Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7453/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1, Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(103)9160/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(004)1105/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim O.Q.Məmmədli) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(103)9160/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşk ilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” barədə iddia qaldıraraq, cavabdehlərdən 13 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 30 oktyabr 2018-ci il tarixə Cavabdeh1 bank qarşısında əsas borc üzrə 8.857,05 manat, faiz borcu üzrə 7.014,83 manat və cərimə borcu üzrə 1.268,42 manat, cəmi 17.140,30 manat borcun tutulması və tutmanın girov predmeti olan Az **-LK-*** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” minik markalı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı təşkilata olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov kassasiya şikay ətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Xun izahatını dinləyib, kassasiya şikayətinin də lillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, iddiaçı təşkilatın hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 380-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həq iqi hallarından görünür ki, 13 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 13.300 manat kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1lə bank arasında bağlanmış 13 iyul 2011-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus olan “FordTranzit” markalı, Az **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilib. Eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh2la bank arasında borcun qaytarılmasına dair 13 iyul 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. İşdən görünür ki, Cavabdeh1 13 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə son ödənişi 13 oktyabr 2015-ci il tarixdə həyata keçirilib. İddiaçı təşkilatın nümayən dəsinin təqdim etdiyi 30 mart 2015-ci il tarixdə bağlanmış 13 iyul 2011-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ilə etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən X1 tərəfindən müqavilənin müddəti 30 mart 2017-ci il tarixədək uzadılıb. 06 noyabr 2014-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh1 tərəfindən X2ə, sonuncu tərəfindən isə X1a səlahiyyətlər ötürülüb. Məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmiş X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, hazırda Sankt-Peterburq şəhərində yaşayır. Cavabdeh1 adından bankla heç bir müqavilə imzalamayıb. 13 iyul 2011-ci il tarixli müqavilənin müddətinin uzadılması barədə heç bir məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərib ki, o, X1un anasıdır. Oğlu hazırda Sankt-Peterburq şəhərində yaşayır. Oğlu telefonla bildirib ki, o, bankla müqavilə bağlamayıb, cavabdehləri də tanımır. Bu barədə o, məhkəmənin ünvanına ərizə göndərib. Kredit müqaviləsinə 1 saylı əlavədə X1un adının qarşısındakı imza ilə onun şəxsiyyət vəsiqəsindəki imzanı tutuşdurduqda açıq-aydın görmək olar ki, imza X1a məxsus deyil. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə və nəticədə bankın həmin müqavilə üzrə subyektiv mülki hüquqları pozulduğuna görə bankın Ləğvedicisi Əmanətlərin Sığo rtalanması Fondunun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nə zərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb haq lı olaraq qeyd etmişdir ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 14 iyul 2014-cü il tarixdə bitmişdir. Kreditin son ödənişi 13 oktyabr 2015-ci il tarixdə olmuşdur. Belə olan halda hazırki tələblə iddiaçı təşkilatın məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı 14 oktyabr 2015-ci tarixdə başlanmış və 14 oktyabr 2018-ci il tarixdə bitmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat 09 yanvar 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi ha qqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də kassasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alıb iddia müddətinin keçməsi əsasına görə iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçı təşkilatın istinad etdiyi kredit müqaviləsinin icra müddəti bitdikdən bir il sonra bağlanmış kredit müqaviləsinin müddətinin uzadılması barədə kredit müqaviləsinə 1 saylı əlavə ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X4in adından həmin müqaviləni imzalamadığını bildirdiyinə görə kredit müqaviləsinə həmin əlavə bağlandığı andan etibarsızdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyindən, kassatorun kassasiya şikayətində göstərdiyi digər formal mülahizələr iş üzrə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv porsesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(103)-9160/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7453/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7453/2019
06.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver