Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7440/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4767/2019 nömrəli iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “sahiblik və istifadə hüquqlarının tanınması tələbi barədə” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Əsəf Mirzəliyev - sədrlik edən və məruzəçi, Tatyana Qoldman, Gündüz Quliyev) iş üzrə qəbul etdiyi 10 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək, işin yenidən baxılması apellya siya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 03 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı, iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, onunla cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin sədri X1 arasında bağlanmış 07.02.2015ci il tarixli, 668 nömrəli müqaviləyə əsasən cavabdeh MTK tərəfindən inşa edilmiş və ünvan 1 ünvanında yerləşən yaşayış kompleksinin 155 nömrəli mənzilinə onun sahiblik və istifadə hüquqlarının tanınması, iddia ərizəsinin verilməs i üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil almaq arzusunda olan iddiaçı 2015-ci ilin əvvəlində X2 adında şəxslə tanış olmuşdur. X1 tərəfindən iddiaçıya münasib qiymətə Bakı şəhərində yeni tikilmiş binada mənzilin alınması təklif edilmiş və bununla əlaqədar o, iddiaçını Maraqlı şəxs ilə tanış etmişdir. Maraqlı şəxs öz növbəsində cavabdeh MTK üçün podratçı olaraq iş gördüyünü və bunun müqabilində qeyd edilən MTK tərəfindən ona xidmət haqqının əvəzinə mənzil təqdim edildiyini bildirmişdir. Dediklərinin sübutu olaraq Maraqlı şəxs onunla cavabdeh MTK arasında bağlanmış xxxx göstərmiş, həmin müqavilənin 3.2-ci bəndində həqiqətən d ə xidmət haqqının 100% barter şəklində həyata keçirildiyi qeyd edilmişdir. Bununla yanaşı, Maraqlı şəxs iddiaçı ilə MTK arasında da müqavilənin bağlanmasının lazım olduğunu bildirmişdir. Odur ki, 07.02.2015-ci il tarixdə alıcı qismində iddiaçı ilə satıcı qismində isə cavabdeh MTK-nın sədri İ.İbrahimov arasında 668 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdeh MTK-ya 121050 manat məbləğində pul ödəməli, MTK isə mübahisəli mənzili iddiaçının mülkiyyətinə verilməli idi. 18.02.2015-ci il tarixdə iddiaçı tərəfindən Maraqlı şəxs razılaşdırılmış məbləğdən 90000 manat ödənilmişdir. İddiaçı pulu ona Nəsimi rayonunun ərazisində (Həsən Əliyev küçəsi yaxınlığında) yerləşən çay evlərinin birində vermişdir. Həmin vaxt 90000 manat 115000 ABŞ dolları məbləğinə bərabər olmuşdur. Elə həmin tarixdə Maraqlı şəxs Bakı şəhəri 12 saylı notariat kontorunda ərizə yazaraq təsdiq etmişdir ki, mübahisəli mənzili iddiaçıya satmış, bunun müqabilində iddiaçıdan 121.050 manat almışdır və qeyd edilən mənzilin iddiaçının adına keçirilməsinə etiraz etmir. İddiaçının istəyi ilə xxxxndə tam məbləğ qeyd edilmişdir ki, təkrarən notariusa gəlməyə ehtiyac olmasın. Qeyd edilən ərizə notarial qaydada təsdiqlənmiş və 7E1720 nömrəsi ilə reyestrdə qeyd edilmişdir. İddiaçı, məbləğ ödənildikdən sonra cavabdeh MTKya müraciət etsə də, onlar tərəfindən mənzilin onun adına keçirilməsindən imtina edilmişdir. MTK-dan bildirilmişdir ki, mənzilin ödənişi birbaşa onlara olmalı idi, Maraqlı şəxs isə işini tam şəkildə təhvil verməyib və heç bir əlaqəyə çıxmır. Bundan sonra iddiaçı dəfələrlə Maraqlı şəxs, həm çinin onunla tanış olmasına vasitəçilik etmiş X1la əlaqə saxlamağa çalışsa da, heç bir nəticəsi olmamışdır. Maraqlı şəxs məsələnin həll ediləcəyinə söz versə də, sonradan zənglərə, ümumiyyətlə, cavab verməmişdir. Nəticə etibarı ilə, Maraqlı şəxs iddiaçıya qarşı aşkar formada külli miqdarda pul vəsaitini mənimsəməklə dələduzluq etməsi faktı aşkardır. Beləliklə, iddiaçı uzun müddət ərzində istər MTK, istərsə də adları qeyd edilən şəxslərlə bu məsələnin həll edilməsinə çalışsa da, nə mənzilə sahib ola bilmiş, nə də ödədiyi külli miqdarda pul vəsaitini geri qaytara bilmişdir. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı e tiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxm ayaraq iş üzrə cavabdeh və üçüncü şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 07.02.2015-ci il tarixli 668 nömrəli müqaviləyə əsasən satıcı olan MTK mübahisəli mənzili a lıcı olan iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə bunun qarşılığında 121050 manat məbləğində pulu cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. 18.02.2015-ci il tarixli “xxxxndən görünür ki, Maraqlı şəxs ona məxsus olan mübahisəli mənzili iddiaçıya 121050 manata satmış və nağd şəkildə pulu almışdır, həmin mənzilin (iddiaçı) İddiaçı adına keçirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. Gələcəkdə İddiaçı və MTK-ya qarşı heç bir iddia tələbi olmayacaqdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə iddiaçı olan İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs mübahisəli mənzilin alğı-satqısında razılaşmışlar. Lakin iş materiallarından göründüyü kimi, Maraqlı şəxs mübahisəli mənzilin mülkiyyətçisi olmamış, çünki mənzilin dəyəri onun tərəfindən tam şəkildə ödənilmə mişdir. Belə ki, Maraqlı şəxs “xxxx” ilə üzərinə düşən öhdəlikləri tam şəkildə (ən azından, mənzilin dəyəri qədər işləri) icra etmədiyindən, mübahisəli mənzil üzərində onun sahiblik və istifadə, habelə sərəncam vermək hüquqları əmələ gəlməmişdir. İş materiallarında olan 02.09.2014-cü il tarixli “xxxxnin” 3.2-ci bəndində “Müqavilə işlərin maliyyə ödəmələri 100 faiz barter şəklində Sifarişçi tərəfindən ödəniləcək” şərti qeyd olunsa da, növbəti 3.3-cü bənddə göstərilmişdir ki, “mənzilin və obyektin dəyəri işlə icraçı tərəfindən ödənildikdən sonra Sifarişçi maliyyə arayışı verir". Yəni müqavilənin şərtlərindən də göründüyü kimi, Maraqlı şəxs “xxxx” ilə üzərinə götürdüyü öhdəlikləri icra etdikdən sonra və mənzilin dəyəri qədər iş gördükdən sonra ona həmin mənzilə dair “Maliyyə arayışı” veriləcə kdi və məhz bu andan etibarən Maraqlı şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində qeyd olunduğu kimi, mənzilə mülkiyyət hüququ əldə edəcəkdi. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 121050 manat dəyərində olan mübahisəli mənzilə görə 90000 manat məbləğində pul vəsaitini, MTK-nın xəbəri və razılığı olmadan, Maraqlı şəxs ödədiyini bildirən İddiaçı də mənzilə hüququ yaranmış şəxs hesab edilə bilməz. İş materiallarında mənzilin dəyərinin məhz MTK-ya tam şəkildə ödənildiyini təsdiq edən heç bir sənəd (kassa mədaxil orderinin qəbzi, maliyyə arayışı və ya 668 nömrəli müqavilədə belə bir bənd) yoxdur, əksinə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi 668 nömrəli müqavilənin 2.2-ci bəndindən göründüyü kimi, mənzilin ümumi dəyəri ola n 121050 manat məbləğindən yalnız 5000 manat MTK-ya ödənilmişdir. İddiaçının sübut kimi təqdim etdiyi 18.02.2015-ci il tarixli “xxxx” mübahisəli mənzilə görə pul vəsaitinin məhz MTK-ya ödənildiyini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Beləliklə də, mübahisəli mənzilin dəyəri (“xxxx” ilə razılaşdırılmış şəkildə, yəni Maraqlı şəxs tərəfindən görülməli olan iş şəklində, habelə, 668 nömrəli müqaviləyə əsasən MTK-ya ödənilməli olan pul şəklində) tam şəkildə MTK-ya ödənilmədiyindən, İddiaçı mübahisəli mənzil üzərinə sahiblik və istifadə hüquqları yaranmış hesab edilə bilməz. Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 394-cü maddəs inə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 18.02.2018-ci il tarixli “xxxx” Maraqlı şəxs birtərəfli iradə ifadəsindən ibarət olduğundan, müqavilə hesab edilə bilməz. Mülki Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məcəllənin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Məcəllənin 433.2-ci maddəsinə görə, əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Göründüyü kimi, öhdəliyin ixtiyarsız şəxs Maraqlı şəxs tərəfindən qəbul edilməsi nəticəsində öhdəlik o halda icra olunmuş hesab edilə bilər ki, kreditor MTK-nın buna razılığı olsun və ya kreditor MTK bundan fayda götürsün. Həmçinin 668 nömrəli müqavilənin 3.3-cü bəndində qeyd olunur ki, tərəflər bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrasını üçüncü şəxsə yalnız digər tərəfin razılığı ilə həvalə edilə bilər. Həmin müqavilənin 4.1 və 4.2-ci bəndlərinin təhlilindən isə belə məlum olur ki, sözügedən razılıq yazılı formada tərtib edilməli və hər iki tərəfin imzası ilə təsdiq edilməlidir. İddiaçı öhdəliklərinin Maraqlı şəxs ödənilməsinə dair MTK-nın razılığını ifadə edən hər hansı yazılı sübut (müqaviləyə əlavə, dəyişiklik və ya h ər hansı digər sənəd) isə iş materiallarında mövcud deyil. Digər tərəfdən, İddiaçı MTK qarşısında olan 116050 manat məbləğində öhdəliklərinin bir hissəsinin (90000 manat məbləğində) Maraqlı şəxs ödənilməsindən MTK, Mülki Məcəlləsinin 433.2-ci maddəsində qeyd olunduğu kimi, hər hansı fayda götürməmişdir. MTK o halda fayda götürmüş hesab edilə bilərdi ki, Maraqlı şəxs “xxxx” üzrə mübahisəli mənzilin dəyəri qədər iş icra edərək MTK-ya təhvil vermiş olardı. Əgər belə olsa idi, yəni Maraqlı şəxs mübahisəli mənzilin tam dəyəri qədər iş icra etsə idi, “xxxxnin” 3.3-cü bəndində qeyd olunduğu kimi, mənzilin sahibinə “Maliyyə arayışı” verilərdi və ya ən azından, 668 nömrəli müqavilədə tam ödəniş barədə bir qeyd (bənd) yazılardı. Sadalanan halların təsdiqi isə iş materiallarında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı MTK qarşısında olan öhdəliklərinin Maraqlı şəxs qarşısında icra edilməsi, habelə həmin şəxsin bu icranı qəbul etməsi borclu İddiaçı öhdəliklərinin tam icrası kimi qiymətləndirilə və müvafiq olaraq mübahisəli mənzil üzərində iddiaçının əmlak hüquqları tanına bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4767/2019 nömrəli iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7440/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7440/2019
12.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver