Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-743/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(106)-1825/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ast ara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı 199,1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılımışdır ki, oğlu Cavabdeh ona məxsus evdə qeydiyyatda olsa da o, 2011-ci il tarixdən hal-hazıra kimi həmin evdə yaşamır. Bu barədə Astara şəhər İcra nümayəndəliyindən verilmiş ara yış məhkəməyə təqdim edilir. O, oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir.. Oğlu Cavabdehla ailə münasibətlərinə 2011-ci ildən xitam verilmişdir. Lakin oğlu onun evində qeydiyyatda olduğu üçün ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Onunla oğlunun başqa hər hansı bir razılaşması yoxdur. Ona görə də o, oğlunun həmin mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Oğlunun maddi vəziyyəti özünü digər mənzillə təmin etmək və ya kirayədə yaşamağa imkanı vardır. Hal-hazırda oğlu onunla yaşamır, hardasa ona məlum olmayan yerdə kirayədə yaşayır və ona həmin mənzilin saxlanmasında heç bir köməklik göstərmir. Belə ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşay ış evindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir.
4. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır.
5. İş materiallarında olan Astara RPŞ-nin xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Astara şəhəri, Nizami küçəsi ev 230A-da yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdehun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ona yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğu üçün mümkün olmaması, qanunun tələblərinə uyğun olaraq aidiyyatı üzrə məhkəməyə müraciət et məsinin məqsədə müvafiq olması bildirilmişdir.
6. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 467 nömrəli arayışından görünür ki, Cavabdeh Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında olan fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh 2011-ci il tarixdən hal-hazıradək göstərilən ünvanda yaşamamışdır.
7. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 466 nömrəli arayışından görünür ki, İddiaçı Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında yaşayır.
8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, həmin evin tikintisinə o da maddi yardım etmiş və birlikdə həmin evi tikmişlər. Hal-hazırda qeydiyyatda olmasına baxmayaraq İddiaçı onun istifadə hüququnu həyata keçirməyə mane olur. Buna görə də, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş edir.
9. Astara Rayon Məhkəməsinin (hakim Məmmədov İlqar) 29 avqust 2024-cü il tarixli 2(018)-698/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehə hər-hansı bir məbləğdə kompensasiya ödəməsini göstərməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır, ona görə də təmin oluna bilməz.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki o, iddia ərizəsində və məhkəmədə vermiş olduğu izahatında göstərmişdir ki, o, İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan evdə yaşayır. ünvan 5a torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 199.1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ev 19 may 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Oğlu Cavabdeh həmin evdə qeydiyyatda olsa da, onun qeydiyyatı formal xarakter daşımışdır, belə ki o, 2011-ci il tarixdən hal-hazıra kimi həmin evdə yaşamır. Bu barədə Astara şəhər İcra nümayəndəliyindən verilmiş arayış sübut kimi məhkəməyə təqdim edilmişdir. Oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Oğlunun maddi vəziyyəti özünü digər mənzillə təmin etmək və ya kirayədə yaşamağa imkanı vardır. Hal-hazırda oğlu onunla yaşamır, hardasa ona məlum olmayan yerdə kirayədə yaşayır və ona həmin mənzilin saxlanmasında heç bir köməklik göstərmir. Halbuki qanun belə halı onun vəzifəsi sayır. Oğlu polis orqanlarında işləmişdir, hal-hazırda təqaüddədir, aldığı təqaüd ona kifayət qədər bəs edir.
14. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətin də olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 230a nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir, həmin evdə qızı və özü yaşayır, cavabdeh onun oğludur, o, bir neçə dəfə ailə qurmuş, hər dəfə ailə qurduğu qadının evində yaşamışdır. Uzun illərdir ki, həmin evdə yaşamır, hazırda kirayədə yaşayır. Buna görə də, onun istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
15. Apellyasiya baxışında iştirak edən cavabdeh bildirmişdir ki, verilmiş apellyasiya şikayətini qəbul etmir, özünün qeydiyyatda olduğu həmin evə dəfələrlə getsə də, atası tərəfindən ona maneələr yaradılmış, onun həmin evdə yaşamasına icazə verməmişdir. Müxtəlif rayonlarda polis orqanlarında işlədiyi üçün evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Onun istifadə hüququna xitam verilməsi ilə razı deyil, apellyasiya şik ayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Novruzova Aytən - sədrlik edən və məruzəçi, Əsədov İlham və Heydərov Tofiq) 20 noyabr 2024-cü il tarixli 2(106)-1825/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(018)-698/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı 199,1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi iddiaçının mülk iyyətindədir, hər iki tərəf həmin evdə pasport qeydiyyatındadır, iddiaçı həmin evdə yaşayır, cavabdeh həmin evdə 2011-ci ildən sonra yaşamır, cavabdeh tərəfə məxsus yaşayış yeri mövcud deyil, o, hazırda kirayədə yaşayır.
18. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır. Odur ki, bu məsələ ilə bağlı hüquqi qiymət verilməsinə zərurət yoxdur. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.
19. Belə ki, Cavabdeh istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
20. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilir ki, iş üzrə Cavabdeh daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də iddia ərizəsinin əsaslandırma hissəsində Cavabdeh 2011-ci il tarixdən həmin evi tərk etdiyini bildirmişdir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016cı il tarixli qərarı hazırkı mübahisəyə tətbiq edilə bilməz.
22. Belə ki, həmin Qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
23. Hazırki iş üzrə cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olması və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacının aradan qalxması iş üzrə müəyyən olmur. Bu zaman cavabdehin hansı müddətdə iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsindən istifadə etməməsi əhəmiyyət kəsb etmir, yəni hazırkı halda cavabdehin istifadə hüququna kompensasiya vermədən xitam verilə bilməz.
24. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı X1 (vəkil X3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2024 - cü il tarixli, 2(106)182 5/2024 saylı qətanaməsini ləğv edib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin evdə yaşamır və istifadə hüququndan istifadə etmir, onun yalnız həmin evdə qeydiyyatı vardır ki, bu da formal xarakter daşıyır.
28. İddiaçı ilə cavabdeh arasında etibarlı ailə əlaqələri yoxdur. Onlar arasında olan əlaqələr 2001-ci ildən pozulub. Cavabdeh öz atası ilə heç bir əlaqə saxlamır, ayrı – ayrı qadınların eində yaşayır. Yaşamaq üçün yeri də vardır. Lakin məhkəmə bunu qiymətləndirməmişdir; -yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdehin yaşayış sahəsinə ehtiyacı yoxdur. Belə ki o, 27 dekabr 1994 cü ildə fərdi yaşayış evi tikməkdən ötrü torpaq sahəsi almış olsa da evə ehtiyacı olmadığı üçün özünə ev tikməmişdir, bu gündə onun heç bir evə ehtiyacı yoxdur. Bu barədə iddiaçı apellyasiya məhkəməsinə sübutlar təqdim etsədə, məhkəmə həmin sübutları qəbul etməmişdir. Məhkəmə Konstitutsiya Məhkəməsinin qərarını düzgün tətbiq etməmişdir
29. İddiaçı daşınmaz əmlakı aldığı andan onu dövlət ryestrində qeydiyyatdan keçirmiş və həmin daşınmaz əmlak onun mülkiyyətinə keçmişdir. İndi o, bir mülkiyyətçi kimi həmin əmlakdan öz istədiyi kimi istifadə edə bilmir.
30. Məhkəmə qanunun bu tələbini pozaraq özünün qulluq mövqeyinə əsasən irəli sürdüyü hüquq i dəlillərlə işə baxmışdır.Sübutları obyektiv qiymətləndirməmiş, sübutları tam və hərtərəfli yoxlamadan qiymət vermişdir. Nəticədə məhkəmə səhv və əsassız qətnamə qəbul etmişdir.Sübut kimi yalnız cavabdehin birinci instansiya və apellyasiya instansiya məhkəməsində vermiş olduğu izahatları əsas götürmüşdür. İddiaçı həmin izahatları təkzib etmiş, lakin məhkəmə həmin izahatları düzgün qiymətləndirməmişdir.
31. Məhkəmə öz qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallarla əsaslandırmamışdır. Tərəflərin qarşılıqlı münasibətləri gərgin olduğu halda cavabdehin vermiş olduğu izahatı əsas götürmüşdür. Buda nəticədə səhv qətnamənin qəbuluna səbəb olmuşdur.Qətnamədə hansı sübutlara istinad edildiyi göstərilməmiş və bu hal qətnamədə əsaslandırılmamışdır.Məhkəmə tərəflərin təqdim etmədikləri sübutları arşdırmış və öz mülahizələrinə əsasən həmin sübutlara qiymət vermişdir, nəticədə bu səbəbdən əsassız qətnamə qəbul etmişdir.
32. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında deyil, öz mülahizələrinə görə həyata keçirmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin bərabərlik prinsipini pozmuş, cavabdehin verdiyi izahatları daha düzgün hesab etmişdir.
33. Məhkəmə məhkəmə təcrübəsinin vahidliyini pozmuş, cavabdeh istinad etdiyi hallar barədə hər - hansı bir sübut təqdim etmədiyi halda məhkəmə iddianı təmin etməmişdir.
34. Kassator öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məsəlləsinin 178.1, 228.2 - ci maddələrinə, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5 – ci maddəsinə dair” 27 oktyabr 2008 - ci il tarixl i Qərarında Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının t ərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı 37.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxıla rkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 38.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2 Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışın ın hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə təcrübəsinin vahidliyini pozulduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, dəlil əsaslandırılmamışdır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 418.6-cı m addəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.Həmin Məcəllənin 418-1.3-cü maddəsinə əsasən Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdi yi qərardadda təsbit edir. Lakin kassasiya şikayətində yuxarıdakı maddələrdə göstərilən xarakterli qərarlara istinad edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının konkret işlər üzrə qərarlarına ( 2(102)-6982/2021 və 2(102) – 2035/2021 nömrəli) istinad edilmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhk əməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmiş, işin faktiki halları ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlinmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2024-cü il tar ixli 2(106)-1825/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.