Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-75/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-75/2024 (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(103)-4497/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh ”Azərbaycan Televizya və Radio Verilişləri” QSC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 13 fevral 2020-ci il tarixli əmək müqaviləsinə görə iddiaçı “sex rəisi” vəzifəsinə işə qəbul olunmuşdur. 2. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinə əsasən, QSC-nin STS Kompleksinin, X1 sexinin rəisi İddiaçı və Peyk və X6 növbə rəisi X5 arasında xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ezamiyyətdə olarkən avarçəkmə yarışının canlı yayımı zamanı insident yaşanmışdır. Belə ki, İddi açı qəsdən əmək funksiyasını, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq STS Kompleksinin, STS sexinin rəisi İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işdən azad olunması ilə əlaqədar onunla yekun haqqhesab aparılması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" QSC-yə ( bundan sonra cavabdeh və ya QSC) qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilməmiş ezamiyyət pullarının, mediasiya şurasına ödənilmiş 50 manat və vəkil xidmətindən istifadə etdiyinə görə 210 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, o, 2005-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix ə kimi STS kompleksinin STS sexinin rəisi vəzifəsində işləmişdir. İşdən azad olunmağına səbəb kimi 2022-ci ilin ilin oktyabr ayının 23-də, əslində xx.xx.2002-ci ildə Mingəçevir şəhərində ezamiyyətdə olarkən avarçəkmə yarışının canlı yayımı zamanı Peyk və Yerüstü yayım sxeminin növbə rəisi X5 ilə aralarında insidentin yaranması olmuşdur. Bu barədə ondan və Elvin Yusiflidən izahat alınmışdır. Baş vermiş insidentlə əlaqədar izahat yazmışdır. Cavabdehin əmri tam qanunsuz və əsassızdır. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 765 K/d saylı əmrinin məzmununda onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad etməklə tutduğu vəzifədən azad olunmaqla əmək müqavilə sinə xitam verilmişdir. Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. O, həmkərlar təşkilatının üzvüdür və hər ay əmək haqqısından üzvlüyə görə pul tutulur. İşdən azad olunmağı ilə əlaqədar həmkərlar təşkilatının nə iclası keçirilib, nə də onun yazılı razılığı alınıb. O, işlədiyi müddət ərzində üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hər hansı bir intizam cəzası almamışdır. Cavabdehin Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etməsi də tam əsassızdır. Belə ki, həmin maddədə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlə ri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilir. O, isə əmək funksiyasında kobud səhvə yol verməmiş və qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. İşə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. Bu əsasla əmək müqaviləsinə o vaxt xitam verilə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquqi pozuntuları nəticəsində işə götürənin, müəssisəinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olsun. Bu faktlara isə onun tərəfindən heç bir vaxt yol verilməmişdir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci ildən x x.xx.2022-ci ilə kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixə kimi, ezamiyyətdə olmuşdur. Ezamiyyətə göndərilməyi barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada əmri nəinki rəsmiləşdirilməmiş (əmr, sərəncam və s.), hətta ezamiyyət xərclərini belə verməmişdir. Hansı ki, çəkilən xərclər (mehmanxana, qidalanma, yol xərci və s.) işəgötürən tərəfindən ödənilməlidir. Qeyd olunanlardan tam aydın olur ki, işəgötürən özü əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Cavabdeh nəinki ona qarşı qəsdi-qərəzlidir, hətta 1974-cü ildən cavabdeh təşkilatda işləmiş, xx.xx.1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi”, xx.xx.2008-ci ildə isə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş a tası X4 da şər-böhtanla, məcbur edərək işdən azad etmişdir. Atası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1030/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə işə bərpa edilmişdir. Bundan əlavə cavabdeh iddiaçının qardaşı X3 da, hədə-qorxu, vəzifəsini aşağı salmaqla şərləyərək, məcbur edərək işdən azad etmişdir. Bütün yuxarıda göstərilənlərdən tam aydın olur ki, cavabdehin münasibəti işdəki hər hansı bir nöqsana görə yox, şəxsi qərəzlik mövqeyində olmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-382/2023 nömrəli, 01 fevral 2023cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçının vəkili əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin nümayəndələrinə həmkarlar ittifaqı komitəsinin qərarlarının qeydiyyat kitabının məhkəməyə təqdim olunması təklif edilməsinə baxmayaraq həmin kitab məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə həmkarlar ittifaqı komitəsinin qərarı iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə göstərilməmişdir ki, bu da həmin qərarın, yəni həmkarlar təşkilatının razılığının alınmadan iddiaçının işdən çıxarılmasını, həmkarlar təşkilatının qərarının iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra tərtib edilməsini təsdiq edir.
7. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət e dərək, etirazı onunla əsaslandırmışdır ki, əvvəla, iddiaçının işdən çıxarılmasına dair iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı əmək funksiyasını və vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ezamiyyətdə olarkən keçirilən avarçəkmə yarışının çəkilişi zamanı səlahiyyətinə aid olmayan işə müdaxilə etməklə özbaşınalığa yol vermiş, ətrafdakılara qarşı kobudluq etmiş, Cəmiyyətin əməkdaşını nalayiq söyüşlərlə təhqir edərək ona qarşı zorakı hərəkətlərə yol vermişdir. Belə ki, iddiaçı qəsdən əmək funksiyasını, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da o, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol vermişdir. Beləliklə də, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, tutduğu vəzifədən azad olunub və QSC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, QSC-də minlərlə əməkdaş işləyir. Onlardan kiminləsə, o cümlədən iddiaçı ilə Cəmiyyətin sədrinin düşmənçilik və qərəzli münasibətdə olması həqiqəti əks etdirmir. Əksinə, sosial şəbəkələrdə Cəmiyyətin fəaliyyəti, onun rəhbəri və əməkdaşları barəsində yalan və xoşagəlməz məlumatlar yayan iddiaçı Cəmiyyətin işgüzar nüfuzunu ləkələyərək onun qanuni mənafeyinə ciddi xələl gətirir. Eyni zamanda, i ddiaçının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması hallarının olduğunu iddia etməsinin heç bir əsası yoxdur. Belə ki, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. İddiaçının böhtan xarakterli olmaqla, heç bir sübuta söykənməyən şəxsi mülahizələrindən ibarət iddia ərizəsi təmin edilməməlidir. QSC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə qanunveriliciliyin tələblərinə uyğun olaraq xitam verilmiş, Cəmiyyət tərəfindən ona münasibətdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-1773/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə ( hakim Təhminə Xəlilova) iddia qismən təmin edilərək, mübahisəli əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə QSC-də "xxxx" STS sexinin rəisi vəzifəsinə bərpa olunması, QSC-dən 50 manat mediasiya xərci, 210 manat vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdurr.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsasla xitam verilmişdir. Lakin əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə həmkarlar ittifaqı təşkilatının qərarı göstərilməmişdir. Bu hallar isə iddiaçının işdən azad edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığının alınmaması və məhkəməyə təqdim edilmiş həm karlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfinədən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını təsdiq edir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının qərarının əmrdə əmrin verilməsinə əsas olmuş sənədlərdə göstərilməməsi həmin əmrin Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən etibarsızlığını təsdiq edir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia cavabdehin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair hissədə əsaslıdır və təmin edilməlidir. QSC-nin xx.xx.2023-cü il tarixli, 02/22-62 saylı arayışına əsasən xx.xx.2022-ci il tarixli, 16-E/2 nömrəli, xx.xx.2022- ci il tarixli, 93-E nömrəli, xx.xx.2022-ci il tarixli, 242-E/2 nömrəli əmrlərdə ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürdüyü açıq şəkildə göstərilmişdir. Bu isə Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Q-01 nömrəli “X2” haqqında qərarının ikinci bəndində öz əksini tapmışdır. Həmçinin həmin qərarın birinci bəndində Azərbaycan Respublikasının mərkəzi və yerli hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi xüsusilə də qeyd edilmişdir. Həmin qərarın birinci bəndində maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi və ikinci bəndində ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürülməsi qeyd olunduğu üçün hər iki bənd qanunauyğun şəkildə təmin olunmuşdur. QSC-nin istinad etdiyi əmrlərdə ezamiyyə xərclərinin Azərbaycan Avarçəkmə Federasiyası tərəfindən ödənilməsi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia ezamiyyə xərclərinin tələbi hissəsində əsassızdır və rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 72, 80, 83, 84, 300.1-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli, Q-01 qeydiyyat nömrəli “X2”nın təsdiq edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəmə sindəki icraat:
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qəsdən əmək funksiyasını və vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi, işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurması faktı iş materiallarında olan iddiaçının izahatında, şahid ifadələrində, habelə baş vermiş hadisə ilə bağlı tərtib edilmiş aktda öz əksini tapmışdır. Lakin məhkəmə çıxarmış olduğu qətnamədə həmin hadisəyə münasibət bildirməmişdir. İddiaçı Əmək Məcəlləsində müəyyən edilən bir neçə bənd üzrə kobud pozuntulara yol vermişdir. İşəgötürən – cavabdehdə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə və 186-cı maddəsinin "xxxx" bəndinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam vermişdir. İddiaçının əmək intizamını pozaraq öz iş yoldaşına fiziki zor tətbiq edərək onu vurması, dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirməsi, işlədiyi müəssisənin və onun rəhbəri barəsində özünə aid sosial hesablarda yalan və böhtan xarakterli məlumatlar paylaşması, əmək kollektivinin və işəgötürənin qanuni mənafelərinə və işgüzar nüfuzuna xələl gətirməsi işin mübahisəsiz halıdır. Məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassız olmaqla qeyri-qanunidir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair iş üzrə mübahisəli əmrdə əmrin verilməsinə əsas olan sənədlər - törətdiyi hadisə üzrə iddiaçının və şahidlərin ifadələri, orada tərtib edilmiş akt, habelə iddiaçının işlədiyi struktur bölməsinin rəhbərinin təqdimatı göstərilmişdir. Yəni iddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb olan hadisəni törətməsi işin mübahisəsiz halıdır. Struktur bölməsi kimi cavabdehin tabeliyində olmayan həmkarlar ittifaqı təşkilatının qərarının əmrdə qeyd olunmaması iddiaçının kobud pozuntuya yol verməsi faktını istisna edə bilməz. Məhkəmənin həmkarlar ittifaqı komitəsinin qərarının sonradan məhkəməyə iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını göstərməsini isə heç bir hald a qəbul etmək olmaz. Qeyd olunan xüsusat üzrə heç bir araşdırma aparmayan məhkəmənin nə üçün belə bir nəticəyə gəlməsi onlara məlum deyil və tamamilə əsassızdır. İddiaçının əmək və icra intizamı ilə bağlı yol veridiyi kobud nöqsanlar, onun işlədiyi müəssisənin nüfuzuna və qanuni mənafeyinə xələl gətirən qərəzli hərəkətləri və bunun strateji dövlət obyekti olan QSC üçün neqativ hallara səbəb olması faktı məhkəmə tərəfindən nəzərə alınmamış, ümumiyyətlə qətnamədə bununla bağlı məhkəmənin mövqeyi ifadə edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsinin əmək müqaviləsinə xitam qərarının həmkarlar İttifaqı komitəsinin razılığı olmadan verildiyini iddia etməsinə baxmayaraq, həmin faktın doğruluğunu yoxlamaq məqsədilə həmin qərarların öz əksini tapdığı qeydiyyat kitabının məhkəməyə təqdim olun ması üçün məhkəmə müvafiq sorğu vermək təşəbbüsü göstərməmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar apellyasiya şikayətində də göstəriblər ki, iddiaçının işdən çıxarılmasının səbəbi iş yoldaşı ilə arasında yaranan mübahisə deyil, onun işin icrası zamanı göstərdiyi özbaşınalıqlarıdır. Burada əsas məsələ iddiaçının əmək intizamını pozması və özbaşına müdaxiləsi nəticəsində Qapalı Səhmdar Cəmiyyətinə vurduğu zərərdir. Bu məsələ ilə bağlı iddiaçının iş yoldaşının və bir neçə nəfərin də izahatı var. Həmçinin, iddiaçının da bilavasitə izahatı var. QSC rəsmi dövlət qurumudur və ciddi çəkilişlərdən söhbət gedir. Bir strukturdan digər strukturun işinə müdaxilə etməsi yolverilməz bir haldır. Bu qanunsuz hərəkət digər qanunsuz hərəkətlərlə müşayiət olunmaqla davam edib. Nəticədə, iddiaçı işdən çıxarılıb. Məhkəmə isə bu işin əsas mahiyyətini kənara qoyub. QSC uzun illər fəaliyyət göstərən, nəzdində kadrları və Həmkarlar ittifaqları olan mütəmadi fəaliyyət göstərən qurumdur. Belə bir cuzi səhvə yol verilməsi mümkün deyil. Həmkarlar təşkilatına müraciət də edilib, təqdimat da verilib, hətta təqdimata baxılaraq cavab da verilib. Məhkəməyə həmin sənədləri təqdim ediblər. Məhkəmə özü belə bir nəticəyə gəlib. Həmkarlar təşkilatının nümayəndəsinin dəvət edilməsi məhkəmənin vəzifə borcu deyildi, amma bu nəticəyə gəlirdisə, araşdırma aparılmalı idi. Məhkəmə mübahisəsi başlamamışdan öncə Həmkarlar Təşkilatının razılığı var idi və bu sübutları məhkəməyə təqdim ediblər. Həmkərlar təşkilatını da iddiaçının və digər əməkdaşların izahatı alımışdır. Həmkərlar təşkilatı QSC-nin balansına tabe olan qurum deyil, müstəqil bir qurumdur. O Həmkarlar Təşkilatının hüquq departamentinə cavabdehdir. Həmkarlar Təşkilatının özü ayrıca bir qurumdur, cavabdeh ola bilməz. İddiaçının iclasda iştirak edib-etməməsini ondan yox, təşkilatdan soruşmaq lazımdır. 2019cu ilin fevral ayında iddiaçının işdən azad edilib daha sonra bərpa edilmə məsələsi ilə bağlı qeyd olunmalıdır ki, insani jest olaraq iddiaçını işə geri qaytarıblar. QSC rəsmi dövlət qurumudur və bu dövlət qurumu çəkilişlərlə bağlı fəaliyyət göstərir. Burada çəkilişlərə maneə olunmamalı hallar var və çəkilişlərə müdaxilə edilib. Bu da işin pozulmasına gətirib çıxarır. İddiaçı işçiyə fiziki güc tətbiq edib, vurub. Bütün bunlar aktlaşdırılıb, şahidlər də var. Onların sıravi bir işçi ilə heç bir şəxsi qərəzliyi ola bilməz. Barışıq məsələsi ilə razı deyillər. Burada iddiaçının tək söyməsi deyil, həm əmək intizamını pozması, həm də yerindən tərpədilməməli olan avadanlığın tərpədilməsi göstərişini verməsi və işə müdaxilə etməsi, özbaşınalıq etməsindən söhbət gedir. İddiaçı özünə aid olmayan işə müdaxilə edib, bunu da özü təsdiq etmişdir. Müdaxilə nəticəsində mübahisə yaranıb.
14. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdehin digər nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının atası və 2 qardaşı da onlarla işləyib. 2019-cu ildə iddiaçının atasını işdən çıxarıblar. İddiaçının özünü də ərizəsi əsasında işdən çıxarıblar. Sonra elə olub ki, atasını qaytardılar, atası xahiş etdi ki, o nun oğlanlarını da işə qayıtarsınlar, onlar da razılaşdılar. O biri qardaşı dedi ki, o artıq başqa yerdə işləyir amma digər qardaşı işə gəldi. Lakin, razılaşma bu şərtlə oldu ki, birdə belə hal olsa Həmidi işdən çıxaracaqlar. Cavabdeh ona xəbərdarlıq etmişdi.
15. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, onun atasına qarşı söyüş söyüblər. Üstünə hücum çəkiblər. Hadisə olan zaman onun da maşını orada olub. O, təxribat törətməyib. O, barışığa etiraz etmir. Amma məcburi buraxılmış əmək haqqının tutulmasını tələb edir.
16. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, burada Həmkarlar Təşkilatının müstəqil qurum olub-olmağınd an söhbət getmir. Burada biri işəgötürəndir, digəri isə işçilərin hüquqlarını müdafiə edir. Onlar kollektiv əmək müqaviləsi də bağlayır. Apellyasiya şikayətinin mahiyyəti iş yoldaşı ilə iddiaçının dalaşmasıdır. Bəli, onlar qəbul edir ki, əmək intizamı kobud surətdə pozulub, amma işdən çıxarma qaydası var. Əmək Məcəlləsinin 72 ci maddəsinin "xxxx" bəndinə görə işçi işdən çıxarılarkən Həmkarlar Təşkilatının razılığı olmalıdır. Əmək intizamının pozulması haqqında əmək kitabçasına yazılanda Həmkarlar təşkilatı münasibətini bildirməlidir ki, buna icazə verir ya yox. Əmrin verilmə qaydası var. Əmrdə işdən azad olunmaya əsas olmuş sənədlər göstərilməlidir. Həmin sənədlərin içində Həmkarlar təşkilatının razılıq məktubu yoxdur. Onlar məhkəmədən kənar onlara deyiblər ki, bu gənc insandır heç olmasa əmək kitabçasından o bəndi silin, o daha sonra iş tapa bilsin. Həmçinin, sorğu vermək ya da verməmək vəkil kimi onun hüququdur. Onlar barışığa razıdırlar. Amma məcburi buraxılmış əmək haqqının tutulmasını tələb edirlər.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4497/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işəgötürən əmrdə işçinin işin ahəngini nədə pozmasını və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyini əsaslandırmamışdır. İş materiallarından işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsinə dair sübut təqdim edilməmişdir. Cavabdeh tərəf "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin razılığının alındığını qeyd etsə də cavabdehin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrində onun verilməsi üçün əsaslar sırasında "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin qərarına istinad olunmamışdır. Bundan başqa, əmrdə Elvin Yusifli ilə iddiaçı arasında canlı yayım zamanı insident yaşandığı və iş yoldaşının hüquq və mənafelərinə ziyan vurduğu qeyd olunmuşdur. İşdən müəyyən olunur ki, hadisə ilə bağlı həm iddiaçının, həm də Elvin Yusiflinin izahatı alınmışdır. Elvin Yusifli izahatında İddiaçı ondan üzrxahlıq etdiyi ni qeyd etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Əmək Məcəlləsinin 70, 72 və 300.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarında olan baş vermiş hadisə ilə bağlı tərtib edilmiş aktdan, iddiaçının və şahid izahatlarından, struktur bölmə rəhbərinin təqdimatından, habelə Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin məktubu və qərarı ilə müəyyən edilir ki, İddiaçı qəsdən əmək funksiyasını və vəzifə öhdəliklərini düzgün yerinə yetirməmiş, işin, əmək və icra intizamının normal ahəngini pozmuş, iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Lakin məhkəmə çıxarmış olduğu qətnamədə həmin hadisəyə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. İddiaçı Cəmiyyətin işçisi kimi canlı yayım zamanı səlahiyyətinə aid olmayan işə müdaxilə etməklə özbaşınalıq, ətrafdakılara qarşı kobudluq etmiş, Cəmiyyətin əməkdaşını nalayiq söyüşlərlə təhqir edərək ona qarşı zorakı hərəkətlərə yol vermişdir. Bu baxımdan, iddiaçının canlı yayımın çəkilişlərinə müdaxiləsi, habelə qeyd olunan qanunsuz hərəkətləri qəsdən əmək funksiyasının, vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi, işin, əmək və icra intizamının normal ahənginin pozulması, iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurulması kimi başa düşülməlidir. Sözügedən əmrdə də məhz qeyd olunanlar öz əksini tapmışdır.
22. Məhkəmənin işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsinə dair sübut təqdim edilməməsi barədə heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticələr də əsassız olmaqla bərabər, qeyri-qanunidir. Əbvvəla, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsinə dair xx.xx.2022-ci il tarixli məktubunda Cəmiyyətin sədrinin onlara ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubuna istinad olunmuşdur. Bundan başqa, İddiaçı əmək müqaviləsinə xitam veril məsinə dair iş üzrə mübahisəli əmrdə, həmin əmrin verilməsinə əsas olan sənədlər – törətdiyi hadisə üzrə iddiaçının və şahidlərin ifadələri, orada tərtib edilmiş akt, habelə iddiaçının işlədiyi struktur bölməsinin rəhbərinin təqdimatı göstərilmişdir. Bir daha qeyd olunmalıdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olan hadisəni törətməsi işin mübahisəsiz halıdır. Həmkarlar İttifaqı Komitəsinin qərarının əmrdə qeyd olunmaması, habelə Elvin Yusifli izahatında İddiaçı ondan üzrxahlıq etməsi halı iddiaçının işdə kobud pozuntuya yol verməsi faktını, onun qanunsuz hərəkətlərini istisna edə bilməz.
23. İşə baxan məhkəmə kollegiyası işin faktiki hallarını kifayət qədər araşdırmamış, təqdim edilmiş dəlillərin müqayisəli təhlilini aparmamış və əsassız qətnamə qəbul etmişdir. Hakim məh kəmə araşdırmasını tamamlamaq üçün sadəcə iddiaçı tərəfindən göstərilmiş əsaslarla kifayətlənmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
24. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
25. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
27. Maddə 70 ("xxxx" bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
29. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
31. Maddə 76 (1-ci hissə) İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
32. M addə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
33. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
34. Maddə 83 ( 1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
35. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
36. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hiss ənin "xxxx" bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.
37. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə id dia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
40. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlar ına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirdiyindən, məhkəmənin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kass asiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
57. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı 13 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda “sex rəisi” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı avarçəkmə yarışının canlı yayımı ilə bağlı Mingəçevir şəhərində ezamiyyətdə olarkən onunla Peyk və X6 növbə rəisi X5 arasında insident yaşanmışdır. Cavabdeh iddiaç ının həmin insident zamanı yol verdiyi hərəkətlərini əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmri ilə, iddiaçını xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad etmişdir. Əmrdə qeyd olunmuşdur ki, iddiaçı qəsdən əmək funksiyasını, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol vermişdir.
58. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, o, həmkərlar təşkilatının üzvüdür və hər ay əmək haqqında n üzvlüyə görə pul tutulur. İşdən azad olunmağı ilə əlaqədar həmkərlar təşkilatının nə iclası keçirilib, nə də onun yazılı razılığı alınıb. O, işlədiyi müddət ərzində üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hər hansı bir intizam cəzası almamışdır. Cavabdehin Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etməsi də tam əsassızdır. Belə ki, həmin maddədə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilir. O, isə əmək funksiyasında kobud səhvə yol verməmiş və qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. Bu səbəbdən də iddiasında QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, məcburi iş bu raxma müddəti üçün əmək haqqı və ödənilməmiş ezamiyyət pullarının, mediasiya şurasına ödənilmiş 50 manat və vəkil xidmətindən istifadə etdiyinə görə 210 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
59. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsasla xitam verilərkən, əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə həmkarlar ittifaqı təşkilatının qərarının göstərilməməsinə istinad etmiş, bu halların isə iddiaçının işdən azad edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığının alınmaması və məhkəməyə təqdim edilmiş həmkarlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfinədən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını təsdiq etdiyini, həmin əmrin Əmək Məcəlləsinin 84-ci maddəsinin 2-ci hissəsinə əsasən etibarsızlığını təsdiq etdiyini göstərmişdir. Məhkəmə gəldiyi həmin nəticəni Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə iddia tələbini ezamiyyə xərclərinin tələbi hissəsində əsassız hesab edərək rədd etmiş, iddiaçı həmin hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir.
60. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, işəgötürən əmrdə işçinin işin ahəngini nədə pozmasını və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyini əsaslandırmamış, işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsinə dair sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəf həmkarlar ittifaqı təşkilatının razılığının alındığını qeyd etsə də mübahisəli əmrində onun verilməsi üçün əsaslar sırasında həmkarlar ittifaqı təşkilatının qərarına istinad olunmamış, əmrdə Elvin Yusifli ilə iddiaçı arasında canlı yayım zamanı insident yaşandığı və iş yoldaşının hüquq və mənafelərinə ziyan vurduğu qeyd olunmuş, hadisə ilə bağlı həm iddiaçının, həm də Elvin Yusiflinin izahatı alınmışdır. Elvin Yusifli izahatında iddiaçının ondan üzrxahlıq etdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
62. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
63. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.
64. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyə tinə cəlb etmək hüquqları vardır.
65. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasından ibarət mövqeyi əsaslı olmamışdır. Belə ki, Əmək Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilat ına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
66. İş materiallarından görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə 04/1-647A saylı məktubla həmkarlar ittifaqı təşkilatına müraciət etmiş, müəyyən olunmuş müddət daxilində razılıq alınmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Televiziya və Radio Verlişləri QSC Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən QSC-nin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 02 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə H əmkarlar İttifaqı Komitəsinə daxil olan № 04/1-647A məktubunuza cavabd olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin keçirilmiş, məktubda qeyd olunanlara əsasən “X1” sexinin rəisi İddiaçı xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində keçirilən Avarçəkmə yarışının çəkilişi zamanı Peyk və X6 növbə rəisi X5 ilə arasında insident yaranması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinin ləğv olunması, Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2022-ci il tarixli iclasının qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə uyğun aparılmasını əsaslı sayaraq, Əmək müqaviləsinin ləğv olunmasına etiraz etmir. (i.v.67) Eyni zamanda Azərbaycan Televiziya və Radio Verlişləri QSC Həmkarlar İttifaq ı Komitəsinin 01 saylı Protokolundan çıxarış da cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. (i.v.80)
67. Göründüyü kimi məhkəmələr iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsasla xitam verilərkən, əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə həmkarlar ittifaqı təşkilatının qərarının göstərilməməsinə istinad etməklə bu halları iddiaçının işdən azad edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığının alınmaması və məhkəməyə təqdim edilmiş həmkarlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfinədən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını, həmin əmrin etibarsızlığını təsdiq etdiyini qeyd edərkən, işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşki latına müraciət etməsini, müəyyən olunmuş müddət daxilində razılıq alınmasını, mübahisələndirilən əmrdə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər kimi TİB-nin direktoru E.Əlizadənin təqdimatının, STS Kompleksinin rəisi Q.Salmanovun, İddiaçı, STS Kompleksinin növbə rəisi E.Yusiflinin izahatlarının və Aktın göstərilməsini nəzərdən qaçırmış, Əmək Məcəlləsinin 84-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmrin əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilməsi barədə həmin maddənin 2-ci hissəsinin imperiativ olmayan tələbinə əsaslanmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinin tələblərini pozmuşlar.
68. Halbuki apellyasiya instansiya məhkəməsi əs aslandırılmış qərarın qəbul edilməsi üçün Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından, işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatına müraciət etdiyi xx.xx.2022-ci il tarixli, 04/1-647A saylı məktubun, həmin məktuba əsasən Azərbaycan Televiziya və Radio Verlişləri QSC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasının 01 saylı protokolunun tam mətninin tələb edilməsi barədə zərurətin olub-olmamasını tərəflərin iştirakı ilə müzakirə edə və əldə etdiyi sübutlara hüquqi qiymət verə bilərdi.
69. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı haqqında aldığı, həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulmuş qərar, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər siyahısına daxil olmamaqla, müvafiq əmrin verilməsinə həmkarlar ittifaqı təşkilatının razılığını ehtiva edən ayrıca aktdır.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
71. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
72. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(103)-4497/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın.