Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-748/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Kontoru) və; Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X8, X9, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayəti vermək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində Sumqayıt şəhər 1 saylı Notariat Kontoru cəlb edilməklə) qarşı “şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair” iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X8, X9, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1 603/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 Saylı Sumqayıt Ərazi İdarəsi (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi və ona dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilm iş 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək cavabdeh X2 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum X7 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağl anıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən tədqiq olunmuş X8, X9, X1 və Cavabdeh arasında bağlanılmış reyestrdə 3M293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX 13001618 saylı Sum qayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması və Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən və sahəsi 0,12 ha olan kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsi nə dair X3 adına saxta 27 avqust 1991 -ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin tərtib olunması və həmin saxta sənəd əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı iddiasının təmin edilməməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin iddiasının tam təmin edilməsi qət edilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qərardadı ilə mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinə dair sənədləri qanunsuz olaraq əldə etməsinə əsaslı şübhə olan xx.xx.2006-cı il tarixdə ölmüş X3 vərəsələri X1, X9, Cavabdeh və X4, həmçinin müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası CM-nin 191-ci, 308.2-ci cə 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməli və əməlində cinayət tərkibi müəyyən edilmiş şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt Porkurorluğuna məlumat verilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Cavabdehlər Cavabdeh və X9 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) cavabdehlər Cavabdeh və X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 Saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli iş üzrə 24 noyabr 2022-ci il tarixli qərardad ı ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin iddiası üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 403.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Sumqayıt Şəhər Mə hkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətləri vermiş, digər tərəflər isə həmin qətnaməni mübahisələndirməmişlər. Ona görə də hazırda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin iddiası üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mənafeyini ağırlaşdıran hal mövcud deyildir. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Qərardaddan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 Saylı Sumqayıt Ərazi İdarəsi (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qəradadının ləğv edilməsi, kassasiya şikayətinin icraata götürülməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə X2 mübahisəli torpaq sahəsinə aid qeydiyyata alınmış mülkiyyət hüququ ləğv edilməmişdir. Bununla da iddiaçının mübahisəli torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayacaq, çünki bir torpaq sahəsinə 2 dəfə qeydiyyat aparıla bilməz. Bunun üçün ilk növbədə məhk əmə kollegiyası X2 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışı etibarsız hesab etməli idi. Belə ki, Cavabdeh ona məxsus torpaq sahəsini 4Ə-3055 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirmiş, xx.xx.2019-cu il tarixdə sonuncunun adına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilməklə Cavabdeh mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna artıq xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlə r üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Apellyasiya instansiyası məhkəməsinin aktı kassatorun şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətin də qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 Saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1603/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.