Məhkəmə qərarları › İş №2(102)-746/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-746/2024

20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-746/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-746/2024 (Açar sözlər: mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan mübahisələr, icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə dair mülkiyyət hüququ üzrə ona sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi və əmlakların çıxarılaraq evin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülk i iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1388/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpaqların alqı-satqısına dair” 30 noyabr 2007-ci il tarixli Akta əsasən, Cavabdeh 2007-ci ilin noyabr ayında Ağsu rayonu Ağsu bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, Cavabdeh 30 noyabr 2007-ci il tarixdə 500 manat pul müqabilində 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

2. Ağsu rayonu Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı iclasının protokolundan çıxarışa ə sasən müəyyən olunur ki, Bakı şəhər sakini Cavabdeh müraciəti nəzərə alınaraq fərdi yaşayış evi tikdirmək üçün Cavabdeh Ağsu şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır.

3. Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh fərdi yaşayış evinin tikintisinə görə Ağsu şəhərinin M.Ə.Rsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi üçün “Şəhərsalmanın əsasları haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” əsasnamənin şərtlərinə uyğun olar aq müvafiq tikintilərin altına torpaq sahələrinin ayrılmasına Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi, həmin yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsini, həmin yaşayış evindən cavabdehə məx sus ev avadanlıqlarının və əmlakların çıxarılaraq boşaldılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə Ağsu şəhərinin mərkəzi hissələrindən övladlarına həyət tipli ev tikmək üçün torpaq sahəsi almaq istəmişdir. X1 torpaq almaq çətin olmuş, hər adama torpaq verilməmişdir. Həmin ildə torpaq almaq istəyi barədə çoxdan tanıdığı, münasibətlərinin çox yaxşı olduğu, əslən Şəki rayonundan olan, Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahı vəzifəsində işləyən Cavabdeh danışmış və ondan xahiş etmişdir ki, Ağsu Bələdiyyəsindən onun üçün öz adına beş sot torpaq sahəsi alaraq ona versin ki, o, imkanı olanda orada övladları üçün yaşayış evi tiksin. Cavabdeh onun xahişini nəzərə alıb Ağsu Bələdiyyəsinə onun adına torpaq sahəsi verilməsi üçün müraciət etmiş, müvafiq torpa q sənədləri hazırlanmış, aidiyyəti səlahiyyətli orqanlardan rəylər alınmış və həmin bələdiyyənin 30 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi ayrılmış və göstərilən tarixdən Cavabdeh həmin ölçüdə torpaq sahəsini könüllü olaraq onun istifadəsinə, sahibliyinə vermişdir. O, qeyd olunan torpaq sahəsini əvvəlcə daş hasara almış, lakin maddi imkansızlığına görə 2014-cü ilədək orada yaşayış evi tikə bilməmiş, yalnız 2014-cü ildə neçə illər ərzində topladığı vəsaitlə göstərilən torpaq sahəsində sahəsi 4x3 metr, 4x4 metr, 4x5 metr ölçülərdə 3 yaşayış otağından, hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evi tikdirmişdir. Göstərilən yaşayış evinin tikilməsinə ustaların, fəhlələrin köməkliyi ilə bilavasitə özü rəhbərlik etmiş və tikintinin bilavasitə icraçısı olmuş, bunu yaxın qonşular, evin tikintisinə mal-material vermiş şəxslər, tikintidə işləmiş ustalar, fəhlələr və Cavabdeh özü də bilir. Öz vəsaiti hesabına tikdirdiyi, haqqında söhbət gedən fərdi yaşayış evi tikilib başa çatdıqdan, onu yaşamaq üçün yararlı vəziyyətə gətirdikdən sonra Cavabdeh ondan xahiş etmişdir ki, həmin evi müvəqqəti olaraq onun ailəsinin istifadəsinə versin, o, başqa yerdə kirayədə yaşamasın, ailəsi ilə birlikdə bu evdə yaşasın. O, Cavabdeh xahişini yerinə yetirməyə bilməzdi. Çünki Cavabdeh onun xahişi ilə öz adına torpaq sahəsini qeyd etdiyi kimi, bələdiyyədən alı b onun istifadə və sahibliyinə vermiş və o, orada hazırkı yaşayış evini tikmişdir. Ona görə də o, Cavabdeh təklifi ilə razılaşmışdır. Beləliklə Cavabdeh 2014-cü ilin axırlarında ev avadanlıqlarını, əmlaklarını və ailə üzvlərini onun tikdirdiyi Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən yaşayış evinə köçürmüş, Şəki rayonuna işə keçənədək orada yaşamış, bir neçə ildir ki, işini dəyişərək ailəsi ilə daimi yaşamaq üçün Şəki rayonuna getmiş, X2 X3 cərrahiyyə şöbəsində cərrah vəzifəsində işləyir. Cavabdeh öz rayonuna yaşamağa gedərkən ev avadanlıqlarını və digər əmlaklarını onun tikdiyi yuxarıda qeyd olunan evdə qoymuşdur. Dəfələrlə tələb və xahiş etməyinə baxmayaraq, hər dəfə bir bəhanə ilə əmlaklarını və ev avadanlıqlarını onun evindən çıxarmaqdan bu g ünədək yayınmaqda davam edir. O, Cavabdeh əmlaklarını onun tikdirdiyi həmin evdən çıxarmağını tələb etdiyinə görə son vaxtlar ondan inciməklə “torpağın sənədləri mənim adımadır, istəsəm evi də öz adıma sənədləşdirə bilərəm” deyərək ona ultimatum göndərir. Tikdirdiyi həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədləri Cavabdeh adına olduğuna görə Cavabdeh, onun evini də öz adına asanlıqla sənədləşdirə bilər. Bundan başqa Cavabdeh adi qaydada onun adına olan torpaq sahəsində tikdiyi evi onun adına sənədləşdirmək üçün evin yerləşdiyi torpağın özünün inanaraq könüllü olaraq əvvəldən onda saxladığı hüquqmüəyyənedici sənədlərin əslini aidiyyəti səlahiyyətli orqana, yəni reyestr xidməti orqanına təqdim etmək üçün verməkdən uzun müddətdir ki, imtina edir. Belə olduğu halda, o, halal pulu il ə övladları üçün tikdiyi evi başqa qaydada, başqa yolla öz adına öz əmlakı kimi dövlət reyestrində qeydə aldıra bilməz. Halbuki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsini 2007-ci ildən, onun üzərindəki evi isə 2014-cü ildən özü öz vəsaiti hesabına tikdirməklə mülkiyyətçi hüququ ilə idarə edir. Həmin daşınmaz əmlaklara sahiblik edir, onların barəsində sərəncam verir. Gələcəkdə göstərilən yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirməyinin mümkün olması, Cavabdeh onun öz vəsaiti hesabına özü tərəfindən tikilmiş evə yiyələnə bilməsinin qarşısının alınması üçün qeyd olunan yaşayış evinin onun tərəfindən tikilməsi, mülkiyyət hüququ üzrə ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktı hüquqi əh əmiyyətli olduğu üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi onun üçün çox vacib və zəruridir. Cavabdeh yaxşılıq edib müvəqqəti olaraq yaşamağa buraxdığı halal pulu və zəhməti ilə tikdirdiyi həmin yaşayış evindən öz əmlaklarını və ev avadanlıqlarını könüllü olaraq çıxarmadığına, evi boşaltmadığına görə birinci iddia tələbi, yəni, qeyd olunan ünvanda yerləşən yaşayış evinin onun tərəfindən tikilməsi və s. faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra həmin cavabdehin əmlaklar və ev avadanlıqları göstərilən evdən məhkəmə qaydasında məcburi qaydada çıxarıla bilər.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, 2007-ci il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləməyə gəlmiş, tanışı olan İddiaçı ona ev tikmək üçün Ağsu Bələdiyyəsindən torpaq almaq i stədiyini, lakin ona torpaq verilmədiyini, bu səbəbdən, Bələdiyyədən torpaq sahəsini öz adına (cavabdehin) almasını xahiş etmişdir. O, torpaq sahəsini alaraq öz adına rəsmiləşdirmişdir. Daha sonra, iddiaçı həmin torpaq sahəsində ev tikmişdir. O, da iddiaçıya ailəsi ilə birlikdə həmin evdə yaşamaq istədiyini bildirmiş, iddiaçı onun ailəsi ilə həmin evdə yaşamasına razılıq vermişdir. Şəki Şəhər Xəstəxanasında işləməyə gedənə kimi həmin evdə yaşamışdır. Hazırda da əşyaları həmin evdədir. Fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmişdir. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Ağsu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsi) 2(016)-801/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (X4) İddiaçı Cavabdeh qarşı “yaşayış evinə dair mülkiyyət hüququ üzrə ona sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi və əmlakların çıxarılaraq evin boşaldılması” tələbinə dair iddiası təmin edilməmişdir.

8. Həmçinin Ağsu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsinin qərardadı) 2(016)-801/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə (X4) mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən hesab etmişdir ki, mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilməlidir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin onun tərəfindən tikilməsinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh də öz növbəsində həmin fərdi yaşayış evinin iddiaçı tərəfindən tikildiyini bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. İddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, fərdi yaşayış evini İddiaçı tikməsi cavabdeh tərəfindən mübahisələndirilmir və iddia tələbinin o hissəsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla q əbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Göründüyü kimi, məhkəmələrdə tərəflər arasında olan mübahisələrə baxılır.

12. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsi işin mübahisəsiz halını təşkil etdiyindən və fərdi yaşayış evini idd iaçının tikməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmin hissədə icraata xitam verilməlidir.

13. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 268 və 269-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qərardaddan iddiaçı (nümayəndə və vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, işə məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verildiyi halda, onun qaldırdığı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mübahisəli olduğuna görə yalnız məhkəmədə baxılmalıdır. Lakin onun və cavabdehin ifadələri məhkəmə iclasında onların dedikləri kimi yox fərqli olaraq yazılmış, yəni mübahisəli evin onun tərəfindən tikilməsini təsdiq edəcək şahidlərinin və sənədlərinin olduğunu deməməyi və bu sübutlarının məhkəmədə araşdırılmasını xahiş etməyi barədə ifadəsi ümumiyyətlə məhkəmə iclas protokolunda göstərilməmiş, iş üzrə Cavabdeh “mübahisəli evin onun özü tərəfindən tikilməsi və İddiaçı əks sübutları varsa məhkəməyə təqdim edə bilər” barədə ifadəsinin əvəzinə onun guya mübahisəli evi həqiqətən onun (iddiaçının) tikdiyini təsdiq etməsi, etiraf etməsi kimi göstərilmişdir ki, bu hal məhkəmənin iş üzrə qeyri-obyektiv mövqe tutduğuna dəlalət edir. Məhkəmə iclas protokolunda ifadələrin təhrif edilməsi halında çıxarılmış qərardad qanunsuz və əsassızdır.

16. Şəki Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1388/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli (məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçının Apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, mülki iş üzrə iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” faktının müəyyən edilməsinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə belə, iddiaçı üçün heç bir hüquqi nəticəsi olmayacaqdır. Çünki mübahisə predmeti olan tikili cavabdehə məxsus torpaq sahəsində yerləşir.

18. Bundan başqa məhkəmə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cü il tarixli 03 nömrəli qərarında göstərilmişdir ki, daşınmaz əmlaklarla bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ağıdakı tələblərlə bağlı ola bilər; Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü d aşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələr ə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi isə iş üzrə icraata xitam verərəkən tərəflər arasında mübahisənin olmaması əsası ilə xitam verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

19. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilk növbədə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini öz adına rəsmləşdirməlidir. Bundan sonra tikilinin öz adına qeydə alınması üçün müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Müvafiq icra hakimiyyəti tikilini qeydə almaqdan imtina etdiyi halda iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3 və 1 80.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 391-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qərardaddan iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının tamamilə ləğv edilərək işin yenidən mahiyyəti üzrə baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı birinci instansiya məhkəməsinin yol verdiyi qanunsuzluğu başqa formada, daha doğrusu başqa əsasla təkrar etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1-ci maddəsini mübahisənin həllinə tətbiq etdiyinə görə qər ardadda istinad etdiyi sonrakı maddi hüquq normalarına da düzgün olmayaraq istinad etmişdir. Çünki, iş materiallarından aydın göründüyü kimi onun tikdirdiyi evin yerləşdiyi torpaq sahəsi tikinti məqsədi üçün və qanunda nəzərdə tutulan müvafiq icazələr alınmaqla tikildiyinə görə məhkəmə kollegiyası Mülki Məcəllənin 180.2 və 180.3-cü maddələrinə də istinad etməklə həmin maddi hüquq normalarını düzgün olmayaraq mübahisənin həllinə tətbiq etmişdir. Halbuki, onun qaldırdığı mübahisə özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməyindən getmir. Mübahisə qanuni surətdə başqasının adına ayrılmış torpaq sahəsindəki evin onun tərəfindən tikilməsi və həmin evə uzun müddət ərzində mülkiyyətçi hüququ ilə sahiblik və istifadə etməyi faktının müəyyən edilməsindən ibarətdir. Odur ki məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları səhf tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

27. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarı r.

28. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

29. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

30. Maddə 307.2.6. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.

31. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respubli kası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

32. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.

42. Lak in hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.

43. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 44. “Məhkəmə qətnaməsi haq qında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

45. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.

46. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə belə, iddiaçı üçün heç bir hüquqi nəticəsi olmayacaqdır. Çünki mübahisə predmeti olan tikili cavabdehə məxsus torpaq sahəsində yerləşir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.7-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırma lı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

48. Həmin qərarın 7.2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam ver mək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.

49. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən iş ü zrə icraata düzgün olaraq xitam vermişdir.

50. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olmuşdur.

51. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini əsasız hesab edir. Çünki qeyd edilən dəlillər işin icraatına xitam verilməli olmamasını təkzib edən dəlillər yox, işə mahiyyəti üzrə baxıldığı halda iddianın təmin edilməsinə yönələn dəlillərdir. Kassasiya baxışının predmetini isə iddiaya məhkəmədə mahiyyəti üzrə baxılıbbaxılmamalı olması təşkil edir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1388/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar