Məhkəmə qərarları › İş №2(102)-7442/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7442/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7442/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)6438/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3na qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 17 sentyabr 2015-ci ildə bağlanmış, Cavabdeh3 xüsusi notariusu X7 tərəfindən təsdiq olunan, Reyestrdə 4Ə-410 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə X10 arasında 06 oktyabr 2015-ci ildə bağlanmış, 37 saylı notariat kontorunun xüsusi notarius X3 tərəfindən təsdiq olunan, AN-İ ******* nömrəli, reyestrdə 193 nömrə ilə qeyd olunan alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən X5 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi, X10 ilə Cavabdeh2 arasında 14 aprel 2016-cı ildə bağlanmış, 18 saylı notariat kontorunun xüsus i notariusu X8 tərəfindən təsdiq olunmuş reyestrdə 4Ə-91 nömrə ilə qeyd olunan bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq,V.V.V nömrəli mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, habelə dəymiş 5000 manat maddi ziyanın və 10000 manat məbləğində mənəvi ziyanın cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.Nuriyev) 02 fevral 2018-ci il tarixli 2(007)-168/2018 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi,V.V.V mənzilinə dair İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhərinin 15 saylı Dövlət Notariat Kontorunda bağlanmış 17 sentyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış mülkiyyət hüququna dair 18 sentyabr 2015-ci il tarixli, 1 ********* №-li qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 18 sentyabr 2015-ci il tarixli, RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə X10 arasında Bakı şəhərinin 37 saylı Notariat Kontorunda bağlanmış 06 oktyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış mülkiyyət hüququna dair 03 mart 2016-cı il tarixli, ********** №-li qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 03 mart 2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi; X10 ilə Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Notariat Kontorunda bağlanmış 14 aprel 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış mülkiyyət hüququna dair 27 aprel 2016cı il tarixli, **** ****** №-li qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 27 aprel 2016-cı il tarixli RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi; sadalanan müqavilələr üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması; Bakı şəhərinin 15 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2015-ci il tarixli AN-1 seriyalı, ******* №-li alqı-satqı müqaviləsi üzrə 10000,00 (on min) manat xərcin İddiaçı tərəfindən Cavabdeh1 ödənilməsi; Bakı şəhərinin 37 saylı Notariat Kontorunda bağlanmış 06 oktyabr 2015-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi üzrə xərclərin Cavabdeh1 tərəfindən X6 ödənilməsi; Bakı şəhərinin 18 saylı Notariat Kontorunda bağlanmış 14 aprel 2016-cı tarixli bağışlanma müqaviləsi üzrə xərclərin X10 tərəfindən Cavabdeh2 ödənilməsi; ilkin iddianın qalan his sədə rədd edilməsi, ilk iddia ərizəsi üzrə ödənilmiş 10,00 (on) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, X4 müştərək qaydada İddiaçı xeyrinə tutulması; Cavabdeh2 İddiaçı qarşı mənzilin boşaldılması və dəymiş ziyanın tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İ.Vəliyev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 08 avqust 2018-ci il tarixli 2(103)-6996/2018 saylı qətnaməsi ilə, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İ.Dəmirov - sədrlik edən və məruzəçi, A.İsgəndərov və Ə.Əhmədov) 19 fevral 2019-cu il tarixli 2(102)-986/2019 saylı qərarı i lə Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov - sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn) 19 iyun 2019-cu il tarixli 2(103)-6438/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-168/2018 saylı mülki iş üzrə qəbul etdiyi 02 fevral 2018-ci il tarixli qətnaməsi qismən, yəni müqavilələr üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, Bakı şəhərinin 15 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2015-ci il tarixli AN-1 seriyalı, ******* №-li alqı-satqı müqaviləsi üzrə 10.000 (on min) manat xərcin İddiaçı tərəfindən Cavabdeh1 ödənilməsi, Bakı şəhərinin 37 saylı Notariat Kontorunda bağlanmış 06 oktyabr 2015-ci il tarixli, ANİ seriyalı ******* №-li alqı-satqı müqaviləsi üzrə xərclərin Cavabdeh1 tərəfindən X6 ödənilməsi, Bakı şəhərinin 18 saylı Notariat Kontorunda bağlanmış 14 aprel 2016-cı tarixli bağışlanma müqaviləsi üzrə xərclərin X10 tərəfindən Cavabdeh2 ödənilməsi hissəsində ləğv edilərək Cavabdeh1 25000 manat məbləğində pul vəsaiti tutularaq, X6 ödənilməsi barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barə də qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 10000 manat ödəmişdir. Sonradan həmin mənzili X2 alqı-satqı müqaviləsində 25.000 manat göstərilmişdir. Mənzilin birinci alqı-satqısı zamanı iddiaçıya 10.000 manat ödədiyi halda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə ondan 25000 manat pul tələb edilmişdir. Əslində ondan hər hansı pul məbləği tələb edilməməlidir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kol legiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəliV.V.V saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. 17.09.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş mənzilin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı mübahisəli mənzili alıcı Cavabdeh1 satmağı, alıcı da hə min mənzilin dəyəri kimi 23000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daha sonra Cavabdeh1 ilə X10 arasında həmin mənzilə dair 06.10.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və bunun əsasında mənzil sonuncunun mülkiyyətinə keçmişdir. Həmin müqavilədə mənzilin qiyməti 25000 manat qeyd olunmuşdur. Bundan sonra X10 ilə Cavabdeh2 arasında həmin mənzilə dair 14.04.2016-cı il tarixli bağışlama müqaviləsi bağlanmış və nəticədə mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı bildirir ki, o, 17 sentyabr 2015-ci il tarixindəX1 adlı şəxsdən 12000 manat faizə pul götürmüşdür. Həmin pulun təminatı kimiX1 adlı şəxs ondan xahiş etmişdir ki, mülkiyyətində olan mənzili formal olaraq öz adamı olan Cavabdeh1 satsın. Həm in gün alqı-satqı müqaviləsi imzalanmış və mənzil qiyməti 23000 manat göstərilmişdir. Bu isə Nizaminin alacağı faizlərin cəmi məbləği idi. Müqavilənin formal və uydurma bağlanması onun qiymət ilə aşkar olunur. Çünki təmirli mənzili 23000 manata satılması qeyri-realdır. Digər tərəfdən, Cavabdeh1 ümumiyyətlə tanımamış, sadəcə həmin gün notariat kontorunda görmüşdür. Ən əsası isə mənzil daim onun sahibliyində olmuş, hətta alqı-satqı müqaviləsi bağlandıqdan sonra, bu günə qədər Cavabdeh1 evə sahiblik etməmişdir. Bu yaxınlarda Sabunçu Rayon Məhkəməsindən ona məhkəmə bildirişi gəlmiş, bildirişə əlavə olunan iddia ərizəsindən ona bəlli olmuşdur ki, Cavabdeh2 ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra vəkil sorğusu əsasında bağlanmış müqavilələr dən məlumat əldə etmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, həmçininX1 adlı şəxsin ona qarşı törətdiyi dələduzluq əməlləri ilə bağlı araşdırma aparılması üçün Sabunçu rayon prokurorluğuna və 13-cü PB-nə şikayət göndərmişdir. Cavabdeh2 ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, o, notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzili almış və həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə mülkiyyət hüququ əldə etməsinə baxmayaraq mənzilindən istifadə edə bilmir. Çünki həmin mənzildə yaşayan cavabdeh İddiaçı mənzilini təhvil vermir və həmin mənzilə ev əşyalarını yerləşdirməklə yaşayaraq onun hüquqlarını kobud şəkildə pozur. Bunun nəticəsində maddi ziyanla qarşılaşmış və mütəmadi olaraq mənzilinin boşa ldılmamış vəziyyətdə qalması ona mənəvi iztirablar və sıxıntılar yetirərək mənəvi zərər dəymişdir. İddiaçı isə iddia müddətini ötürmüşdür. Cavabdeh1 birinci instansiya məhkəməsində ilk iddiaya etiraz etmiş və bildirmişdir ki, o, İddiaçı tanımır, onun əri X1 10000 manat pul vermiş, nəticədə mənzil onun adına rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman bank vasitəsilə pul köçürməsi olmamışdır. O, 10000 manatı X2 əri X1 şəxsən əlbəəl özü vermiş, həmin vaxt X2 da onun yanında olmuşdur. Sonradan həmin mənzili 25000 manata satmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin alqı-satqı müqaviləsinin yalan əqd olması tam təsdiq olunur. Belə ki, həmin müqavilə tərəflərinin hər ikisinin izahatından da görünür ki, onlar bir-birini tanımırlar və alqı-satqı müqav iləsinin bağlanmasının yeganə səbəbi Cavabdeh1 başqa şəxsə verdiyi 10000 manat pul vəsaitinin geri qaytarılmasının təminatı olmuşdur. Göründüyü kimi mübahisələndirilən əqdin hər iki tərəfi həmin müqaviləni başqa əqdi pərdələmək üçün bağlamışlar. Eyni zamanda həmin əqdin yalan əqd olmasını təsdiq edən daha bir fakt alqısatqı müqaviləsi üzrə alıcı Cavabdeh1 satıcı İddiaçı mənzilin dəyərini ödəməməsidir. Həmçinin alqı-satqı müqaviləsi bağlansa da, müqavilə tələblərinə əməl edilməyərək əmlak alıcıya verilməmiş və hazırda da mənzil iddiaçının sahibliyindədir. Bundan başqa həmin alqı-satqı müqaviləsində mənzilin dəyəri 23000 manat olaraq qeyd olunmuşdur. Halbuki, «xxxx» MMC-nin 28 noyabr 2017-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, əmlaka baxış keçirilən zaman məlum olmuşdur ki, mö vcud aktivə likvid qismində baxmaq olar və həmin aktivin analoji mənzillərin ekspozisiyası müddəti ilə müqayisədə XXX-ci mənzilinin bazar dəyəri – 55000 manat və likvid dəyəri – 51000 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən 17.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. 17.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi özü-özlüyündə əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticələrə səbəb ola bilməz. Ona görə də, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindəki çıxarış ləğv edilməli, həmçinin mübahisələndirilən digər alqı-satqı və bağışlama müqavilələri də Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışlar ləğv edilməlidir. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 17.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə restitusiya həyata keçirilə bilməz. Çünki həmin müqavilə üzrə hər hansı pul vəsaitinin ödənilməsi müəyyən edilmir. Mübahisələndirilən Cavabdeh1 ilə X10 arasında bağlanılmış 06.10.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 25000 manat qarşılığında mübahisəli mənzili alıcı X1. Buna görə də, həmin müqavilə üzrə ödənilmiş 25000 manat (müqaviləyə əsasən 5000 manat beh kimi ödənilmiş, bank sənədlərinə əsasən isə 20000 manat ödənilmişdir) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, X6 ödənilməlidir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan həmin müqavilə üzrə də restitusiya həyata keçirilə bilməz. Eyni zamanda kollegiya qarşılıqlı iddia tələblərinin də rədd edilməsi qənaətinə gəlmişdir. Cavabdeh Cavabdeh1 kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətində yalnız X10 arasında bağlanılmış 06.10.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə görə ondan 25000 manat pulun tutulması hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsas ən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə də, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisələndirilən Cavabdeh1 ilə X10 arasında bağlanılmış 06.10.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 25000 manat qarşılığında mübahisəli mənzili alıcı X1. Bu baxımdan kollegiya hesab edir ki, həmin müqavilə üzrə ödənilmiş 25000 manat (müqaviləyə əsasən 5000 manat beh kimi ödənilmiş, bank sənədlərinə əsasən isə 20000 manat ödənilmişdir) məbləğində pul vəsaiti Cava bdeh1 tutularaq, X6 ödənilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad olunan alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərə, tərəflərin izahatlarına və digər sübutlara istinad etməklə, ağlabatan mühakimə əsasında işin faktiki hallarını düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq no rmasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)6438/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar