Məhkəmə qərarları › İş №2(102)-7482/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7482/2019

06.12.2019 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7482/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2127/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) iddiaçı X1 Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh1 və digərlərinin X2 qarşı “torpaq sahəsinə sahiblik hüququnun bərpa edilməsi və torpaq sahəsindən çıxarılma” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, tərəflər arasında Balakən rayonu, xxx kəndində yerləşən, JN-0243 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqısının bağlanmış hesab edilməsi qət edilib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(107)-2498/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məc idov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Balakən rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia ərizəsi rədd edilib, qarşılıqlı iddia ərizəsi təmin edilərək, X3 x, Cavabdeh2 və xin ümumi birgə mülkiyyətində olan Balakən rayonu, xxx kəndində yerləşən 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin istifadəyə yararlı şəkildə onlara təhvil verilməsi qət edilib. İddiaçı x qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(102)-2522/2019 saylı qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi T.A.Qoldman və G.A.Quliyev) kassasiya ş ikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)2127/2019 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, A.A.Mahmudov və V.İ.Məlikov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Balakən rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qismən- x ilə x arasında Balakən rayonu, xxx kəndində yerləşən, JN-0243 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xin payına düşən 0,40 ha hissəsinin alqı-satqısının ba ğlanmış hesab edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, X7 xya və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və xin mülkiyyətinə verilmiş Balakən rayonu, xxx kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 12116.59 kv.metr torpaq sahəsinə dair Cavabdeh1 və digərləri ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, Balakən rayonu, xxx kəndində yaşayır. Cavabdeh1 və onun ailə üzvlərinə Balakən rayon AİK-nın 17 oktyabr 2002-ci il tarixli, 06 saylı qəra rı ilə 1.29 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilib. Həmin pay torpaq sahəsinə dair onların adlarına “xxx” saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilib və həmin torpaq sahəsi iki ərazidən verilib. Cavabdeh1 və ailə üzvləri çöldə yerləşən 12116.59 kv.metr torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildiriblər. Torpaq sahəsinə ehtiyacı olduğuna görə həmin əmlakı almaq qərarına gəlib. 24 aprel 2004-cü ildə şahidlərin iştirakı ilə Balakən rayonu, xxx Bələdiyyəsində akt tərtib edərək Cavabdeh1 və ailə üzvlərinə məxsus olan 12116.59 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o, vaxtki məzənnə ilə 4.000.000 manata satın alıb. Cavabdeh1 və digərləri pulu aldıqdan sonra torpaq sahələrini ona təhvil veriblər. Həmin vaxt torpaq sahəsinin alqı-satqısında çətinliklər olduğundan və Cavabdeh1 və ailə üzvlərinin sənədləri qaydasında olmadığından torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün olmayıb. 2017-ci ildə Cavabdeh1 və ailə üzvlərindən dəfələrlə tələb etməsinə baxmayaraq onlar notariusa getməkdən imtina ediblər və torpaq sahəsini geri tələb etməyə başlayıblar. Halbuki, 14 ildir ki, torpaq sahəsi onun qanuni istifadəsindədir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 və digərləri isə xya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xnın paylı mülkiyyətində olan Balakən rayonu, xxx kəndində yerləşən 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələblərini onunla əsaslandırıblar ki, onlara Balakən rayon AİK-nın 17 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Balakən rayonu, xxx kəndində yerləşən iki hissədən ibarət olan, cəmi 1,29 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi “xxx” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. x pay torpaq sahəsini zəbt edərək bu günədək oradan qanunsuz istifadə edir. xnın iddia etdiyi torpağın paylı mülkiyyətçisi x anadan gəlmə “serebral iflic” xəstəsidir, İİ qrup əlilidir. X8 müalicəsi ilə bağlı ona 2002-ci ilin aprel ayında pul lazım olub. x həmin dövrdə bələdiyyə sədri olduğuna görə maddi cəhətdən çox imkanlı olduğu üçün ona müraciət edib və həmin dövrün məzənnəsi ilə 1.000.000 manat pul lazım olduğunu bildirib. x ona etiraz etməyib, lakin bunun müqabilində boş kağıza imza atdırıb və mülkiyyətlərində olan torpaq sahəsini 3-4 ilə onun istifadəsinə verməyi təklif edib. O, xnın bu təklifi ilə razılaşıb və boş kağıza imza edib. Bu söhbətdən təxminən beş il keçdikdən sonra torpaq sahəsini ona qaytarmasını xdan xahiş edib, lakin sonuncu onun xahişini rədd edib. Onlar 12116.59 kv.metr torpaq sahəsini xya satmamışlar. Digər tərəfdən torpaq sahəsi paylı mülkiyyətlərində olduğu üçün o, istəsə belə torpaq sahəsini xya sata bilməzdi. Paylı mülkiyyətdə olan torpaq sahəsi yalnız paylı mülkiyyətçilərin hamısının razılığı ilə satıla bilərdi. Eyni zamanda x daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə müəyyən olunmuş 6 illik iddia müddətini ötürdüyünə görə iddia müddətin in tətbiqi ilə bağlı məhkəməyə yazılı ərizə vermişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ilk iddia ərizəsinin təmin edilməyən hissəsində, eləcə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, ilk iddia ərizəsinin bütövlükdə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qəra r qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı x, cavabdehlər Cavabdeh2 və x məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual h üquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- xin payına düşən 0,40 ha torpaq sahəsinə aid hissədə ləğv edib, həmin hissədə ilk iddia ərizəsini rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 567, 646.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “JN-0243” saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Balakən rayonu, xxx kəndin də yerləşən 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon AİK-nın 17 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə mülkiyyət hüququ üzrə Cavabdeh1 və ailə üzvlərinin adlarına qeydə alınıb. Balakən rayonu, xxx kəndində tərtib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş 24 aprel 2004-cü il tarixli akta əsasən, Cavabdeh1 və ailə üzvləri 12116.59 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o, vaxtki məzənnə ilə 4.000.000 manata xya satıb. Balakən rayonu, xxx bələdiyyəsi tərəfindən tərtib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş Cavabdeh1 tərəfindən verilmiş 24 aprel 2004-cü il tarixli iltizama əsasən, Cavabdeh1 özünə düşən 0.41 hektar və oğlu xə düşən 0,40 hektar torpaq sahəsini aralarında olan razılaşdıqları qiymətlə xya satıb və gələcəkdə bununla bağlı hə r hansı tələbinin olmayacağını bildirib. İltizamı özü və ruhi xəstə olan X8 əvəzindən özü imzalayıb. Eləcə də Balakən rayonu, xxx bələdiyyəsində tərtib edilmiş və üzərində bələdiyyənin möhürü vurulmuş Mehmaman Ovçiyev tərəfindən verilmiş 24 aprel 2004-cü il tarixli iltizama əsasən, sonuncu özünə düşən 0,40 ha pay torpaq sahəsini aralarında olan razılaşdıqları qiymətlə xya satıb və gələcəkdə bununla bağlı hər hansı tələbinin olmayacağını bildirib. İltizam Cavabdeh2 özü tərəfindən imzalanıb. Daha sonra işdən görünür ki, Balakən rayon məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən x fəaliyyət qabiliyyəti olmayan hesab edilib və qətnamənin surəti onun üzərində qəyyum təyin edilməsi üçün Balakən rayon İcra Hakimiyyətinə göndərilib. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında tə sdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Oxşar münasibətləri tənzimləyən “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin et məklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını, tərəflərin alqı-satqı müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlmələrini, bununla bağlı özlərinin azad iradə ifadələrini imzaladıqları aktda əks etdirmələrini, həmin vaxt razılaşmanın Cavabdeh1 və ailə üzvlərinin təqsiri üzündən notariat qaydasında rəsmiləşdirilməsinin mümkün olmamasını, sonradan isə bu razılaşmanın onların təqsiri ucbatından notarial qaydada təsdiq edilməməsini, həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair imzalanmış sənədin qanuna zidd olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddia ərizəsini Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində mübahisəli torpaq sahəsini satmamalarını, boş kağıza imza etmələrini, torpaq sahəsini 3-4 il müddətinə istifadə üçün xya vermələrini və sair göstərsələr də tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Daha sonra işdə olan 24 aprel 2004-cü il tarixdə tərtib edilmiş və üzərinə xxx bələdiyyəsinin möhürü vurulmuş akt və həmin tarixdə tərib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş Cavabdeh1 və Cavabdeh2yev tərəfindən verilmiş iltizamlar, hal-hazıra kimi torpaq sahəsinin xnın istifadəsində və sahibliyində olması, hazırki vaxtadək Cavabdeh1 və ailə üzvlərinin torpaq sahəsini geri tələb etməmələri də, Cavabdeh1 və oğlu Mehman Mahmudovun mülkiyyətlərində olan torpaq sahəsini Şamsu xya satmalarını təsdiq edir. Digər tərəfdən mülkiyyətçilərin razılığının olmamasına dair kassatorların kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 222.3-cü maddəsinin tələblərinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o, halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Hazırki işdən isə görünür ki, Cavabdeh1, Cavabdeh2 bir ailənin üzvüləridir və onlar həmin torpaq sahəsini bütün mülkiyyətçilərin razılığı ilə satmışlar. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Ailə Məcəlləsinin 55.7-ci maddəsinin tələblərinə görə, valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Yəni Mülki Məcəllənin 222.3-cü maddəsinə uyğun həll olunur. İddia müddətinin tətbiqi barədə Cavabdeh1 və digərlərinin ərizəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti isə üç il müəyyən edilib (Mülki Məcəllənin 373.2-373.4-cü maddələri). Eyni zam anda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozul masına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərə fdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında müəyyən edilmişdir ki, 2017-ci ilə kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı mübahisə olmamış və Cavabdeh1 və ailə üzvləri torpaq sahəsinin alqı- satqısına dair məhkəmədə hər hansı mübahisə açmamışlar. Cavabdeh1 və ailə üzvlərinin mübahisəli torpaq sahəsinə dair sənədləri qaydasında olmadığına və ya yaşadıqları kənddə olmadıqlarına görə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi mümkün olmamış, 2017-ci ildən başalayaraq isə Cavabdeh1 və ailə üzvləri notariat kontoruna getməkdən imtina etməyə və torpaq sahəsini geri tələb etməyə başlamışlar. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, xnın subyektiv hüququ 2017-ci ildən pozulmağa başladığından, o iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiqinə dair Cavabdeh1 və digərlərinin ərizəsi təmin edilə bilməz. Eyni hüquqi mövqe kassasiya instansiyas ı məhkəməsinin bundan əvvəlki 18 aprel 2019-cu il tarixli qərarında da qeyd edilib. Belə ki, həmin qərarda göstərilir ki, iddia müddətinin axımı 24 aprel 2004-cü il tarixdən hesablana bilməz. Çünki, xnın hüququnun pozulması həmin tarixdən deyil, 2017-ci ildən baş vermişdir. Mübahisəli torpaq sahəsi fasiləsiz və etirazsız olaraq xnın faktiki sahibliyində olmuş və torpaq sahəsindən qanuni sahibi kimi 14 il istifadə etmişdir. Kassasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarında eyni zamanda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olan x tərəfindən ümumiyyətlə 24 aprel 2004-cü il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” akt imzalanmamışdır və o, xəstə olduğu üçün həmin tarixdə tərtib edilmiş iltizamı onun əvəzindən anası Cavabde h1 imzalamışdır. Mülki Məcəllənin 36.2-ci maddəsinin tələbinə görə, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən məcburi göstərişləri araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair akt bağlanarkən, ruhi xəstə olan x məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş və onun üzərində qəyyum təyin edilməmişdir. Belə olan halda xin əvəzindən anası Cavabdeh1 müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Yəni, Cavabdeh1 ruhi xəstə olan oğlu xə məxsus 0,40 ha pay torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi ilk iddia tələbini xə münasibətdə təmin edərkən səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia ərizəsinin təmin edilməsi hissəsində qismən, yəni xin payına düşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi hissəsində ləğv edib, həmin hissədə ilk iddia ərizəsini rədd etmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində birgə mülkiyyətçilərin payları naturada müəyyən edilmədiyindən, eləcə də x məhkəmənin qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz sayıldığından və beləliklə də qarşılıqlı iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığından, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya i nstansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən xə münasibətdə ləğv edib, ilk iddia ərizəsini onu münasibətdə rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar