Məhkəmə qərarları › İş №2(102)-745/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-745/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-745/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(106)-1449/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı qardaşıdır.

2. Astara rayonu “Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi” adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən Astara rayonu Seləkəran kənd sakini X3 0.18 hektar həyətyanı torpaq sahəsindən 0.07 hektar oğlu İddiaçı yeni ev tikmək məqsədilə verilmişdir.

3. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən ümumilikdə 2559,38 kv.m həyətyanı torpaq sahəsi (sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə iddiaçıya ayrılmış tor paq sahəsi də daxil olmaqla) tərəflərin atası X3 mülkiyyətinə verilmiş, sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2009cu il tarixdə X13nda qeydə alınaraq bu barədə ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir.

4. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X3 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində hazırda arvadı, Cavabdeh və onun həyat yoldaşı X5 yaşayır.

5. İddiaçı Astara rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizəsində atası X3 mirasını qəbul etmədiyi və gələcəkdə də etməyəcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfin dən qanunsuz tutulmuş Astara rayonu “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozun xx.xx.1988-ci il tarixli 661 saylı əmri ilə atası X3 istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.07 hektar torpaq sahəsinin ayrılaraq (həmin torpaq sahəsi şimaldan ara yolu ilə, şərqdən və cənubdan atasının həyəti ilə qərbdən ara yolu ilə həmsərhəddir) yeni ev tikməkdən ötrü verilmiş torpaq sahəsinin zəbt azad edilməsi həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətinin əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi Astara rayonu ASB-nin baş yerquruluşçusu İsmayıl Salmanovun, Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun baş aqronomu Ramazan Səfərovun, Sovxozun Xalq nəzarəti qrupunun sədri Həsən Əliyevin, mərhum atası Cahangir Məmmədovun və onun iştirakı ilə Suparibağ sovetliyinin Seləkəran kəndində 17 may 1988-ci il tarixdə akt tərtib edilmiş, ayrılmış torpaq sahəsinin qonşu sərhədləri göstərilməklə ona təhkim edilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaqdan ötrü xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 9 mart 2023-cü il tarixli 3-213-43/2-617/2023 nömrəli bildirişləri ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə m üvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə, habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsini aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməli və sözü gedən daşınmaz əmlakın həmin tarixdə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsi üçün mütəxəssis tərəfindən müayinə keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədildiyindən və tərəflər arasında mübahisə olduğundan çöl-ölçmə işlərinin aparılması mümkün olmadığından mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

8. Birinci instansiya məhkə məsində Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən 0,07 ha torpaq sahəsi zəbt edilməmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 8 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2354 nömrəli rəyinə əsasən, Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha hissəsinin iddia olunan vəziyyətə əsasən sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin faktiki ölçüsünün 0,06 ha olduğu müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 2 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında ****** ****0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (X13 kitabında xx.xx.2009- cu il tarixdə 116 nömrə ilə uçota alınmış) ilə X3 mülkiyyətinə verilmiş, Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 2559,38 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin bütövlüklə Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsinin faktiki koordinatlarının Astara rayon Aqrar İslahat Komissiyasının 2 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X3 mülkiyyətinə verilmiş 2559,38 kv.m həyətyanı torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. Başqa sözlə Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,1.ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı Asta ra rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998- ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X3 mülkiyyətinə verilmiş 2559,38 kv.m ölçüdən ibarət həyətyanı torpaq sahəsinə aid hissə olması müəyyən edilmişdir.

10. Astara Rayon Məhkəməsinin 24 iyun 2024- cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli 661 saylı əmri ilə mərhum X3 istifadəsində olmuş 0,18 ha həyətyanı torpaq sahəsindən İddiaçı verilmiş 0,06 ha torpaq sahəsinin zəbtdən azad edilib İddiaçı verilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud t exniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə Cavabdeh tərəfindən edilən manelərin aradan qaldırılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayonu Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən Astara rayonu Seləkəran kənd sakini X3 0.18 hektar həyətyanı torpaq sahəsindən 0.07 hektar İddiaçı yeni ev tikmək məqsədilə verilmişdir. Hazırda həmin torpaq sahəsi bütövlüklə Cavabdeh istifadəsindədir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 8 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2354 s aylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə 152.1, 157.2, 158.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 80 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X1 və ölümündən sonra da o, mübahisəli torpaq sahəsini və fərdi yaşa yış evini miras kimi qəbul etmişdir. Orada anası Sona Məmmədova, o və onun ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı İddiaçı isə təsərrüfatdan ayrı, yəni 1990-cı ildə atasının onun üçün ayırdığı 0,07 hektar torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməklə ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin iddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmişdir. Lakin buna baxmayaraq, torpaq sahəsi onların mülkiyyətlərində olmalarına baxmayaraq iddiaçının torpaq sahəsinin bir hissəsinin ona məxsus olmasını zənn edərək onu məhkəməyə vermişdir. Belə olan halda, onların mülkiyyət hüququ pozulmuşdur. İddiaçı tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Lakin buna baxmayaraq Astara Rayon Məhkəməsi hərtərəfli işi araşdırmadan iddianı qismən təmin etmişdir. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almayıb. Bundan başqa, məhkəmə öz səlahiyyətlərindən istifadə edərək təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Mərhum atası X8 iddiaçı üçün ev tikdirməkdən ötrü torpaq sahəsi ayırmış və iddiaçı həmin torpaq sahəsinin üzərində özünə ev tikdirmişdir. Mübahisəli torpaq sahəsi onların xüsusi mülkiyyətindədir və o iddiaçının torpaq sahəsini zəbt etməmiş, mülkiyyətində olan torpaq sahəsi koordinatı daxilindən kənar çıxmamışdır.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1988-ci il tarixli 661 saylı əmrindən çıxarış əsasında X3 və İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkarlanmamışdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1449/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının təqdim etdi yi məhkəmə tikinti-texniki ekspertizasının 8 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2354 saylı rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi sübuta yetirilmişdir.

18. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində iddiaçının notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etməsi ilə bağlı qeyd etmişdir ki, adıçəkilən ərizə 22 oktyabr 2011-ci il tarixdə yazılmış, ancaq işdən mübahisəli torpaq sahəsinin iddiaçıya 1988-ci ildə verilməsi müəyyən edilmişdir. Mülki qanunvericiliyin imperativ tələbindən isə miras əmlaka ölmüş şəxsin öldüyü məqamadək malik olduğu əmlak daxildir.

20. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 239.2-ci, Torpaq Məcəlləsinin 48, 49, 65.1, 67, 68, 84, 111-ci, MPM-in 14.2, 81, 97.1, 217.1, 372.1, 372.7, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 43-cü, Mülki Məcəllənin 1243.2-ci, MPM-in 76.1, 76.2, 87.1, 87.2, 88 və 217.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırkı işdən göründüyü kimi mübahisəli sahə istər tərəflərin atasının sağlığında, istərsə də onun ölümündən sonra cavabdehin istifadəsind ə olmuş, iddiaçıya başqa bir torpaq sahəsindən öz payı verilmiş və hazırkı sahə ilə heç bir aidiyyatı olmamışdır. Lakin buna baxmayaraq iddiaçı uzun müddətdir cavabdehin istifadəsində olan torpaq sahəsinə münasibətdə iddia irəli sürməklə mənim qanunla qorunan mənafelərini pozmuşdur. Yaşayış sahədən məhrum edilmənin əsaslı olması üçün ilk növbədə qarşı tərəfin həmin sahədə yaşaması, daha sonra isə guya cavabdehin onu həmin sahədən məhrum etməyi lazımdır. Lakin hazırda, əksinə, illərlə yaşadığı və iddiaçının heç bir hüququ olmadığını özü də bildiyi sahədən qanunsuz məhkəmə aktları ilə özü məhrum edilir. Bu da tamamilə qanunsuz olmuşdur. İşə baxan məhkəmələr cavabdehin illərlə yaşadığı və sahiblik etdiyi evi guya zəbt etdiyi qənaətinə gəlmiş və onun qanunla qorunan mənafelərinə ziyan dəymişdi r. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən halları nəzərə almamış və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşin hallarından da göründüyü kimi ataları X1 və ölümündən sonra da o, mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini istifadə edərək faktiki olaraq miras kimi qəbul etmişdir. Orada anası və ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı isə təsərrüfatdan ayrı, yəni 1990-cı ildə atasının onun üçün ayırdığı 0,07 hektar torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməklə ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin iddiaçı və digər qardaşlar da notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmiş (bu barədə müvafiq sənəd təqdim edilmişdir və iş materiallarında mövcuddur) və bununla da mübahisəli sahə tamamilə cavabdehi n qanuni istifadəsinə keçmişdir. Göründüyü kimi cavabdeh hazırda mübahisə predmeti olan sahəyə və üzərindəki tikiliyə illərlə sahiblik etmiş və mirası atasından faktiki olaraq qəbul etmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sadəcə formal mülahizələrə söykənməklə bütün qeyd edilənləri görməzdən gəlmiş, bununla da cavabdehin qanunla qorunan mənafelərini pozmuşdur. İddiaçı hazırda Astara rayonu “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozun xx.xx.1988-ci il tarixli 661 saylı əmri ilə atası X3 istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.07 hektar olan hissəsinin ona ayrılmalı olması və bu əsasla da mənim guya zəbt etdiyim torpağı boşaltmalı olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi iddiaçı öz tələbini əsaslandırarkən guya mülkiyyət hüququnun hələ 1988-ci ildə veril miş əmrlə yarandığına əsaslanmışdır. Bu isə o deməkdir ki, işə baxan məhkəmələr iddiaçının mülkiyyət hüquqlarının mövcud olub-olmamasını və hazırkı mübahisənin bundan doğan mahiyyətini məhz həmin vaxt qüvvədə olan normalar çərçivəsində, yəni Azərbaycan SSR-in1964-cü il tarixli Mülki Məcəlləsini tətbiq etməklə yoxlamalı idilər. Lakin apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülkiyyət hüququnu tənzimləyən normalarına və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə istinad edərək öz qətnaməsini həmin Məcəllələrin tələblərinə uyğun olaraq əsaslandırmışdır. Bu hal isə qanunvericiliyin normaları baxımdan yolverilməz olmaqla birbaşa qanunsuz qətnamənin qəbul edilməsinə rəvac vermişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmadan və təqdim olunan sübutlara səthi qiymət verərək yanlış nəticəyə gəlmişdir. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı mənim tərəfimdən guya ona məxsus olan 0.07 ha torpaq sahəsinin zəbt edildiyini bildirsə də, əvvəla ekspert rəyində faktiki sahənin 0.06 ha olduğu əks olunmuş və bununla da iddiaçının məhkəməyə qeyri-dəqiq informasiyalar verməsi təsdiq olunmuşdur. Lakin ekspert işin faktiki hallarını bilmək iqtidarında olmamış, sadəcə səthi informasiyalarla müəyyən nəticəyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı təsərrüfatdan ayrı, yəni 1990-cı ildə atasının onun üçün ayırdığı 0,07 hektar torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməklə ailə üzvləri ilə birlikdə yaşayır və o sahənin hazırda cavabdehin yaşadığı sahəyə heç bir aidiyyatı yoxdur. Ekspert isə on un yaşadığı ərazinin sırf ölçü miqdarı oxşarlıq təşkil edir deyə guya iddiaçıya məxsus olan sahə ilə üst-üstə düşdüyünü bildirmişdir. İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələrində təkrar ekspertizanın təyin olunmasını xahiş etsə də, məhkəmə bununla bağlı əlavə heç bir hərəkət etməmiş və yenidən ekspertiza keçirilməsi üçün cəhd etməmişdir. Halbuki işdə olan məlumatlardan məlum olmuşdur ki, iddiaçının mübahisə predmeti olan mənzilə sahibliyi olmuşdur. Bu baxımdan qeyd edilən ünvanların yerləşdiyi ərazinin koordinatlarında hər hansı bir fərqliliyin olmasının müəyyən edilməsi iş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün çox önəmli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçının kassasiya şikayətinə etirazında qeyd edilmişdir ki, məhkəmə tərəfind ən işə obyektiv baxılmış, iş üzrə ekspertiza təyin edilmiş, sübutlara obyektiv qiymət verilmişdir. Kassasiya şikayəti hüquqi cəhətdən əsaslandırılmamışdır. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı atasından miras qalmış torpaqdan pay istəyir. Halbuki mirasdan söhbət getmir, tələb olunan torpaq atasının sağlığından iddiaçıya ev tikintisi üçün ayrılmış torpaq sahəsidir. İddiaçı qeyd edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak h üquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar.

28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

29. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə 48, bənd

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyə t, istifadə və icarə hüququnda əldə edə bilərlər.

31. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir.

32. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

33. Maddə

68. Torpaq sahələri üzərində hüq uqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

34. Maddə 84. (1-ci bənd) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, kassasiya şikayəti mübahisələndirilən qətnamənin ləğv edilməsi hissəsində təmin edilməli və iş yeni baxışa qaytarılmalıdır.

46. İşdən görünür ki, iddiaçı hazırda cavabdehin istifadəsində və sahibliyində olan 0.07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğunu iddia edərək MM-nin 157.2-ci maddəsinə əsasən həmin sahənin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsini və mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılmasını tələb etmişd ir. Bu iddianın təmin edilməsi üçün iddiaçı tərəfindən aşağıdakı hallar sübut edilməli idi: -iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olması; - torpaq sahəsi üzərində cavabdehin sahibliyinin qanunsuz olması.

47. Hazırkı halda həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə belə olmuşdur ki, Astara rayonu “Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi” adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən 0.07 hektar torpaq sahəsi İddiaçı ev tikmək məqsədilə verildiyindən həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 8 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2354 nömrəli rəyinə ə sasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia edilən torpaq sahəsi torpaq islahatı zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998- ci il tarixli 18 nömrəli qərarı əsasında X3 mülkiyyətinə verilmiş 2559,38 kv.m ölçüdən ibarət həyətyanı torpaq sahəsinin tərkibindədir.

49. İşdəki sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçıya Astara rayonu “Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi” adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri əsasında fərdi yaşayış evi üçün torpaq sahəsi ayrılsa da, o həmin sahədə ev tikməmiş, sonradan həmin sahə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə atası X3 mülkiyyətinə verilərək sonuncunun torpağa mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə X13nda qeydə alınsa da, iddiaçı bu qeydiyyatı m übahisələndirməmişdir.

50. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı, 67-ci maddəsində torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyi qeyd edilmişdir.

51. Eyni zamanda Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan hazırda qüvvədə olan X13 məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin mü lkiyyətçisinin vəfat edənədək X8 olduğu təsdiq edilir.

52. Apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qeyd edilən normalarının və Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə almamış, mərhum X3 torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpaq kadastrında qeydiyyatı qüvvədə olduğu halda iddiaçının bu qeydiyyatdan əvvəl verilmiş sovxoz əmrinə istinad edərək hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmadığına düzgün hüquqi qiymət verilməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinin atalarına məxsus olması, atası vəfat etdikdən sonra iddiaçının mirasdan imtina etməsi barədə ərizə verməsi və cavabdehin atasından miras qalmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etdiyinə dair apellyasiya şikayətinin dəlillərinə qətnamədə hər hansı hüquqi qiymət verməmiş, o cümlədən cavabdehin iddiaya etirazının əsaslı olduğu təsdiq etmək üçün təqdim etdiyi sübutların hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmamışdır.

54. Məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən iddiaçının tələbi eyni zamanda vərəsəlik hüququndan irəli gələn normalar əsasında yoxlanıldıqda iddianın əsaslı hesab edilməsi üçün iddiaçı atasının birinci növbəli vərəsəsi kimi qanunla müəyyən edilmiş müddət ərzində ondan miras qalmış torpaq sahəsini qəbul etdiyini sübut etməli idi. Hazırkı halda cavabdeh bunun əksini iddia edərək özünün X3 mirasını faktiki qəbul etmiş vərəsəsi olduğuna, iddiaçının isə mirasdan imtina etdiyinə dair dəlillər irəli sürərək bu barədə məhkəməyə sübutlar təqdim etdiyi halda, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sübutların araşdırılması və qiymətləndirilməsi təmin edilməmiş, cavabdehin hazırda mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olub-olmadığına düzgün hüquqi qiymət verilməmiş, nəticədə ədalətli məhkəmə araşdırılması prinsipi pozulmuşdur.

55. MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Eyni zamanda MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutların obyektiv və qərəzsiz qiymətləndirilməsi prinsipi məhkəmə tərəfindən mübahisənin hər iki tərəfinin təqdim etdiyi sübutların və dəlillərin obyektiv qiymətləndirilməli olduğunu nəzərdə tutur.

56. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçü n MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

57. Qeyd edilənlərlə yanaşı kollegiya eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti Başçısının X 12 ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında mərhum X6 məxsus olmuş təsərrüfatda hazırda cavabdehlə yanaşı onun digər vərəsəsi-arvadı X7 da yaşadığı qeyd edilmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinin eyni zamanda S.Məmmədovanın istifadəsində və sahibliyində olduğu müəyyən olunduğundan baxılan mübahisə hüquqlarına toxunduğu üçün məhkəmə tərəfindən X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir.

58. Azərbaycan Respublikası MPM-nin 418.4.6-cı maddəsinə əsasən məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etməsi şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfində n qəbul edilmiş qətnamənin və ya qərardadın ləğv edilməsi üçün müstəqil əsas olduğundan mübahisələndirilən qətnamənin ləğv edilməli olduğuna dair hissədə şikayət əsaslıdır.

59. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(106)-1449/2024 nömrəli qətnaməsi ləğv edilərək iş kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(106)-1449/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar