Məhkəmə qərarları › İş №2(102)-749/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-749/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-749/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh10, X7, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3 İsgəndər oğluna, Cavabdeh4 Ağaələsgər qızına, Cavabdeh5 Ağaələsgər oğluna, Cavabdeh6, Cavabdeh7, X1 və Cavabdeh9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpağın ona qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh10, X7, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3 İsgəndər oğluna, Cavabdeh4 Ağaələsgər qızına, Cavabdeh5 Ağaəl əsgər oğluna, Cavabdeh6, Cavabdeh7, X1 və Cavabdeh9 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpağın ona qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-20/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə X3 Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə verilmiş 400 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X10 kitabında xx.xx.2008-ci il tarixdə 2520 nömrə ilə uçota alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2014-cü il tarixli məktubdan görünür ki, onun torpaq sahəsinə qonşuları tərəfindən müdaxilə edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 04 sentyabr 2014-cü i l tarixdə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin boşaldılması və həmin torpağın özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* saylı çıxarışa əsasən Şamaxı rayon Böyük Xınıslı kəndi ərazisində onun 0,94 ha torpaq sahəsi var. Sənəd üzrə torpaq sahəsinin eni 47,99 metr olmalıdır. Lakin faktiki olaraq həmin sahənin eni 35 metrdir, 18 metr sahə əskikdir. O, dəfələrlə mütəxəssis gətirib ölçdürmüş və ona bildirmişlər ki, ona məxsus sahə cavabdehlər Cavabdeh 10, X9, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3 İsgəndər oğlu, Cavabdeh4 Ağaələsgər qızı, Cavabdeh5 Ağaələsgər oğlu, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh9 tərəfindən hər biri 1,5 metr zəbt olunmaqla cəmi 18 metr azdır. Dəfələrlə cavabdehlərə bildirmişdir ki, hər kəs öz torpağını dəqiq ölçsün. Artıq sahəni boşaldın, amma heç kəs yerini dəqiq ölçdürüb artıq zəbt olunmuş sahəni boşaltmaq istəmir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2016-cı il tarixli, 3070 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatları yerində (naturada) müəyyən edilərək, həmin torpaq sahəsindən qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən istifadə edilməsi və iddiaçıya məxsus pay t orpaq sahəsinin cənub-şərqində 0,03 ha hissəsində fərdi yaşayış evinin inşa olunması müəyyən edilmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi ilə (hakim Təranə Hüseynova) iddia tələbi təmin edilərək İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatlarının yerində (naturada) müəyyən edilərək, iddiaçının pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilmişdir.

8. Məhkəmə tədqiq olunan sübutlara qiymət vərərək hesab etmişdir ki, İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatları yerində (naturad a) müəyyən edilərək, iddiaçının pay torpağının üzərinə sıralama tökülmüş çay daşları götürülməli, torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evi çıxarılmaqla boşaldılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.5, Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. X5 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması hissəsinin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evi inşa edildiyi qənaətinə gəlmək üçün yalnız Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə istinad etmiş, həmin rəyin düzgünlüyünü yoxlamaq üçün nə ekspertiza tədqiqatında məhkəmənin iştirakını təmin etməmiş, nə də müəyyən edilmiş fərdi yaşayış evini inşa etmiş və orada yaşayan şəxs haqqında məlumatların əldə edilməsi üçün heç bir tədbir görməmişdir. Halbuki, iddiaçının torpaq sahəsində inşa edildiyi göstərilən fərdi yaşayış evi ona məxsusdur və iddiaçının torpaq sahəsində yerləşmir. Əgər işə baxılarkən onun məhkəmə iclasında və ekspertiza tədqiqatında iştirakı təmin edilsəydi, müəyyən olunardı ki, onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə iddiaçıya məxsus torpaq sahəsinin arasında başqa şəxsə məxsus torpaq sahəsi də var. Belə olan halda, ona məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi qeyri-mümkündür. Bütün bu halların müəyyən edilməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və həmin ekspertizanın keçirilməsi zamanı onun və məhkəmənin iştirak etməsi zəruridir.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/1267 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi onun naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materiallarında X3 aid texniki sənədlər tam təqdim edilmədiyindən onun faktiki naturada istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh X2 istifadəsində olan torpaq sahəsindəki tikililər İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinə düşmür.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən X2 faktiki istifadəsində olan torpaq sahəsi 0,08 ha təşkil edir. Lakin sxemd ə həmin torpaq sahəsinin ölçüləri göstərilməmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Ağsu LayihəTədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materiallarında cavabdeh X3 aid texniki sənədlər tam təqdim edilmədiyindən İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

16. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/6330 saylı rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsi nin mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu Böyük Xınıslı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə X3 Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə verilmiş X10 kitabında xx.xx.2008-ci il tarixdə 2520 nömrə ilə uçota alınmış 400 kv.metr torpaq sahəsinə aid texniki sənədlər (planı və ölçü sənədi) təqdim edilmədiyindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-20/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Səyyad Qafari) X2 verdiyi apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şik ayəti ilə mübahisələndirilən hissədə, yəni “iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 04 sentyabr 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması səbəbindən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatlarının yerində (naturada) müəyyən edilərək, iddiaçının pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, qətnamə ilə maraqlarına toxunan şəxs apellyasiya şikayəti ilə məhk əməyə müraciət edərək məhkəmə qətnaməsi ilə qət edilmiş iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin ona məxsus olduğunu, iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etmədiyini, (0,03 ha) fərdi yaşayış evinin iddiaçının torpaq sahəsinə düşmədiyini bildirmişdir.

20. Məhkəmə kollegiyası mübahisə ilə bağlı X2 faktiki istifadəsində olan torpaq sahəsində hər hansı tikili (ev, yardımçı tikili və s) inşa edilib-edilməməsi, əgər inşa edilmişdirsə, həmin tikilinin hər hansı bir hissəsinin İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini müəyyən etmək üçün təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş və məhkəmə baxışında tədqiq edilmiş 14 saylı Şama xı Ərazi İdarəsinin mütəxəssis rəyinin, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/6330 nömrəli ekspert rəyinin nəticə hissələrindən aydın olmuşdur ki, X2 faktiki istifadəsində olan torpaq sahəsində evin və yardımçı tikililərin inşa edildiyi və həmin tikililərin hər hansı bir hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsində yerləşmir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir.

22. Məhkəmə kollegiyası həmin ekspert rəyinə əsaslanmaqla hesab etmişdir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə tam uzlaşmamışdır. Başqa sözlə, X2 faktiki istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin və yardımçı tikililərin hər hansı bir hissəsinin İddiaçı mülkiyyətində olan Şamaxı ra yonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi halı sübut olunmamışdır.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (ç), 71, 72, 80.1, 83, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş 3 il müddətdir davam edir və maraqlı şəxs olan Fətullayev Sərxan faktiki olaraq İddiaçı mülkiyyətinə iyan vurulmasında davam etməkdədir. Ərazidə olan şam axaclarını kəsilməklə, qanunsuz yol çəkilməklə, hasarları qoyulmaqla yanaşı faktiki olan torpaq sahəsinin təbiətinə maraqlı şəxs ziyan vurmaqla davam etməkdədir. Maraqlı şəxs faktiki olaraq məsuliyyətsizliyi hiss edərək, İddiaçı torpaq sahəsini qanunsuz olaraq zəbt edir və əlində heç bir sənəd olmadan apellyasiya şikayəti vermişdir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 366-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyy ətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müə yyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfin dən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-20/2022 nömrəli mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar