Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-748/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-748/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9758/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Yasamal rayon məhkəməsinin (hakim Təhminə Xəlilova) 01 fevral 2018 -ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin xxxxxxxxxxxx çıxarılmaları, həmin mənzilin boşadılmaqla iddiaçının istifadəsinə və sahibliyinə verilməsi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının ləğv edilməsi barədə iddia tələbləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı çəhəri Yasamal rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabd eh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin xx2-dən çıxarılmaları, həmin mənzilin boşadılmaqla iddiaçının istifadəsinə və sahibliyinə verilməsi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili 2002-ci ildə xx2ndən almışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.09.2009-cu il tarixli, 366 nömrəli sərəncamına əsasən ona mənzilə dair order verilmişdir. 2013-cü ilin dekabr ayınadək ailəsi ilə birlikdə həmin mənzildə yaşayıb, həmin tarixdən başqa yaşayış yerinə köçüblər. Binanın komendantı x2 mənzili kirayə verməyi onlara təklif etmiş və bununla razışmışlar. Bir müddət komendant onlara kirayə haqqı ödəmişdir. Sonrada n məlum olmuşdur ki, onun məlumatı olmadan mənzil guya x1 satılıb, o, həyat yoldaşı Cavabdeh2 və qaynanası Cavabdeh3 ilə mənzilə köçüb yaşayıb, hətta mənzilə pasport qeydiyyatına alınıblar. Digər Cavabdeh4 isə ümumiyyətlə tanımır, həmin şəxsin nə vaxt və hansı qaydada mənzilə qeydiyyata alınmasından tam məlumatsızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüqu qi qiymət verməmişdir. İddia tələbi tam əsassızdır. Mənzil ona satılarkən onun mülkiyyətçisinin xəbərinin olmamasını bilməmişdir. Ona görə də, o vicdanlı alıcıdır. Alqı-satqı zamanı təqdim olunan sənədlər şübhə doğurmamışdır. Faktiki olaraq öz öhdəsinə düşən vəzifəsini icra etmiş və satıcı isə pulun əvəzində ona mübahisəli mənzili təhvil vermişdir. Mübahisəli ünvanda baş verənlər Bakı şəhərində böyük rezonansa səbəb olmuş və təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb olunması təsdiq edilmişdir. Həmin iş üzrə faktiki olaraq zərərçəkən qismində cəlb edilsə də, reallıda hələ də vicdanlı əldə etdiyi əmlakda yaşayır və istifadə edir. Əlavə olaraq kooperativin rəhbərliyinin Azərbacan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində məh kəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir. Həmin şəxsdən pul tutularaq iddiaçıya verilməsinə dair məhkəmə hökmünün verilməsi mümkünlüyü məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 366 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 №li mənzilə dair İddiaçı 30.09.2009-cu il tarixdə 034202 saylı order verilmişdir. x2-nın 29.07.2011-ci il tarixli arayışına əsasən mənzildə iddiaçının pasport qeydiyyatında olması müəyyən edilir. 30.10.2017-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, X2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4 və 178.8-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozduğundan, həmin mənzil boşadılmaqla iddiaçının istifadəsinə və sahibliyinə verilməli, cavabdehlərin mənzilə istifadə hüquqları itirilmiş hesab edil məlidir. Cavabdeh1 apellyasiya şikayətinə əsasən qətnaməni ona münasibətdə apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 iddiaya etirazını və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 13.05.2016-cı il tarixdə x2 tərəfindən ona satılmış, bu zaman binanın komendantı x2 mülkiyyətçinin bundan xəbərsiz olduğunu bildirməmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə X5 tərəfindən x2-ya ünvanlanmış 18.03.2016-cı il tarixli ərizənin, Kooperativin 13.05.2016-cı il tarixli yığıncağının prot okolundan çıxarışın və eyni tarixli maliyyə arayışının kserosurətini təqdim etmişdir. Cavabdeh həmin sənədlərin əslini və ya təsdiq olunmuş surətlərini nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Apellyasiya baxışı zamanı da cavabdeh səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Digər tərəfdən Cavabdeh1 özü apellyasiya şikayətində mənzilin ona mülkiyyətçidən xəbərsiz verildiyini etiraf etmişdir. Bu baxımdan hətta Cavabdeh1 etirazında istinad etdiyi sənədlərin əsillərini və ya təsdiq olunmuş surətlərini təqdim etsə belə, etiraz əsaslı hesab edilə bilməz. Əgər həqiqətən də x2 iddiaçıya məxsus mənzili onun razılığı və məlumatı olmadan Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişsə (ona satmışsa) iddiaçıya münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, iddiaçı ilə bağladığı müqavilənin predmeti olan mənzilə dair həmin müqavilənin bağlanmasından uzun müddət sonra üçüncü şəxs qarşısında öhdəlik götürmüş, bununla da ilkin müqavilənin məqsədinə çatmağa maneçilik törədən və öhdəliklərinin icrasını təhlükəyə məruz qoya bilən hərəkətlərə yol vermişdir. Bu baxımdan iddiaçının tələbi əsaslıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir k, işə baxan məhkəmələr tərəfindən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmamasına qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə kollegiyası nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən verilmiş 034202 № li orderə və xx2 tərəfindən verilmiş arayışa istinad edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmələr Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanmaqla iddiaçını mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul etmiş və iddia tələbini təmin etmişlər. Lakin nə birinci instansiy a məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi kooperativə məxsus mənzilin iddiaçının mülkiyyəti sayılması üçün onun tərəfindən kooperativə pay haqqının ödənilməsi və onun kooperativə üzv qəbul edilməsi barədə müraciət etməsi və bununla bağlı digər sənədlərin olmamasına əhəmiyyət verməmişlər. Məhkəmələr mübahisəli mənzilin Bakı şəhər İcra Hakimiyyətinin balansında olubolmamasına, həmçinin Kooperativə məxsus mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzillə bağlı order vermək səlahiyyətinin olub-olmamasına da hüquqi qiymət verməmişlər. Həmçinin təqdim edilmiş orderin sürətindən görünür ki, orderdə mənzilin iddiaçıya yaşamaq üçün verildiyi qeyd edilmişdir. Kooperativ tərəfindən verilən arayışdan isə görünür ki, mənzil kooperativə məxsus olmaqla iddi açıya icarəyə verilmişdir. Göründüyü kimi, iddia tələbini təmin edən məhkəmə iddiaçını mübahisəli mənzili mülkiyyətçisi kimi qiymətləndirmiş, lakin iddiaçının qeyd edilən mənzilin mülkiyyətçisi olmasına dair iş materiallarında mötəbər sübutların olmamasına qiymət verməmişdir. Digər tərəfdən işdən göründüyü kimi, Cavabdeh1 nümayəndəsi qismində Yaşar Ağazadə tərəfindən birinci instansiya məhkəməsinə 14.12.2017-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edilmiş, həmin ərizə səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmaması əsası ilə məhkəmə tərəfindən geri qaytarılmışdır. Həmin qarşılqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, X6 18.03.2016-cı il tarixdə notarial qaydada ərizə verərək kooperativin üzvlüyündən azad edilməsini xx2nin rəhərliyindən xahiş etmişdir. Ərizəyə əla və edilmiş xx2nin üzvlərinin ümumi yığıncağının 13.05.2016-ci il tarixli 01 saylı Protokolundan görünür ki, X6 xx2nin üzvlüyündən çıxarılması və Cavabdeh1 kooperativə üzv qəbul edilməsi və ünvan 2-də yerləşən 4 oataqlı 137 kvadrat metr olan mənzilin Cavabdeh1 adına keçirilməsi qərara alınmışdır. Ərizəyə əlavə edilmiş xx2 tərəfindən verilmiş 13.05.2016-cı il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmiş, onun Kooperativə borcu yoxdur. Bundan sonra həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxmış, həmin sənədlərinin əsllərinin, yaxud notarial qaydada təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsini sonunculara təklif etməmiş, məhkəmə çəkişmə prinsipinin tələblərinə əmə l etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı qeyd etmişdir ki, cavabdeh həmin sənədlərin əslini və ya təsdiq olunmuş surətlərini nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Apellyasiya baxışı zamanı da cavabdeh səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Verilmiş apellyasiya şikayətlərindən və ərizələrdən görünür ki, cavabehlər rəsmi yaşayış yeri kimi ünvan 2 ünvanını göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi göndərdiyi 03.08.2018-ci il tarixli bildirişdə bütün cavabdehlərə məhkəmə bildirişini eyni ünvana, yəni ünvan 3” bildirişlə məlumatlandırmışdır. Lakin işdən görünür ki, məhkəmə bildirişinin göndərildiyi ünvan Cavabdeh1 nümayəndəsi və vəkili X1 ünvanıdır. Belə ki, tərəfindən apellyas iya instansiyası məhkəməsinə təqdim edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə 04.06.2018-ci il tarixli ərizədə vəkil həmin ünvanı qeyd etmişdir. (iş v. 82) Həmçinin kassasiya şikayətini də cavabdehin nümayəndəsi və vəkili kimi x1 imzalamış və ünvan kimi ünvan 4ehlərinünvan 2 ünvanında yerləşən mübahisəli mənzildə pasport qeydiyyatında olmaları və yaşamaları işin mübahisə edilməyən halıdır. İddiaçının iddia tələbindən də bu aydın görünür. Belə ki, iddiaçı iddia tələbində cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarını, həmin mənzilin boşadılmaqla iddiaçının istifadəsinə və sahibliyinə verilməsini, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının ləğv edilməsini tələb etmişdir. Göründüyü kimi, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyas ı məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxmış, məhkəmə çəkişmə prinsipinin tələblərini pozmuş, cavabdehlərin mənzilə dair hüquqlarını olub-olmamasını müəyyən etmək üçün onların iştirakını təmin edərək sonunucular tərəfindən təqdim edilmiş mənzilin bay haqqının ödənilməsi, kooperativə üzv seçilməsi barədə sənədlərin əslinin təqdim edilməsini onlara təklif etməmişdir. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77.3-cü maddəsinin tələbinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bundan başqa birinci instansiya məhkəməsi mübahisəyə baxarkən mübahisənin həllində maraqlı olan, işin nəticəsi birbaşa hüquqlarına təsir edəcək xx2ni və X3 işə cəlb etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə Kooperativə və xxxə məlumat verməmiş, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya əhəmiyyət verməmiş, şikayətin dəlillərindən asılı olmayaraq qətnaməni ləğv etməli olduğu halda bunu etməmişdir. Mülki Prosessual Məcəllənin 167.1 və 167.1.7-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa haz ırlayarkən işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir. Həmin Məcəllənin 387.2 və 387.2.4-cü maddələrinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 418.4, 418.4.5 və 418.4.6-cı maddələrinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa və məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbu l etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətində mənzilin ona mülkiyyətçidən xəbərsiz verdiyini etiraf etdiyini bildirmişdir. Lakin bu halın cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilməsi özü-özlüyündə mübahisəli mənzilin iddiaçıya məxsus olması kimi qiymətləndirilə bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin tələblərinə görə, hazırki halda mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehin apellyasiya şikayətində göstərdiyi ifadələr ilə deyil, iddiaçını n kooperativə üzv olması, mənzilin pay haqqını tamamilə ödəməsi, həmin mənzilin ona ayrılmasına dair kooperativin ümumi yığıncağının qərarı ilə müəyyən edilə bilər. İdddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425-ci və 452.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, əgər həqiqətən də x2 iddiaçıya məxsus mənzili onun razılığı və məlumatı olmadan Cavabdeh1 sahiblik və istifadəsinə vermişsə (ona satmışsa) iddiaçıya münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, iddiaçı ilə bağladığı müqavilənin predmeti olan mənzilə dair həmin müqavilənin bağlanmasından uzun müddət sonra üçüncü şəxs qarşısında öhdəlik götürmüş, bununla da ilkin müqavilənin məqsədinə çatmağa maneçilik törədən və öhdəliklərinin icr asını təhlükəyə məruz qoya bilən hərəkətlərə yol vermişdir. Lakin məhkəmə iddiaçı ilə x2 arasında mübahisəli mənzilin iddiaçıya verilməsinə dair hər hansı bir müqavilə bağlanması barədə işdə sübutların olmamasına diqqət verməmişdir. Bundan başqa cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində kooprativin rəhbərliyi barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübariz İdarəsi tərəfindən cinayət işi başlanıldığını, onun zərəçəkmiş şəxs kimi tanındığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halı müəyyən edərək həmin cinayət işinin nəticəsini öyrənməklə hazırki mübahisəyə hüquqi qiymət verməlidir. İşin yuxarıda qeyd olunan faktiki halla rını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9758/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-748/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-748/2019
11.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver