Məhkəmə qərarları › İş №2(102)-7433/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7433/2019

03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7433/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X3, vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC-ninkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-993/2019, hakim A.S.Məmmədov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 09.02.2007-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi, 089 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi, 6350 ABŞ dolları icarə haqqı borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6400 ABŞ dolları məbləğində pulun ödəniş gününə Mərkəzi Bankın manata məzənnəsinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(103)-7566/2019, hakimlər A.Ə.Hüseyn, R.Ə.Qurbanov, E.Q.Nəbiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə q ismən, 6350 ABŞ dolları icarə haqqı borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6400 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, cavabdehdən 1566 manat icarə haqqı borcu və 50 manat cərimə borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında 12 ay müddətinə, aylıq icarə haqqı 50 ABŞ dolları məbləğində olmaqla 09.02.2007-ci il tarixli “Depozit yeşiyinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. 17 dekabr 2018-ci il tarixdəİddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək cavabdehlə aralarında bağlanmış “Depozit yeşiyinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi, 089 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi, 6350 ABŞ dolları icarə haqqı borcu və 6350 ABŞ dolları cərimə borcunun cavabdehdən tutularaq bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozul muş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09.02.2007-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 12 ay müddətinə, aylıq icarə haqqı 50 ABŞ dolları məbləğində olmaqla depozit yeşiyi icarəyə verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh icarə haqqını 09 fevral 2008-ci il tarixə qədər ödəmiş, həmin tarixdən sonra isə heç bir icarə haqqı ödəməmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, müqavilə bir il müddətinə bağlanmışdır və həmin müddət üçün icarə haqqını ödəmişdir. Həmin müddətdən sonra icarə müqaviləsinə xitam verildiyini düşündüy ündən ödəniş etməmişdir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bir il müddətinə bağlansa da, müqavilənin 9.3-cü bəndinə əsasən heç bir tərəf müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmədiyindən müqavilə qüvvədədir və iddiaçı icarə haqqı tələb etməkdə haqlıdır. Bununla bərabər apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yalnız son 3 il üçün icarə haqqı tələb edə bilər. Apellyasiya məhkəməsi icarə haqqının manatla ifadə edilməsi barədə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı xarici hüquqi şəxs deyil və onunla cavabdeh arasın da bağlanmış müqaviləs üzrə pul öhdəliyi xarici valyutada ifadə edilə bilməz. İcarə müqaviləsinə kredit müqaviləsi kimi qiymət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may2015-ci il tarixli qərarında qeyd etmişdir ki, «Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf e tdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində“əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllən in 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur». Beləliklə, tərəflər arasında bağlanmış əqdin predmeti pul öhdəliyi olmadığından həmin müqavilənin xarici valyuta ilə ifadə edilməsi barədə şərtləri özü-özlüyündə etibarsızdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından cavabdehdən tutulması qət edilən 6.350 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz hesab edilərək 50 manat məbləğində dəbbə pulunun tutulmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar