Məhkəmə qərarları › İş №2(102)-744/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-744/2020

18.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-744/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Kərimli Ruhiyyə Neymət qızının, cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinin vəkili Məcidli Elşən Seyidəli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinə qarşı “ötürülmüş müddətin bərpası, əmrin ləğv olunması və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(107)-2310/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbi və vəkili Məcidli Elşən Seyidəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tаrixli, 2(046)-834/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinə qarşı “ötürülmüş müddətin bərpası, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli, 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310/2019 saylı, 18 sentyabr 2019-cu il tar ixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və M.R.Hüseynov), İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tаrixli, 2(046)-834/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı “ötürülmüş müddətin bərpası, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi” barədə iddiasının təmin edilməsi və Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli, 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edil məsi, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İşin halları: İddiаçı İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinə qarşı iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə mürаciət edərək ötürülmüş müddətin bərpa edilməsi, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi, həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay şəhər 5 saylı tam orta məktəbin direktorunun imzaladığı əmrlə həmin məktəbə “Azərbaycan d ili və ədəbiyyat müəllimi” vəzifəsinə təyin olunmuşdur. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi nın imzası ilə təsdiqlənmiş 01.12.2017-ci il tarixli əmri ilə işdən azad olunmuşdur. Həmin əmr və əmək kitabçası ona 24 yanvar 2018-ci il tarixdə təqdim edilmiş, 2018-ci ilin yanvar ayında onunla son haqq-hesab aparılmışdır. Əmr ona təqdim edildikdən sonra ona izah edilmişdir ki, diplomu dövlət nümunəli diplom deyil, bu səbəbdən işdən azad olunmuşdur. Diplomun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, o, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilinəsi imtahanında iştirak etməmişdir. O, həmin vaxt analıq məzuniyyətində olduğu üçün imtahanlarda iştirak edə bilməmiş və bu səbəbdən xəbəri olmadan işdən azad olunmuşdur. Sonrad an Göyçay Rayon Məhkəməsinə işə bərpa ilə bağlı müraciət etdikdə, diplomun tanınması ilə bağlı müraciət olunmasının zəruri olduğu ona bildirilmişdir. Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onu müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün diaqnostik qiymətləndirməyə buraxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi təmin olunmuşdur. Hazırda işə bərpa olunması ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşə bərpa olunması ilə bağlı prosessual müddət onun tərəfindən ötürülsə də, buna səbəb analıq məzuniyyətində olması olmuşdur. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini im perativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Göyçay şəhəri 5 saylı tam ort a məktəbi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçının bir aylıq iddia müddətini ötürməsi ilə bağlı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinin vəkili Məcidli Elşən Seyidəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Kərimli Ruhiyyə Neymət qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinin vəkili Məcidli Elşən Seyidəli oğlunun, İddiaçı, vəkili Kərimli Ruhiyyə Neymət qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Göyçay şəhəri 5 saylı tam orta məktəbin 31.10.2012-ci il tarixli 78 nömrəli əmrinin 1-ci paraqrafında n görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbə laborant təyin olunmuş və “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. -Göyçay şəhəri 5 saylı tam orta məktəbinn 14.06.2017-ci il tarixli əmrindən görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbin müəlliməsi İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. -Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrindən görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbdə əvvəllər müqavilə ilə işləmiş İddiaçı işə bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır. -Göyçay rayon təhsil şöbəsinin 27.09.2017-ci il tarixli əmrindən görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor müavini X1 həmin məktəbin direktor vəzifəsinin icrası 27.09.2017-ci il tarixdən həvalə olunmuşdur. -Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2017-ci il tarixli K-728 nömrəli əmrindən görünür ki, mövcud qaydalara zidd olaraq müəllim kimi işə qəbul olunmuş İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar tədbir görülməsi Göyçay rayon Təhsil şöbəsinə tapşırılmışdır. -Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli, 98 nömrəli əmrindən görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbin “Azərbaycan dili və ədəbiyyatı” müəllimi vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinin əsası olaraq Təhsil nazirinin 29.11.2017-ci il tarixli K-728 nömrəli əmri qeyd edilmişdir. -Göyçay rayon Təhsil şöbəsinin 24.04.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı son haqq-hesab ödənilmişdir. -Göyçay Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli 2(046)866/2018 nömrəli qərardadının, iddia ərizəsinin və ərizənin surətindən görünür ki, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə iddia ərizəsi 29.01.2018-ci ildə Göyçay Rayon Məhkəməsində qeydə alınmış, İddiaçı 25.02.2018-ci il tarixdə məhkəməyə ərizə verərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmənin qərardadı ilə baxılmamış saxlanəlmışdır. -Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X3 tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbini belə qəbul edir ki, iddiaçının işdən azad olunarkən hamilə olmasından məlumatı olmayıb. Əgər qanun pozuntusuna yol veribsə onun işə bərpa olunmasına etiraz etmir. -Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının 2010-cu ildə tərtib edilmiş 6/0838 nömrə ilə qeyd edilmiş B № 169645 nömrəli diplomdan görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə “Filologiya - Azərbaycan dili və ədəbiyyatı” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. -Ş.Ələsgərova adına 5 nömrəli kliniki doğum evinin ultrasəs müayinəsinin 17 noyabr 2017-ci il tarixli nəticəsindən görünür ki, İddiaçı müayinə vaxtı 8 həftəlik hamilə olmuşdur. -Göyçay Rayon Mərkəzi Xəstəxanasının 06.09.2019-cu il tarixli 2703 nömrəli məktubundan görünür ki, Cəyirli kənd həkim məntəqəsinin müdiri X2 verdiyi məlumata əsasən rayonun Cəyirli kənd sakini 1987-ci il təvəllüdlü İddiaçı 25.05.2018-ci il tarixində “33-34 həf təlik hamiləlik” diaqnozu ilə Cəyirli kəndinə gəlmiş, 04.06.2018-ci il tarixədək həmin ünvanda yaşamış və sonra Bakı şəhərinə getdiyini bildirmişdir. İddiaçı Cəyirli kənd həkim məntəqəsində hamilə kimi qeydiyyatda olmamışdır. -AZ-İV № 119772 seriyalı 29.06.2018-ci il tarixli “doğum haqqında şəhadətnamə”dən görünür ki, 21.06.2018-ci il təvəllüdlü X6 anadan olmuş, uşağın atası X4, anası isə İddiaçıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “müddətin üzrlü səbəblərdən buraxılması dedikdə, müvafiq hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcu d olmasını, edilməli olan hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sairə aid edilə bilər. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müddətin ö türülməsi əsası ilə iddia tələbini rədd edərkən, qətnamədə müddətin ötürülməsi əsasından başqa iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olubolmamasını, eyni zamanda cavabdeh tərəfindən iddiaçının hüququnun pozulubpozulmamasını araşdırmamışdır, bu hal isə maddi hüquq normasının pozulması olmaqla məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “hər hansı bir mülki mübahisənin qanuni həlli baxı mından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” İş materiallarından görünür ki, iddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbin 31.10.2012-ci il tarixli əmri ilə həmin məktəbə laborant işinə təyin olunmuş və “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Sonradan Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.06.2017-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, sonra məktəbin 14.09.2017-ci il tarixli, 64 nömrəli əmri ilə onunla bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2017-ci il tarixli əmri ilə mövcud qaydalara zidd olaraq müəllim kimi daimi əmək müqaviləsi əsasında və əvəzçilik qaydasında işə qəbul olunmuş iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar tədbirlər görülməsi Göyçay şəhəri 5 saylı tam orta məktəbə tapşırıq verilmiş və Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli əmri ilə iddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbin “Azərbaycan dili və ədəbiyyatı” müəllimi vəzifəsindən azad olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin əsası kimi Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2017-ci il tarixli əmrinə istinad edildiyindən iddiaçı işdən azad edilən zaman işəgötürən müəssisə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanır. Həmin maddədə təsbit edilən əsaslar sırasında Azərbaycan Respublikası Təhsil nazirinin və ya digər mərkəzi icra hakimiyyəti orqanlarının əmri nəzərdə tutulmamışdır. Belə olan halda, həmin əmr işçinin işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu aşağıdakılardan ibarətdir:

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin ad ı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi a ktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddənin tələbindən də göründüyü kimi işçinin işdən çıxarılması üçün əmrlər istinad olunan qanunun normasına uyğun olmalıdır. Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Lakin Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli əmrində Əmək Məcəlləsinin hər hansı normasına istinad edilməmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin birbaşa pozuntusudur və həmin maddənin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlard an hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İstinad olunan qanunvericilik normasına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli əmrində Əmək Məcəlləsinin hər hansı normasına istinad edilməməsi həmin əmrin məhkəmə tərəfindən etibarsız sayılması üçün əsasdır. İş materiallarına əlavə edilmiş Ş.Ələsgərova adına 5 nömrəli kliniki doğum evinin ultrasəs müayinəsinin 17 noyabr 2017-ci il tarixli nəticəsindən görünür ki, İddiaçı müayinə vaxtı 8 həftəlik hamilə olmuşdur. Göyçay Rayon Mərkəzi Xəstəxanasının 06.09.2019-cu il tarixli 2703 nömrəli məktubundan görünür ki, Cəyirli kənd həkim məntəqəsinin müdir əvəzi X2 verdiyi məlumata əsasə n rayonun Cəyirli kənd sakini 1987-ci il təvəllüdlü İddiaçı 25.05.2018-ci il tarixində “33-34 həftəlik hamilə” olmuşdur. Həmçinin işdə olan AZ-İV № 119772 seriyalı, 29.06.2018-ci il tarixli “doğum haqqında şəhadətnamə”dən görünür ki, tərəflərin birgə nikahlarından 21.06.2018-ci il təvəllüdlü X6 anadan olmuş, uşağın atası X4, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar aşağıdakılardır:

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya da ğınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin ləğv olunmasını qadağan edən şərtlərdən biri də işçinin hamilə olması olduğundan cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbi 01.12.2017-ci il tarixli əmr ilə onu işdən azad edərək Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbini pozmuşdur. Göründüyü kimi, Göyçay şəhəri 5 saylı ta m orta məktəbin 01.12.2017-ci il tarixli “işdən azad edilməsi barədə” əmri ilə İddiaçı hüquqları pozulmuşdur. Hazırkı iddia tələbini irəli sürməkdə iddiaçının subyektiv hüququ vardır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində göstərilən 1 təqvim aylıq iddia müddətini ötürmüşdür. Ötürülmüş müddətin bərpa edilməsi üçün isə əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən, çoxsaylı tibbi sənədlərdən göründüyü kimi, iddiaçı 21.06.2018-ci il tarixədək hamilə olmuş, 21.06.2018 -ci il tarixdə övladı doğulmuş, övladı dünyaya gəldikdən sonra yeni doğulan körpəyə baxmışdır. İş materiallarından görünür ki, iddiaçı doğuşdan sonra uzun müddət həm özünün, həm də yeni doğulan körpəsinin müxtəlif müalicələr aldıqlarını və bununla əlaqədar olaraq uzunmüddətli həkim nəzarətində olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunda nəzərdə tutulmuş bir təqvim aylıq iddia müddətini üzrlü səbəbdən buraxdığlndan birinci instansiya məhkəməsi iddiaçı tərəfin dən buraxılmış müddəti bərpa etməməklə və həmin əsasla da iddianı tənin etməməklə düzgün qənaətə gəlməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsinə dair əmr qeyri-müəyyən olduğundan iddiaçı həm ümumi, həm də inzibati-iqtisadi məhkəmələrə müvafiq tələblərlə müraciət etməli olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qan unauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə k ollegiyası Qərara aldı: Cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar