Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-748/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Lənkəran rayon 1 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik payının müəyyən edilməsi, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X6 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1576/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X51 xx.xx.1957-ci ildə, onun arvadı X15 isə xx.xx.1963-cü ildə vəfat etmişdir;
3. X25 Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı fərdi yaşayış evi miras qalmışdır;
4. Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə mülkiyyət hüququ X30 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır;
5. X30 birinci növbə vərəsələri arvadı Məmmədova Gülbəyim, övladları Məmmədov Malik, Həsənova Almaz, Məmmədov Adil, Məmmədov İbrahim, Məmmədov Muxtar, Məmmədova Elmira, Cavabdeh, Məmmədova Solmaz olmuşlar;
6. X46 xx.xx.1991-ci ildə, Həsənova Almaz xx.xx.2011-ci ildə, Məmmədov Adil xx.xx.2001-ci ildə, Məmmədov İbrahim xx.xx.1996-ci ildə, Məmmədov Muxtar xx.xx.2008ci ildə və Məmmədova Elmira vəfat etmişlər;
7. X26 arvadı İddiaçı2dır, övladları - X27, X31, X32, X12r;
8. İş materiallarında olan X21 və X28 ərizələrinə əsasən onlara çatası miras paylarını İddiaçı2 xeyrinə imtina etmişlər;
9. İş materiallarında olan X16, X17, X13, X33, X9, X18, X19, X28 ərizələrinə əsasən onlara çatası miras paylarından imtina etmişlər və miras əmlakı İddiaçı1 adına keçirilməsinə etiraz etməmişlər;
10. İş materiallarında olan X7 ərizəsinə əsasən ona çatası miras əmlakı qəbul etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1957ci il tarixdə vəfat etmiuş mərhum babaları X25 miras q almış Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, X66 Fərəc oglu xx.xx.1957-ci üdə Lənkəran şəhərində vəfat etmişdir. X4 ünvan 1 ünvanında fərdi yaşayış evi miras qalmışdır. Həmin evi X5 oğlu X43 tək başına olaraq faktiki qəbul etmişdir. Həmin vaxtdan X43 X2 xx.xx.1963-cü ilədək həmin evdə yaşamışdır. Anası vəfat etdikdən sonra 1969-cu ilə kimi o həmin evdə tək yaşamışdır. Muxtar Məmmədov 04 noyabr 1969-cu ildə iddiaçı X10 ilə evlənmişdir. Onların birgə nigahından 4 uşaqları olmuşdur. Ailə üzvlərinin artdığına görə mərhum X43 atasından miras qalmış evi sökərək 1977-ci ildə 1 mərtəbəli 6 ota qlı ev tikmişdir. Hazırda həmin əmlak iddiaçıların babası X30 adına rəsimləşdirilərək miras şəkilində qalmışdır. X5 8 övladı doğulmuşdur. Həmin uşaqlardan 6 nəfəri vəfat etmiş, 2 nəfəri isə sağdır. X1, X36 varisləri haqqında məlumat yoxdur. Digər vərəsə X37 heç bir uşağı olmadan vəfat etmişdir. X11 və X55 vəfat etsələr də miras əmlakdan onların xeyrinə imtina etmişlər. Mərhumun sağ qalan vərəsəsi X38 miras əmlakdan iddiaçıların xeyrinə imtina etmişdir. Lakin cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh miras əmlakı qəbuluna və imtinasına heç bir ərizə vermir qərəzli şəkildə mirasın qəbuluna maneələr yaradır. X66 Fərəc oglu xx.xx.1957-ci ildə Lənkəran şəhərində vəfat etdikdən sonra vərəsəsi olduqları X43 ondan miras qalmış əmlakı anası ilə birlikdə qəbul etmişdir. X2 isə xx.xx.1963-cü ildə L ənkəran şəhərində vəfat etdikdən sonra həmin mübahisə predmeti olan əmlakı tək başına qəbul etmişdir. Miras faktiki qəbul edildiyindən bəri vərəsələrin heç bir etirazları olmamış və bununla bağlı məhkəməyə belə müraciət etməmişlər. Hazırda onlar miras əmlakı qəbul edib üzərində sərəncam vermək hüququndan istifadə etmək istəyirlər, lakin cavabdeh buna birmənalı şəkildə mane olur. Babası mərhum X51 vəfat etməmişdən qabaq həmin miras əmlaka dair şifahi olaraq həmin əmlakı X35 vəsiyyət etmişdir. Bunu digər sağ qalan vərəsələrdən olan X38 və ölmüş vərəsələrin bu barədə öz valideyinlərindən eşitdiyini bildirə bilərlər. Eyni vəsiyyəti X2 da etmişdir. Elə həmin vaxtdan X43 miras əmlakı faktiki olaraq qəbul etmiş, həmin əmlakı sökərək yerində yeni ev inşa etmiş və həmin əmlaka dair bütün kommunal xərcləri və bələdiyyə vergilərini ödəmişdir. Əlavə olaraq həmin əmlakda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci İl tarixli, 121 saylı sərəncamı ilə 12 kv.m mağaza tikintisinə icazə verilmişdir, hal-hazırda həmin ərazidə mağaza fəaliyyət göstərir. Əlavə olaraq X22 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 sentyabr 2004-cü il tarixi 313 saylı sərəncamı ilə 16 kv.m mağaza tikintisinə dair sərəncam verilmişdir. Mağaza hal-hazırda işlək vəziyyətdədir. Bütün bunlara baxmayaraq X43 26 may 2008-ci ildə vəfat etdikdən sonra həmin mirası iddiaçılar qəbul etmişdir və bu günə kimi qoruyub saxlamış, faktiki ona sahiblik etmişlər. Bir sözlə mübahisə predmetinə çevrilmiş əmlak babasından miras qalsa da onlar həmin əmlakdan 50 ildir ki, mübahisəsiz istifadə edirlər. Buna görə də onl ar həmin əmlaka dair yeganə pay alacaq varis kimi qəbul edilməli və əmlak bütövlükdə onlara aid edilməlidir. Digər vərəsələr mirası faktiki və rəsmi qəbul etmədiklərinə görə bununla bağlı notariat kontoruna ərizə vermədiklərinə görə mirasdan pay ala bilməzlər. Buna görə də xx.xx.1957ci il tarixdə vəfat etmiş mərhum babaları X25 miras qalmış Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları, paylarının bərabər müəyyən edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Lənkəran Rayon Məhkəməsinin (hakim Məmmədov Toğrul) 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar X23 və X10 tərəfindən qəbul edilməsi faktının tanınmasını və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X3 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə Cavabdeh ailə quraraq Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evi tərk etmiş, miras açıldıqdan sonra miras əmlaka faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair notariat orqanına ərizə verməmişdir. Bununla da miras əmlak yalnız X10 və İddiaçı1 tərəfindən faktiki qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, miras əmlak yalnız İddiaçı2 və İddiaçı1 tərəfindən faktiki qəbul edilmişdir. Beləliklə, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və İddiaçı2 ½ hissədə, pay hüququ müəyyən olunmalıdır.
15. Məhkəmə öz möv qeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Mülki Məcəllənin 1133.1,1133.2,1134.1,1159.1.1, 1243.1,1243.2,1243.3,1291-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77.1,88,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülki işlə bağlı məhkəmə iclaslarının keçirilməsi yeri və vaxtı barədə məlumatı olmamışdır. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, miras əmlakla bağlı cavabdehlə, yəni onunla aralarında mübahisə mövcuddur. İddiaçılar bunu bilə-bilə onun yaşayış yerini düzgün qeyd etməmişlər. L akin məhkəmə də bu halı araşdırmadan onu məlumatlandırmamış, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.
18. Cavabdeh bildirmişdir ki, o, 1945-ci ildə anadan olmuş, atası 1957-ci ildə vəfat etmiş və atasının vəfatından sonra 5 il müddətində miras əmlakda yaşamışdır. Qətnamədə qeyd edilib ki, o, miras əmlakı qəbul etməyib. Atası vəfat edən 1957-ci ildə onun 12 yaşı olmuşdur. Belə çıxır ki, o 12 yaşından əvvəl ailə qurub gəlin köçmüşdür? Belə ki, o atası vəfat edəndən sonra 5 il müddətində miras əmlakda yaşamış və mirası qəbul etmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1576/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(04 9)1648/19 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1576/2024 saylı, 16 noyabr 2024-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin icrasında dönüş edilməsi, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair iddiaçılar İddiaçı1 və X3 adlarına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi qət olunmuşdur (hakimlər İmanov Cahid - sədrlik edən və məruzəçi, Kərimov Tale və Əhmədov Pərviz).
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras qoyan Əli və onun arvadı Güləbəyim 1964-cü ilədək artıq vəfat etmiş olmuşlar. Həmin dövrdə, yəni mübahisəli hüquq münasibətinin yarandığı zamanda Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsi qüvvədə olmuşdur. Belə olduğu halda hazırkı münasibətə həmin zaman qüvvədə olan Azərbaycan SSR-nin 1923-cü il tarixli Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Lakin, işə baxan birinci instansiya məhkəməsi hazırkı mülki işə 2001-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməklə həmin işə maddi hüquq normalarını düzgün tətbiq etməməklə pozuntuya yol vermişdir.
21. Göründüyü kimi vərəsələrdən 6 nəf əri vəfat etmiş, 2 nəfəri isə Yaqut və Solmaz isə sağdır. Müəyyən edilir ki, vərəsələrdən Cavabdeh iş üzrə cavabdeh kimi göstərilsə də ona məhkəmə tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə hər hansı məlumat verilməmiş, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin olunmamaqla mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan çəkişmə prinsipinə şərait yaradılmamaqla onun müddəaları pozulmuşdur.
22. Bundan başqa iddiaçıların iddia tələbindən görünür ki, tələb “xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhum babaları X25 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair əmlakı onların adına qeyd olunaraq həmin mirasdan yeganə pay alan şəxs kimi tanınmalarından ibarət olmuşdur.
23. Lakin, məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdi r. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar X23 və X10 tərəfindən qəbul edilməsi faktının tanınmasını və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X3 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir.
24. Halbuki, MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
25. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi: 1) iddiaçıları mübahisəli miras əmlakdan yeganə pay alan şəxs kimi tanımış; 2) iddia tələbindən kənara çıxaraq Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X3 ½ hissədə pay hüququnun müəyyən olunmasını qət etmiş; 3) vərəsələrdən Cavabdeh iş üzrə cavabdeh kimi göstərilsə də ona məhkəmə tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə hər hansı məlumat verilməmiş, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, bununla da çəkişmə prinsipinə riayət olunmamış; 4) Bununla da miras qoyanın birinci növbə vərəsəsi olan Cavabdeh miras əmlakdan pay almaq hüququndan məhrum edilmişdir;
26. İddiaçıların tələbi “xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhum babaları X25 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair əmlakı onların adına qeyd olunaraq həmin mirasdan yeganə pay alan şəxs kimi tanınmalarından ibarət olsa da müəyyən edilmişdir ki, iddiaçılar bəhsi keçən m iras əmlakdan yeganə pay alan şəxslər olmamışlar. Belə ki, ən azından iddiaçılara miras qoyanın iki vərəsənin Yaqut və Solmazın sağ olması onlara məlum olmuşdur.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 1945-ci ildə anadan olmuş və atası vəfat edən zaman 12 yaşı olmuşdur. Atası vəfat edəndən sonra anası ilə birlikdə 5 il müddətində atasına məxsus evdə yaşamış, sonradan ailə quraraq gəlin köçmüşdür. O, kollegiyanın iclasında iddiaçıların güya onun atası vəfat edən zaman miras əmlakda yaşamaması ilə bağlı fikirləri ilə razı olmadığını göstərmişdir.
28. Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsinin 488-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 487-ci maddədə göstərilmiş hər iki əsasla vərəsəliyə çağırılan şəxslərin dairəsi, birbaşa aşağı nəsli qohumluqla (uşaqlarl a, nəvələrlə və nəticələrlə), oğulluğa götürülənlərlə (onların aşağı nəsil qohumluğu ilə) və ölən şəxsin əri ilə çox yaşayan şəxslə və həmçinin ölən şəxsin ölümünədək bir ildən az olmayaraq tamamilə onun himayəsində olan yoxsul və əmək bacarığını itirmiş şəxslərlə məhdudlaşır.
29. Göründüyü kimi müəyyən edilmişdir ki, cavabdeh 1945-ci ildə anadan olmuş, atası vəfat edən 1957-ci ildə 12 yaşı olmaqla ailəli olmamış, atası vəfat edəndən sonra da miras əmlakda daha 5 il yaşamış və mirası qəbul etmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan SSR-nin 1923-cü il tarixli Mülki Məcəlləsinin 487, 488, 491-сü və Mülki Prosessual Məcələnin 236-1.1, 236-1.2, 236-1.3, 236-1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin olunması haqqında yeni qərarın çıxarılmasını xahiş etmişlər.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, iddiaçılar iştirakını təmin etmədən, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı təm in etməmişdir. Belə ki, iddiaçılara məhkəmənin vaxtı və yeri barədə heç bir bildiriş gəlmədiyi halda Şirvan Apellyasiya Məhkəməsi öz qətnaməsində əsassız olaraq göstərmişdir ki, onlara məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməyiblər və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməyiblər.
34. Beləliklə, iddiaçılar İddiaçı1 və X3 vərəsəlik hüquqları işin müəyyən edilmiş halları ilə təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə zidd olaraq, formal mülahizələrə və birtərəfli mövqeyinə görə iddianı rədd etmişdir.
35. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi mirasqoyan X25 qalmış miras əmlakla bağlı mübahisəyə Azərbaycan SS R 1923-cü il tarixli Mülki Məcəlləsinin müvafiq normalarına istinadı (tətbiqi) düzgün olsa da, iddiaçılara münasibətdə həmin normalara müraciət etməsi qanuni sayıla bilməz.
36. Belə ki, işdən göründüyü kimi yeganə faktiki olaraq mirası qəbul etmiş iddiaçıların atası və həyat yoldaşı olan birinci növbəli vərəsə X43 Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsinin müvafiq normalarına əsasən 1957-ci ildə mirası qəbul etmiş olsa da, hal-hazırda qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu xx.xx.2008-ci ildə ölmüşdür. Lakin, bu məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamışdır.
37. Göstərilənlərdən başqa, cavabdehin 1945-ci ildə anadan olmasını, atası vəfat edən 1957-ci ildə 12 yaşı olmaqla ailəli olmamasını, atası vəfat edəndən sonra da miras əmlakda daha 5 il yaşadığını və mirası qəbul etməsini qətnamənin az qala hər səhifəsində qeyd edən apellyasiya instansiyası məhkəməsi, nədənsə Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş, mirasın predmetini təşkil edən Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi, 26 saylı evdəki miras payından imtinasını nəzərə almamışdır.
38. Belə ki, iddiaçılar tərəfindən hələ 2012-ci ildə miras əmlakın sənədləşməsi ilə bağlı addımlar atılmış, bütün digər vərəsələrdən (və ya onların övladlarından), o cümlədən Cavabdeh tərəfindən miras əmlakdan imtina ərizələri verilmişdir.
39. Kassator öz mövqeyini Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 1145 və Mülki Prosessual Məcəllənin 9, 14, 138, 185.2, 418.4.5-ci maddələrinə istinadla əsaslandırm ışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
41. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X24 X20:
42. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsi:
43. Maddə 487.1 Vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir.
44. Maddə
488. Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən u şaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir.
45. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaşbacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra do ğulası uşaqlar vərəsə ola bilərlər (1947-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada verilmiş mətn).
46. Maddə
490. Qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488-ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətn). İrs buraxan şəxsin 488-ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alırlar (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətni).
47. Maddə 491. 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490-cı maddəyə əsasən ona ç atası əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) pay alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
49. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
50. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
51. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölüm ündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
52. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
53. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, gör üləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılmas ı zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Baxılan işdə mübahisə 1957-ci ci ildə vəfat etmiş X30 mirasına payların müəyyən olunması ilə bağlıdır.
65. Məhkəmələr müəyyən etmişlər ki, Əli Məmmədov vəfat etdiyi vaxt onun birinci növbə vərəsələri arvadı Məmmədova Gülbəyim, övladları Məmmədov Malik, Həsənova Almaz, Məmmədov Adil, Məmmədov İbrahim, Məmmədov Muxtar, Məmmədova Elmira, Cavabdeh, Məmmədova Solmaz olmuşlar.
66. Miras əmlak Lənkəran şəhəri, Aka demik Z.Əliyeva küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evi olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü ildə həmin əşyaya mülkiyyət hüququna dair Əli Məmmədovun adına çıxarış verilmişdir.
67. İddiaçılar mirasqoyan Əli Məmmədovun birinci növbə vərəsəsi X14 Həsənova və arvadı Şükufə Məmmədovadır. Onlar mirasqoyan Əli Məmmədovun digər birinci növbə vərəsəsi – övladı olan Cavabdeh qarşı iddia qaldıraraq tələb etmişlər ki, miras əmlakın onlar tərəfindən qəbul edilməsi müəyyən edilsin və yeganə pay alan şəxs kimi tanınsınlar.
68. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apelyasiya məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. İddiaçılar mirasdan yeganə pay alan şəxslər olmamışla r. Belə ki, ən azından iddiaçılara miras qoyanın iki vərəsənin Yaqut və Solmazın sağ olması məlum olmuşdur, cavabdeh 1957-ci ildə 12 yaşı olmaqla ailəli olmamış, atası vəfat edəndən sonra da miras əmlakda daha 5 il yaşamış və mirası qəbul etmişdir. Miras qoyanın birinci növbə vərəsəsi olan Cavabdeh miras əmlakdan pay almaq hüququndan məhrum edilmişdir.
69. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
70. Əvvəla, məhkəmənin “iddia tələbindən kənara çıxılmaqla qətnamə qəbul edilmişdir” mövqeyi nəinki doğru, ümumiyyətlə anlaşılan deyil. Belə ki, iddiaçıların tələbi yalnız özlərinin vərəsə kimi tanınması və miras əmlakın məhz onlara verilməsi barədə olmuşdur. Bu tələb digər vərə sələrə, o cümlədən cavabdehə pay verilmədən, yeganə vərəsə kimi özlərinin tanınması barədə iddiadır.
71. Birinci instansiya məhkəməsi də iddianı təmin edərək miras əmlaka İddiaçı1 və Şükufə Məmmədovanın hər birinin ½ hissədə pay hüququnun müəyyən olunmasını qət etmişdir.
72. Belə olan halda, rayon məhkəməsinin iddia tələbindən kənara çıxmasının nədən ibarət olması bəlli olmadığı kimi, apellyasiya məhkəməsi bu barədə ortaya qoyduğu mövqeyini də əsaslandırmamışdır.
73. İkincisi, apellyasiya məhkəməsinin özünün sərgilədiyi mövqedən belə məlum olur ki, mübahisəli mirasda iddiaçılarla yanaşı cavabdehin də haqqı vardır. Buna baxmayaraq, məhkəmə iddianı tamamilə rədd etmişdir. Bu nəticəyə hansı səbəbdən gəlinməsi də əsaslandırılmamışdır.
74. Belə olan halda, apellyasiya məhkəməsi nəzərə almamış dır ki, sözügedən daşınmaz əşayaya münasibətdə tərəflər arasında ixtilaf mövcuddur. Məhz bu ixtilafın həlli məqəsdilə iddiaçılar məhkəmədə iddia qaldırmışlar. Bir tərəfdən iddiaçılarla yanaşı cavabdehin də mirasda hüquqlarının olmasının qəbul edilməsi, digər tərəfdən iddianın səbəbi izah edilmədən rədd olunması açıq şəkildə onu göstərir ki, mübahisə həll edilməmişdir. Çünki, iddianın rədd olunduğu mövcud vəziyyətə miras əmlaka kimlərin və hansı payla hüquqlarının olması qeyri-müəyyən qalmışdır. Mübahisə davam etdiyi müddətcə notariusun da vərəsələrə vərəsəlik şəhadətnaməsi verməyəcəyi (yaxud onlardan birinin şəhadətnamə ilə razılaşmayacağı) halda ixtilafın məhkəmədən başqa bir yerdə həll edilməsi də mümkün deyil. Odur ki, mübahisədə olan vərəsələrin məhkəmənin önünə gətirdiyi bir işdə iddi anın göstərilən şəkildə rədd edilməsi nəinki ədalətli məhkəmə araşdırması hüququnun, ilk növbədə tərəfin məhkəmə müdafiəsi hüququnun kobud şəkildə pozulmasıdır.
75. Bundan əlavə, iddianın rədd edilməsi ilə mirasdan iddiaçılara pay verilmədiyi (iddia rədd olunduğu) təqdirdə İddiaçı1 və Şükufə Məmmədovaya qarşı həmin əmlakdan ona düşən paya münasibətdə dəyərinin tutulması ilə bağlı iddia qaldırmaq hüququnun Cavabdeh izah edilməsi də ziddiyyətli və anlaşılmaz olmuşdur.
76. Diqqəti cəlb edən digər bir hal ondan ibarətdir ki, iş materiallarında Cavabdeh atası Əli Məmmədovdan miras qalmış Lənkəran şəhəri X50 küçəsi 26 ünvanında yerləşən mirası qəbul etməməsi, gələcəkdə də bununla bağlı hər hansısa bir iddiasının və tələbinin olmayacağı barədə xx.xx.2012-ci il tarixli notarial ərizəsi mövcuddur.
77. Apellyasiya məhkəməsi bu sənədi tərəflərin iştirakı ilə tədqiq etməmiş, göstərilən iradə bəyanının mübahisənin həllinə təsiri ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır.
78. Bundan əlavə, məhkəmələr tərəfindən adları çəkilən şəxslərdən başqa digər vərəsələr (və ya ölən birinci növbə vərəsənin vərəsələri) hazırkı işdə iştiraka cəlb edilməmiş, onların özlərinə məxsus miras paylarına hansı formada sərəncam vermələri, bu sərəncamların hüquqi qüvvəsi və müəyyənləşəcək yekun vərəsəlik paylarına təsiri lazımi qaydada araşdırılmamışdır.
79. Kollegiya onu da nəzərə alır ki, cavabdehin deməsinə görə, iddiaçılar onun atasına məxsus olan evi və həmin evin yerləşdiyi torpaq sahəsini satmışlar, ev sökülmüş, torpaqda müvafiq planlama işləri gedir, hazırda bina tikilir.
80. Bu hal təsdiq olunarsa, mü bahisənin həllinə əhəmiyyətli təsir göstərə bilər. Çünki, miras kütləsinə daxil olan predmet artıq başqa bir şəxsin mülkiyyətinə keçmişdirsə, daşınmaz əşyaya dair dövlət reyestrində aparılmış qeydlərə düzəliş edilmədən vərəsələrin həmin əşyaya payları müəyyən oluna bilməz.
81. Odur ki, iddia olunan faktın yoxlanılması, hazırkı məqamda mübahisəli əşyanın mülkiyyəti başqa şəxsə aiddirsə, həmin şəxsin hazırkı işə cəlb edilməklə iddia tələblərinin onun da iştirakı ilə müzakirə və həll edilməsi apellyasiya məhkəməsi tərəfindən təmin olunmalı idi. Lakin bu xüsusata da diqqət yetirilməmişdir.
82. Qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadığına, işdəki bütün sübutları tədqiq edib qiymətləndirmədiyi nə, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmadığına dəlalət edir (§ 5460).
83. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
84. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
85. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X24 X8 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 41-42).
86. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarınd a vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
88. Qeyd olunanla rı nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
89. Təkrar apellyasiya baxışında işdə iştirakı zəruri olan şəxslər də cəlb edilməklə tərəflərin və digər iştirakçıların izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun h üquqi qiymət verilməlidir.
90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1576/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.