Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7501/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-3247/2019, hakim M.Ə.Rüstəmli) İ ddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “faiz borclarının geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(103)-8625/2019, hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 29 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 20 faiz olmaqla, 48 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən mü qavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus mənzil bankın xeyrinə yüklü edilmişdir. İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 32.632 manat əsas borc, 11.174 manat faiz borcu olmaqla, cəmi 43.806 manat borcun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 67.000 manat müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına yönəldilməsi, ipoteka qoyulmuş mənzilə tutma yönəldi ldikdən və satıldıqdan sonra 1 ay ərzində həmin mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə əsas borc və faiz borcu hissəsində dəyişdirilmiş, əsas borc məbləğinin 32.313 manat, faiz borcunun 6.426 manat müəyyən edilməsi qət edilmiş, eyni zamanda qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 20 fevral 2019-cu il tarixdə İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək Cavabdeh1 21 oktyabr 2016-cı il tarixdən 29 avqust 2017-ci il tarixə kimi hesablanmış 5.584 manat faiz borcunun, 29 avqust 2017-ci il tarixdən 04 fevral 2019-cu il tarixə kimi illik 5 faizlə 32.313 manat əsas borca hesablanmış 2.126 manat faiz borcunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank 21 oktyabr 2016-cı il tarixdən 29 avqust 2017-ci il tarixə kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi vaxtdan müqavilə müddəti bitənədək hesablanmış 5.584 manat faiz borcunun və 29 avqust 2017-ci il tarixdən 04 fevral 2019-cu il tarixə kimi illik 5 faizlə 32.313 manat əsas borca hesablanmış 2.126 manat faiz borcu barədə tələb əvvəlki məhkəmə mübahisəsi zamanı irəli sürülmədiyindən hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hala düzgün qiymət verilməyərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasi ya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasında 29 avqust 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında bank tərəfindən iddiaçıya 48 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini alsa da, müqavilə üzrə öhdəlklərini yerinə yetirməmiş və nəticədə bank b orcun kedit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı bank müqavilə müddətinin 29 avqust 2017-ci il tarixdə bitdiyinə istinad edərək, yuxarıda qeyd edilən 21 oktyabr 2016-cı il tarixli qətnamənin qəbul edilməsindən həmin tarixə qədər olan dövr ərzində müqavilə üzrə müəyyənləşdirilmiş faiz borcunun, müqavilə müddəti bitəndən sonrakı dövr üçün isə illik beş faiz məbləğin tutulmasını tələb etmişdir. Beləliklə, iddiaçının tələbinin əsasını faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin maddənin məzmunundan göründüyü kimi, faiz borcu əsas borc öhdəliyinə hesablanan əlavə məbləğ olmaqla, həmin məbləğin tələb edilməsi üçün, yəni faiz borcunun tutulması üçün əsas borc öhdəliyinin mövcud olması zəruridir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı bank cavabdeh borclu arasında olan kredit müqaviləsi üzrə müddət başa çatmamış əsas borcu tam tələb etməklə borc münasibətlərinə məhkəmə qaydasında xitam verilmiş, əsas borc və həmin dövrə hesablanmış faiz borcunun tutulması qət edilmiş, iddiaçı bank icra sənədi üzrə tələbkara, cavabdeh isə icra sənədi üzrə borcluya çevrilmişdir. Bu halda, iddiaçı tərəfindən cavabdeh ə verilmiş əsas borc məbləği və ona hesablanmış faiz borcu qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehdən tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiyindən, iddiaçının xeyrinə tutulmuş həmin əsas borca sonradan yenidən faizin tələb edilməsi əsassızdır və mülki qanunvericiliyin normalarına ziddir. Belə ki, artıq cavabdehdən tutulmuş, yəni mövcud olmayan əsas borc məbləğinə sonradan faiz hesablana bilməz. Kredit müqaviləsinin bitdiyi tarixdən sonra hal-hazıradək gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edilməsinə gəldikdə isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qərarda göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi ni tələb edə bilər. Göründüyü kimi, gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ borc münasibətləri iştirakçısı olan kreditor malikdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında borc müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7501/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7501/2019
03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver