Məhkəmə qərarları › İş №2(102)-743/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-743/2024

21.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-743/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3rşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6409/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixli yenilənmiş əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi müddətli olmaqla xx.xx.2021-ci il tarixədək bağlanılmışdır. Müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər.

2. «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-c i il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arəsində qəbul edilmiş əmrin ləğvi, «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin İdarə Heyətinin sədri X4 ilə ar alarında bağlanmış olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Aralarında bağlanmış olan müqaviləyə xx.xx.2022-ci il tarixli, RHŞ/6-3.1-2022486 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddiaçı peşəkar, İşdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. İddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı bir əsas mövcud olmamışdır.

5. Cavabdeh «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ba rədə xx.xx.2022-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni xx.xx.2022-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa, işçiyə əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının məhkəməyə müraciət etməsi üçün bir aylıq müddəti var idi. İddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi 2022-ci ilin oktyabr ayında tərtib olunmuş qəbzin mötəbərliyini isə onlarda şübhə doğurmaqdadır. Belə ki, tərəfindən həmin tarixli məktubun onlara daxil olub-olmaması ilə bağlı araşdırma aparılmış, lakin elə bir məktubun onlara daxil olması heç bir məlumat aşkarlanmamışdır. İddiaçı tərəfindən onlara mediasiya ilə bağlı təklif yalnız bir dəfə, xx.xx.2022-ci il tar ixdə daxil olmuşdur. Təkliflə bağlı cavab isə tərəflərindən 26 dekabr tarixində göndərilmişdir. Hesab edirlər ki, həmin cavab məktubu iddiaçı tərəfə yanvar ayının birinci on günlüyündə daxil olmalı idi. Həmçinin həmin cavab məktubunu gözləmədən iddiaçı tərəf artıq 6 dekabrda məktub onlara çatdıqdan 10 gün sonra mediasiyaya müraciət etməli idi. Ancaq iddiaçı tərəf mediasiyaya mart ayında müraciət etmişdir. Nəticədə prosessual müddət kifayət qədər uzun bir müddət ötürülmüşdür. Mübahisənin mahiyyəti ilə bağlı isə nəzərinə çatdırmaq istəyir ki, iddia tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə TƏBİB arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsində direktorun inzibati işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi müvafiq maddələr hazırki işin faktiki hallarına tətbiq oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Həmin müqavilə də, iddiaçının razılığı ilə bağlanılıb və hər dəfə uzadılıb. İddiaçı müddətli əmək müqaviləsinin bağlanılmasını istəmirdisə, onu bağlamaqdan imtina edə bilərdi. Həmin müqavilə ilə razılaşdıqdan sonra o, müddətli əmək müqaviləsindən irəli gələn riskləri daşımalı idi. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 23 avqust 2023-cü il tarixli, e-2(006)-2331/2023 nömrəli qətnaməsi ilə (bundan sonra birinci instansiya məhkəməsi) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmr qəbul edil dikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi ilə cavabdeh təşkilata xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bundan sonra işin məhkəmədən kənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/MT015/2023-0088/02 saylı arayışı əldə etmişlər.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən mediasiya şurasına da xx.xx.2023-cü il tarixdə- 4 aydan çox müddət ötürülməklə müraciət etmişdir ki, bu halın özüdə “ Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin (Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu hal da tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir) tələbinin pozulması ilə nəticələnmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh təşkilata mediasiya prosesinin tətbiqi barədə təklifi ilə xx.xx.2022-ci il tarixdə müraciət etsə də, ilkin mediasiya sessiyasına xx.xx.2023-cü il tarixdə, təxminən 5 ay sonra, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışı əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür 10.Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməs i hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. 11.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1 bənd (b), 45, 46, 47, 68.2, 73.1, 73.2, 296.2, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28. 32.4.2, 35.1, 35.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 12.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin hazırki maddələri hansı hallarda müqavilənin müddətli bağlanıla bilməsi əsaslarını göst ərməklə, eyni zamanda 5 ildən artıq fəaliyyətini davam etdirən işçinin müqaviləsinin müddətsiz olmasını birmənalı qeyd edir. Tərəflər arasında bağlanmış olan əmək müqaviləsi bu qeydləri nəzərə alsaq bağlandığı andan qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu üçün etibarsız hesab edilməli idi. Məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi kimi 1 ay tamam olmamış mediasiya təklifi ilə cavabdehə müraciəti nəzərə alınmamışdır. Buna ötəri münasibət göstərən məhkəmə qanuni və əsaslı qətnamə qəbul etməli olduğu halda daha çox birtərəfli mövqe göstərmiş və nəticədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6409/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X. A.Mərdanova və E.M.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbini bu əsasla təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə və t əmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı ( Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi 19.45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 20.45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xa rakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 21.45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 22.5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 23.47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 24.68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən 25. edilmişdir; 26.73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 27.73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 28.296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 29.296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 30.Maddə 300 (1-ci hissə)Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş lə ğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 37.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 38.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 39.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin mövqeyinə görə işəgötürənin iddiaçı ilə bağlanmış müqavilənin məhz istinad olunan Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi ilə bağlı qərarı düzgün olmamış, iddiaçı hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa malikdir. Lakin iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin olunması mümkünsüz olmuşdur. 42.Belə ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi ilə cavabdeh təşkilata xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bundan sonra işin məhkəmədən kənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə mediasiya şurasına müra ciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/MT015/2023-0088/02 saylı arayışı əldə etmişlər. 43.O da nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən mediasiya şurasına da xx.xx.2023-cü il tarixdə- 4 aydan çox müddət ötürülməklə müraciət etmişdir ki, bu halın özü də “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbinin pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdeh təşkilata mediasiya prosesinin tətbiqi barədə təklifi ilə xx.xx.2022-ci il tarixdə müraciət etsə də, ilkin mediasiya sessiyasına xx.xx.2023-cü il tarixdə, təxminən 5 ay sonra, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il ta rixli arayışı əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. 44.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 45.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nət icəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 46.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 47.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6409/2023 nömrəli mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar