Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7481/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi Qanuni nümayəndə2 vəkili X2, Cavabdeh və onun vəkili Şamxalov Tahir Camal oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2082/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 26 oktyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum anaları X3 miras olaraq qalmış 500 manat dəyərində 583 əyarlı nişan üzüyü, 1560 manat dəyərində 583 əyarlı boyunbağı, 600 manat dəyərində 583 əyarlı qolbağı, 2100 manat dəyərində 583 əyarlı komplekt(sırğa üzük), 150 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğa, 200 manat dəyərində uşağa qolbaq və sırğa, 200 manat dəyərində iddiaçının anasının hədiyyə etdiyi üzükdən ibarət qızıl-zinət əşyaları olmadıqda isə onların cəmi dəyəri 5310(beş min üç yüz on) manat pul və 2000 manat dəyərində divarboyu mebeli, 100 manat dəyərində trimo, 600 manat dəyərində divankreslo, 150 manat dəyərində iki nəfərlik taxt, 100 manat dəyərində jurnal stolu, 200 manat dəyərində televizor, 100 mana t dəyərində video maqnitofon, 100 manat dəyərində paltaryuyan maşın, 30 manat dəyərində ət çəkən maşın, 35 manat dəyərində elektrik sobası (duxovka), 20 manat dəyərində divar saatı, 500 manat dəyərində 2 ədəd xalça, 100 manat dəyərində payəndaz (darojka), 80 manat dəyərində sandıq, 70 manat dəyərində stul, 50 manat dəyərində paltar ütüləyən stol, 30 manat dəyərində ütü, 50 manat dəyərində çilçıraq, 70 manat dəyərində tozsoran, 30 manat dəyərində gecə lampası, 100 manat dəyərində taxt üçün örtük, 100 manat dəyərində divan kreslo üzləri, 240 manat dəyərində 4 dəst döşək, 300 manat dəyərində 4 dəst yorğan, 120 manat dəyərində 4 dəst yastıq, 200 manat dəyərində 2 çay servisi, 150 manat dəyərində 2 qəhvə servisi, 200 manat dəyərində yemək servisi, 45 manat dəyərində 60 ədəd çay qaşığı, xörək qa şığı və çəngəl, 12 manat dəyərində 12 ədəd kasa, 100 manat dəyərində 4 büllur külqabı, 30 manat dəyərində 30 kompot bankası, 90 manat dəyərində büllur badə (bakal), 30 manat dəyərində elektrik samovarı, 50 manat dəyərində mürəbbə qabı, 60 manat dəyərində qənd qabı və konfet qabı, 50 manat dəyərində 20 ədəd tort qabı, 12 manat dəyərində 12 boşqab, 40 manat dəyərində gəlinlik güzgüsü və ləmpə, 20 manat dəyərində 2 ədəd meyvə qabı, 25 manat dəyərində şirə çəkən, 100 manat dəyərində 2 qazan dəsti, 120 manat dəyərində 12 büllur stəkan, büllur stəkan armudu, 30 manat dəyərində 12 ədəd nəlbəki, 20 manat dəyərində 6 iri dövrə, 20 manat dəyərində 3 mərtəbəli ləbləbi qabı, 5 manat dəyərində 1 ədəd süzgəc, 100 manat dəyərində qapı üçün tül pərdə, 300 manat dəyərində üzlük, döşək üzü, dəsmal, süfrə, ç ay dəsmalı, hamam dəsmalları, şərflər və s-dən ibarət cehiz əşyalarından paylarının müəyyən edilərək onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli 2(024)-54 saylı qərardadına əsasən işin icraatına xitam verilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi Qanuni nümayəndə2 həmin qərardaddan şikayət vermiş, Qax Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli 2(024)54/2019 saylı qərardadına əsasən həmin qərardad qüvvədə saxlanılaraq, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin 22 yanvar 2019cu il tarixli 2(024)-54 saylı qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Dövlət Notariat Kontoruna qarşı, iddiaçıların analarından miras qalmış cehiz əşyaları və qızıl-zinət əşyalarının onlar tərəfindən faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 25 mart 2019-cu il tarixli qərardadına əsasən hər iki mülki iş bir icraatda birləşdirilərək mülki işə 2(024)-54 nömrəsi verilmişdir. Qax rayon məhkəməsinin 2(024)-54/2019 saylı 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.İ.Qarayev) idd ia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2082/2019 nömrəli qətnaməsi ilə (hakimlər T.Ə.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmiş, iş üzrə Qax Rаyоn Məhkəməsinin iş üzrə 10 aprel 2019cu il tаrixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Dövlət Notariat Kontoruna qarşı mərhum analarından miras qalmış əmlakdakı payları müəyyən edilərək onlara veril məsi, mirasın faktiki qəbulu, həmin əmlakın vərəsəlik hüququnun tanınması tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakda hər birinin payı 6/1 hissədə müəyyən edilərək paylarına düşən hissə onlara verilmiş, İddiaçı1 miras əmlakdakı payı: 500 manat dəyərində 583 əyyarlı nişan üzüyü, 200 manat dəyərində televizor, 30 manat dəyərində elektrik samavarı, 100 manat dəyərində paltaryuyan maşın, 100 manat dəyərində video maqnitafon, 300 manat dəyərində üzlük, döşək üzü, dəsmal, süfrə, çay dəsmalı, hamam dəsmalları, süfrələr, 100 manat dəyərində qapı üçün tül pərdə, 90 manat dəyərində bülur badə, 600 manat dəyərində divan-kreslo, 20 manat dəyərində 6 iri dövrə, 20 manat dəyərində 3 mərtəbəli ləbləbi qabı və 5 manat dəyərində süzgəc olmaqla müəyyən edilmiş, İddiaçı2 mir as əmlakdakı payı: 1560 manat dəyərində 583 əyyarlı boyunbağı, 150 manatlıq iki nəfərlik taxt, 200 manat dəyərində yemək servizi, 50 manat dəyərində 20 ədəd tort qabı, 25 manat dəyərində şirə çəkən, 20 manat dəyərində divar saatı, 60 manat dəyərində qənd qabı və konfet qabı olmaqla müəyyən edilmiş, İddiaçı3 miras əmlakdakı payı: 600 manat dəyərində 583 əyarlı qolbağı, 200 manat dəyərində uşağa qızıl qolbağı və sırğa, 30 manat dəyərində ət çəkən, 40 manat dəyərində gəlinlik güzcüsü və ləmpə, 80 manat dəyərində sandıq, 30 manat dəyərində gecə lampası, 200 manat dəyərində çay servisi, 150 manat dəyərində 2 qəhvə servisi, 100 manat dəyərində 2 qazan dəsti, 120 manat dəyərində 12 büllur stəkan(armudu), 30 manat dəyərində 12 nəlbəki, 50 manat dəyərində mürəbbə qabı, 100 manat dəyərində 4 büllur kül qabı, 240 manat dəyərində 4 döşək, 100 manat dəyərində taxt üçün örtük olmaqla müəyyən edilmiş, tələbin miras qəbulunun uzadılmasına dair hissəsi əsassız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2082/2019 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Şamxalov Tahir Camal oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili Şamxalov Tahir Camal oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2082/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Döv lət Notariat Kontoruna qarşı, iddiaçıların analarından miras qalmış cehiz əşyaları və qızıl-zinət əşyalarının onlar tərəfindən faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və mirasın qəbulu müddətinin uzadılması tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçılar anaları Abidət Təmrazova öldükdən sonra analarından miras qalan cehiz və qızıl-zinət əşyalarından ibarət əmlaka sahiblik etməmiş, idarə etməyə faktiki başlamamışlar. Ona görə də, iddiaçılar tərəfindən mirasın faktiki qəbulundan və qəbulu müddətinin uzadılmasından söhbət gedə bilməz. Tələb edilən əmlak qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçıları n nümayəndəsi Qanuni nümayəndə2 vəkili X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2082/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Şamxalov X12 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)-2082/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elmar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Dövlət Notariat Kontoruna qarşı, iddiaçıların analarından miras qalmış cehiz əşyaları və qızıl-zinət əşyalarının onlar tərəfindən faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və mirasın qəbulu müddətinin uzadılması tələbinin rədd edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 16 iyul 2019-cu il tarixli qətnamə ilə iş üzrə Qax Rаyоn Məhkəməsinin iş üzrə 10 aprel 2019-cu il tаrixli qətnaməsi ləğv edib, iddiaçıların miras əmlakdakı paylarını müəyyən edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Qax Rayon Məhkəməsinin 2(024)-988/2017 saylı 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Qanuni nümayəndə2 500 manat dəyərində 583 əyarlı nişan üzüyü, 1560 manat dəyərində 583 əyarlı boyunbağı, 600 manat dəyərində 583 əyarlı qolbağı, 2100 manat dəyərində 583 əyarlı komplekt (sırğa, üzük), 150 manat dəyərində 583 əyarh qaşsız qızıl sırğa, 200 manat dəyərində uşağa qolbaq və sırğa, 200 manat dəyərində iddiaçının anası hədiyyə etdiyi üzükdən ibarət qızıl zinət əşyaları, olmadıqda isə onların cəmi dəyəri 5310 manat pul və 2000 manat dəyərində divarboyu mebeli, 100 manat dəyərində trimo, 600 manat dəyərində divan-kreslo, 150 manat dəyərində iki nəfərlik taxt, 100 manat dəyərində jurnal stolu, 200 manat dəyərində televizor, 100 manat dəyərində video maqnitofon, 100 manat dəyərində paltaryuyan maşın, 30 manat dəyərində ət çəkən maşın, 35 manat dəy ərində duxoka, 20 manat dəyərində divar saatı, 500 manat dəyərində 2 ədəd xalça, 100 manat dəyərində darojka, 80 manat dəyərində sandıq, 70 manat dəyərində stul, 50 manat dəyərində paltar ütüləyən stol,30 manat dəyərində ütü, 50 manat dəyərində lüstur, 70 manat dəyərində tozsoran. 30 manat dəyərində gecə lampası, 100 manat dəyərində taxt üçün pakrıval, 100 manat dəyərində divan kreslo üzləri, 240 manat dəyərində 4 dəst döşək, 300 manat dəyərində 4 dəst yorğan, 120 manat dəyərində 4 dəst yastıq, 200 manat dəyərində 2 çay servisi, 150 manat dəyərində 2 kofe servisi, 200 manat dəyərində yemək servisi, 45 manat dəyərində 60 ədəd çay qaşığı, xörək qaşığı və çəngəl, 12 manat dəyərində 12 ədəd kasa, 100 manat dəyərində 4 xrustal külqabı, 30 manat dəyərində 30 kompot-bankası, 90 manat dəyərində xrustal bakal, 30 manat dəyərində elektrik samovarı, 50 manat dəyərində mürəbbə qabı, 60 manat dəyərində qənd qabı və konfet qabı, 50 manat dəyərində 20 ədəd tort qabı, 12 manat dəyərində 12 boşqab, 40 manat dəyərində gəlinlik güzgüsü və lampa, 20 manat dəyərində 2 ədəd meyvə qabı, 25 manat dəyərində sok çəkən, 100 manat dəyərində 2 qazan dəsti, 120 manat dəyərində 12 xrustal stəkan, xrustal stəkan armudu, 30 manat dəyərində 12 ədəd nəlbəki, 20 manat dəyərində 6 iri dövrə, 20 manat dəyərində 3 mərtəbəli ləbləbi qabı, 5 manat dəyərində 1 ədəd süzgəc, 100 manat dəyərində qapı üçün tül pərdə, 300 manat dəyərində çexol, döşək üzü, dəsmal, süfrə, çay dəsmalı, hamam dəsmalları, sarflar və s-dən ibarət cehiz əşyaları, olmadıqda isə onların cəmi dəyəri 7090 manat pulun alınaraq iddiaçı X5 verilməs i, iddianın qalan hissəsinin isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı olan cavabdeh Qanuni nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin 500 manat dəyərində 583 əyarlı nişan üzüyü, 1560 manat dəyərində 583 əyarlı boyunbağı, 600 manat dəyərində 583 əyarlı qolbağı, 2100 manat dəyərində 583 əyarlı komplekt (sırğa, üzük), 150 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğa, 200 manat dəyərində uşağa qolbaq və sırğa, 200 manat dəyərində iddiaçının anası hədiyyə etdiyi üzükdən ibarət qızıl zinət əşyaları hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. X6 2017-ci ilin oktyabr ayında vəfat etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(107)-90/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qax rayon məhkəməsinin 2(024)988/2017 saylı 25 sentyabr 2017-ci il tarixli qətnaməsinin nəticə hissəsində ikinci abzasında ‘X5” sözləri “iddiaçının hüquqi varisi “Cavabdeh” sözləri ilə əvəz edilməklə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5764/2018 saylı qərarına əsasən cavabdeh Qanuni nümayəndə2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(107)-90/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qanuni qüvvəyə minmişdir. Qax Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(024)-237 nömrəli qətnaməsi ilə 05.02.2007-ci il tarixdə anadan olmuş İddiaçı1, 15.01.2010-cu il tarixdə anadan olmuş İddiaçı2 və 25.07.2012-ci il tarixdə anadan olmuş İddiaçı3 onun himayəsinə verilməsi qət edilmişdir. Hazırda uşaqlar onun himayəsindədirlər. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (öv ladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna ed ir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına isitnad edən apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, miras qoyanın üç nəfar yetkinlik yaşına catmamış uşaqları ilə bərabər onun atası X8, anası Cavabdeh və sabiq əri Qanuni nümayəndə2 da daxil olmaqla, cəmi 6 nəfər birinci növbədə vərəsələri qalmışdır. Miras qoyanın sabiq əri Qanuni nümayəndə2 ona görə birinci növbə vərəsələr dairəsinə daxil edilmişdir ki, nikahın pozulması haqqında məhkəmə qətnaməsi qanunu qüvvəyə minənədək Abidat Təmrazova ölmüşdür. Həm də məhkəmədə müəyyən olundu ki, Elmar və Abidat Təmrəzovalar 2017-ci ilin iyul ayına kimi bir yerdə yaşamışlar, yəni həmin vaxta kimi onların nikahına faktiki xitam verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarnın şərh edilməsinə dair” 01 may 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) varislik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təstiq edildiyi halda məhrum edilə bilər. Beləliklə, miras qoyanın 6 nəfər birinci növbəli vərəsələri olduğundan, onlar miras qoyan öldükdən sonra miras əmlakı faktiki qəbul edərək ona yiyələndiklərindən, birinci növbəli vərəsələrdən üç nəfəri miras əmlakda paylarının müəyyən edilməsini x ahiş etdiklərindən, iddiaçılara münasibətdə onların hər birinə 6/1 hissə olmaqla miras əmlakdan pay müəyyən edilməli və miras əmlakın digər vərəsələrə aid hissələri isə açıq saxlanmalıdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıların payları naturada müəyyən edilərkən ədalətli bölgünü təmin etmək üçün mirasın kütləsinə daxil olan əmlakların hər bir növündən paya daxil edilməli və əmlakın bir hissəsinin cavabdehə verilməsi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, miras əmlakın kütləsinə daxil olan əmlakın ümumi qiyməti 12400 manatdır. Belə vəziyyətdə iddiaçıların hər birinin miras əmlakda payı 2066.66 manat qiymətində əmlak təşkil edir. Belə olan halda, İddiaçı1 miras əmlakdaki payı: 500 manat dəyərində 583 əyyarlı nişan üzüyü, 200 manat dəyərində teie vizor, 30 manat dəyərində elektrik samavarı, 100 manat dəyərində paltar yuyan maşın, 100 manat dəyərində video maqnitafon, 300 manat dəyərində üzlük, döşək üzü, dəsmal, süfrə, çay dəsmalı, hamam dəsmalları, süfrələr, 100 manat dəyərində qapı üçün tül pərdə, 90 manat dəyərində büllur badə, 600 manat dəyərində divan-kreslo, 20 manat dəyərində 6 iri dövrə, 20 manat dəyərində 3 mərtəbəli ləbləbi qabı və 5 manat dəyərində süzgəc olmaqla müəyyən edilmiş, İddiaçı2 miras əmlakdakı payı: 1560 manat dəyərində 583 əyyarlı boyunbağı, 150 manatlıq iki nəfərlik taxt, 200 manat dəyərində yemək servizi, 50 manat dəyərində 20 ədəd tort qabı, 25 manat dəyərində şirə çəkən, 20 manat dəyərində divar saatı, 60 manat dəyərində qənt qabı və konfet qabı olmaqla müəyyən edilmiş, İddiaçı3 miras əmlakdakı payı: 600 manat dəyərində 583 əyarlı qolbağı, 200 manat dəyərində uşağa qızıl qolbağı və sırğa, 30 manat dəyərində ət çəkən, 40 manat dəyərində gəlinlik güzcüsü və ləmpə, 80 manat dəyərində sandıq, 30 manat dəyərində gecə lampası, 200 manat dəyərində çay servisi, 150 manat dəyərində 2 qəhvə servisi, 100 manat dəyərində 2 qazan dəsti, 120 manat dəyərində 12 büllur stəkan(armudu), 30 manat dəyərində 12 nəlbəki, 50 manat dəyərində mürəbbə qabı, 100 manat dəyərində 4 büllur kül qabı, 240 manat dəyərində 4 döşək, 100 manat dəyərində taxt üçün örtük olmaqla müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edi lməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5764/2018 saylı qərarı hazırkı iş üzrə qəbul edilmiş apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin qəbul edilməsinə mane deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5764/2018 saylı qərarı vəfat etmiş Abidat Təmrazovaya münasibətdə qəbul edilmiş, onun əmlak payının müəyyən edilməsi barədə olmuşdur. Sadəcə olaraq, Abidat Təmrazova vəfat etdiy indən, prosessual hüquqi varislik qaydasında onun anası iş üzrə icraata cəlb edilmişdir. Hazırkı iş isə vəfat etmiş Abidat Təmrazovanın qanun üzrə vərəsələrinin əmlak paylarının müəyyən edilməsi ilə bağlıdır. Kassasiya şikayətinin mirasın qəbul edilməməsinə dair dəlilinə münasibətdə kollegiya apellyasiya instansiya məhkəməsinin qiymətləndirilməsi ilə razılşaraq qeyd edir ki, mirasa daxil olan elə həmin əmlakların qızının vəfatından sonra onlardan tələb edilməsi faktiki olaraq iddiaçı tərəfin mirasın qəbulunu təsdiq edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)-2082/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7481/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7481/2019
25.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver