Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7479/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci i l tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə (hakim Vahid Sadıqov) İddiaçı iddiаsı təmin edilərək, iddiаçı İddiaçı ilə cаvаbdeh Qəbələ rayon MM və BM аrаsındа bаğlаnmış 0,80 hа tоrpаq sаhəsinə dаir 16.08.2007-ci il tаrixli 233 nömrəli icаrə müqаviləsinə vаxtındаn əvvəl xitаm verilərək həmin ərаziyə qаrdаşı Cavabdeh1 аdınа yeni icаrə müqаviləsinin bаğlаnmаsı, hаbelə gələcəkdə həmin ərаziyə və ərаzidə оlаn onun tərəfindən аpаrılmış mövcud tikililərə heç bir iddiаsının оlmаyаcаğı bаrədə аdındаn yаzılаrаq Bаkı şəhəri 51 nömrəli Nоtаriаt kоntоrundа təsdiqlənmiş 21.11.2013-cü il tаrixli ərizə, hаbelə həmin ərizə əsаsındа onunla bаğlаnmış 16.08.2007-ci il tаrixli 233 nömrəli icаrə müqаviləsinə vаxtındаn əvvəl xitаm verilməsi və cаvаbdeh ilə yeni icаrə müqаviləsinin bаğlаnmаsı bаrədə Meşələrin İnkişаfı Depаrtаmentinin 16.12.2013-cü il tаrixli 453/ü nömrəli əmri və həmin əmrə əsаsən cаvаbdeh Qəbələ rayon MM və BM ilə Cavabdeh1 аrаsındа bаğlаnmış 23.12.2013-cü il tаrixli 03 nömrəli icаrə müqаviləsinin etibаrsız hesаb edilməsi, mübаhisə predmeti bаrəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 oğlunun iddiаsının təmin edilməsi, ünvan 1 ünvanda yerləşən X3 məxsus оbyekt ("xxxx" İstirаhət Mərkəzi) və оbyektin yerləşdiyi 0,80 hа tоrpаq sаhəsinin cаvаbdeh Cavabdeh1 qаnunsuz sаhibliyindən geri аlınаrаq оnа təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi R.Rəfiyev, hakimlər G.Abbasov və E.Hüseynov, iş № 2(107)2411/2018) Cavabdeh1 və vəkili X4 apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ R ayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 05 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismənüçüncü şəxs X1 Cavabdeh1 və İddiaçı qarşı obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi iddiasının təmin edilməsi hissəsində ləğv edilərək, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi V.Məlikov, hakimlər M.Hüseynov v ə A.Mahmudov, iş № 2(107)1772/2019) Cavabdeh1 və vəkili X4 apellyasiya şikayəti qismən təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 saylı qətnaməsi qismən yəni, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilərəkünvan 1 ünvanda yerləşən obyekt ("xxxx"istirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 оğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ( bundаn sоnrа Meşələrin İnkişafı Departamenti) və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (bundаn sоnrа Qəbələ rayon MM və BM) qаrşı iddiа qаldırаrаq, onunla cаvаbdeh Qəbələ rayon MM və BM аrаsındа bаğlаnmış 0,80 hа tоrpаq sаhəsinə dаir 16.08.2007-ci il tаrixli 233 nömrəli icаrə müqаviləsinə vаxtındаn əvvəl xitаm verilərək həmin ərаziyə qаrdаşı Cavabdeh1 аdınа yeni icаrə müqаviləsinin bаğlаnmаsı, hаbelə gələcəkdə həmin ərаziyə və ərаzidə оlаn onun tərəfindən аpаrılmış mövcud tikililərə heç bir iddiаsının оlmаyаcаğı bаrədə аdındаn yаzılаrаq Bаkı şəhəri 51 nömrəli Nоtаriаt kоntоrundа təsdiqlənmiş 21.11.2013-cü il tаrixli ərizə, hаbelə həmin ərizə əsаsındа onunla bаğlаnmış 16.08.2007-ci il tаrixli 233 nömrəli icаrə müqаviləsinə vаxtındаn əvvəl xitаm verilməsi və cаvаbdeh ilə yeni icаrə müqаviləsinin bаğlаnmаsı bаrədə Meşələrin İnkişаfı Depаrtаmentinin 16.12.2013-cü il tаrixli 453/ü nömrəli əmri və həmin əmrə əsаsən cаvаbdeh Qəbələ rayon MM və BM ilə Cavabdeh1 аrаsındа bаğlаnmış 23.12.2013-cü il tаrixli 03 nömrəli icаrə müqаviləsinin etibаrsız hesаb edilməsi, ona məxsus оbyekt və оbyektin yerləşdiyi 0,80 hа tоrpаq sаhəsinin cаvаbdeh Cavabdeh1 qаnunsuz sаhibliyindən geri аlınаrаq ona təhvil verilməsinə dair qətnamə çıxаrılmаsını xаhiş etmişdir. İşə məhkəmədə bаxılаrkən iddiаçı İddiaçı, Аzərbаycаn Respublikаsı MPM-nin 52ci mаddəsinin tələblərinə uyğun оlаrаq, məhkəmə yazılı ərizə təqdim edərək, iddia tələbinin «ona məxsus оbyekt və оbyektin yerləşdiyi 0,80 hа tоrpаq sаhəsinin cаvаbdeh Cavabdeh1 qаnunsuz sаhibliyindən geri аlınаrаq ona təhvil verilməsinə dair» hissəsin dən imtina etdiyi üçün, məhkəmənin həmin tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmişdir. Həmin ərizə ilə о, eyni zаmаndа üçüncü şəxs X1 iddiаsını dа etirаf etmişdir. Eyni zаmаndа mübаhisə predmeti bаrəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 məhkəmədə iddiа qаldıraraq, ünvan 1 ünvanda yerləşən оnа məxsus оbyektin ("xxxx" İstirаhət Mərkəzinin) və оbyektin yerləşdiyi 0,80 hа tоrpаq sаhəsinin cаvаbdeh Cavabdeh1 qаnunsuz sаhibliyindən geri аlınаrаq оnа təhvil verilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 51 saylı Notariat kontoru iddiаçının rаzılığı ilə məhkəmə tərəfindən iş üzrə cаvаbdeh qismində işə cəlb оlunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏ Rİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmənin gəldiyi nəticə qanunla müəyyən edilmiş sübutetmə vasitələri ilə təsdiq olunmur və məhkəmənin gəldiyi nəticə kifayət qədər mötəbər, bütün şübhələrdən kənar sübutlarla öz təsdiqini tapmır. Ona görə də İddiaçı ilə cavabdeh Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında bağlanmış 0.80 ha torpaq sahəsinə dair 16.08.2007-ci il tarixli 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə Cavabdeh1 ilə yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhərindəki 51 saylı notariat kontorunda təsdi qlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və onunla yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013- cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ MM və BM ilə onun arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə İddiaçı iddiasının təmin edilməsinə dair Qəbələ rayon məhkəməsinin 13.07.2018-ci il tarixli 2(025)-792/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair hissədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2( 107)-1772/2019 saylı qətnaməsinin ləğv edilməsinə və İddiaçı iddia tələbinin hə min hissədə də təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş edirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X6 və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, Cavabdeh1 və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmi şdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 35, Mülki Məcəlləsinin 157.2, 180.1, 180.2, 324.1, 324.2, 324.4, 32 9.1, 359.1, 359.3, 389.1, 389.2, 700.1, 700.2-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh1 etibarnamə verildikdən sonra həmin etibarnamə əsasında cavabdeh tərəfindən həyata keçirilmiş hərəkətlər yalnız təmsil edənin özünün maraqlarına xidmət etmişdir. Belə ki, Cavabdeh1 məhz həmin etibarnamə əsasında İddiaçı adından ərizə yazaraq, həmin ərizə əsasında da təmsil etdiyi İddiaçıla bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilərək, onun özü ilə yeni icarə müqaviləsinin bağlanmasına nail olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, 3-cü şəxs Telman Rəhimovun iddia tələbi üzrə subyektiv hüququ mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nətic ələrdən həmçinin görünür ki, birinci instasniya məhkəməsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telman Rəhimovun obyekti və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsi onan qaytarılması qərarına gəlməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin özünün şahidlərin ifadələri sübüt kimi qəbul etməklə düzgün nəticəyə gəlməmişdir Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Qəbələ MM və BM ilə İddiaçı arasında bağlanmış 05.11.2004-cü il tarixli 29 nömrəli icarə müqaviləsinə əsasən Vəndam Meşəbəyliyinin 7 nömrəli dolayısının 99-cu kvartalının 16-cı bölməsinin 0,80 ha meşə sahəsi istirahət-rekreasiya məqsədilə 1 il müddətinə sonuncunun icarəsinə verilmiş, 27.10.2005-ci il tarixli 22 nömrəli icarə müqaviləsi ilə həmin torpaq sahəsi daha 1 il müddətinə İddiaçı istifadəsində (icarəsində) saxlanılmışdır. Müqavilə şərtlərinə görə icarəyə götürülən ərazidə əsaslı tikinti işlərinin aparılmasına yol verilmədiyi halda orada mişar daşından kotec tipli binalar tikilməsi əsası ilə Meşələrin İnkişafı Departamentinin 22.09.2006-cı il tarixli 421/ü nömrəli əmri ilə sonuncu icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və Qəbələ rayon MM və BM həmin tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılması barədə İddiaçı qarşı Azərbaycan Respublikası 2 nömrəli yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda İddiaçı qarşılıqlı iddia verərək, müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və Meşələrin İnkişafı Departamentinin 22.09.2006-cı il tarixli 421/ü nömrəli əmrinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi barədə qarşılıqlı iddia vermişdir. Azərbaycan Respublikası 2 nömrəli yerli İqtisad Məhkəməsinin 24.04.2007-ci il tarixli 157/2-83 nömrəli qətnaməsi ilə Qəbələ rayon MM və BM-nin iddiası rədd edilmiş, İddiaçı qarşılıqlı iddiası isə təmin edilərək Meşələrin İnkişafı Departamentinin 22.09.2006-cı il tarixli 421/ü nömrəli əmrinin ləğv edilməsi və İddiaçı ilə Qəbələ rayon MM və BM arasında bağlanmış icarə müqaviləsinin 10 il müddətinə uzadılması qət e dilmiş, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 06.06.2007-ci il tarixli 273A/İİ-94 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrasının təmin etmək məqsədilə Qəbələ rayon MM və BM ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinin sonuncunun 10 il müddətə icarəsinə verilməsi barədə 16.08.2007-ci il tarixli 233 nömrəli müqavilə bağlanmışdır. Lakin 21.11.2013-cü ildə İddiaçı adından Meşələrin İnkişafı Departamentinə təqdim olunmuş, Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiq olunmuş ərizədə sonuncu səhhəti ilə bağlı obyekti işlədə bilmədiyi üçün 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini və həmin əraziyə qardaşı Cavabdeh1 adına yeni müqavilə bağlanmasını xahiş etmiş, eyni zamanda Cavabdeh1 də notariat qaydada təsdiq olunmuş 21.11.2013-cü il tarixli ərizəsində icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Həmin ərizələrə əsasən Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Ş.İsmayılovun 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri ilə İddiaçı ilə bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl (16.12.2013-cü ildə) xitam verilmiş və Qəbələ rayon MM və BM-nə 16.12.2013-cü il tarixdən həmin yerin Cavabdeh1 adına yeni icarə müqaviləsi bağlanması üçün müvafiq sənədlərin hazırlanması və ərazinin sonuncuya təhkim olunmasını təmin etmək tapşırılmışdır. Əmrə əsasən 0,80 ha torpaq sahəsinin 4 il müddətinə, yəni əvvəlki müqavilə ilə nəzərdə tutulmuş müddət üçün Cavabdeh1 icarəsinə verilməsi barədə sonuncu ilə Qəbələ rayo n MM və BM arasında 23.12.2013-cü il tarixli 03 nömrəli müqavilə bağlanmışdır. 2004-cü ildən başlayaraq İddiaçı adına icarəyə götürülmüş 0,80 torpaq sahəsində istirahət mərkəzi tikilmiş və 2006-cı ilin may ayında obyekt fəaliyyətə başlamışdır. 2007-ci ilin payızına kimi obyekti fasilələrlə İddiaçı və Cavabdeh1 işlətmiş, 19.09.2007-ci il tarixdə isə İddiaçı Qəbələ rayon Notariat kontorunda Cavabdeh1 10 il müddətə ümumi etibarnamə verərək, obyektin özünü də işlətmək üçün sonuncuya verdikdən sonra obyekt Cavabdeh1 rəhbərliyi altında işləmişdir. Obyektdə 2005-ci ildə 2 ədəd 7x4 m bina-koteclər, 1 ədəd 7x6,5 m bina-mansardlı yaşayış evi, 1 ədəd 4x5 m bina-mətbəx, 1 ədəd 11x4 m bina-zal inşa olunmuş, 2005-2009-cu illərdə 1 ədəd fin tipli ev, toy üçün talvar tikilmiş, 4 ədəd taxtadan besedka qura şdırılmış, transfarmator qoyulmuşdur. 2015-2016-cı illərdə isə toy talvarı təxminən 2 dəfə böyüdülmüş, 3 ədəd dəmirdən besedka quraşdırılmış, bir ədəd 9x7 m çöl mətbəxi tikilmiş (toyxana üçün) və uşaq yelləncəkləri quraşdırılmışdır. Əlavə olaraq 4 ədəd taxtadan besedka qoyulmuş, 1 ədəd 5x7 m quraqlıq-təndirxana, 1 ədəd 3x5 m əlavə təndirxana tikilmiş, 1 ədəd 3x2 böyük soyuducu və 1 ədəd 3x2 m dəmir anbar qoyulmuş, 30x25 m süni göl yaradılmışdır. İşin materiallarından görünür ki, İddiaçı iddia qaldıraraq, Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiqlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh1 ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon MM və BM ilə Cavabdeh1 arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ona məxsus obyekt və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsini iddia etmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 da iddia qaldıraraq, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ona məxsus obyektin ("xxxx" İstirahət Mərkəzinin) və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsini iddia etmişdir. Cavabdeh1 hər iki iddiaya etiraz edərək rədd edilmələrini xahiş etmiş, öz növbəsində etirazının əsası kimi mübahisəsi gedə n obyekti onun tikməsini və tikinti işləri görərkən qardaşı X6 ona maddi kömək məqsədilə 45.000,0 ABŞ dolları məbləğində borc verməsini, həmin pulun da 45.000,0 manat olmaqla 2013-cü ilin sentyabr ayında sonuncunun tapşırığı ilə İddiaçı qaytarmasını, məhz bundan sonra da sonuncunun özünün Bakı şəhərində notariat kontoruna gedərək adına olan icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilib, onunla yeni icarə müqaviləsi bağlanması barədə ərizə yazaraq, notariusda təsdiq etdirib, ərizəni Meşələrin İnkişafı Departamentinə təqdim etməsini, özünün şəxsən nə notariusda olmasın, nə də öz adından və İddiaçı adından ərizə yazaraq Meşələrin İnkişafı Departamentinə təqdim etməməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisənin predme tini 21 noyabr 2013-cü il tarixli ərizə, həmin ərizə əsasında əsasında bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair əmr və cavabdehlə bağlanmış yeni icarə müqaviləsinin ləğvi təşkil edir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının adından yazılaraq Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiq olunmuş 21.11.2013-cü il tarixli ərizə iddiaçı tərəfindən deyil, Cavabdeh1 tərəfindən tərtib edilərək, imzalanmış və bu barədə həmin notariat hərəkətinə dair qeyd aparılmasının həmin ərizənin doğrudan da iddiaçı tərəfindən imzalanmaması əslində işin mübahisəsiz halını təşkil etməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, cavabdehin Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiq olunmuş 21.11.2013-cü il tarixli ərizədəki imzanın ona məxsus olmamasına, həmin imzanın iddiaçıya məxsus olmasına və yaxud qeyd edilən notariat hərəkətləri aparılarkən notarius tərəfindən hər hansı qanun pozuntularına yol verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməməsi, cavabdehin ərizədəki imzanın onun özü tərəfindən icra edilməməsinə dair dəlillərinin əsassız olması qənaətinə gəlməsinə və ona verilmiş səlahiyyətlərdən onun qəsdən öz mənafeyi üçün hərəkətlər etmək inamını məhkəmələrdə formalaşdırmağa əsas yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən qənaətə gələrkən nəzərə almışdır ki, iş materiallarında olan Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiq olunmuş 21.11.2 013-cü il tarixli ərizənin arxa səhifəsində notarius tərəfindən aparılmış qeyddən görünür ki, notarius həmin ərizədə Cavabdeh1 imzasının həqiqiliyini təsdiq edərək, imza edənin şəxsiyyətini müəyyənləşdirmişdir. «M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında təmsilçiliklə bağlı göstərilmişdir ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasib ətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparıl ması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil e dilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitə rəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qanunverici liyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək düzgün olaraq bu qənaətə gəlmişdir ki, nə qədər ki, notariat kontorunda aparılmış həmin əməliyyatın qanunsuzluğu sübut edilməyib, həmin əri zənin doğruluğu qəbul ediləndir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, Cavabdeh1 Bakı şəhəri 51 nömrəli Notariat kontorunda İddiaçı adından yazıb təsdiqlətdiyi 21.11.2013-cü il tarixli ərizənin sonuncunun yox, məhz özünün maraqlarına xidmət etməsi, obyektin yerləşdiyi torpaq sahəsinə öz adına yeni icarə müqaviləsi bağlanması məqsədini güdməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi də işin araşdırılmış hallarına uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, 19.09.2007-ci il tarixli etibarnamə ilə Cavabdeh1 özünün deyil, təmsil edilənin – İddiaçı mənefeyi baxımından hərəkət etmək səlahiyyəti verilmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiy ası məhkəməsinin cavabdeh Meşələrin İnkişafı Departamentinin İddiaçı adından yazılıb təsdiqləmiş 21.11.2013-cü il tarixli ərizənin Cavabdeh1 tərəfindən imzalandığını, bununla da sonuncunun öz xeyrinə əqd bağlamaq məqsədini güddüyünü bildiyi (bilməli olduğu) halda buna heç bir əhəmiyyət vermədən İddiaçıla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsini vaxtından əvvəl ləğv etməsi ilə bağlı hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, işin materiallarından görünür ki, Qəbələ rayon MM və BM-nə Cavabdeh1la yeni icarə müqaviləsinin bağlanmasını tapşırmışdır ki, həmin əmrə əsasən də sonuncular arasında 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqavilə bağlanmışdır. İşin materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəl ərin İnkişafı Departamentinin direktor əvəzi Ş.İsmayılovun əmri ilə 16.08.2013-cü il tarixli, 233 saylı müqavilənin müddətinə vaxtından əvvəl xitam verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyar 1998-ci il tarixli Qərarı əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarının 9-cu bəndində qeyd edilmişdir ki, meşə fondu sahələrindən istifadə hüququnun başqasına keçməsi müqavilədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Məhkəmə kollegiyası daha sonra meşə fondu sahəl ərindən istifadə hüququnun hazırki iş üzrə cavabdehə keçərkən müqavilə müddətinə vaxtından əvvəl xitam verilməsi və əvvəlki müqaviləyə heç bir dəyişiklik edilməyərək, cavabdehlə yeni müqavilə bağlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətlə razılaşır və hesab edir ki, məhkəmə tərəfindən meşə fondu sahələrindən istifadə hüququnun başqasına keçməsi müqavilədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilməsinə dair müddəa tərəflər arasında bağlanılmış müqavilədə də öz əksini tapdığı halda müqavilə tərəflərinin müqavilənin həmin şərtlərinə əməl etməmələrinə dair düzgün hüquqi nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqav iləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icra haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə kollegiyası 3-cü şəxsin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstə rmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları və iş üzrə dindirilmiş şahid ifadələrinə iş üzrə təqdim olunm uş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla düzgün olaraq bu qənaətə də gəlmişdir ki, birinci instansiyası məhkəməsi qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə deyil, yalnız şahid ifadələrinə, işdə iştirak edən şəxslərin izahatlarına və sair əsaslanaraq mübahisəli obyektin Telman Rəhimova məxsus olması qənaətinə gəlib, sonuncunun iddia tələbini təmin edib, həmin obyekti Cavabdeh1 qanunsuz sahibliyindən geri alıb ona qaytarılması qərarına gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 180.1, 180.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, mülki iş materiallarında Telman Rəhimovun mübahisəli obyekt üzərində hər hansı hüquq unun əmələ gəlməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin mübahisəli obyektin tikinti məqsədləri üçün ayrılmayan və məqsədli təyinatına və hüquqi rejiminə görə meşə fonduna aid olan torpaq sahəsində inşa edilməsi ilə həmin tikililərin, qurğuların lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmələrinə, hüquqi vəziyyətinə görə isə həmin tikililərin, qurğuların özbaşına tikili sayıldığı üçün özbaşına tikinti aparmış şəxsin də belə tikililər, qurğular üzərində mülkiyyət hüququ əldə etməməsinə dair nəticəsi ilə razılaşır və hesab edir ki, məhkəmə haqlı olaraq bu qənaətə gəlmişdir ki, Telman Rəhimovun mübahisəli özbaşına tikililəri Cavabdeh1 qanunsuz sahibliyind ən o, vaxt geri tələb etməyə haqlıdır ki, həmin obyekt üzərində onun hər hansı hüququ əmələ gəlmiş olsun. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə Telman Rəhimovun belə bir hüquq yoxdur. Qanunvericiliyə əsasən yalnız mülkiyyətçi və ya əmlaka hər hansı hüquq əldə etmiş şəxs həmin əmlakı özgəsinin qanunsuz sahbliyindən geri tələb edə bilər və bunun üçün məcmu şəkildə aşağıdakı halların mövcud olması zəruridir: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahbliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması; üçüncüçü, tərəflər arasında hər hansı müqavilənin və yaxud sair öhdəliyin olmaması. Eləcə də məhkəmə, əmlakın mülkiyyətçiyə qaytarılması barədə o, vaxt qətnamə çıxarmağa borcludur ki, cavabdeh məhz mülkiyyətçinin əmlakına qanunsuz yiyələnmiş olsun. Cavabdehin mülkiyyətçinin əmlakına qanunsuz yiyələnməsi dedikdə- onun həmin əmlakı hüququ əsaslar olmadan özündə saxlaması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları əsasında düzgün olaraq qeyd etmişdir ki, mübahisəli 0,80 ha torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə meşə fondu torpaqlarına aid olmaqla, həmin torpaq sahəsinə dair Meşələrin İnkişafı Departamenti ilə İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə bağlanmış 03 saylı icarə müqaviləsinin müddəti artıq 06 avqust 2017-ci il tarixdə bitmiş, İddiaçıla isə yeni icarə müqaviləsi bağlanmamışdır. Həmin müqavilənin 1.1, 2.1, 2.2 və 2.6-cı bəndlərinə görə, mübahisəli torpaq sahəsi yalnız ist irahət-rekrasiya məqsədi ilə ayrılmışdır və istifadəçi, istifadə üçün müəyyən olunmuş sahədə, onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi, eləcə də qurğuların, abadlaşdırma işlərinin və nəzərdə tutulan sair işlərin layihəsini razılaşdıraraq təsdiq etməyi və müqavilənin şərtlərinə əməl etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, məhkəmə kollegiyası 3-cü şəxsin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək apellyasiya instansiyası məhkəməsinin Telman Rəhimovun mübahi səli tikililər və qurğular (obyekt) üzərində hüququnun əmələ gəlməməsi və onun hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair nəticəsini qanuni və əsaslı sayır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digə r üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ kimi qiymətləndirilə bilər. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərin in, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası cavabdehin və 3-cü şəxsin kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayətləri təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7479/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7479/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver