Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7499/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı Y2qızının, onun vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi X4 və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə, 3-cü şəxs “xxxx” MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməs i, çıxarışın ləğvi, mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 5 saylı DNK-nın 14.05.2013cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Y2qızının XXX saylı mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ər izə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mülkiyyətində olan XXX saylı mənzilin boşaldılması və İddiaçı Y2qızına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 2(004)-2415/2019 saylı 12 mart 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli) 10 iyul 2019-cu il tarixli 2(103)-7941/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı 12 mart 2019-cu il tarixli qətnaməsi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil v erilməsi” barədə iddia tələblərinin rədd edildiyi hissələrdə ləğv edilərək həmin hissələrdə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 5 saylı DNK-nın 14.05.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriyalı 31.05.2013-cü il tarixli çıxarış ləğv edilmiş, XXX saylı mənzil Cavabdeh2 tərəfindən boşaldılması və mənzilin İddiaçı Y2qızına təhvil verilməsi, Bakı şəhəri 5 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən notariusun bankda olan depozit hesabına ödənilmi ş 113.025 manat pulun Cavabdeh1 tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli) 10 iyul 2019-cu il tarixli 2(103)-7941/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı 12 mart 2019-cu il tarixli qətnaməsi – “İddiaçı Y2qızının XXX saylı mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək mülki işin icraatına həmin hissədə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 sa ylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qətnaməsinin ləğv edilərək İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, XXX ilə bağlı sənədləşmə Bakı şəhəri İcra Hakimiyyətinin 13.12.2006-c ı il tarixli 363 nömrəli sərəncamı ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 adına verilmiş 25.12.2006-cı il tarixli order, “xxxx” MTK üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 nömrəli protokoldan çıxarışı, 03.04.2013-cü il tarixli maliyyə arayışı və digər sənədlər əsasında 04.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. 14.05.2013-cü il tarixdə Bakı şəhəri 5 saylı DNK-da bağlanmış 4Ə01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan müvafiq mənzili Cavabdeh2 satmışdır. Bununla bağlı Cavabdeh2 adına 31.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyat aparılaraq, ona RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi, müvafiq mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində qeyd olunan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bununla bağlı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Həmçinin, iddiaçının müvafiq mənzilə hüququnun olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçının sözügedən mənzil barəsində iddia qaldırması üçün subyektiv hüququ olmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan halı əsassız olaraq araşdırmamış, nəzərə alınmamış, qanunsuz və əsassız olaraq İddiaçı iddia tələbini təmin etmiş, sözügedən məhkəmə qətnamə si qanuna müvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Məhkəmə tərəfindən aidiyyəti hüquq normalarına istinad edilməmiş, istinad edilmiş hüquq normaları düzgün təfsir edilməmişdir. Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi Cavabdeh1 adına verilmiş order hüquqverici sənədlərin saxtalaşdırılması yolu ilə əldə olunduğundan onun həmin mənzilə dair sahiblik və istifadə hüquqları yaranmaması, o cümlədən onun həmin mənzilə sərəncam vermək hüququ olmaması, buna görə də onun mübahisəli mənzilə dair əqdin satıcısı kimi çıxış edə bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə qətnamənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən hüquq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaət ə gəlmişdir ki, mübahisəli mənzilin alqı-satqısına dair 14.05.2013-cii il tarixli müqavilə bağlanarkən Cavabdeh1 həmin mənzilə sərəncam vermək hüququ olmamışdır (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur). Bu baxımdan həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir və bağlandığı andan etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Lakin Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2012-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və İddiaçı Y2qızının iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali məhkəməsinin 22 noyabr 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015-ci il tarixli qərarı qəbul edilənə kimi qüvvədə olmuşdur. Mübahisəli mənzil 04.05.2013-cıi il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmış, o da mülkiyyət hüquqlarından istifadə edərək həmin mənzili 14.05.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də Cavabdeh2 113025 manata satmışdır. Mübahisəli mənzil Cavabdeh2 tərəfindən əldə edilərkən mənzilin özgəninkiləşdirilməsinə dair hər hansı bir qadağa olmamış və mənzil hər hansı bir şəkildə yüklü edilməmişdir. X X8 X1 Y2qızını və Cavabdeh1 əvvəllər tanımamış, onların arasında məhkəmə mübahisələrinin olmasını bilməmiş və mənzili sonuncunun mülkiyyətinə dair hüquq müəyyənedici sənədləri ilə tanış olaraq onların mötəbərliyinə şübhə olmadığı, eləcə də, mənzil satıldıqda mənzilin üzərində hər hansı bir həbs və ya digər məhdudiyyət olmamasına dair rəsmi sənəd notariata təqdim olunduğu üçün sərbəst qaydada həmin mənzili əvəzli qaydada alqısatqı müqaviləsinə əsasən əldə etmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin alqı-satqıya dair müddəalarının pozulması halları müəyyən edilməmişdir. İşə baxan Bakı Apellyasiya məhkəməsi işin faktiki hallarını təhrif edərək elə bir görüntü yaratmışdır ki, guya mənzil satılarkən mənzilin hüquq müəyyən edici sənədləri saxtalaşdırılmış və bu barədə qanuni qüvvəyə minmiş Qərar olmuşdur. Bakı Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki halları ilə tam təkzib edilir. İddiaçı şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Abdulla Əliyevin 12 avqust 2013-cü il tarixli qərarı ilə Cavabdeh1 hüquq-verən sənədləri saxtalaşdırdığına (bilə-bilə saxta sənəddən istifadə etməklə mənzilə dair 016065 saylı 25.12.2006-cı il tarixli order almasına) görə barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə cinayət işi başlanılmış, həmin idarənin müstəntiqi Abdulla Əliyevin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 dekabr 2013-cü il tarixli qərarı ilə Cavabdeh1 əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmiş və Cavabdeh1 cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdi. Cavabdeh1 14.05.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh2 113.025 (yüz on üç min iyirmi beş) manata satmışdı r. İşin qeyd edilən bu halından görünür ki, mənzil satılarkən Cavabdeh1 münasibətdə heç bir cinayət işi açılmamışdır. Yəni, mənzil 14.05.2013-cü ildə satılmış, cinayət işi isə ondan 3 ay sonra 12 avqust 2013-cü il tarixdə açılmışdır. Bakı Apellyasiya məhkəməsi isə işin qeyd edilən halını bilərəkdən təhrif etmiş və nəticədə Yasamal rayon məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə nail olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarsızlığı əsasları hazırki işdə mövcud olmamışdır. Bakı Apelyasiya məhkəməsi mübahisədə əqdin etibarsızlığının mövcud olması nəticəsinə gəlməkdə heç cür haqlı olmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasını iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil2, Cavabdeh2, o nun nümayəndəsi X7 və vəkili Vəkil1 kassasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı Y2qızı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyən edilən faktiki hallarından görünür ki, İddiaçı Y2qızının əri X1 26 noyabr 2009-cu il tarixdə vəfat etmiş, əri sağlığında ünvan 1 ünvanda “xxxx” MTK-nin inşa etmiş olduğu binanın 2 otaqlı, 10 saylı mənzilini həmin vaxt order əsasında həmin mənzilin sahibindən pulunu ödəyərək almış, lakin həmin vaxt mənzilin orderi hazırda cavabdeh olan doğma bacısının qızı Cavabdeh1 adına rəsmiləşdirilmiş və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sonuncuya 25 dekabr 2006-cı il tarixli, 016065 saylı order verilmişdir. Lakin Cavabdeh1 və onun ailə üzvləri bir gün də olsun həmin mənz ildə yaşamamışlar. Qeyd edilən mənzil alınan vaxtdan iddiaçı və onun ailəsinin sahibliyində olmuş, həmin mənzil kirayə müqavilələri əsasında kirayəyə verilmiş və kirayə haqları da onların tərəfindən alınmışdır. İddiaçının əri 26 noyabr 2009-cu il tarixdə vəfat etdikdən 23 gün sonra, yəni 19 dekabr 2009-cu il tarixdə Cavabdeh1 notariat qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTK-nə müraciət edərək mənzilin və kooperativdəki payının iddiaçının adına keçirilməsini xahiş etmişdir. Mənzilin iddiaçının adına keçirilməsi üçün Cavabdeh1 ərinin də razılığı tələb olunduğundan sonuncu müxtəlif bəhanələrlə razılıq ərizəsi yazmaqdan yayınmışdır. Sonradan Cavabdeh1 bildirmişdir ki, mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün heç bir hərəkət etmək niyyətində deyil, tezliklə mənzili özgəninkiləşdir mək niyyətindədir. Buna görə də iddiaçı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Y2qızının Cavabdeh1 və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanda yerləşən binanın 2 otaqlı, 10 saylı mənzilinə dair verilmiş 25 dekabr 2005-ci il tarixli 018065 saylı order eti barsız hesab edilmiş, Təməl -N mənzil Tikinti Kooperativi üzvlərinin Ümumi İclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolu qismən -Cavabdeh1 həmin Kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız hesab edilmiş, 23 aprel 2005-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, X3 vərəsəsi olan X1 X6-N MTK-ya payçı kimi qəbul edilmiş və mənzilə dair maliyyə arayışının İddiaçı Y2qızının adına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Yasamal rayon Məhkəməsinin 10 fevral 2012ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2012 -ci il tarixli qətnaməsi ilə kassasiya şiakayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Y2qızının iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ilə İddiaçı Y2qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli 2(102)-3892/2012 saylı qərarına əsasən yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən, etibarsız və onun əsasında verilmiş iclas p rotokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair” iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 oktyabr 2015-ci il tarixli 13(102)7(k)/2015 saylı qərarı ilə A zərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və İddiaçı Y2qızının ərizəsinə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yeni açılmış hal üzrə 28 mart 2016-cı il tarixli 13(102)-1/2016 saylı qərardadı ilə İddiaçı Y2qızının yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli 2(102)-3892/12 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasını n 27 may 2016-cı il tarixli 2(102)-2602/2016 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı 18 iyun 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Yasamal rayon məhkəməsinin 10 fevral 2012-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. Lakin bu zaman müəyyən olunmuşdu ki, mübahisəli mənzilə Cavabdeh1 mülkiyyət hüququ 04.05.2013-cü il tarixdə qeydiyyata alındığından 14.05.2013-cü il tarixdə, 5 saylı Notariat Kontorunda 4Ə-01-231 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı- satqı müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh2 113025 manata satılmış və sonuncunun adına 31.05.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışd ır. Bununla bağlı İddiaçı 5 saylı DNK-da Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki işin mübahisəli halları kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması və Cavabdeh2 vicdanlı alıcı olub-olmamasını araşdıraraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 149.2, 152.5, 157.2, 182.2, 324.4, 337.1, 337.4, 337.5, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddələrinə istinad edərək hesab etmişdir ki, alqı-satqı müqaviləsi Cavabdeh1 adına reyestrdə aparılm ış qeydin yaratdığı hüquqi nəticəyə- onun mənzilə olan mülkiyyət hüququna əsaslanır, hansı ki, həmin mülkiyyət hüququna dair 04.05.2013-cü il tarixli dövlət reyestrindən çıxarış adına 016065 saylı 25.12.2006-cı il tarixli saxtalaşdırılmış order əsasında verilmişdir. Cavabdeh1 adına verilmiş order hüquqverici sənədlərin saxtalaşdırılması yolu ilə əldə olunduğundan onun həmin mənzilə dair sahiblik və istifadə hüquqları yaranmamış, o cümlədən onun həmin mənzilə sərəncam vermək hüququ olmamışdır, buna görə də o, mübahisəli mənzilə dair əqdin satıcısı kimi çıxış edə bilməzdi. Bu baxımdan onun ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır. Müqavilə etibarsız olduğuna görə onun əsasında Cavabdeh2 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat və bunun əsasınd a verilmiş reyestrdən çıxarış Mülki Məcəllənin 337.4-cü maddəsinə uyğun olaraq ləğv olunmalı, alqısatqı müqaviləsi üzrə mübahisəli mənzilin dəyəri qismində Cavabdeh1 verilmiş 113.025 manat pul həmin şəxsdən alınaraq Cavabdeh2 verilməlidir. Cavabdeh2 mənzilə görə Cavabdeh1 müqavilədə göstəriləndən artıq məbləğdə pul verdiyini bildirsə də, alqı-satqı müqaviləsində həmin pulun verildiyi göstərilmədiyinən Cavabdeh2 alqı-satqı müqaviləsində göstərilməyən artıq pul vəsaitinin qaytarılması, eləcə də ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ayrıca iddia qaldırmaq hüququ izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı əldə edən olub-olmaması ilə bağlı qeyd etmişdir ki, o, mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeyd ə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin o, mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Həmçinin də, alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh2 mənzili vicdanlı şəkildə əldə etməsi halı da həmin müqavilənin etibarsız sayılmasına mane olmur. Belə ki, qanunvericilikdə vicdanlılıq daşınmaz əşyalarla bağlı əqdin etibarsızlığına mane olan hal kimi müəyyən edilməyib. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.05.2013-cü il tarixli çıxarış hazırki işdə mübahisələndirilməsə də, həmin çıxarışın Cavabdeh1 tərəfindən mübahisəli mənzilə dair hüquqverici sənədlərin saxtalaşdırılması (cinayət) yolu ilə aldığı order əsasında verildiyini nə zərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, bu hal 04.05.2013-cü il tarixli çıxarışın verilməsi üçün əsas olmuş sənədin (orderin) etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu baxımından Cavabdeh1 Cavabdeh2 ilə bağladığı 14.05.2013-cü il tarixli alqı-satqı müqaviləsi və onun hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə mane olmur. Həmçinin bu hal həm də iddiaçının Cavabdeh1 adına verilmiş 04.05.2013cü il tarixli çıxarışı məhkəmə qaydasında mübahisələndirmək hüququnu da istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olmadığına və maddi hüquq normalarının düzgün tətbiq və təfsir edilmədiyinə görə əsaslı və qanuni sa yıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması hissəsinə qiymət verərkən ilk növbədə İddiaçı Y2qızının həmin mənzillə bağlı iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2012-ci il tarixli iş üzrə yekun qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il qərarı ilə ləğv edilənə qədər qüvvədə olmasına və mübahisəli mənzilə dair mülkiyyət hüquqları 04.05.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alındığından 14.05.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılarkən mənzilin özgəninkiləşdirilməsinə dair h ər hansı bir qadağa olmamasına və onun hər hansı bir şəkildə yüklü edilməməsinə diqqət yetirməmiş, işin bu halına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qeyd edilən normaya əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdi r: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulma sından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin əqdin subyektiv tərkibinə aid edilən şərtin pozulması ilə bağlandığına görə etibarsız hesab etmiş, bu əqdin etibarlılığının Cavabdeh1 adına reyestrdə aparılmış qeydin etibarlılığından asılı olmasına, Cavabdeh1 mənzilə olan mülkiyyət hüququna dair dair 04.05.2013cü il tarixli dövlət reyestrindən çıxarışın isə onun adına 016065 saylı 25.12.2006-cı il tarixli saxtalaşdırılmış order əsasında verilməsinə əsaslanmaqla həmin şəxsin mənzil üzərində sərəncam vermək hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına verilmiş orderin saxtalaşdırılması faktının mövcudluğu və onun mənzilə dair mülkiyyət hüququnun saxta olduğu müəyyən edilən sənədlər əsasında qeydə alınması cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, sonuncu bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı alıcı olub-olmaması ilə bağlı qiymətləndirmə apararkən işin bu halı üzrə düzgün hüquqi mövqe nümayiş etdirməmiş, ilk növbədə işin ən əsas və diqqətəlayiq məqamı olan Cavabdeh2 İddiaçı Y2qızı və ya Cavabdeh1 ilə əvvəllər bir-birilərini tanıyıb-tanımamalarını, onların arasında mənzillə bağlı məhkəmə mübahisələrinin olmasını bilib-bilməməsini, bilmiş olsa belə müqavilə bağlanan zaman həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının mövcud olmasını, mənzilin Cavabdeh1 mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu qeydin mötəbərliyinə şübhə etmək üçün hansı əsasların olubolmamasını təhlil etməyərək, onun mübahisəli alqı-sa tqı müqaviləsini bağlayarkən hansı formada ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməli olmasını açıqlamamışdır. Kollegiyanın qənaətinə görə Cavabdeh1 mənzili öz adına rəsmiləşdirərərk 04.05.2013-cü il tarixdə çıxarışı əldə etdikdən cəmi 10 gün sonra- 14.05.2013-cü il tarixdə mənzili Cavabdeh2 satmasına sonuncunun nəyə görə diqqət yetirməli olması və hansı əsaslara görə sadalanan hərəkətlərin gedişatı ona məlum olsa belə, bu halları şübhə altına alıb hansı formada sayıqlıq və ehtiyat nümayiş etdirməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi anlaşılan deyil. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində daşınmaz əmlakla bağlı vicdanlı alıcı ilə bağlı qanunvericilik normalarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında nümayiş etdirdiyi hüquqi mövqelər ə istinad edərək, hətta bəzi məqamlar üzrə müəyyən şərhlər versə də, bu normaları düzgün təfsir etməmiş, istinad etdiyi hüquqi mövqelərə, qanunvericilik normalarına zidd olaraq alıcı Cavabdeh2 mənzili vicdanlı şəkildə əldə etməsi halının həmin müqavilənin etibarsız sayılmasına mane olmaması, qanunvericilikdə vicdanlılıq daşınmaz əşyalarla bağlı əqdin etibarsızlığına mane olan hal kimi müəyyən edilməməsi, Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququnun saxlanmasının iddiaçının ev üzərində mülkiyyət hüququnu pozması kimi qənaətə gəlmişdir. Məhkəmə kollegiyası bununla bağlı məhkəmənin analogiya üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182-ci maddəsinin hazırki mübahisəyə tətbiqini və həmin Məcəllənin 149.2-ci maddəsinin təfsirini də düzgün saymır. Bununla bağlı məhkəmə kollegiyası q eyd edir ki, Cavabdeh2 mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Cavabdeh2 iddiaya etirazının əsası da ondan ibarətdir ki, o, mənzil satıldıqda mənzilin üzərində hər hansı bir həbs və ya digər məhdudiyyət olmamasına dair rəsmi sənəd notariata təqdim olunduğu üçün sərbəst qaydada həmin mənzili əvəzli qaydada alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Göründüyü kimi, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Sözüg edən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qo runmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi ta nınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “X1şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarınınməcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Kollegiya həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06.12.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edilən qərarında daha sonra göstərir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud ol duğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydalarının icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olun ması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi mövqeyi qətnamədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının və sadalanan digər qərarlarının, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent əhəmiyyətli qərarlarının da tələblərinə uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsini hazırki mübahisəyə tətbiqini də əsaslandırmamışdır. Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə qeyd edilən normada tələb edilən üç dispozisiya şərtinin birgə mövcudluğunu əsaslandırmadığı üçün həmin normanın hazırki mübahisəyə tətbiqi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestr indən verilmiş 04.05.2013-cü il tarixli çıxarışın hazırki işdə mübahisələndirilməməsini qeyd etsə də, faktiki olaraq iddiaçı tərəfin məhz həmin sənədin qanuniliyini mübahisələndirməməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kollegiyanın qənaətinə görə iddiaçı mübahisəli mənzilə dair hüquqlarını pozulmasını iddia etdiyi halda, ilk növbədə bu hüququnu pozan şəxsə, yəni, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.05.2013-cü il tarixli çıxarışı mübahisələndirməli olduğu halda, bunu etməyərək birbaşa onun adına verilən, alqı-satqı müqaviləsi bağlanan vaxt hüquqi qüvvəsi olan çıxarışa əsasən həyata keçirilmiş alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki və həqiqi araşdırılmış halları baxımından iddiaçının Cavabdeh1 adına verilmiş 04.05.2013-cü il tarixli çıxarışı məhkəmə qaydasında mübahisələndirmək hüququnu da istisna etməməsini qeyd etmək əvəzinə, onun hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü mötəbər sübutlar əsasında Cavabdeh1 daşımalı olmasına, mübahisəli əmlakı isə qanuni əsaslarla əldə etmiş şəxsin (cavabdehin) hüquqlarının xələl görməli olmamasına hüquqi qiymət verilməsi daha məqsədəuyğun və ədalətli olardı. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilmə si ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Sözügedən Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Mə mmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış e tməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalə tlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarsızlığı əsaslarının hazırki işdə mövcud olub-olmamasını tam araşdırmamaqla gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilm əmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh o lunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)7941/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7499/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7499/2019
25.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver