Məhkəmə qərarları › İş №2(102)-750/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-750/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-750/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-656 8/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bağlar Təsərrüfatı İdarəsi ilə X16 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 12631 saylı müqavilə əsasında X11 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 saylı bağ torpaq sahəsi ayrılmışdır.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/22 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı olan iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi s ahəsi 2290 kv.m. olan 815 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2(112)-1622/22 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ilə eyni tərəflər arasında mübahisə üzrə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ sahəsinə dair mərhum Mirzəyev X17 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2(112)-3437/24 saylı, 16 fevral 2024-cü il tarixli qərarı ilə eyni tərəflər arasında mübahisə üzrə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 891/817 saylı bağ sahəsinin mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi “hüquqi faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsin in onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra Ərizəçi dəqiqləşdirməyə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinə sahiblik, ondan istifadə və onun üzərində sərəncam verməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə ərizəçi arasında 07 fevral 1977-ci ildə bağlanmış 12629 nömrəli müqaviləyə əsasən ona Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onun istifadəsindədir. Bundan başqa, həmin ərazidə yerləşən 817 nömrəli b ağ sahəsinə dair qohumu X4 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 09 fevral 1979-cu ildə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Qonşuluqda yerləşən 818 nömrəli bağ sahəsinə dair isə qardaşı X7 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 04 fevral 1977-ci ildə müqavilə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Bundan başqa, Bağlar Təsərrüfatı İdarəsi ilə X16 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 12631 nömrəli müqavilə əsasında X11 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Daha sonra X16 ərizəçiyə məxsus torpaq sahəsinin (815 nömrəli bağ) qonşuluğunda yerləşən torpaq sahəsini aralarında olan şifahi razılaşmaya əsasən 1985-ci ildə ona satmış, o, torpağın dəyərini ona ödəmiş, t orpağa dair müqavilənin əslini ərizəçiyə təqdim etmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpağa dair vergiləri də hazırda nəvəsi X12 ödəyir. Qonşuluqda yerləşən torpaq sahə mülkiyyətçiləri qohumdurlar. 816 nömrəli bağ sahəsi də əvvəlki mülkiyyətçisi tərəfindən satıldıqdan sonra ərizəçinin istifadəsində olmuşdur. Hətta, Bakı İnzibati Məhkəməsində 2(112)-1622/22 nömrəli işə baxılarkən cavabdeh orqan 818 nömrəli bağ sahəsinin 817, 816 və 726 nömrəli bağların ərazisinə uyğun gəldiyini bildirmişdir. Məhkəmə iclasında nəvəsi X5 adından ərizə verilmiş və həmin ərizədə qeyd olunmuşdur ki, X12 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin faktiki onun istifadəsində olduğunu və qonşuluqda olan Bakı şə həri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 818 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Kürdəxanı bələdiyyəsi tərəfindən Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanına dair verilmiş tədiyyə bildirişi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə aparılmış ödənişlə bağlı ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, həmin ödəniş Bələdiyyə torpaq vergisi olaraq X12 tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmə də 816 nömrəli bağ sahəsinə dair nəvəsinə, dolayısı ilə ərizəçiyə məxsus olmasını qəbul etmiş, razılıq ərizəsinə uyğun olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiy alarında da qüvvədə saxlanılmışdır və yuxarı instansiya məhkəmələri tərəfindən də torpağın istifadəçisi olmağı qəbul edilmişdir. Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə maraqlı şəxsə müraciət etsə də, ünvanladıqları xx.xx.2024-cü il tarixli cavab məktubunda, təqdim edilən sənədlərin digər şəxsin adına olması qeyd edilmişdir. X1 harada yaşaması məlum deyil. Ona görə də, həmin müqavilə üzrə müəyyən edilmiş torpaq sahəsini adına keçirə bilmir. Müqavilə üzrə torpaq sahəsinin ona məxsus olmasını başqa yolla təsdiq etmək mümkün deyildir. Odur ki, hazırda məhkəməyə mü raciət etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində ərizəçi onun atası olduğunu, atasının bağı Sehran xanımdan aldığını və hal-hazırda oğlunun bağın kommunal vergisini ödədiyini bildirmişdir.

9. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində ərizəçi onun əmisi olduğunu, Ləhic bağlarında atasının adına bağ sahəsi olduğunu, vərəsəlik işi açılandan sonra öz adına keçirtdiyini, qonşuluqda əmisinin adına da bağ sahəsi olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, 816 nömrəli bağ sahəsi qonşuluqda olan Sehran xanımın adına olmuşdur.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) ərizə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sah əsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinə Ərizəçi tərəfindən sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktı müəyyən edilmişdir.

11. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, istər əvvəllər, istərsə də hal–hazırda qüvvədə olan qanunvericilikdə tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə də hüquqların həmin şəxsə keçməsi nəzərdə tutulmuşdur. Buna görə də, ərizənin təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin mövcud vəziyyətdə Ərizəçi sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktı müəyyən edilməlidir.

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci, Mülki Pro sessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(008)-4829/2024 nömrəli, 09 sentyabr 2024-cü il tar ixli qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 0,25 ha-dan ibarət 816 saylı bağ sahəsi 1979-cu ildə vətəndaş X11 Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 12631 nömrəli müqavilə əsasında verilmişdir. Bildirir ki, Ərizəçi ilə vətəndaş X16 heç bir əlaqələndirici sənəd yoxdur. Onu da qeyd edir ki, əraziyə idarə mütəxəssisləri tərəfindən yerli baxış keçirilməsinə ərizəçi tərəfindən şərait yaradılmamışdır. Hüquq sahibi olan X16 ilə Ərizəçi arasında hər hansı bir əlaqələndirici sənəd olmamasına məhkəmə tərəfindən münasibət bildirilməmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X20 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ərizəçi ilə digər şəxs arasında əlaqələndirici hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əgər ərizəçi qeyd etdiyi kimi torpaq sahəsi 1980-ci ildən istifadəsində idisə, həmin vaxt ərizə yazaraq müqavilə əsasında Bağlar İdarəsi tərəfindən istifadəsinə keçirə bilərdi. Torpaq sahəsi sahibsiz deyildir, dövlətin mülkiyyətində olan torpaq sahəsidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6568/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və F. Abdıyev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 saylı, 09 sentyabr 2024-ci il tarixli qətnaməsi lə ğv edilmiş, mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xüsusi icraat qaydasında müəyyən edilməsi xahiş edilən, müvafiq kateqoriyadan olan hüquqi əhəmiyyətli fakta dair daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsi, qəbul edilibsə bu icraat qaydasında baxılması yalnız o halda mümkün sayıla bilər ki, daşınmaz əmlakın mülkiyyətçisi hesab edilən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak üzərində sahiblik və istifadə etməsi, o cümlədən sərəncam verməsi faktının müəyyən edilməsi barədə ərizələrə isə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. 1

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi əhəmiyyətli faktlar yalnız o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanunla belə faktlar hüquqi nəticələr doğurur və fiziki və ya hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının yaranmasına, dəyişməsinə, xitam verilməsinə səbəb olur, ərizəçi bu faktları təsdiq edən lazımi sənədləri başqa yollarla əldə edə bilməsin və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə həmin faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi nəzərdə tutulmasın və hüquqi mübahisə olmasın. Bu şərtlərin hər birinin mövcudluğu vacibdir, əks halda, işə xüsusi icraat qaydasında baxılmamalıdır. Bu halda kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi, işə baxarkən prosesual hüquq normalarını pozub və işə xüsusi icraat qaydasın da baxılmamalı olduğu halda, ərizəyə mahiyyəti üzrə baxıb.

19. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 261.0.1, 262.1, 262.4, 305.1.1, 307.2.6, 384.0.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 7-ci bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Ərizəçi (vəkili X13) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6568/2024 saylı qərardadının tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyasına q aytarılmasını xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar yalnız o halda məhkəmə tərəfindən müəyyən edilə bilər ki, belə faktlar hüquqi nəticələr doğurur və şəxsi ya da əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam verilməsi ilə bağlıdır, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməz və ya itirilmiş sənədlər bərpa edilə bilməz. Halbuki, hazırkı iş üzrə isə torpaq sahəsi ilə bağlı mübahisə mövcud deyil və maraqlı şəxsin vərdiş halına çevrilmiş şikayətləri mübahisə sayılmır. Şikayətlər yalnız sənədlərin düzgünlüyü ilə bağlı məsələlərdir, amma torpaq sahəsi üzrə başqa şəxslərin müraciətləri olmasa, bu mübahisə hesab edilə bilməz.

22. İddiaçı qeyd etmişdir ki, Bakı şəhə ri Sabunçu rayonu Ləhiş bağlar massivində 0,25 ha sahəsi olan 816 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Lakin, xx.xx.2024-cü il tarixli cavab məktubunda təqdim edilən sənədlərin başqa şəxsin adına olduğu bildirilmişdir. Hal-hazırda həmin şəxsin, X10 harada yaşaması və ya sağ olub-olmaması barədə məlumatı olmadığından, müqavilə üzrə müəyyən edilmiş torpaq sahəsini adına keçirə bilmir və bu torpaq sahəsinin ona məxsus olduğunu başqa yolla təsdiq etmək mümkün deyil.

23. İddiaçı iddia ərizəsinə əlavə etdiyi və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə torpağın onun istifadəsində olması və vergilərin də bu günə qədər onun tərəfi ndən ödənilməsi təsdiqini tapmışdır. Lakin, sənəd sahibi barəsində heç bir məlumatı olmadığından və Bağlar İdarəsinin 2007-ci ildə ləğv edildiyindən, torpaq sahəsini hazırda öz adına keçirə bilmir. Məhkəmə isə qətnaməni ləğv edərkən, həmin torpaq sahəsinin başqa yolla sənədləşdirilməsinin mümkün olmamasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqla rını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

24. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllə də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

28. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;

29. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

30. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilm əsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin də lillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

26. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, xüsusi icraat qaydasında müəyyən edilməsi xahiş edilən, müvafiq kateqoriyadan olan hüquqi əhəmiyyətli fakta dair daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsi, qəbul edilibsə bu icraat qaydasında baxılması yalnız o halda mümkün sayıla bilər ki, daşınmaz əmlakın mülkiyyətçisi hesab edilən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak üzərində sahiblik və istifadə etməsi, o cümlədən sərəncam verməsi faktının müəyyən edilməsi barədə ərizələrə isə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün lazımi şərait yaradıldığından və işdə iştirak edən şəxslərin dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6568/202 4 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar