Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-749/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "Şəki Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "Şəki Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsə qarşı “əmrin ləğvi və işə bərpa tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1052/2023 nömrəli, xx.xx.2023-cü il tarixl i qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 19 fevral 2024-cü ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2021-ci il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanasının Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir.
3. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehn (bundan sonra “cavabdeh” və ya “Mə rkəzi Xəstəxana”) onun işdən azad olunması barədə verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə X2 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almış, xx.xx.2021-ci il tarixdən Mərkəzi Xəstəxananın Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi dövrdən hazıradək daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. X1 rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermiş, həmin qurbanlardan biri də iddiaçı olmuş və xx.xx.2023-cü il tarixdə iddiaçı bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə xitam verilmişdir. Həmin əmr qanunsuzdur.
6. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin dəyişməsi ilə bağlı xitam verilmişdir. Lakin əmək şəraitinin hansı formada dəyişməsi, həmin dəyişmənin nədən ibarət olması barədə iddiaçıya heç bir məlumat təqdim edilməmişdir
7. İddiaçı sözügedən əmrlə razılaşmadığı üçün müvafiq instaniyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişdir. Lakin mediasiya mərhələsində mü bahisənin həlli mümkün olmadığı üçün ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məclləsinin 9, 12, 55, 56, 74, 83, 84, 288, 290 və 300-cü maddələrinin müvafiq hissələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edəərk göstərmişdir ki, əmək şəraitinin dəyişməsinin nədən ibarət olduğunun əsaslandırılması üçün cavabdehə sorğu ünvanlasa da, həmin sorğuya cavablandırılmamışdır. İddiaçının işdən çıxarılma səbəbləri barədə məlumat verilməmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı məişət avadanlığı ustasıdır, onun diplomunda da texniki avadanlıqlar üzrə mütəxəssis yazılmışdır. Lakin həmin vəzifənin təlimatında tibb avadanlıqları üzrə ali təhsilli mütəxəssis olması tələb olunur. Eyni zamanda həmin vəzifədə işləyən işçi 137 saat müvafiq dərs keçməli və 3 il iş stajına malik olmalıdır. Bundan başqa, iddiaçı əvvəlcədən məlumatlandırılmış və ona xəstəxanada xəzinədar işi təklif olunmuşdur ki, həmin vəzifə üzrə əmək haqqı da hazırkindən 150 manat artıqdır. Lakin iddiaçı qeyd edilən təkliflə razılaşmamışdır. Həmçinin iddiaçının təhsil aldığı dövrdə həm də işləmişdir ki, bu da onun diplomunun saxta olması ilə bağlı şübhələr oyadır.
11. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı işdən azad edilməsi barədə cavabdeh "Şəki Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ 6- 71/3-1-6/2023 saylı əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanasi" Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. (hakim Pərviz Hacıyev)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 15 sentyabr 2010-cu il tarixdə X2 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Mərkəzi Xəstəxananın Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Mərkəzi Xəstəxananın 10 mart 2023-cü il tarixli əmrilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir.
13. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə istinadən göstərmişdir ki, qanunvericilik hansı hallarda işçi ilə işəgötürən arasında münasibətlər gözlənilməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verildiyini müəyyən etmişdir. Həmçinin əmək qanunvriciliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.
14. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bən di, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilsə də, əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi, eyni zamanda dəyişdirilmiş şərtlərin nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 3, 45, 46, 47, 56, 68, 73, 74, 75, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. b) apellyasiya instansiya məhkəməsində icraat
16. Cavabdeh аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Xəstəxana iddiaçının və bir sıra digər işçilərin tutduqları vəzifədə işləmələrinin ixtisaslarına uyğun olubolmaması barədə 23 yanvar 2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsə PHŞ-6-71/2-27/2023 nömrəli sorğu göndərmişdir. Sorğunun göndərilməsində məqsəd vətəndaşlara göstərilən xidmət səviyyəsinin və müraciət edən xəstələrin həyat və sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi yardımın keyfiyyətinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi olmuşdur. 22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin Mərkəzi Xəstəxanaya ünvanladığı PHŞ-6/2-1008/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsində çalışan İddiaçı və bir sıra digər işçilərin sənədlərinə baxış keçirilmiş, nətic ədə namizədlərin göstəricilərinin çalışdıqları vəzifələrin ixtisas tələblərinə uyğun gəlmədiyi aşkar edilmişdir. Bununla bağlı, hazırki iş üzrə iddiaçıya məlumat verilmiş və ona ixtisasına uyğun bir neçə alternativ işlər təklif edilmişdir. Lakin iddiaçı bu təkliflərin heç biri ilə razılaşmamışdır. Bundan sonra Mərkəzi Xəstəxananın 10 mart 2023-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir. Son dövrlər bütün sahələrdə, o cümlədən tibb sahəsində çox böyük islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq Mərkəzi Xəstəxana müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Bu avadanlıqlardan istifadə edilməsi xüsusi bilik tələb edir. Birinci instansiya məhkəməsi isə qeyd edilən bu hallarla bağlı hər hansı araşdırma aparmamışdır.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən iddiaçının ixtisasının onun vəzifəsinin ixtisas tələblərinə uyğun gəlmədiyi səbəbi ilə işdən çıxarıldığı görünür. Halbuki iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişməsi əsası ilə xitam verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi obyektiv əsasa söykənməlidir. Belə əsas kimi istehsalın profilinin dəyişməsi, yeni texnologiyanın tətbiqi, bəzi istehsalatların dayandırılması (bağlanması), yaxud azaldılması, digər istehsalatın genişləndirilməsi və s. çıxış edir. Əgər istehsalın və əməyin təşkilindəki bu dəyişikliklər əmək şəraitinin şərtlərinin dəyişdirilməsini tələb edirsə, bu dəyişikliklər mümkün və hüquqauyğundur. Yox, əgər istehsalın və əməyin təşkilində dəyişikliklər mövcud deyildirsə, deməli, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün də əsas yoxdur. Yəni, işçinin ixtisasının tutduğu vəzifənin tələblərinə uyğun gəlməməsi əmək şəraitinin şərtlərinin dəyişməsi demək deyildir.
21. Apellyasiy a instansiyası məhkəməsi göstərmişdir ki, apellyator xəstəxanaya yeni avadanlıqlar gətirildiyini qeyd etsə də, həmin yeni avadanlıqların tətbiqinin iddiaçının tutduğu vəzifəyə hansı təsirlərinin olması, yəni konkret olaraq iddiaçının əmək şəraitinin dəyişilməsinin nədən ibarət olması aydınlaşdırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddiya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğöun olaraq eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin müha fizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqav ilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə
55. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Maddə
56. Əmək şəraitinin şərtlərinin dəyişdiril məsi
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyi şdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər Maddə 68. (2) “c” bəndi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzər də tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 2
5. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırk i şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
30. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsi ni qanunsuz hesab etmişdir. Həmin normaya görə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
31. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
32. Cavabdeh iddiaya etiraz kimi iddiaçının tutduğu vəzifənin onun ixtisas tələblərinə uyğun gəlmədiyinə istinad etmişdir.
33. İşdən görünür ki, cavabdeh (işəgötürən) öz etirazının əsası kimi iddiaçının tutduğu vəzifənin onun ixtisas tələblərinə uyğun gəlmədiyinə əsasən iddiaçının əmək müqaviləsi xitam verdiyini göstərsə də, iddiaçının əmək müqaviləsinə tamam başqa əsasla – əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir. Halbuki tutduğu vəzifənin onun ixtisas tələblərinə uyğu n gəlməməsi əsası ilə işçinin (iddiaçının) əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin digər normaları ilə və başqa qaydada nizama salınır.
34. Eyni zamanda işə mahiyyəti üzrə baxan məhkəmələrdə cavabdeh əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Baxmayaraq ki, əmək şəraitinin şərtlərini nədən ibarət olması, həmin əsasla əmək müqaviləsinə xitam verilməsinin şərtləri və qaydaları, Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinin yolverilməzliyi yuxarıda qeyd edilən normalarda konkret göstərilmişdir. Başqa sözlə, işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün istinad etdiyi halın qanuni əsası olmamışdır.
35. Bununla d a tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmaqla, gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda şərh edilənlər baxımından əsassız sayır.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.