Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7460/2021 17.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)-6761/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti qanunla müəyyən edilmiş məzmunda tərtib edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud pros essual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Hazırkı kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin iş üzrə zəruri və obyektiv araşdırma aparmadığı, faktlara və sübutlara düzgün qiymət vermədiyi, əsassız və qanunsuz məhkəmə aktı qəbul etdiyi qeyd olunmuşdur. Şikayətdə bəzi prosessual hüquq normaları sadalansa da onların pozuntusunun nədə ifadə olunduğu bildirilməmiş, sübutlara nəyə görə düzgün qiymət verilmədiyi əsasl andırılmamış, maddi hüquq normalarının pozulmasının nədən ibarət olması isə ümumiyyətlə göstərilməmişdir. MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)-6761/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-7460/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7460/2021
17.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver