Məhkəmə qərarları › İş №2(102)-7494/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7494/2021

27.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7494/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9522/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən v erilmiş kassasiya şikayətləri üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 2.1-ci bəndinə əsasən nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin h əyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22.07.2020-ci i l tarixli aktın məzmununa əsasən Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Bu hal iş materiallarında olan İddiaçı tərəfindən 23.07.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubla da təsdiq olunur. Cavabdeh 28.07.2020-ci il tarixli **********4 saylı əmrinə əsasən Nazir liyin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı müəssisənin ləğvi ilə əlaqadar olaraq Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 17.11.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 28.07.2020-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – cavabdehvə ya Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyul 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə b ərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, 17.11.2016-cı ildən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirmiş, barəsində heç bir intizam tənbehi tədbiri görülməmişdir. 28.07.2020-ci il tarixdə əmək müqaviləsinə "xxxx" əsası ilə xitam verilmişdir. Müəssisənin ləğvi o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə yeni yaradılmış publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, hüquqi şəxsin çevrilməsi baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməklə əmək müqaviləsinə xitam verilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğvetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı status unu itirdiyindən orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olu nub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. Onu da qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazması və işdən azad olunması ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və azyaşlı övladına baxdığı üçün işə çıxmasının mümkunsuz olduğunu bildirmiş, buna baxmayaraq Nazirliyin kadrlar şöbəsinin bi r neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazması üçün təzyiq göstərmişdirlər. Nəhayət Nazirliyin 28.07.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki, 12.02.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ona övladının üç yaşına çatanadək sosial məzuniyyət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov, iş № 2(004)4414/2020) 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə ba ğlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan - iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70ci maddəsinin «a» bəndi ilə ləğv etməklə bağlı əmr verməkdə haqlı olmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Xəyal Sarıyev, Emin Mehdiyev və Şərafət Məmmədova, iş № 2(103)-1830/2021) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə özünün işə götürən səlahiyyətlərini itirdiyindən, işə bərpa ilə bağlı iddiaçının tələbi əsaslı hesab oluna bilməz. Əmək Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1076 saylı Fərmanının 2-ci hissəsi ləğv edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd olunurdu ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əha linin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondu icra hakimiyyəti orqanı olmuş, sonradan Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlar müəssisənin ləğv olunması kimi qiymətlə ndirilməlidir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Vüqar Həsənov, Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) 2(102)-4671/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirlən əmrin 2-ci bəndində iddiaçının dövlət qulluğuna xitam verilməsi qeyd edilir. Lakin məhkəmələr işə mahiyyəti üzrə baxılmazdan əvvəl iddiaçı ilə işəgötürən arasında xidməti hüquq münasibətlərinin olub-olmaması aydınlaşdırmalı, belə münasibətlərin yaranması halında isə işin məhkəmə aidiyyəti ilə bağlı məsələni müzakirə etməli və məhz bundan sonra iddiaçının və cavabdehin etirazının dəlillərinin qiymətləndirilməsi təmin edilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı müzakirə aparmamışdır. Halbuki MPM-in 32.3-cü maddəsinin tələbi baxımında hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Baxılan iş üzrə iddiaçının inzibati vəzifə tutması mübahisəsizdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göstərilən prosessual məsələnin aydınlaşdırılmasından sonra isə apellyasiya instansiyası məhkəməsi istinad etdiyi dəlillərə (analıq məzuniyyətində olduğu müddətdə əmrin verilməsi, onun işlədiyi müəssisənin ləğv prosesində olmadığı, yalnız Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yeni hüquqi şəxsin yaradılması ilə bağlı çevrilmə yolu ilə yeni müəssisənin yaradılması, bu halın isə ləğvetmə ilə bağlılığının olmaması) və digər formal əsaslarla deyil, işdə olan sübutlar və maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsini təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Məhkəmə kassasiya məhkəməsinin qərarandakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən cavabdeh qismində qoyulmuş Nazirlik inzibati orqandır və baxılan iş üzrə iddiaçının inzibati vəzifə tutması mübahisəsizdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında olmalıdır. Məhkəmə hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, müb ahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müzakirə etməmişdir. Qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Məhkəmə qeyd etmişdir ki, fiziki şəxs olan iddiaçının dövlət qulluqçusu olması işdən çıxarılma barədə cavabdeh tərəfindən verilmiş əmrin 2-ci bəndindən aşkar görünür. İddiaçı dövlət qulluqçusu olmasa da, iddiaçının inzibati vəzifə tutması mübahisəsiz olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyi təqdirdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, Nazirliyin **********4 nömrəli əmrinə əsasən 28.07.2020-ci il tarixində əmək müqaviləsinə "xxxx" əsası ilə xitam verilmişdir. Müəssisənin ləğvi o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasın da başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Apellyasiya instansiyası məhkəməsi aidiyyət məsələsi tam araşdırı lmadan işə inzibati məhkəmədə baxılması əsas gətirilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluqçusu kimi işləməmişdir. Belə ki, həmin şəxs müddətli əmək müqaviləsi əsasında işləmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh qismində qoyduğu Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi nəzərdə tutulsa da, həmin orqana qarşı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qəra rının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyy ən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən kassasiya şikayətləri üzrə mülki işə Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti verən tərəflər qərardadı tam mübahisələndirdiklərindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğu ilə bağlı dəlillər irəli sürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadla hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalı olması əsası ilə mülki işin icraatına xitam vermişdir. Ona görə də, şikayətin bu dəlilləri üzrə məhkəmə hər hansı bir qiymətləndirmə aparmır. İddiaçı kassasiya şikayətində məhkəmənin adiyyət məsələsini araşdırmadığını qeyd etmiş, lak in bu halı əsaslandırmamış, məhkəmə tərəfindən hansı prosessual normanın pozulmasını göstərməmişdir. Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalı olması barədə qənaəti “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinin tələblərinə uyğun olmuşdur. Həmin bənddə ifadə edilmiş hüquqi mövqeyə görə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar müb ahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Nazirliyin inzibati orqan olması və iddiaçının inzibati vəzifə tutması mübahisəsizdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verməsi barədə qənaəti düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9522/2021 nömrəli iş ü zrə 20 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar