Məhkəmə qərarları › İş №2(102)-7506/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7506/2019

03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7506/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X10, Cavabdeh1nın vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-6789/2018, hakim İ.R.Burcayev) id diaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıiddiası qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evə dair Rüstəmova X7 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 22.09.2000-ci il tarixli çıxarışın, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində 673 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,25 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə dair ünvan notariat kontorunda 12.12.2015-ci il tarixdə 2V-116 reyestr nömrəsi ilə Rüstəmova X7 adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 29.12.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 vəsiyyət üzrə vərəsə hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4356/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Rüstəmova X7 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 29 avqust 2018-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evə dair Rüstəmova X7 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və adına verilmiş 22.09.20 00-ci il tarixli çıxarışın, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində 673 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,25 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə dair ünvan notariat kontorunda12.12.2015-ci il tarixdə Rüstəmova X7 adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 29.12.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Rüstəmova X7 ləyaqətsiz vərəsə hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evin bütövlükdə və Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində yerləşən 0,25 hektardan ibarət 673 nömrəli bağ sahəsinin və üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinə dair Schafener (Məmmədov) Rüstəm İntiqam oğlunun vəsiyyət üzrə vərəsə hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka (Albalılıq) bağ massivində yerləşən 0,25 hektardan ibarət 673 nömrəli bağ sahəsinin və üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı2 qanun üzrə vərəsəliyinin müəyyən edilməsi, həmçinin qeyd olunan daşınmaz əmlakların dövlət reyestrində qeydə alınmaqla iddiaçıların adlarına çıxarışların verilməsinin Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən ha llara düzgün hüquqi qiymət verilməmiş, qanuniliyi şübhə doğuran sənədlər sübut qismində qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya inst ansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 13 aprel 1999-cu il tarixdə vəfat edən miras qoyan X4 İddiaçı2 və cavabdeh Rüstəmova X7 atası, İddiaçı1 isə babası olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəyə mirasın açıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) normalarına əsasən hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, vərəsənin miras əmlak üzərində hüquqlarının yaranması üçün vərəsə ilk növbədə mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı2 birinci növbəli qanun üzrə vərəsə kimi, digər İddiaçı1 isə vəsiyyət üzrə vərəsə kimi özlərini miras əmlaklara vərəsə kimi tanınmasını tələb edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar hələ miras qoyanın sağlığında Almaniya Federafiv Respublikasına köçmüşlər, hazırda da daimi olaraq orada yaşayırlar. İddiaçı2 atasının vəfatından sonra qanunla müəyyən olunmuş müddət ərzində mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmiş, bununla da müddət keçmiş, miras əmlaka hüquqlarını itirmişdir. İddiaçı2 bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 qeyd edilən Məcəllənin 538-ci maddəsinə əsasən vərəsəlikdə məcburi payının olması da müəyyən edilmir. Belə ki, həmin maddəyə əsasən - miras qoyanın yalnız həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcbur i payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Eyni zamanda, mirasın faktiki qəbul olunması ilə bağlı digər İddiaçı1 tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonuncunun mövqeyinə görə o qanun üzrə vərəsə olmamış, vəsiyyətnamənin mövcudluğundan isə 2015-ci il tarixdə məlumatlı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin iddiaçı Schaffner (Məmmədov) Rüstəm İntiqam oğluna və qeyrisinə ünvanladığı 07 avqust 2015ci il tarixli məktubundan görünür ki, sonuncunun Bakı şəhəri 16 saylı dövlət notariat kontorunda 22 yanvar 1998-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə müraciətinə baxılmış, cavabında həmin vəsiyyətnamənin 07.08.2015-ci il tarixədək dəyişdirilməsi və y a ləğv edilməsi barədə arxivə məlumat daxil olmaması bildirilmişdir. Həmçinin, işdə olan ünvan notariat kontorunun iddiaçı Schaffner (Məmmədov) Rüstəm İntiqam oğluna ünvanladığı 23 fevral 2018-ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı1 yalnız 2018-ci il tarixdə, yəni vəsiyyətnamədən məlumatlı olduğu tarixdən 3 il sonra notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Göründüyü kimi, İddiaçı1 artıq 2015-ci ildə vəsiyyətnamənin mövcudluğundan məlumatlı olmuş, lakin ondan sonra da qanunla müəyyən olunmuş müddət ərzində mirası nə faktiki, nə də, notariat orqanına ərizə vermək yolu ilə qəbul etməmişdir. İddiaçı bunun səbəbini vəsiyyət üzrə mirasın qəbulu ilə bağlı qanunla müddətlərin nəzərdə tutulmasından məlumatlı olmamasını, sənədlər toplaması, həmçinin Almaniyada işlə rinin olması səbəbindən ora qayıtmalı olması kimi izah etməyə çalışmışdır. Halbuki, qeyd edilən hallar mirasın qəbulu ilə bağlı müddəti istisna edə bilməz. Eyni zamanda, iddiaçının əsaslandığı Bakı şəhəri 16 saylı dövlət notariat kontorunda 22 yanvar 1998-ci il tarixdə 2-B/1-17 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə 22 yanvar 1998-ci il tarixdə notariat kontoru tərəfindən təsdiq edildiyi halda, yuxarı hissədə «22/Xİ-1998» tarixi qeyd edilmişdir. Bununla yanaşı, vəsiyyətnamədə yalnız bir əmlak, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı ev göstərilmişdir. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, cavabdeh Rüstəmova X11 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evi qanun üzrə vərəsəlik hüququ əsasında deyil, vəsiyyət üzrə vərəsə kimi qəbul etmişdir. Belə ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş Bakı şəhəri 17 saylı dövlət notariat kontorunda 22 sentyabr 2000-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, mərhum Rüstəmov X2, yəni 15 sentyabr 1998-ci il tarixdə fəfat edən günədək ona məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evini və bütün əmlakını qızı X1 vəsiyyət etmiş, yerdə qalan vərəsələri isə vərəsəlikdən məhrum etmişdir. Göründüyü kimi, cavabdeh X3 miras əmlak olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, 4 saylı evi iddiaçıların iddia etdiyi kimi qanun üzrə deyil, vəsiyyət üzrə vərəsəlik hüqu qu əsasında əldə etmiş, vərəsəlik hüquqları qeyd edilən notariat kontorunun 22 sentyabr 2000-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən rəsmiləşdirilmiş və nəticədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı tələb də öz-özlüyündə əsassızdır. Çünki iddiaçılar həmin hissədə də tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəy yən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar