Məhkəmə qərarları › İş №2(102)-7468/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7468/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7468/2021 10.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsən ov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)6635/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X2 tərəfindən daşınmaz əmlakın alqısatqısına dair 07 avqust 2020-ci il tarixində bağlanmış AN-1№0861331 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsə bəsi, Gəncə prospekti, ev 23a, mənzil 85-ə sahiblik və istifadə hüququnun təmin olunması, cavabdehlər - İddiaçı, X3 və X4 həmin mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 05.04.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı, X3 və X4 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, mənzil 85-dən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-956/2021) İddiaçı Cavabdeh qarşı “ alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı, X1 və X4 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilə istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova, iş № 2(103)6635/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-956/2021 saylı mülki iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(103)-6635/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət veri lməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmi şdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğun luğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(103)6635/2021 nömrəli qətnamənin surətini İddiaçı 11 avqust 2021-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(103)-6635/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti 06 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli 2(102)-6879/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə uyğun olmadığına görə qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qətnamədən təkrar kassasiya şikayəti 18 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu halda işin kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəf indən təmin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)6635/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar