Məhkəmə qərarları › İş №2(102)-750/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-750/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-750/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs qarşı iş üzrə QƏRARİ İş № 2(102)-750/24 (Açar sözlər: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qarşı "Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6134/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli arayışa əsasən 12 may 1989-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

2. Gürcüstan Səfirliyi tərəfindən təqdim edilmiş 20 fevral 2023-cü il tarixli arayışın notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi 12 may 1989cu ildə Gürcüstanda doğulmuşdur. Verilmiş arayışda sonuncunun Gürcüstan vətəndaşı olmadığı qeyd olunmuşdur.

3. Ərizəçin in anası Piriyeva Başxanım Məhyəddin qızının Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)-4564/2019 saylı qətnaməsi ilə 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2021 saylı 7 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli 2(011)-3237/2023 saylı qətnaməsinə əs asən hazırki mülki iş üzrə ərizəçinin qardaşı - 10 dekabr 1993-cü il təvəllüdlü X3 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. 5. ünvan 2arixli qətnaməsinə əsasən ərizəçinin bacısı X1 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, həmin qətnaməyə əsasən bacısına doğum haqqında şəhadətnamə verilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumatda qeyd olunmuşdur ki, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat q eydə alınmışdır. Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamənin surətinin təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi Aydın oğlu maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə ərizəsini belə əsaslandırmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı 13 aprel 1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlılara qarşı pis münasibətinin nəticəsi olaraq anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstan SSR-ə köçüb getmişdir. Orada o, 27 fevral 1988-ci ildə Kamayev Aydın Nəbi oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Gürcüstan SSR Dmanisi rayonu VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 12 may 1989-cu il təvəllüdlü özü və 10 dekabr 1993-cü il təvəllüdlü qardaşı X5 anadan olmuşdur. 1996-cı ildə ailəlikcə Azərbaycan Respublikasına köçüb gəlmişlər. 22 yanvar 1997-ci ildə Bakı şəhərində bacısı X4 ev şəraitində doğulmuşdur. Anası 23 may 1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda dır. ünvan 2arixli qətnaməsinə əsasən ərizəçinin bacısı X1 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, həmin qətnaməyə əsasən bacısına doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı "şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)-2932/2015 saylı 30 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X2 Azərbaycan Respublikası vətəndaşın ın şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)-4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2021 saylı 7 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında yaşamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışında ərizəçinin Azərbaycan Respublikası nın vətəndaşı olmadığı müəyyən edilmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş ərizəçi və onun vəkili ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişlər.

10. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X6 bildirmişdir ki, nə qədər ki, verilmiş sorğularla və digər iş materialları ilə ərizəçinin 2008-ci ildə Azərbaycan Respublikasına giriş etməsi müəyyən edilir, qanunvericiliyin tələblərinə əsasən ərizə təmin edilməməlidir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3238/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) ərizə təmin edilmiş, ərizəçi 12 may 1989-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daim i yaşaması faktı müəyyən edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə ərizəçinin 2008-ci ildə Azərbaycan ərazisinə giriş etməsi hazırki ərizənin təmin edilməsini mümkün etmişdir. Məhkəmə istinad edilən halı araşdıraraq qeyd etmişdir ki, ərizəçi 12 may 1989-cu il təvəllüdlü olmaqla 2007-ci ildə yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə qətnamələrindən də görünür ki, ərizəçinin anası və qardaşbacıları ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. İstinad olunan qərarlara əsasən, onun ailə üzvlərinin 1996-cı ildən Azərbaycan Respublikasında yaşaması, bacısının isə 22 yanvar 1997-ci il tarixdə Azərbaycanda anadan olması faktı işin mübahisə olunmayan hallarındandır. Maraqlı şəxsin nümayəndəsi məhz ərizəçinin 2008-ci ildə ölkəyə girməyini əsas gətirərək ərizənin təmin edilməməsini xahiş etsə də, araşdırma zamanı ərizəçinin 2008-ci ilə qədər ölkədən çıxması ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Ərizəçi yetkinlik yaşına çatana qədər ölkə hüdudlarını tərk etmiş olsaydı belə o, bunu ailə üzvləri ilə birlikdə etməli idi. Hazırkı hala da araşdırma zamanı rast gəlinməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin sərbəst şəkildə ölkəni tərk edə bilməsi üçün onun ən azından yetkinlik yaşında olması mütləq tələbdir. Nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sü buta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin ərizəsi təmin edilməli və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305.1.1-ci, 307.2.101ci, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianı n təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Halbuki, sözügedən şəxsinxx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi qeydə alınmışdır.

17. Belə ki, Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dö vlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir). Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra haki miyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hesab edirlər ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan hallara əsaslansın.Hesab edirlər ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir.

18. Məhkəmə iclasında iştirak etmiş maraqlı şə xsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ərizəçi vətənə qayıtma şəhadətnaməsinə əsasən 2008-ci ildə ölkəyə gəlmişdir. Hətta, anası da ölkəyə 2008-ci il tarixdə giriş etmişdir.

19. Məhkəmə iclasında iştirak etmiş ərizəçi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 1996-cı ildən Azərbaycan Respublikasında yaşayır. Sadəcə doğum haqqında şəhadətnaməsi var. Pasportu olmadığı təqdirdə xarici ölkəyə necə keçə bilərdi ki, 2008-ci ildə də qayıtsın. Ərizəçi bildirmişdir ki, o, 5-6-cı sinifi 191 saylı məktəbdə, sənədsiz oxumuşdur. Gürcüstan vətəndaşı olmaması barədə arayışı var. 2008-ci ildə 19 yaşı olmuş, Azərbaycanda olduğu müddətdə fəhlə kimi işləmişdir. Ona görə də şikayə tin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6134/23 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(011)3238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir. 2

1. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

22. Belə ki, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndininə əsasən şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılması üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir:

1. Şəxs Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burad a daimi yaşamalıdır.

2. Heç bir dövlətin vətəndaşlığına mənsub olmamalıdır.

3. Şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır.

23. Yalnız bu şərtlərin birlikdə mövcudluğu qeyd olunan kateqoriyadan olan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işə məhkəmə tərəfindən baxılması və ərizənin təmin edilməsi üçün əsas ola bilər. Qalan hallarda bu kateqoriyadan olan hüquqi əhəmiyyətli faktlar məhkəmə tərəfindən müəyyən edilə bilməz.

24. Birinci instansiya məhkəməsi isə ərizəçinin ərizəsini təmin edərkən ona istinad etmişdir ki, nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir. İşdən olan sənədlərdən isə görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur.

25. Lakin, maraqlı şəxsin nümayəndəsinin də təqdim etdiyi dövlət sərhədkeçmə məlumatlarından göründüyü kimi, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı da məhz ərizəçi ilə birlikdə eyni tarixdə, xx.xx.2 008-ci il tarixdə ölkəgə Rusiya Federasiyasından Yalama sərhəd buraxlış məntəqəsindən giriş etmişdir. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir.

26. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ərizəçinin irəli sürdüyü faktlar onun ərizəsinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndinə istinadla əsa slandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti ərizə və apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu:

31. Maddə

14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər; Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla); Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Res publikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarı:

32. Bənd

12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına m ənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır.

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Ərizəçi kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi 12 may 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Onun Gürcüstan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Həmçinin ərizəçinin anası və qardaşının 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması, bacısının 1997-ci ild ə Bakı şəhərində doğulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. Ərizəçi 1996-cı ildə 7 yaşında uşaq olmuşdur və ailəsi 1996-cı ildə Azərbaycan Respublikasına gələn zaman onun Gürcüstanda qalması ilə bağlı hər hansı sübut mövcud deyildir.

46. Apelyasiya instansiyası məhkəməsi ərizəçinin xx.xx.2008-ci il tarixdə ölkəyə giriş etməsinə istinad edərək hesab etmişdir ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən edilmiş 2006-cı il yanvarın 1-dək deyil, həmin tarixdən sonra, yəni xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyindən onun Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı müəyyən edilə bilməz.

47. Lakin məhkəmə kollegiyası qeyd edi r ki, ərizəçinin ailə üzvləri 1996-cı ildə Azərbaycan Respublikasına köçüb gəlmiş, həmin vaxt 7 yaşı olan ərizəçinin də ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməsini inkar edən hər hansı sübut iş materiallarında mövcud deyildir.

48. Apellyasya məhkəməsinin istinad etdiyi Dövlət Sərhəd Xidmətinin məlumatından da görünür ki, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən Azərbaycan Respublikasına keçmişdir.

49. Göründüyü kimi, ərizəçi ilk dəfə ölkəyə 2008-ci ildə giriş etməmiş, qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıtmışdır.

50. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərb aycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında əsasnamə”nin 1-ci bəndinə əsasən xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

51. Ərizəçiyə ölkəyə g eri qayıtması üçün qayıdış şəhadətnaməsi verilməsi isə onun yuxarıda qeyd edilən Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər kateqoriyasına aid olduğunu, yəni Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşaq olduğunu deməyə əsas verir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ərizəçinin 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmaması, 2008-ci ildə ölkəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtması, onun ailə üzvlərinin 1996-cı ildən Azərbaycan Respublikasından daimi yaşadığının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəy yən edildiyi halda, ərizəçinin onlarla birlikdə yaşamamasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmaması barədə iş üzrə əhəmiyyətli hallara düzgün hüquqi qiymət verməmiş, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsini işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmişdir.

53. Göstərilənlərə əsasən, yuxarıda qeyd edilən əhəmiyyətli hallara hüquqi qiymətin verilməsi və iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməsi üçün məhkəmə qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir.

54. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işi n müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2(103)-6134/2023 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar