Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7517/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun, “xxxx” ASC-nin vəkili X2 iştirakları ilə, “xxxx” ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 0 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş № 2(006)-6194/2018) iddia ərizəsi təmin olunmuş, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 28 avqust 2018-ci il tarixli, 1418- 04738 nömrəli əmrinin iddiaçılara aid hissədə ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 əvvəlki vəzifələrinə bərpa ed ilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqlarının cavabdeh «xxxx» ASC-dən tutularaq onlara ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-3648/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələb inin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” ASC-nin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili Mirzəliyev Rüfət Əsəd oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, pros essual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlay arkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,«xxxx» Açıq Səhmdar Cəmiyyətinin 30 aprel 2015-ci il tarixli, k-15-0343 saylı əmrindən çıxarışın və «xxxx» ASC ilə İddiaçı1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli əmək müqaviləsinə görə, İddiaçı1 15 a prel 2015-ci il tarixdən X10 Təchizatı və Satışı İdarəsində Şəmkir Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə Enerji Satış sahəsi Balans şöbəsində informasiya mühəndisi vəzifəsinə təyin edilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 30 aprel 2015-ci il tarixli, k-15-0343 saylı əmrindən çıxarışın və «xxxx» ASC ilə İddiaçı2 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli əmək müqaviləsinə görə, İddiaçı2 15 aprel 2015-ci il tarixdən X10 Təchizatı və Satışı İdarəsində Şəmkir Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə Enerji Satış sahəsi nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 30 aprel 2015-ci il tarixli, k-15-0343 saylı əmrindən çıxarışın və «xxxx» ASC ilə İddiaçı3 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli əmək müqaviləsinə görə, İddiaçı3 15 aprel 2 015-ci il tarixdən X10 Təchizatı və Satışı İdarəsində Şəmkir Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə Enerji Satış sahəsi nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. Qərb RETSİ-nin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı iclasının 20 avqust 2018-ci il tarixli, 03 saylı protokoluna görə, iclasda gündəlik məsələ Qərb RETSİ-nin rəisi X1 BHİTna ünvanladığı 20 avqust 2018-ci il tarixli, 1/1229 saylı müraciətinə baxılması olmuş, Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı X4 informasiya mühəndisi İddiaçı1, nəzarətçi mühəndislər İddiaçı2 və İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycanı Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti üzrə 28 avqust 2018-ci il tarixli, 1418-04738 saylı “intizam tənbehinin verilməsi haqqında” əmrinə görə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrindən sui-istifadə etdiklərinə və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Qərb RETSİ-nin X4 Enerji Satış sahəsinin informasiya mühəndisi İddiaçı1, nəzarətçi mühəndislər İddiaçı2, İddiaçı3 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 avqust 2018-ci il tarixdən xitam verilmişdir. M/V № 044903 saylı və M/V № 072160 saylı vəsiqələrinə görə, İddiaçı2 və İddiaçı3 müharibə veteranlarıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İV, Vİ hissələrini, 71-ci maddəsinin İ və İİ hissələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70, 84, 76-cı mad dəsinin 2-ci bəndini, 71-ci maddəsinin 3-cü bəndini, 80-ci maddəsinin 2-ci hissəsini, 300-cü maddəsinin 1-ci hissəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “xxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiya sı məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixl i qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən et diyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7517/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7517/2019
10.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver