazdan qeyri-qanuni istifadəyə görə 1078,60 manat məbləğində dəymiş ziyanın, 11 manat dövlət rüsumunun “Azəriqaz” İB-nin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə olunduğuna dəlalət edir. Lakin, məhkəmə hesab etmişdir ki, iddiaçı “Azəriqaz” İB-də buna görə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “X9”na uyğun üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Cavabdeh tərəfindən ödənişlər edilməmiş, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə edildiyi qənaətinə gəlmişdir. İddiaçı vurulmuş ziyanı “SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X9nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən hes ablamışdır. Məhkəmə bu hesablamanı qanuni hesab etməmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, “SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X9nın pozulması hallarında qanuns uz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” normativ hüquqi akt deyil, ARDNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Daha sonra məhkəmə göstərmişdir ki, təqdim edilən abonentin saldosuna əsasən cavabdehə mexanika tipli sayğac 23 yanvar 2020-ci il tarixdə quraşdırılmışdır. Məhkəmə 2020-ci ilin dekabr ayı üçün ödənilən 76,20 manatı qış ayları üçün, 2020-ci ilin may üçün ödənilmiş 47,80 manatı yay ayları üçün əsas götürüb yeni hesablamanı aparılmasını ədalətli hesab etmiş və 10 yay ayı x 47,80 manat = 478 manat, 8 qış ayı x 76,20 manat = 609,60 manat olmaqla, cəmi 1087,60 manat zərərin tutulması hissəsində iddianı təmin etmşdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “Azəriqaz” İstehsalat Birliyi ape llyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(008)-510/2021 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7888/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdan və R.M.Həsənovdan ibarət tərkibdə) iddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(008)-510/2021 nömrəli qətnaməsi “dəymiş zərərin əvəzinin ödənilməsinin qismən təmin edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə q əbul edilməklə iddia qismən təmin edilmiş, 23 oktyabr 2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1169,10 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktdan, eləcə də abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən qaz xəttindən qeyri-qanuni şəkildə istifadə edilməsi nəticəsində dəymiş ziyan hesablanmış və həmin məbləğlərin qış və yay ayları üçün ayırmaqla hesablanmağa zərurət olmamışdır. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, dəymiş ziyanın tutulması məhz iddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilə n məbləğlərə görə müəyyən edilməlidir. Məhkəmə işin mübahisəsiz halları ilə müəyyən etmişdir ki, cavabdeh tərəfindən ödənişlər edilməmiş və cavabdeh tərəfindən kənar xətdən istifadə edimişdir. İddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmiş, bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir. İddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib etməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, qanunsuz xəttin ilk olaraq müəyyən edilməsi barədə akta əsasən tələb edilən məbləğ cavabdehdən tutulmalıdır. Buna görə də iddia tələbi – 23 oktyabr 2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1169,10 manatın cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7888/2021 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya məhk əməsi cavabdehin fərdi yaşayış evinin həyətində quraşdırdığı istixanaya və mənzilinə özbaşına qaz xətti çəkməsini, mənzilini təbii qaz ilə təmin edən qaz sayğacı üzrə ödənişlər aparmadan qanunsuz təbii qazdan istifadə etməklə öhdəlik müqasibətlərini pozmasını, iddiaçıya maddi zərər vurmasını, cavabdehin barəsinə tərtib olunmuş bir neçə aktda cavabdehin imza etməsini nəzərə almamış və bununla Mülki Məcəllənin 385, 386, 443.1, 448.2, 1097.1-ci maddələrinin, “Qaz təchizatı haqqında” Qanunun 6.2 və 22-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla, qətnamə işə baxılmasında iştirak etməmiş hakim tərəfindən imzalanmış, sübutlar araşdırılmamış və sübutetmə yükü düzgün bölüşdürülməmişdir. Kassasiya şikayətinə Azərbaycan Re spublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsi n pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidi r. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. X9 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesa b) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 22-ci maddəsinə görə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etm əli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilm ədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq apellyasi ya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilərək, mübahisələndirilən qətnamənin işin baxılmasında iştirak etməmiş hakim tərəfindən imzalanmasına dair kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsinin qətnaməsinin giriş hissəsində işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, X6 və X3 ibarət tərkibdə baxılması qeyd olunsa da, qətnamə hakimlər Şeyda Məhərrəmova, Vəfaddin İbayev və Məmməd Məmmədov tərəfindən elektron imza ilə imzalanmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə MPMin 228.2-ci maddəsinə əsasən qətnaməyə düzəliş edilərək, qətnamənin giriş hissəsində “Hakimlər: X2, X6 və X3 ibarət tərkibdə” sözlərinin “Hakimlər: X2, X6 və X1 ibarət tərkibdə” sözləri kimi oxunmuşdur. Qərardadın təsviri hissəsində göstərilmişdir ki, işə baxılması zamanı məhkəmə tərkibində hakimlər X7, X11 və X4 olmuş, lakin qətnamənin mətnində texniki səhvə yol verilmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin giriş hissəsində işə baxan hakimlərdən biri kimi X5 qeyd edilməsinin texniki səhv olduğunu nəzərə alaraq kassasiya şikayətinin bu dəlilini qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirmir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim olunmuş sübutlara prosessual qanunvericiliyinə uyğun qiymət verilməmişdir. Belə ki, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi yalnız sayğacdan kənar təbii qazdan isti fadəyə görə tərtib olunmuş 23 oktyabr 2017-ci il tarixli akt üzrə hesablanmış ziyanın cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. Lakin apellyasiya məhkəməsi aktlar tərtib oluduğu dövrdə cavabdehin ünvanında qazdan istifadə olunub-olunmamasını, qaz sərfiyyatına görə ödənişlərin edilibedilməməsini, ödənişlər edildyi halda evdə quraşdırılmış qaz cihazlarının sərfiyyətinə uyğun olub-olmamasını araşdırmamışdır. Həmçinin nəzərə almamışdır ki, iddiaçının sübut qismində təqdim etdiyi aktlardan 23 oktyabr 2017-ci il, 06 dekabr 2017-ci il, 15 mart 2018ci il, 15 noyabr 2018-ci il və 31 yanvar 2020-ci il tarixli aktlar cavabdehin iştirakı ilə tərtib olunmuş, o, həmin aktların məzmunu ilə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Həmin aktlarla isə abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi faktı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin aktlara hüquqi qiymət verməmiş, yalnız iddiaçının əməkdaşlarının abonent tərəfindən kənar xətdən istifadəsinin qarşısının alınması üçün kifayət gədər tədbirlər görməmələrini əsas göturməklə iddianı qalan hissədə təmin etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, istehlakçının təbii qaz xəttinə sayğacdan kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, iddiaçının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Bu halda araşdırılmalı olan məsələ aktlar tətbiq olunduğu dövrdə cavabdehin yaşayış sahəsində istifadə olunmuş təbii qaza görə hər hansı ödənişin edilib-edilməməsidir. Belə ki, həmin dövrdə qaz sayğacı vasitəsi ilə qazdan istifadə olunmadığı və həmin istifadəyə uyğun ödənişlər edilmədiyi halda, qazdan sayğacdan kənar istifadə edilməsi aşkardır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfin dən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli he sab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7888/2021 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar