Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-751/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyinın qoyulması tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixl i, 2(103)6332/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə payçı İddiaçı arasında ünvan 1 ünvanında yerləşən yaşayış binasının 80 saylı mənzilinə dair xx.xx.2011-ci il tarixli, 80 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binası inşa etməyi, həmin binada 80 nömrəli mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin tikinti və hesablaşma sahəsi 156.95 kv.m. müəyyən edilmişdir. Payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini başa gəlmə qiyməti ilə tam ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilə icra olunmuş, "xxxx" MTK tə rəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci girişi 7-ci mərtəbəsində 3 otaqlı 80 nömrəli mənzil payçı İddiaçı verilmiş və müqavilədə nəzərdə tutulmuş 156.95 kv.m sahəsi olan mənzilin dəyəri payçı tərəfindən tam ödənilmiş, bu barədə maliyyə arayışı tərtib olunmuşdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbin i onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 20 dekabr 2011-ci il tarixli, 80 nömrəli müqaviləyə əsasən mənzil onun tərəfindən satın alınmış, dəyəri tam ödənilmişdir. Mənzilin dəyərini tam ödədikdən sonra ailəsi ilə 2014-cü ilin iyul ayından etibarən həmin mənzilə köçmüşdür və hazırda da həmin mənzildə yaşayır. Tərəfindən kommunal və digər xidmətlər tam ödənilmişdir və bu günə kimi heç bir borcu yoxdur. Artıq 8 ildir ki, həmin mənzildə yaşayırlar. Uzun müddətdir həmin binanın sakini kimi yaşamasına baxmayaraq, bu günə kimi mənzilə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Dəfələrlə həm şifahi, həm yazılı formada cavabdehə müraciət edərək, ümumi yığıncağın qərarının ona verilməsini tələb etsə də, rəhbərlik və müvafiq əməkdaşlar həmin sənədi v erməkdən imtina etmişlər. Şifahi olaraq imtinanın səbəbi olaraq bildiriblər ki, mənzilin ümumi sahəsi müqavilədə qeyd olunduğu kimi 156.95 kv.m deyil, 172 kv.m.-dir, buna görə də əlavə 22.500 manat məbləğində pul vəsaiti ödəməlidir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə bildirməmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(005)1566/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilmiş, ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 80 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olu nan MənzilTikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilin dəyəri tam ödənilməklə iddiaçının faktiki sahibliyində və istifadəsində olduğundan, onun qeyd edilən mənzilə mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 6.2, 14.2.1, 386.1, 385-ci, Mənzil Məcəlləsinin 1.1, 2.1, 10.0.2, 12.2, 17. 2, 18, 137.9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin iddiaçının sahiblik və istifadəsinə verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması ilə bağlı hər hansı araşdırma aparmadıqları aşkardır. İddiaçıya müqavilədə göstərilən sahədən artıq sahənin real olaraq veribverilmədiyi yerində ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsində iddiaçının cavabdeh qarşısındakı müqavilə öhdəliklərini artıq olaraq icra edibetməməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun qiymət verilməlidir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-6332/2022 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyya tdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir.
13. Cavabdeh apellyasiya şikayətini mənzilin ölçüsü barədə araşdırma aparılmaması ilə əsaslandırmışdır.
14. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsi 156.95 kv.m göstərilmiş, onun da dəyəri tam ödənilmişdir.
15. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 80 saylı müqavilədə kooperativ (cavabdeh) mübahisəli mənzili payçıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürür dedikdə, təkcə mənzilin özünün yox, həm də həmin mənzil üzərində alıcının hüquqlarını qeydə aldırmaq üçün zəruri olan bütün sənədləri verməyi də öhdəsinə götürməsi kimi qəbul olunmalıdır, əks yanaşma mülki döv riyyənin sabitliyinə xələl gətirmiş olardı.
16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 139, 324, 385-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş sübutlar əsasında iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin əsası kimi qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam v ə obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İşdə iştirak edən şəxslər konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilər və ekspertiza keçirilən zaman baxılmalı sualları məhkəməyə təqdim etməyə haqlıdır. Lakin məhkəmələr tərəfindən cavabdehə suallar təqdim etməsi üçün, həmçinin ekspertizanın keçirilməsində iştirak etməyə şərait yaradılmamışdır. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmələr qətnamə çıxararkən cavabdehin iradə ifadəsini nəzərə almamışdır. xx.xx.2011-ci il tarixli müqavilənin məzmunun dan görünür ki, tərəflər mənzilin ümumi sahəsini, tikinti sahəsi ilə hesablamağı nəzərdə tutmuşlar ki, buraya bütün sahələr (o cümlədən ara və bayır divarlar və sairə) daxildir. İddiaçı isə bunların əvəzi ödənilmədən sahədən qanunsuz istifadə etmişdir. Bu halı mühəndis-texniki ekspertizası təyin etməklə müəyyən etmək mümkündür. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun o laraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
21. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququd ur.
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəl lədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanun
28. Maddə 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığın a, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası ilk növbədə kassatorun “cavabdehə suallar tə qdim etməsi üçün, həmçinin ekspertizanın keçirilməsində iştirak etməsi üçün şərait yaradılmaması” barədə dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsasszıdır.
40. Belə ki, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsini n Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ ve rəcəm”) prinsipinə əsaslanır
42. Baxılan işdə də birinci instansiya məhkəməsi cavabdehin dəlillərinin araşdırılması üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etmiş, lakin cavabdeh bu imkanlardan istifadə etməmiş, birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməmiş, ekspertiza təyin olunması barədə vəsatət verməmişdir.
43. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
44. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə t əhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh onun tərəfindən irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır və baxılan işdə də məhkəmə bu prosessual qaydaya riayət etmişdir.
45. Apellyasiya instansiyası məhkəməsində də cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
46. Mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunmaması barədə kassatorun dəlilləri ilə bağlı qeyd olunur ki, əvvəla cavabdeh mənzilin sahəsinin müqavilədə müə yyən edildiyindən çox olduğuna dair ilkin sənədləri təqdim etməmişdir. Bundan başqa, hazırda baxılan tələb, müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsinə dair müvafiq sənədlərin verilməsi barədədir və məhkəmələr də bunu əsas tutmaqla iddianı təmin etmişdir. Müqavilə üzrə əlavə ödənişlərlə bağlı mübahisə, iddia tələbinin predmeti deyildir.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlill əri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-6332/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.