Məhkəmə qərarları › İş №2(102)-7451/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7451/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7451/2021 14.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1155 ABŞ dolları, Cavabdeh2 850 ABŞ dolları, Cavabdeh3 1470 ABŞ dolları və Cavabdeh4 850 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tələb olunan pul vəsaiti tam ödənildiyindən, cavabdehlər Cavabdeh1 1155 ABŞ dolları, Cavabdeh3 1470 ABŞ dolları və Cavabdeh4 850 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)- 1375/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelly asiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1015/2021 nömrəli 17.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)-1375/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmışdır. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ondan 1470 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 tə rəfindən verilmiş kassasiya şikayəti ilə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az, yəni 2497 manat 73 qəpik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası MPM-nin 402.1, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh3 oğlunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1015/2021 nömrəli 17.02.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar