Məhkəmə qərarları › İş №2(102)-7476/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7476/2019

25.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7476/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və iddiaçının vəkili X11 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MKnın 03 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il, 2(033)-88/2017 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, onların ailə üzvləri olan X10, X2, X13, X14 və X12 ilə birlikdə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kv.m. yaşayış, 38,6 kv.m. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən 1 (bir) ay müddətində çıxarılması, həmin fərdi yaşayış evi və mülkiyyət hüququ ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na məxsus olan zəbt edilmiş 0,03 ha torpaq sahəsi qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na təhvil verilməsi, iddia ərizəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, onların ailə üzvləri olan X3, X1, X8, X9 və X5 ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kv.m. yaşayış, 38, 6 kv.m. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən başqa, həm də 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddətində çıxarılmaları, icazəsiz artırılmış həmin sahənin və zəbt edilmiş 0,02025 ha torpaq sahəsinin qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na təhvil verilməsi tələbinə dair hissəsinin rədd edilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində vəsaitin əvəzi cavabdehlərdən iddiaçı xxxxnın xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim M.A.Əsədli, hakimlər Ə.T.Məcidov və İ.F. Quliyev, iş № 2(107)-1332/2018) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il, 2(033)-88/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019cu il tarixli 2(102)-28/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi T.Qoldman, hakimlər Ə.Mirzəliyev və G.Quliyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi V.Məlikov, hakimlər E.Hüseynov və A.Mahmudov, iş № 2(107)1221/2019) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməyərək Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il 2(033)-88/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxx” (bundan sonra-ASC “xxxxı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən cavabdehlərin ailə üzvləri və digər şəxslərlə birlikdə çıxarılmaları, yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 onların ailə üzvləri və digər şəxslərlə birlikdə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kv.m. yaşayış, 38,6 kv.m. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən 01 (bir) ay müddətində çıxarılmaları və yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “xxxxı” na təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı ASC “xxxxı” nın nümayəndəsi X15 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və onların ailə üzvlərinin və digər şəxslərin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kv.m. yaşay ış, 38,6 kv.m. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən, eyni zamanda 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddətində çıxarılmalarını və yaşayış evinin (icazəsiz artırılmış sahə ilə birlikdə), həmçinin 0,05025 ha (mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə 0,03 ha, digər hissə isə zəbt edilmiş sahə olmaqla) torpaq sahəsinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı ASC "xxxx" təhvil verilməsini, iddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏF LƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(107)-1221/2019 saylı qətnaməsinin ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X15 və iddiaçının vəkili X6 Apellyasiya Məhkəməsin in 03 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını vurğulayaraq, qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar, üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya baxışının hədləri apellyasiya instansiyası məhkəməsinin instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh2 münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdehlər kassasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, digər cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız kassasiya şikayəti vermiş cavabdehə münasibətdə yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.2, Mənzil Məcəlləsinin 9.1, 34.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2 -ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ünvan 1 ünvanda yerləşən2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak hesab edildiyindən iddia tələbləri Açıq Səhmdar Cəmiyyəti “xxxxı”- na xüsusi mül kiyyət hüququ ilə məxsus olan sözügedən fərdi yaşayış evindən 1 (bir) ay müddətində çıxarılması, həmin fərdi yaşayış evi və mülkiyyət hüququ ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na məxsus olan zəbt edilmiş 0,03 ha torpaq sahəsi qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na təhvil verilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh2 münasibətdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir Belə ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə əsasən və işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m yaşayış, 38.6 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi 22 aprel 2009-cu il tarixli ********* nömrəli ipoteka müqaviləsinə əsasən, iddiaçı ASC “xxxxı” ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2009-ci il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli 2(033)-139/2010 nömrəli qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə öd ənişin yönəldilərək, 22 aprel 2009-cu il tarixli **********5/09/12 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus qeyd edilən fərdi yaşayış evinin boşaldılması və həmin mülkün açıq hərracdan satılaraq, bankın kredit tələbinin realizə edilmiş dəyərindən ödənilməsi, göstərilən fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin evdə qeydiyyatlarının ləğv edilərək, yaşayış hüquqlarına xitam verilməsi və həmin şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay müddətinə tərk etmələri qət edilmişdir. Bundan başqa mübahisələndirilən qətnamə ilə iddia ərizəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, onların ailə üzvləri olan X3, X1, X8, X9 və X5 ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kv.m. yaşayış, 38,6 kv.m. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən başqa, həm də 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddətində çıxarılmaları, icazəsiz artırılmış həmin sahənin və zəbt edilmiş 0,02025 ha torpaq sahəsinin qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxı”-na təhvil verilməsi tələbinə dair hissəsinin rədd edilməsi qərara alınmışdır. İşin materiallarından görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar barəsində mübahisə gedən ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satılmadığı üçün naturada iddiaçı ASC “xxxxı”- na təklif olunmuş və Cavabdeh1 kredit borcunun əvəzinə digər Cavabdeh2 mülkiyyətində olan həmin evi təhvil almışdır. Hazırda mübahisəli yaşayış evin in yeni mülkiyyətçisi iddiaçıdır. İşdə olan Zaqatala Rayon İcra Şöbəsi tərəfindən 17 aprel 2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01.04.2010-cu il tarixli 2(033)138/2010 saylı icra sənədi üzrə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılmışdır. İşdə olan Zaqatala Rayon İcra Şöbəsinin 25 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən, Zaqatala Rayon Məhkəməsinin 2(033)139/2010 nömrəli 01 aprel 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İşin materiallarından həmçinin məlum olur ki, iddiaçı ASC "xxxx"ın iddia tələbinin əsasını o təşkil etmişdir ki, əmlak boşaldılaraq iddiaçı ya təhvil verildikdən sonra cavabdehlər və onların ailə üzvləri həyətə giriş qapısının açarını sındıraraq iddiaçıya məxsus evə daxil olmuş, əmlaka qanunsuz sahiblik və ondan istifadə etməyə başlamışlar. Hazırda barəsində mübahisə gedən ünvan 1 ünvanda yerləşən2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər və onların ailə üzvləri həmin yaşayış evini boşaltmırlar və bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. Cavabdeh tərəf (Cavabdeh2) iddiaya olan etirazın əsası kimi ona istinad etmişlər ki, 06.12.2010-cu il tarixli «Hərracın yekunları barədə əmlakın alqı-satqısına dair» müqaviləyə əsasən, Zaqatala Rayon İcra Qrupu tərəfindən mübahisəli fərdi yaşayış evi 33150 manata iddiaçının mülkiyyətinə borc əvəzinə verilmişdir. Zaqatala Rayon İcra Qrupunun 17.04.2017-ci il tarixli aktına əsasən, mübahisəli 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmiş 3 otağı boşaldılıb iddiaçıya verilməli olduğu halda, məcburi qaydada bütün yaşayış, köməkçi sahələr, torpaq sahəsi, ipoteka ilə girov qoyulmayan 1987-ci ildə inşa edilmiş, həmin 3 otaqla birgə tikilmiş otaqlar qanunsuz olaraq tam boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Onların başqa yaşayış yerləri olmadığından 1987ci ildə inşa etdikləri, dövlət reyestrindən rəsmi qeydiyyatdan keçməmiş, lakin 30 il istifadələrində olan ipoteka ilə iddiaçı qarşısında yüklü edil miş 3 otaqdan başqa, qalan 4 otağa köçərək 10 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Göründüyü kimi, iddiaçının iddia etdiyi 141 kv.m.-lik yaşayış sahəsi və köməkçi sahələr, 0.03 ha torpaq sahəsi və istifadələrində olan digər torpaq sahəsi iddiaçı qarşısında girov qoyulmamış və yüklü edilməmişdir. Həmin otaqlar ipoteka predmeti ilə birgə inşa edilmiş və uzun illərdir ki, istifadələrindədir. İddiaçı qarşısında yalnız 3 otaq (95,7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi sahə) yüklü edilmiş və iddiaçı qarşısında yüklü edilmiş həmin 3 otaq hərrac vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir. Sonradan həmin 3 otaq icra məmurları tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilmiş və hal-hazırda da iddiaçının istifadəsində və mülkiyyətindədir. İddia tələblərinə etirazın və apel lyasiya şikayətinin əsası kimi istinad edilən hallar Cavabdeh2 kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 30 il cavabdehlərin istifadələrində olan 141 kv.m.- lik yaşayış sahəsi və köməkçi sahələrin hansı torpaq sahəsində, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsində və ya zəbt edildiyi qeyd edilən 0,02025 ha torpaq sahəsində yerləşdiyini, 141 kv.m-lik yaşayış sahəsi və köməkçi sahələrin iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi təqdirdə, özbaşına tikilinin sökülməsi tələbi də olmayan hazırki iş üzrə iddianın qismən təmin edilməsinin, yəni özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin tikili ilə birlikdə qeyd edilən şəxslərin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsinin, cavabdehlə rin həmin özbaşına tikilinin daşınar əşyalarına mülkiyyət hüququnu pozmuş olub-olmamasını aydınlaşdırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 17 yanvar 2019-cu il tarixli, 2(102)-28/2019 saylı qərarında şərh edilmiş göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvanlar Reyestr Xidmətindən alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 2 ünvanında yerləşən 2 mərtəbəli evə sonradan əlavə olaraq tikilmiş 141 kv.m-lik yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş 3 otaqla 195.7 kv.m yaşayış, 38.6 kv.m. köməkçi sahə, 0.03 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13. 7-ci maddəsində müəyyən edilmişdir ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin şərh edilən qanunların normalarına və işin faktiki hallarına əsaslanaraq kassasiya insansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlər ü zrə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, barəsində mübahisə gedən ünvan 1 ünvanda yerləşən2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak hesab edilir. İşin materiallarından görünür ki, hazırki iş üzrə apellyasiya şikayəti vermiş şəxslərin yuxarıda qeyd olunan icazəsiz artırılmış 141 kv.m sahədən çıxarılması barədə iddiaçı ASC “xxxxı”-nın iddia tələbi təmin edilməmiş, iddiaçı isə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının qanunsuz tikilinin sökülməsi tələbinə dair, cavabdehlərin isə özlərinə məxsus daşınar əmlakları aparması hüququnun isti sna edilməməsinə dair qənaəti əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qüvvədə olan 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin9.1-ci maddəsində müəyyən edilmişdir ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydas ında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Mülki Məcəllənin 180.1-cimaddəsindəmüəyyənedilmişdirki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayı ş evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. Məhkəmə kollegiyası qeyd edi r ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlar a dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini və əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh e dilmiş göstərişləri nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək barəsində mübahisə gedən ünvan 1 ünvanda yerləşən2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 həmin yaşayış evini boşaltmaması ilə iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar